Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-668/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli, 1(105)-629/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 15 aprel tarixli, 1(124)-57/2024 nömrəli hökmü ilə (hakimlər: F.Hümbətov (sədrlik edən və məruzəçi), H.Əliyev və A.Rzayevadan ibarət tərkibdə) xx.xx.1977-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Şabran şəhəri, Xəqani küçəsi, ev 10A-da qeydiyyatda olmaqla, Quba rayonu, GömürDəhnə kəndində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhku m Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1,234.4.3, 237.2.1 və 237.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 28 iyul 2022ci il tarixdən 29 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılması və onun, qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 1 avqust 2022-ci il tarixdən hesablanması, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: M.Rzayev (sədrlik edən), E.Rəhimov və E.Əhmədovdan ibarət tərkibdə) 2024-cü il 12 sentyabr tarixli, 1(105)-629/2024 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 1(124)57/2024 nömrəli hökmü təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin hazırkı hökmü ilə Təqsirləndirilən şəxs də CM-in 234.4.1,234.4.3, 237.2.1 və 237.2.3- cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, lakin onun tərəfindən apellyasiya və kassasiya şikayətləri verilməmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmiş və saxlamış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini külli miqdarda kultivasiya etmişdir. Belə ki, Məhkum qardaşı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2022-ci ilin mart- aprel aylarında Quba rayonu Gömür-Dəhnə kəndində yaşadıqları evin yaxınlığındakı meşəlik-kolluq sahədə müxtəlif yerlərdə əkib becərdikləri narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarından dərib həmin sahələrdə 10,974 qram və 185 qram çəkilərdə qurudulmamış, 1.000 qram, 90 qram, 65 qram çəkilərdə isə qurudulmuş narkotik vasitə marixuanaları bir yerə toplamaqla ümumilikdə 1.350,974 qram çəkidə külli miqdarda narkotik vasitə marixuananı, eləcə də ümumi çəkisi 1.110 qram çətənə bitkisi hissələrini satış məqsədilə qanunsuz olaraq əldə etmişlər. Daha sonra, həmin narkotik vasitənin bir hissəsini Təqsirləndirilən şəxs əynindəki şalvarında daşımış, digər hissəsini isə Quba rayonu Gömür-Dəhnə kəndində yaşadığı evin yaxınlığındakı ərazidə qulluq etdikləri sahədə saxlamışlar, 28-29 iyul 2022-ci il tarixdə Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Quba rayonu Gömür-Dəhnə kəndi ərazisində qulluq etdikləri əkin sahəsində saxlanılarkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqda əynindəki şalvarının sol yan cibindən 10,974 qram çəkidə qurudulmamış marixuana, həmçinin yaşadığı kəndin ərazisində qulluq etdiyi sahədə baxış keçirildikdə isə həmin sahənin müxtəlif yerlərindən 185 qram çəkidə qurudulmamış, 1.000 qram, 90 qram, 65 qram çəkilərdə isə qurudulmuş olan ümumilikdə 1.350,974 qram külli miqdarda narkotik vasitə marixuana kütlələri, eləcə də ümumi çəkisi 1.110 qram çətənə bitkisi hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o qardaşı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub bir qr up şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdikləri narkotik tərkibli çətənə bitkisinin toxumları ilə 2022-ci ilin mart-aprel aylarında yaşadıqları Quba rayonu Gömür-Dəhnə kəndi ərazisində, İstisu adlanan yerə gedən yolun sağ tərəfindən axan çay sahilində yerləşən meşəlik-kolluq yerdə qulluq etdikləri əkin sahəsində müxtəlif yerlərdə 24 ədəd, 33 ədəd, 18 ədəd, 23 ədəd, 2 ədəd, 34 ədəd, 2 ədəd, 20 ədəd olmaqla ümumilikdə 156 ədəd yəni, külli miqdarda çətənə bitkilərini əkib onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişlər, 28-29 iyul 2022-ci il tarixlərdə Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılarkən qulluq etdikləri əkin yerlərinə baxış keçirilə n zamanı ümumilikdə 156 ədəd, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmələrin barəsində çıxardığı hökm və qərarlar əsassız və qanunsuzdur. Məhkəmələr onun barəsində hökm və qərar çıxararkən iş materiallarını qeyri-obyektiv və səthi araşdırmış, ittiham üzrə sübutları düzgün tədqiq etməmiş, iş üzrə hüquqi əhəmiyyət daşıyan izahat və ifadələrdəki ziddiyətləri eləcə də dəlil yetərsizliyini nəzərə almamışdır. O, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalaraq qardaşı Zaurun narkotik vasitə əkib-becərdiyi sahəyə aparılmışdır. Orada ona zor tətbiq edilmiş, videoçəkiliş zamanı qardaş ı ilə birlikdə narkotik vasitəni əkib-becərməyimə dair yalan ifadə verməyə məcbur edilmişdir. Bundan başqa, məhkum bildirmişdir ki həmin vaxt hal şahidi dəvət edilməmişdir. Bununla da polis orqanı tərəfindən qanunvericiliyin normaları pozulmuşdur. Bundan başqa, o qardaşı ilə birlikdə tutulan zaman vəkilin iştirakı olmadan dindirilmişdir. Onun əkindən xəbərsiz olmağı qardaşı tərəfindən verilən ifadələrdə də öz əksini tapmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli, 1(105)-629/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittiha mçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli qərarının dəyişdirilmədən saxlanilması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı b ir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və ona bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nət icələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarı n və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassas iya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və ob yektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkum ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəza sanksiyanın aşağı həddinə yaxın müddətə təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edil məməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 15 aprel tarixli, 1(124)-57/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli, 1(105)-629/2024 nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə, M
Məhkəmə qərarları › İş №1(102)-668/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-668/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver