Məhkəmə qərarları › İş №1(102)-669/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-669/2019

30.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-669/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndiril ən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı1 Ələsgər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə (hakimlər Hüseynov Səbuhi Sabir oğlunun (sədrlik edən), Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) xx xxxxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada idman müəllimi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan, ünvan 2-da yaş ayan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilinib, CM-nin 263-1.3-cü maddəsi ilə 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 264-cü maddəsi ilə isə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1000 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 02 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 1000 manat cərimə cəzası saxlanılmış, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, CM-nin 68.2-ci maddəs inə əsasən cərimə cəzasının müstəqil icra edilməsi müəyyən edilmişdir. Hökmdən məhkumun müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı X7 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mirzəyev Sahibxan Arzuman oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 10 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2018ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs AC N% 938985 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus olmaqla faktiki idarə etdiyi “BMW 525 minik” markalı, 99 LK ** dövlət nömrə nişanlı avtomobili 25 yanvar 2018ci il tarixdə, saat 1:05 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək avtomobil idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun 5-ci kilometrliyində saatda 50-60 km surətlə idarə edib öz yolunun sağ hərəkət zolağından sol hərəkət zolağına çıxmaqla hərəkətdə olan zaman işiqforun yaşıl işığında hərəkətini davam etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qarşıda yolun kənarından ayırıcı orta qoşa xətt istiqamətində yolun həmin hərəkət hissəsinin sağ tərəfindən sol tərəfinə piyadanın keçdiyini görüb vaxtında tədbir görməklə diqqətini avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin təhlükəsiz idarə olunması üçün lazımi əməliyyatları vaxtında, düzgün yerinə yetirməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmin piyadanın yanından təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli, hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı oldu ğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunu etməyərək, piyadanın yanından ötüb keçəcəyini güman edərək yol hərəkəti qaydalarını pozub Bakı şəhəri, Xəzər rayonu, BuzovnaMaştağa yolunun 5-ci kilometrliyində yerləşən “Albalı” marketin qarşısında həmin vaxt yolun kənarından qoşa xətli orta zolaq istiqamətində 10 metr aralı məsafədə sağdan sola orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona sol qaşın, sağ baldırın əzilmiş yaraları; sol gözətrafı nahiyənin qançırı; alının, qaşüstü nahiyyənin, sol qaşın, sağ əlin arxa səthinin, sol qalça darağın, sol budun, sol dizin, sağ ayağın üst səthinin sıyrıqları; alt çənə sümüklərinin qapalı, qəlpəli, yerdəyişmiş sınığı; sol İİİ, İV, V, Vİ qabırğalar ın orta körpücük xətt üzrə qapalı, yerdəyişən sımqları, sol diz qapağının qapalı yerdəyişmiş sınığı, sağ baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınıqları; sol ağciyərin cırılması; baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmaları; kəllə əsası sümüklərinin sınığı ilə müşayiət olunan, həyat üçün təhlükəli olan, ehtiyatsızlıqdan sağlamlığına ağırdərəcəli zərər vuran bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmiş, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq piyadanı avtomobillə vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və ehtiyatsızlıqdan xəsarət yetirdiyi Zərərçəkmiş şəxs yardım göstərmədən yol- nəqliyyat hadisəsi yerindən qaçmış, nəticədə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi yol-nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmaları nəticəsində 25 yanvar 2018- ci il tarixdə, saat 2:15-də Bakı şəhəri 3 saylı Şəhər Kliniki Xəstəxanasında ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan piyadanın ölümünə səbəb olan Təqsirləndirilən şəxs məhkəmə əsassız olaraq CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etmiş, hökmdə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə istinad edilərək təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayəti n xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinin nəzərə alındığı göstərilsə də, faktiki olaraq cəza təyini zamanı həmin hallar nəzərə alınmamışdır. Qanunverici orqan tərəfindən nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxslər tərəfindən törədilən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisələrinin daha sərt cəzalandırılması üçün Cinayət Məcəlləsinə 263-1.3-cü maddəsinin daxil edilməsinə baxmayaraq məhkəmə törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini və nəqliyyat vasitəsini idarə etmək hüququ olmamasını nəzərə almadan ona CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin etmiş, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Təqsirləndirilən şəxs islah edilməsinin, gələcəkdə həm Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun olmaması ilə yanaşı hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, həmçinin təyin edilməli olan cəzanın ağırlaşdırılmasını nəzərdə tutan cinayət qanunvericil iyinə edilmiş yuxarıda haqqında bəhs olunan dəyişiklik, Təqsirləndirilən şəxs cinayəti törətdikdə sonra yol-nəqliyyat hadisəsi yerindən qaçması məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmədən ibarət ən aşağı həddə cəza təyin etmiş, həmin hissədə hökmü əsaslandırmamışdır. Bundan başqa, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, həmin halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli də rəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri öz xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, əməlin törədilməsi hallarına və məhkumun şəxsiyyətinə münasibətdə onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək maddənin sanksiyasında nəzərdə tutulmayan cərimə cəzasının təyin edilməsi barədə məhkəmənin gəldiyi nəticəyə açıq-aşkar uyğunsuzluq təşkil edir. Belə ki, məhkəmə sadəcə olaraq Təqsirləndirilən şəxs öz gödəkçəsini mərhum zərər çəkmiş şəxsin başının altına qoyması halının mövcudluğundan deyil, onun nəyə görə müs təsna xarakterə malik olmasını əsaslandırmamış və hökmdə həmin “cəzanı yüngülləşdirən” halın CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi qəbul edilməsinin səbəblərini izah etməmişdir Həmçinin, Təqsirləndirilən şəxsya cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına uyğun olmayan açıq-aydın yüngül cəza təyin edilməsi mübahisəsiz olaraq özlüyündə ədalət prinsipinin pozulmasına dəlalət edir. Bundan başqa, məhkəmə hökmündə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməsinə baxmayaraq barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz etmişdir ki, bununla da CPM-nin tələblərini pozmuşdur. Belə ki, CPM-nin 357-ci maddəsinə əsasən şəxsə məhkəmənin hökmü ilə bəra ət verildikdə, cəzadan azad etməklə barəsində ittiham hökmü çıxarıldıqda, şərti məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilməklə barəsində ittiham hökmü çıxarıldıqda, qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etməklə barəsində ittiham hökmü çıxarıldıqda, o, məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir Belə ki, hökmdən də göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib, onun həbsdə saxlanıldığı 9 ay 14 gün müddəti ona təy in edilmiş cəzadan çıxaraq ona qəti olaraq 4 il 2 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, daha sonra isə ona təyin olunmuş həmin cəzanı CM-nin 264-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə təyin etdiyi cərimə cəzası ilə CM-nin 66.3-cü maddəsinə əsasən tam toplayaraq və əlavə cəzanı isə CM-nin 66.4-cü maddəsinə əsasən qismən birləşdirməklə qəti olaraq 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 2 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 1.000 manat cərimə cəzası təyin etmişdir. Halbuki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarın 21-ci bəndində də göstərilir ki, məhkəmə qətimk an tədbiri və ya tutma qaydasında həbsdə (əgər belə tədbir tətbiq olunmuşsa) olma müddətini hökmlərin məcmusu üzrə cəzanın qəti müddətinə hesablamalıdır.” Qeyd olunanlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsi, CM-nin 264-cü maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hissəsində ləğv edilməsini və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları s übuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngüllüyü mübahisələndirilmişdir.. Azərbaycan Respublikası CM-nin ədalət prinsipi adlanan 8.1-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi halla rına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən hər iki maddəsində cəza təyini zamanı ilk növbədə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması, cəzanı yüngülləş dirən və ağırlaşdıran halların isə cinayətin ictimai təhlükəlilik dərəsəcini artıran və azaldan hallar kimi nəzərə alınması nəzərdə tutulmuşdur. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində izah edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) ə sasən müəyyən edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli qərarında CM-nin 263.2, 263.3, 263-1.3, 2631.4, 351.2 və 351.3-cü maddələri ilə olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallarının məhkəmələr tərəfindən araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalı olması göstərilmişdir Təqsirləndirilən şəxs törətdiyi əməl ictimai təhlükəlilik dərəcəsinə görə ağır cinayət hesab olunur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 8.1-ci, 42.1-c və 58.3-cü maddələrinin tələblərinə uyğun olubolmamasına, cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən halların məcmu suna mütənasibsizliyinə düzgün hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində hadisədən sonra zərər çəkmiş şəxsə köməklik göstərdiyini, gödəkcəsini zərər çəkmiş şəxsin başının altına qoyduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin və CM-nin 264-cü maddəsinə münasibətdə həmin Məcəllənin 62-ci maddəsini tətbiq edərkən Təqsirləndirilən şəxs mərhum zərər çəkmiş şəxsə köməklik etməsini də cəzanı yüngülləşdirən və müstəsna hal kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi gödəkcəsini zərər çəkmiş şəxsin başının altına qoymasını onun zərər çəkmiş şəxsə köməklik etməsi kimi qəbul etmiş və həmin halı cəzanı yüngülləşdirən hal kimi nəzər almışdır. Birinci instansiya məhkəməsi hökmdə təqsirləndiirlən şəxsin ifadəsini özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktik haları ilə təkzib edilən ifadə kimi qiymətləndirib təqsirləndirlən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir. Apellyasiya instansiya məhkəməsi də qərarında məhkumun birinci instansiya məhkəməsində verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirmiş və bu əsasla məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərin əsaslı hesab etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs mərhum zərər çəkmiş şəxsə köməklik etməsini cəzanı yüngülləşdirən və müstəsna hal kimi müəyyən etməsi və apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin hök münü dəyişdirmədən saxlaması hüquqi müəyyənlik baxımından anlaşılmazdır. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs piyadanı avtomobillə vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və ehtiyatsızlıqdan xəsarət yetirdiyi Zərərçəkmiş şəxs yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Göründüyü kimi məhkəmə hökmün bir hissəsində təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yardım göstərmədiyi qənaətinə gəlmiş, hökmün digər hissəsində isə heç bir sübutla təsdiq olunmayan nəticəyə gələrək onun zərər çəkmiş şəxsə kömək göstərdiyini cəzanı yüngülləşdirən hal kimi nəzərə alması anlaşılan deyil və öz gəldiyi nəticələri təkzib edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliy yat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarında qeyd edilir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İY hissəsi).” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair 10 aprel 2012-ci il tarixli Qərarında da göstərilir ki, “.... nəzərə alınmalıdır ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərur əti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində göstərilmişdir ki, Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər Həmin məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə sadəcə olaraq Təqsirləndirilən şəxs öz gödək çəsini mərhum zərər çəkmiş şəxsin başının altına qoyması halının mövcudluğundan deyil, onun nəyə görə müstəsna xarakterə malik olmasını əsaslandırmamış və hökmdə həmin cəzanı yüngülləşdirən halın CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi qəbul edilməsinin səbəblərini izah etməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci və 419.10.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məh kəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin. Cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar