Məhkəmə qərarları › İş №1(102)-668/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-668/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-668/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkumun müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Osmanov Elxan Osman oğlunun iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, İİ qrup əlil, fərdi əməklə məşğul olan, ünva n qeydiyyatda olan və ünvan 1 yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərarından məhkumun müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Osmanov Elxan Osman oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Azad Əliyev) Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzanın icrasına nəzarət Daşkəsən rayon İcra və probasiya şöbəsinə həval ə olunmuşdur. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ş.Q.Rzaquliyev və Ə.G.Abdullayev) apellyasiya şikayətləri təmin edilməmiş və Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum xx xxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxx 2008-ci il təvəllüdlü X4 və xx xxxx 2011-ci il təvəllüdlü Xnun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 85 (səksən beş) manat olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat məbləğində aliment pulunun Zərərçəkmiş şəxs verilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin xx xxx xxxxx 2016-cı il tarixli 2(030)693/2016 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 3(030)-185/2018 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə xx xxxxxx 2018-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 2018-ci ilin dekabr ayı da daxil olmaqla 1870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində aliment borcu yığılaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olara q icra etməkdən yayınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və məhkuma bəraət verilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona cəza təyin edilməsi ilə bağlı məhkəmə qərarları ədalətsiz və əsassızdır. Belə ki, Məhkum əmlak vəziyyəti, yoxlanılmış və özü tərəfindən İİ qrup əlil olduğu üçün onun işləmək imkanının məhdud olması və bu baxımdan onun təqaüdünə yönəldilməsinə etirazı olmadığını bildirdiyindən bu günədək də təqaüdü üzrə hər ay 90 manat aliment tutulur və əvvəlki dövr üzrə yenə də hər ay 50 manat aliment tutularaq zərərçəkmiş şəxsə verilmişdir. Həmçinin qeyd edir ki, Məhkum icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmır və onun təqaüdündən hər ay tutulmalar aparılır. Məhkum yeganə qazanc yeri onun aldığı təqaüddür. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə isə Məhkum edilməsi üçün yaranmış aliment borcunun onun valideynləri tərəfindən tam ödənilməsi və tələbkara aliment pulu hətta verilmiş ittihamdan da artıq olaraq iyun ayı da daxil olmaqla ödənilməsi qeyd olunur və cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şik ayəti və əlavənin təmin edilməsi barədə məhkumun müdafiəçisi E.Osmanovun, vurulmuş ziyanın tamamilə ödənilməsinə dair ərizəni əsas tutmaqla qanuna müvafiq qərarın qəbul edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbə rliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi kassasiya şikayətində Məhkum bəraət verilməsini, kassasiya şikayətinə əlavədə isə aliment borcunun onun valideynləri tərəfindən tam ödənildiyinə görə cinayət təq ibinə xitam verilməsini xahiş edir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Kassasiya şikayətinin Məhkum bəraət verilməsi ilə bağlı dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir k i, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları za manı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Cinayət işinin materiallarına əsasən, faktları müəyyən edən apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı iclasında tam, obyektiv və hərtərəfli araşdırılmış sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası işin halları ilə yanaşı həmçinin maddi hüquq normalarının tələblərinə əsaslanır. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrar lamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum CM-nin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi Zərərçəkmiş şəxs ifadəsi ilə yanaşı, şahidlər X7 və X3 ifadələri, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(030)-693/2016 saylı icra vərəqəsinin surəti, Daşkəsən Rayon Polis Şöbəsinin xx.xx.2017-ci il tarixli 199-9100-1217 saylı məktubu, xx.xx.2018-ci il tarixli 159010/16, xx.xx.2018-ci il tarixli 159010/2018 saylı, xx.xx.2018-ci il tarixli 159010/2018 saylı, xx.xx.2018-ci il tarixli 159010/2018, xx.xx.2018-ci il tarixli 159010/2018 saylı, xx.xx.2018-ci il tarixli 159010/2018 saylı, xx.xx.2018-ci il tarixli 159010/2018 saylı, rəsmi xəbərdarlıq məktubları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli 38/01-09 saylı məktubları, xx.xx.2018-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(030)-185/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti, Daşkəsən rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli 159010/2016 saylı məktubu və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kolle giyası Məhkum təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə 80-1-ci maddəsi əlavə edilmişdir. CM-nin 80-1-ci maddəsi - zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etməni nəzərdə tutur. Bu maddədə qeyd edilir ki, məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir Hazırkı işin materiallarından, o cümlədən birinci ins tansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində tərtib olunmuş məhkəmə iclas protokollarından, hökmün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının müvafiq müddəalarından görünür ki, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmamış, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin müdafiə etdiyi mövqeyi əsas tutmuşdur. Lakin, kassasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən Məhkum edilməsi üçün yaranmış aliment borcunun onun valideynləri tərəfindən tam ödənilməsi, zərərçəkmiş şəxsin Məhkum qarşı şikayət və tələbinin olmaması barədə xx xxxx 2020-ci il tarixli ərizəsi və Daşkəsən rayon icra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli, M116 nömrəli mək tubu məhkəmə kollegiyasına təqdim edilmişdir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq cinayət məsuliyyətindən azad edilmənin tətbiqi üçün tələb olunan zəruri şərtlərin hamısı (Cinayət Məcəlləsinin 306.1 və ya 306.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini tam icra etməsi) mövcud olduğundan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Daşkəsən rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilməli və onun barəsində apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Qeyd olun anlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CM-nin 80-1-ci və CPM-in 419.10.4-cü maddələrini rəhbər tutaraq Qərara alır: Məhkum kassasiya şikayəti və ona əlavəsi qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Daşkəsən rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar