Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-668/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İlham Mahmudov (sədrlik edən və məruzəçi), Mirzə Xankişiyev və Faiq Qəniyev) 06 oktyabr 2020-ci il tarixli, 1(101)898/2020 nömrəli hökmü ilə xx xxxxxx 1990-cı ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2020ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, satma, habelə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Şəhlam” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Şəhlam” adlı şəxs və ya qeyriləri naməlum şəraitdə və vaxtda satış məqsədilə qanunsuz əldə etdiyi külli miqdarda 83,275 qram çəkidə narkotik vasitə heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək 2020-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindən üzü Bakıxanov qəsəbəsi istiqamətində yerləşən körpünün altında Məhkum təhvil vermiş, sonuncu qanunsuz olaraq satış məqsədilə əldə etdiyi külli miqdarda 83,275 qram çəkidə narkotik vasitə heroini üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanın qarşısına qanunsuz daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 22 aprel 2020-ci il tarixdə saat 0010-da Nəsimi rayonu, Alı Mustafayev küçəsi 20 ünvanının qarşısında saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilmiş və orada həmin tarixdə, saat 01:05- dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ yan cibindən satış məqsədilə əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 83,275 qram təmiz çəki də kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan gödəkcəsinin sağ yan cibindən üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əli Seyfəliyev (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Qədim Babayev) 11 dekabr 2020-ci il tarixli, 1(103)-1289/2020 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2020ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 206.3.2-cü maddəsindən həmin Məcəlləsinin 32.5,206.3.2-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, bu cəza (cinayətlərin məcmusu üzrə) Məhkum hökmlə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Tahir Kazımov (sədrlik edən və məruzəçi), Əziz Seyidov və Ələsgər Novruzov) 24 noyabr 2021ci il tarixli, 1(102)-1618/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Məhkumun Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Zəki Babayev və İbrahim İbrahimli) 17 fevral 2022-ci il tarixli, 1(103)392/2022 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 1(101)-898/2020 saylı hökmü Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına aid hissədə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, bununla əlaqədar olaraq Məhkum Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə ona qəti cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş və üzərində C M-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Məhkum və onun müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli hökmünün ləğv edilməsi və məhkumun Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi məhkum edilməsinə dair iş üzrə icraata xitam verilməsi və Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilən əməlinin həmin Məcəllənin 234.11-ci maddəsi ilə ixtisaslaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışd ır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən işi tam, hərtərəfli araşdırmamış, məhkumun səmimi etirafını, özünü qismən təqsirli hesab etməsini, üzərində aşkar edilmiş 80 qram narkotik vasitəni öz şəxsi istehlakı üçün əldə etdiyini nəzərə almamışdır. Belə ki, məhkumun üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istifadə üçün nəzərdə tutulması şahidlərin ifadələri ilə də təsdiq olunmuşdur. Əlavə olaraq məhkum narkomaniya xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci tarixli hökmü hissəvi ləğv edilməli, məhkum P.T.Rzayevin Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, məhkum un Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş əməli həmin Məcəllənin 234.1-1ci maddəsi üzrə ixtisaslaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı kobud qanun pozuntularına yol verilməklə yarımçıq və birtərəfli aparılmış, hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxsin əməlində qeyd olunan cinayətin tərkib əlamətləri mövcud olmadığı halda əsassız olaraq məsuliyyətə cəlb edilmiş, ittiham istintaq orqanının fərziyyəsinə əsasən verilmiş, habelə qanun pozuntularına hüquqi qiymət verilməmiş, iş üzrə səthi araşdırma aparılmaqla göstərilən pozuntularla İttihamedici hökm çıxarılmış, Azərbaycan Respublikası Konstitusiyasının 63, 67, 71-ci, Azərbaycan Respublikası CPMin 12-ci, 28-ci, 33-cü, 39-43-cü, 90-92-ci, 124-cü, 125-ci, 138-146-cı, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının 1-ci, 3-cü, 5-ci, 6-cı və l3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Cinayət işi üzrə ittiham sübuta görə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 223-cü maddəsinin tələbləri baxımından cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü, cinayətin motivi və tövsifedici əlamətləri göstərilməmiş, ittiham sübut edilməmişdir. İşdəki əməliyyat və istintaq yolu ilə toplanmış sənədlərdən görünür ki, təqsirləndirilən Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir mötəbər sübut yoxdur. İşdəki 23 iyul 2020-ci il tarixli, 008-3289-1220 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması, onun narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz əldə edilməsində və satılmasında digər şəxslərlə əlbirliyinin olub-olmaması yoxlanılmış, lakin müsbət nəticə əldə edilməmişdir. Göründüyü kimi, heç bir mötəbər sübut əldə etmədən şəxsi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cəlb edib, ona əsassız ittiham verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdar ından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. İş materialında isə Məhkum belə bir hərəkətlərinin olması müəyyən edilməmişdir. Kassatorun fikrincə Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri sübuta yetirilmədiyindən cinayət işinin icraatına həmin hissədə xitam verilməli, onun əməli isə CM-in 234.4.3-cü maddəsindən Həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Qərar qəbul edilərkən Məhkum səmimi etirafı və peşmançılığı, cinayətin ağır həyat şəraiti nəticəsində törədilməsini, narkomaniya xəstəliyindən əziy yət çəkməsi, himayəsində yaşlı anasının olması, iş materiallarına əsasən müsbət xarakterizə edilməsi, nisbətən gənc olması, cəzasını ağırlaşdıran halların olmaması, əməlinin Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid olması, habelə təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum öz kassasiya şikayətində və məhkumun müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində qeyd etmişlər ki, məhkəmələrdə işə baxılarkən işin faktiki halları düzgün araşdırılmamış və məhkumun əməli işin hallarına uyğun düzgün tövsif edilməmişdir. Belə ki, məhkumun cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında və satış məqsədi ilə törətməsi sübuta yetirilməmişdir. Bunu nla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Kassasiya kollegiyası birinci və apellyasiya məhkəmələrinin qanunun həmin normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları mə hkəmə iclasında tədqiq edilmiş və iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkəmə kollegiyası Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini dü zgün sayır. Məhkum birinci instansiyası məhkəməsində irəli sürülən ittihamda özünü qismən təqsirli bilmiş, yəni narkotik vasitələrin ona məxsus olduğunu təsdiq etmiş, lakin həmin narkotik vasitələri qaçaqmalçılıq yolu ilə keçirmədiyini, hər hansısa bir İran İslam Respublikasının vətəndaşı ilə iş birliyi etmədiyini bildirmiş və bu hal apellyasiya instansiyası məhkəməsində araşdırılaraq ona təqsirli bilindiyi qaçaqmalçılıq maddəsi ilə xitam verilmişdir. Məhkumun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri onun özünün cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmələrdə verdiyi ifadələrdən başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlarla və işin digər materialları il ə tam təsdiq edilir. Həmin sübutlar apellyasiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmişdir. Hökmdən görünür ki, apellyasiya məhkəməsi hökmdə göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Belə ki, iş materiallarına əsasən təhqiqat və ibtidai istintaq orqanları tərəfindən istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq aparılmış və bu barədə müvafiq protokolları tərtib etmişdir. Bundan başqa, iş materiallarından da göründüyü kimi məhkəmələr də sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qər arları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətlərinin bu barədəki dəlili əsassızdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlam alara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası işin hallarını və yuxarıda qeyd edilən Plenum Qərarının izahını nəzərə alaraq hesab edir ki, Məhkum narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması əməlini törətməsi tam sübuta yetirilmiş və onun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olm adıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmiş, barəsində olan CM-in 234.4.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi, onun əməlinin CM-in 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Həmçinin, işdən göründüyü kimi məhkəmələr Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 65.2-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Beləliklə, apellyasiya instansiyas ı məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqında 17 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-668/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-668/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver