Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-668/2024 27.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Şəki Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə) 2 fevral 2023-cü il hökmü ilə, xx xxxx 1987-ci il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 29,177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmış və üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəz a çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmş, seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Məhkum 19 iyun 2023-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 fevral 2023-cü il tarixli 1(091)-28/2023 nömrəli hökmündən apellyasiya şikayəti və apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair vəsatətlə (ərizə ilə) həmin məhkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hüquqi savadı olmadığı üçün, həmçinin 5 il 6 ay müddətə azadlıqdan məhrum edilməsi, səhhətinin yaxşı olmaması, azyaşlı uşağının olm ası, ailə vəziyyətində olan sıxıntılar psixi vəziyyətini pisləşdirmiş, səhhəti ilə bağlı problemləri olmuş və nəticədə hökmdən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu) 4 iyul 2023-cü il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 fevral 2023-cü il tarixli 1(091)-28/2023 nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair Məhkum tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2023-cü il tarixli qərarından narazı qalan Məhkum apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Səmədov Xə qani Hacı oğlundan ibarət tərkibdə) 13 sentyabr 2023-cü il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin 4 iyul 2023-cü il tarixli 1(091)-28/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində səhhətinin yaxşı olmaması qeyd edilərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayətinin vermə müddətinin bərpa olunması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasə n kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 38 6.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Sözügedən Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünü r ki, 2 fevral 2023-cü il tarixdə elan olunmuş Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətləri Məhkum şəxsi işinə əlavə edilməsi və özünə təqdim edilməsi üçün həbsdə saxlandığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə göndərilmişdir. Həmçinin, məhkəmənin qeyd edilən hökmündə həbsdə saxlanılan şəxs Məhkum hökmün surətini aldığı gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilmə hüququ izah edilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş hökmün alınmasına dair qəbzdən görünür ki, Məhkum barəsində olan hökmün surətini xx.xx.2023-cü il tarixdə almış, lakin hökmün surətini aldığı gündən 20 gün müddətində apellyasiya şikayəti verməmiş və onun apellyasiya şikayəti vermə müddəti qeyd edilən qəbzə əsasən xx.xx.2023-cü il tarixdə bitmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətin rədd edilməsinə dair gəldikləri nəticə qanuni və əsaslıdır. Məhkum kassasiya şikayətində göstərdiyi dəlilləri hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, Məhkum vaxtında apellyasiya şikayəti verməməsinin üzrlü səbəbinin olmasına dair zəruri dəlillər təqdim edilməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə əsasən Məhkum məhkəmənin qeyd olunan hökmünün surətini 8 fevral 2023-cü tarixdə verilmişdir. Məhkum tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət keçdikdən təxminən 2 ay 22 gün (vəsatət və apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir) sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkum apellyasiya şikayətinin verilmə müddətini ötürməsini məhkəmə kollegiyasının iclasında İİ qrup əlil olması və yaddaş pozğunluğundan əziyyət çəkməsi ilə əsaslandırsa da, göstərilən məhkəmə bu mülahizələrini əsaslı və inandırıcı hesab etməmişdir. Məhkəmə kollegiyası hökmün məhkuma təqdim edildiyi tarixdən hər-hansı üzrlü səbəbdən apellyasiya şikayəti vermək imkanından məhrum olmasına olan halın müəyyən olunmadığını nəzərə alaraq qeyd edir ki, Məhkum tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 2 ay 22 gün vaxt keçdikdən sonra verilm iş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkum apellyasiya şikayətinin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Belə ki, Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini (yəni onun uzun müddət stress zəminində, yaxud başqa səbəbdən xəstə olmasını və müalicə müəssisəsində və ya cəzaçəkmə müəssisəsinin tibbi-sanitar hissəsində müalicə almasını, yaxud onun vaxtında apellyasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini) təsdiqləyən sübutlar əlavə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 fevral 2023-cü il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüququndan istifadə etməmiş, birinci instansiya məhkəməsi Məhkum iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi halları araşdıraraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onun vəsatətini təmin etməmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandı rıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübutlar əlavə etməmiş, qeyd etdiyi dəlillər isə hüquqi əsası olmayan subyektiv mülahizələrdən ibarət olmaqla ötürülmüş müddətin bərpası üçün əsas sayıla bilməz. Ona görə də kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı sübut göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinə görə: Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayətprosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də m əhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddə t məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, Səbri Günəş TürMəhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bərpa oluna bilər. Apellyasiya şikayəti və ya apellyasiya protestinin vaxtında verilməməsinin üzrlü səbəbləri şikayət və ya protest verməyə mane olan xəstəlik, iş materialları ilə vaxtında tanış olmaq imkanının olmaması, hökmün və ya məhkəmənin digər qərarının mahiyyətinin şəxsə vaxtında və düzgün izah olunmaması, hökmün və ya məhkəmə nin qərarının surətini vaxtında göndərilməməsi, məhkəmə iclas protokolunun vaxtında hazır olmaması, şikayət və ya protest vermək hüququ olan şəxsin məcburiyyət altında şikayət və ya protest verə bilməməsi, şikayət və ya protest verilməsinə fövqəladə halların mane olması və s. ola bilər. Lakin iş materiallarında və vəsatətdə qeyd edilən halları təsdiq edən hər hansı bir sübut müəyyən edilmir. Apellyasiya məhkəməsi də haqlı olaraq yuxarıda qeyd edilənləri, həmçinin Məhkum hökmün qəbul olunduğu tarixdən vəsatətlə müraciət olunan vaxta kimi keçmiş müddət ərzində (2 ay 22 gün) apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını üzürlü hesab etməyə əsas olan halların mövcud olmadığını qeyd etmiş və müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən sax lamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti, vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 fevral 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin r ədd edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-668/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-668/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver