Məhkəmə qərarları › İş №1(102)-668/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-668/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-668/2021 12.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu (məruzəçi) və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11.06.2020-ci il tarixli hökmü ilə 206.2 və 234.4.3-cü maddələri ilə məhku m edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Samir İsmayılov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11.06.2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.V.Məmmədov, hakimlər M.Ə.Abdullayev və İ.Q.Abdullayev ibarət tərkibdə) 22 fevral 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış Sumqayıt şəhəri, 6-cı mikrorayon,23 saylı evin, 43 saylı mənzilində qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.3-ci maddələri maddələri təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-cı maddəsi ilə 4 (dör d) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 01 yanvar 2020cı ıl, Cinayət Məcəlləsinin 93.1.2-cı maddəsinə əsasən barəsində cəza çəkdıyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 01 yanvar 2020-ci il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində müəyyə n edilməyən mənbədən bir sellofan bükümdə külli miqdarda 31,269 qram narkotik vasitə heroini satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, daxili orqanı-düz bağırsağında yerləşdirib saxlamış, daşımış və həmin gün saat 19 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirərkən saxlanılmışdır. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim R.M.Cəfərov, hakimlər E.Ə.Camalov və İ.H.Əhmədov ibarət tərkibdə) 09 sentyabr 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cina yətlər Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm apelyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxışının təyin edilməsi xahiş olunur. Protest müəllifi bildirir ki, qərardan göründüyü kimi, məhkəmə kollegiyasının gəldiyi nəticəyə gorə Məhkum hər hansı bir istehlakçı ilə əvvəlcədən razıl ıq əldə etməsi və ya kımınləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı öz təsdiqini tapmamış onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması məhkəməyə onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin satış məqsədi ilə deyil, özünün istifadəsi üçün gətirməsi qənaətinə gəlmək üçün əsas olmuşdur. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Belə ki, narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə məhkum edilmiş şəxs Məhkum aşkar olunmuş heroinin çəkisi onun gündəlik ehtiyacının yuxan həddindən dəfələrlə çox olmuşdur.Bundan başqa, Məhkum narkotik vasitə heroini hər hansı şəxsə satmaq niyyətində olması, habelə heroini satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edibetməməsi, narkotik vasitəni hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması, narkotik vasitələrin çəkilərək xırda bükümlərə (bağlamalara) bölünməməsi ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, məhz istehlakçının və ya istehlakçıların sifarişindən sonra narkotik vasitənin onların sifarişinə uyğun çəkilərək xırda bağlamalara bölünməsi mümkündür və istisna olunmamışdır. Ümumiyyətlə, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması iiə yanaşı başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyyə edilsə də, hazırkı cinayət işi üzrə məhkəmə kollegiyası yalnız “hər hansı istehlakçı ilə razılıq əldə edilməsi faktlarının aşkar edilməməsi kimi hala əsaslanmış, Məhkum aşkar olunmuş heroinin miqdarını, başqa sübutları və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamı şdır. Bundan başqa məhkəmə kollegiyası öz qərarında xüsusi vurğulamışdır ki, narkotik vasitənin daşınması və saxlanılması üçün Məhkum tərəfindən istifadə edilmiş üsullar (heroinin daxili orqan-düz bağırsağda yerləşdirilib saxlanılması, daşınması və s.) isə heç bir halda onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmiş olduğunu göstərmir. Məhkəmə kolegiyası tərəfindən narkotik maddənin daşınma üsuluna görə təqsirləndirilən şəxsin satış niyyətinin olmaması ilə bağlı mövqeyi anlaşılmaz və əsassız yanaşmadır. Hansı əsasla bu qənaətə gəlməsi isə qərarda əsaslandırılmamışdır. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmə kollegiyası əməlin tövsifində səhvə yol vermişdir. Bundan başqa, məhkəmə kollegiyası Məhkum tərəfindən törədilən cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmayan, yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etmişdir. Belə ki, məhkəmə kollegiyası Məhkum əvvəllər məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul etmişdir. Lakin məhkəmə kollegiyası qeyd olunan yüngülləşdirici halları qeyd etməklə cinayət qanunvericiliyinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum qərarlarında göstərilən tələbləri kobud şəkildə pozmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kolle giyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Göründüyü kimi, apellaysiya məhkəməsi protestin həmin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla razılaşmadığını qərarda göstərmiş, buna dair nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, M əhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğ un olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 deka br 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası Məhkum cəzasını yüngülləşdirən halları və əməlindən peşman olmasını nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrumetmə cəzasının 3 ilə endirilməsini və əldə etdiyi heroinin çəkisinin külli miqdarda olması nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının orta həddində, yəni 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza müəyyən olunmasını Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum şəxsiyyəti və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından onun cəmiyyətdən təcri d olunmadan islah olunmasını qeyri-mümkün hesab edir və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini qanunamüvafiq saymır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-nin 410-411-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsin də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. 09

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar