Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-669/2020 07.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İlqar Rəhim oğlu Xələfovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X25, zərərçəkmiş şəxs X18 nümayəndəsi X26, Məhkum və onun müdafiəçisi X10 iştirakları ilə, Cəlilabad Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.3, 221.3 və 315.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Cəlilabad Rayon Məhkəməsinin (sədrlik edən hakim Elxan Əmirəliyevin) 1(073)48/2019 nömrəli 30 aprel 2019-cu il tarixli hökmü ilə, Məhkum, 08 avqust 1966-cı ildə Lerik rayonunun Orand kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu ******** kəndində qeydiyyatda olan; Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 188.3, 221.3 və 315.1-ci maddələri ilə təqsirli bilinib, ona CM-in 188.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 315.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Məhkum 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il müddətə islah işləri cəzası 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və CM-in 67.1-ci maddəsinə əsasən, yeni hökm üzrə təyin edilmiş cəza ilə q ismən birləşdirilmiş və onun üzərində qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına becərmiş və həmin torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparmış, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmiş və xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə e dən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan zərər çəkmiş şəxsə müqavimət göstərməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törətmişdir. Belə ki, Məhkum 2018-ci ilin fevral ayında Cəlilabad rayonu, ********* kəndinin ərazisində yerləşən, Cəlilabad rayonu ********* bələdiyyəsinin mülkiyyətində olub Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) aid edilməklə kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə daxil olan, həmin Məcəllənin 47.3-cü maddəsinə uyğun olaraq bələdiyyə mülkiyyətinə ayrılan, ümumi istifadəyə verilmiş, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqlarına aid kənd təsərrüfatı təyinatlı 0,20 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ, yəni bələdiyyə torpağının mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam (bələdiyyənin qərarı və müqavilə) olmadan ümumi istifadədə olan örüş sahəsindən ayıraraq özbaşına tutub öz şəxsi əmlakı kimi mühafizə edərək Cəlilabad rayonu ********* bələdiyyəsinin icazəsi olmadan həmin torpaq sahəsini şumlayıb bitki toxumları səpərək, onlara qulluq edib yetişdirməklə özbaşına becərmiş və özbaşına tutduğu örüş sahəsi üzərində 2018-ci ilin mart ayından may ayınadək olan müddətdə 86 kvadrat metr ölçüdə iki otaqdan ibarət yaşayış evini, hamam otağını, sanitar qovşağı və şiferdən talvarı özbaşına tikməklə kənd təsərrüfa tı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparmışdır. Bundan başqa, Məhkum 25 dekabr 2018-ci il tarixdə saat 17 radələrində Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının ********* kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gələrək, binanın ikinci mərtəbəsində yerləşən icra nümayəndəsinin xidməti otağına daxil olub, nümayəndə səlahiyyətlərini icra edən X35 yanında Cəlilabad rayonu ********* bələdiyyəsinin sədri X16 Cəlilabad rayonu, ********* kəndinin ərazisində yerləşən yaşadığı evin yerləşdiyi torpaq sahəsini adına qeydə alıb buna dair rəsmi sənəd verməsini israrla tələb etdikdə, N6 ona həmin torpaq sahəsinin əhalinin mal-qarası üçün istifadə olunan örüş sahəsinin torpaqlarına aid olması səbəbindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında ” Azərbaycan Respublikası Qanununa uyğun olaraq xüsusi mülkiyyətə vermək səlahiyyətinin olmadığını və özbaşına tutduğu həmin torpaq sahəsini bələdiyyə mülkiyyətinə geri qaytarmasını qanuni olaraq bildirməsindən sonra “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15, 18 və 19-cu maddələrinə əsasən bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxs olub, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik etmək, əmr və sərəncamlar vermək, bələdiyyənin qərarlarını imzalamaq səlahiyyətlərinə malik olduğuna görə hakimiyyət nümayəndəsi olan bələdiyyə sədri X18 boğaz nahiyəsindən əlləri ilə tutub sıxaraq sonuncuya sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən, boynunun sol yan səthində fasiləli qançırla nəticələ nən xəS8t yetirərək xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmiş, bundan sonra icra nümayəndəsinin xidməti otağında səs-küy salmaqla nümayəndəliyin normal iş fəaliyyətini kobud surətdə pozaraq özünü həmin yerə toplaşmış şəxslərin fövqündə qoyub, uca səslə N6 ünvanına nalayiq ifadələr işlədərək otaqda olan taxta oturacağı sonuncunun üzərinə atıb, ardınca televizoru götürüb atacağı ilə hədələyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,N6 üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmiş, həmin vaxt adına ailə tərkibi haqqında arayış verilməsi ilə əlaqədar nümayəndəlikdə olan Cəlilabad rayonu, ********* kənd sakini X11 yaxınl aşaraq ondan qanunsuz hərəkətlərinə son qoymasını tələb etdikdə, inadkarlıqla qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, sonuncunu həmin yerə toplaşmış şəxslərin yanında uca səslə nalayiq ifadələrlə təhqir edib, silah qismində istifadə etdiyi taxta oturacaqla S8 baş nahiyəsinə qəsdən bir dəfə vurub sağlamlığına zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən, başının sağ təpə nahiyəsində qançırdan ibarət xəS8t yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə, ictimai qaydanın pozulmasının qarşısını alan X8 zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Hökmdən zərərçəkmiş şəxslər N6, S8, məhkumun müdafiəçisi X21 tərəfindən verilən apellyasiya şik ayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim İsmayıl Əhmədov, hakimlər Ələsgər Novruzov və Fuad Soltanovdan ibarət tərkibdə) 1(106)-341/2019 nömrəli 01 oktyabr 2019cu il tarixli qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsinin hökm və qərarı əsassız və qanunsuzdur. Belə ki, o, sözügedən torpaq sahəsini 17.000 manata alm ışdır. O, qeyd olunan torpaq sahəsini özbaşına olaraq zəbt etməmiş, bələdiyyə sədrinin müavini H6 razılığı ilə orada özünə ev tikmiş, eləcə də bundan ötrü ona 17000 manat pul vermişdir. Belə olmasaydı, o, 4 ay müddətində həmin torpaq sahəsində tikinti işləri apara bilməzdi. Bundan başqa kassator göstərmişdir ki, o, zərərçəkmiş şəxslərə qarşı hər hansı xuliqanlıq hərəkəti etməmiş və zərərçəkmiş şəxslərə hər hansısa bir xəS8t yetirməmişdir. Bundan əlavə iş materiallarında olan yazılı ərizələrdən görünür ki, hər iki yazı xətti S8ya aid deyildir. İstintaq zamanı bu xüsusat araşdırılmamış, şikayət ərizəsinin kim tərəfindən yazıldığı və sonradan konkret olaraq hansı şəxs tərəfindən məzmununda dəyişiklik edildiyi araşdırılmamıdır. Apellyasiya instansiyası məhkəməsi də bununla bağlı zəruri prosess ual hərəkət aparmamış, iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmamışdır. İstintaq zamanı S8 izahat və ifadəsi arasında olan bu ziddiyyətin səbəbi araşdırılmamış, münaqişə yerinə gəlmiş polis əməkdaşlarının kimliyi, eləcə də Məhkum həmin polis əməkdaşlarından hansı birinə xəS8t yetirib-yetirmədiyi dəqiqləşdirilməmiş, apellyasiya instansiyası da bununla bağlı heç bir zəruri prosessual araşdırma aparmamışdır. İş üzrə zərərçəkmiş və şahid qismində dindirilmiş bütün şəxslərin ifadələrində münaqişənin başvermə mexanizmi ilə bağlı kifayət qədər ziddiyyətli arqumentlər mövcud olsa da, apellyasiya instansiyası bütün bu hallarla bağlı heç bir araşdırma aparmamışdır. Bundan başqa zərərçəkmiş şəxs S8 münaqişə zamanı xəS8t alması və baş nahiyəsi ilə bərabər sağ-yan tə rəfinə və kürəyinə vuraraq ona xəS8tlər yetirməsi məhkəmə-tibb ekspertizasının 26 dekabr 2018-ci il tarixli, 778 saylı ekspert rəyi ilə təsdiq edilməmişdir. Zərərçəkmiş şəxsin təpə nahiyəsində qançır kimi sağlamlığa zərər vurmayan xəS8t aşkar edilmiş, bədəni üzərində, xüsusən də sağ-yan tərəfində və kürək nahiyəsində hər hansı xəS8t müəyyən edilməmiş, apellyasiya instansiyası bu vacib xüsusatla bağlı da heç bir araşdırma aparmamışdır. Kassator vurğulamışdır ki, işə baxan məhkəmələr iş üzrə obyektiv və hərtərəfli araşdırma aparmamış, iş üzrə həqiqəti müəyyən etməmiş və onu törətmədiyi cinayətə görə təqsirli bilmişlər. Buna görə də məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığına görə onun barəsində olan cinayət işinə bəraətverici əsaslara xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə Məhkum, müdafiəçisi A6 və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı H6 və zərərçəkmiş şəxsin nümayəndəsi R6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. X27 Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi ni xahiş etmiş və bu tələbini bir sıra dəlillərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıda qeyd edilənlərə əsasən apellyasiya məhkəməsinin qərarını əsaslandırılmamış hesab edir: 1.Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən olunmasını təmin etməlidir.
2. Azərbaycan Respublikası CPM-in 8.0.3-cü maddəsinə əsasən, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir. Məhkəmə kollegiyası cinayət işinin materiallarındakı sübutlara müraciət etməyi zəruri hesab edir:
3. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Cəlilabad rayonu ********* Bələdiyyəsinin sədri X32 25 dekabr 2018-ci il tarixdə Cəlilabad rayon polis şöbəsinin rəisinə ərizə ilə müraciət edərək göstərmişdir ki, 25 dekabr 2018-ci il tarixdə saat 17:00 radələrində ********* kəndində yaşayan Məhkum idarəyə gələrək qanunsuz olaraq ********* kəndində tikdiyi ev üçün ondan sənəd istədikdə həmin sənədi qanunsuz olduğu üçün ona verə bilməyəcəyini bildirdikdə Məhkum onun boğazından tutaraq onu nalayiq ifadələrlə təhqir etmişdir. Xahiş etmişdir ki, onun barəsində tədbir görülsün. (cild 1, iş vərəqə 4).
4. Ərizədən görünür ki, bələdiyyənin sədri X3 İ6 İşad oğlunun onun yalnız boğazından tutduğunu və onu nalayiq ifadələrlə təhqir etdiyini göstərmişdir. Onun ərizəsində Məhkum onu və ya digərlərini vurması barədə heç nə yoxdur.
5. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X11 25 dekabr 2018-ci il tarixdə ərizə ilə Cəlilabad rayon polis şöbəsinin rəisinə müraciət edərək göstərmişdir ki, 25 dekabr 2018-ci il tarixdə ********* kənd İcra Nümayəndəliyində olarkən Məhkum adlı şəxs onu nalayiq sözlərlə təhqir etmişdir. Ardınca həmin ərizədə başqa xətlə bu cümlə yazılmışdır; «Bundan əlavə o, mənə stul ilə vuraraq xəS8t yetirmişdir». Hər iki yazı xəttinin S8ya məxsus olması araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi də bununla bağlı zəruri prosessual hərəkət aparmamış, iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmamışdır. İş üzrə yeni apellyasiya baxışı zamanı bu hal araşdırılmalıdır (cild 1, iş vərəqə 5).
6. X5, istərsə də X6 ərizələrində göstərilən xüsusatlar baxımından yanaşsaq belə təəssürat yaranır ki, Cəlilabad rayonu ********* kənd İcra nümayəndəliyinin inzibati binasında 25 dekabr 2018-ci il tarixdə fövqəladə hadisə baş vermişdir. Məhkum öz vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar olaraq bələdiyyə sədrinə zor tətbiq etmiş, onun boğazından tutmuş, onu təhqir etmiş və həmin vaxt təsadüfən oraya gəlmiş X9 heç bir səbəb olmadan təhqir edərək stulla vurmuşdur.
7. İş üzrə X11 25 dekabr 2018-ci il tarixdə verdiyi izahatında göstərmişdir ki, mən Cəlilabad rayon ********* kəndində ailə üzvlərim ilə birlikdə yaşayıram. Mən əvvəllər heç bir ruhi və ya əsəb xəstəlikləri keçirməmişəm və bununla əlaqədar olaraq heç bir dispanserdə və ya xəstəxanada qeydiyyatda deyiləm. Cəlilabad rayon, ********* kəndində yerləşən üzüm sahəsində fəhlə işləyirəm. Barəmdə ailə tərkibi haqqında arayış almaq üçün 25 dekabr 2 018-ci il tarixdə ********* kənd icra nümayəndəliyinə getmişdim. İcra nümayəndəliyinin inzibati binasına gedib, inzibati ərazi nümayəndəliyinin müavini X12 xidməti kabinetinə daxil oldum. Mən kabinetə daxil olduqdan təxminən 15 dəqiqə sonra icra nümayəndəsi R6 xidməti otağından uca səslə nalayiq ifadələr eşitdim. Bundan sonra Qafur Məmmədov həmin səs gələn tərəfə getdi, məndə onun arxasıyca həmin kabinetə daxil oldum. Mən kabinetə daxil olduqda həmkəndlim Məhkum bələdiyyə sədri N6ə və icra nümayəndəsi R6 qarşı nalayiq ifadələr işlədib, onları təhqir etdiyini gördüm. Məhkum həmin vaxt N6 boğazından tutub, onu boğurdu. N6 isə israrla ona deyirdi ki, “sənə sənəd verməyəcəm, sən qanunsuz ev tikmisən”. Həmin vaxt Məhkum N6i buraxıb, otaqda olan stulu N6 başından vurdu. Mən İ6 irad olaraq bildir dim ki, “ağzıvın danışığın bil, ictimai yerdə nalayiq ifadələr işlətmə, mən qadınam’’. Bundan sonra İ6 stul ilə mənim sağ kürəyimdən, birini sağ yan tərəfimdən, digərini isə mənim baş nahiyəmdən vurdu. O, xuliqanlıq hərəkətlərini davam etdirib, otaqda olan televizoru götürərək mənim üzərimə doğru atdı, lakin həmin televizor mənə dəymədi. Bundan sonra mən 102 Xidmətinə zəng etdim, təxminən 15 dəqiqə sonra polis əməkdaşları gəldilər. O, polis əməkdaşlarına da yumruq və təpiklə vuraraq xəS8t yetirdi. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə apardılar. Sual: 25.12.2018-cı il tarixdə Məhkum adlı şəxsin hansı səbəbdən bələdiyyə sədri N6 ünvanına nalayiq işlətməsi və stul ilə onu vurması barədə nə deyə bilərsiniz? Cavab: Mənim bu barədə məlumatım yoxdur. Mən inzibati binada olan zaman na layiq ifadələr eşitdim və R6 xidməti otağında olarkən Məhkum N6 boğazından tutmuşdu və anidən ilham N6 buraxdı və stulu onun başından vurdu. Lakin onların arasında mübahisənin konkret hansı səbəbdən yaranması barədə məlumatım yoxdur. Sual: Məhkum konkret olaraq sizin hansı nahiyənizdən vurmuşdur. Cavab: İ6 stul ilə N6 vurduqdan sonra mənim də sağ kürəyimdən, sağ yan tərəfimdən, və baş nahiyəmdən vurdu. Sual: Məhkum sizdən başqa kimlərə xəS8t yetirmişdir? Cavab: Mən İ6 əməllərinə görə 102 xidmətinə zəng etdim və polis əməkdaşları gəldikdən sonra o, polis əməkdaşına da təpiklə və yumruqla vurdu (cild 1, iş vərəq 6-7).
8. Zərərçəkmişin izahatından da göründüyü kimi o, Məhkum N6 boğazından tutub boğduğunu, sonra isə otaqda olan stulla N6 başından vurduğunu göstərmişdir. X47 özü polisə yazdığ ı ərizəsində Məhkum onun yalnız boğazından tutduğunu və onu nalayiq ifadələrlə təhqir etdiyini göstərmiş, Məhkum onu stulla vurması barədə isə heç nə göstərməmişdir.
9. S8 daha sonra göstərir:Mən İ6 irad olaraq bildirdim ki, “ağzıvın danışığın bil, ictimai yerdə nalayiq ifadələr işlətmə, mən qadınam’’. Bundan sonra İ6 stul ilə mənim sağ kürəyimdən, birini sağ yan tərəfimdən, digərini isə mənim baş nahiyəmdən vurdu. O, xuliqanlıq hərəkətlərini davam etdirib, otaqda olan televizoru götürərək mənim üzərimə doğru atdı, lakin həmin televizor mənə dəymədi. Bundan sonra mən 102 Xidmətinə zəng etdim, təxminən 15 dəqiqə sonra polis əməkdaşları gəldilər. O, polis əməkdaşlarına da yumruq və təpiklə vuraraq xəS8t yetirdi. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə apardılar.
10. Azərbaycan Resp ublikası CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.
11. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
12. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
13. CPM-in 146.1-ci maddəsinə əs asən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
14. Lakin hökmdən və qərardan müəyyən edilir ki, işə baxan məhkəmələr tərəfindən CPM-in 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq sübutlara qeyriobyektiv qiymət verilmişdir.
15. Məhkəmə kollegiyası qeyd edir və apellyasiya məhkəməsinin nəzərinə çatdırır ki, cinayət işinin materiallarında polis əməkdaşlarının hadisə yerinə gəlməsi və Məhkum polis əməkdaşlarını yumruq və təpiklə vuraraq xəS8t yetirməsi barədə cinayət işinin materiallarında heç bir sübut mövcud deyildir. Bundan başqa, zərərçəkmiş S8 ifadələrinə görə o, Məhkum “ağz ıvın danışığın bil, ictimai yerdə nalayiq ifadələr işlətmə, mən qadınam’’ dediyinə görə Məhkum stul ilə onun sağ kürəyindən, birini sağ yan tərəfindən, digərini isə onun baş nahiyəsindən vurmuş və otaqda olan televizoru götürərək onun üzərinə atmışdır. Məhkəmə araşdırmaları zamanı isə o, ifadəsində göstərmişdir ki, “X44 əlindən çıxdıqda, İ6 stulla onu vurmaq istədi, X47 kənara çəkildiyindən stul ona dəymədi. Bu vaxt Məhkum otaqdakı televizoru götürərək N6 üzərinə atmaq istədikdə o və X45 saxlamış, icra nümayəndəsi R6 isə televizoru İ6ın əlindən almışdır”. Zərərçəkmiş şəxs S8 ibtidai istintaq zamanı və məhkəmə araşdırmaları zamanı verdiyi ifadələr arasında kifayət qədər ziddiyyətlər vardır. İşə baxan məhkəmələr isə bu ziddiyyətləri aradan qaldırmamış və şübhəli olan bütün halları təqsirkarı n zərərinə həll etmişlər ki, bu da CPM-in 21.2-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Apellyasiya məhkəməsi işə yenidən baxarkən bu ziddiyyətləri aradan qaldırmalı və şübhələri təqsirləndirilən şəxsin ziyanına həll etməməlidir.
16. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X11 verdiyi ifadəsində göstərmişdir ki, ailə vəziyyəti ilə əlaqədar sosial yardım düzəltdirmək üçün ona ailə tərkibi haqqında arayış lazım olduğundan bu məqsədlə 25 dekabr 2018-ci il tarixdə saat 17 radələrində Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının ********* kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə getmişdir.O, icra nümayəndəsinin müavini vəzifəsində işləyən Qafur Məmmədova müraciət edib ona ailə tərkibi haqqında arayış verməsini xahiş etmişdir. Bu vaxt icra nümayəndəsi R6 xidməti ota ğında kiminsə qışqıraraq nalayiq ifadələr işlətdiyini eşitmişlər. O və Q6 nə baş verdiyini bilmək üçün dərhal səs-küy gələn otağa getmişlər. Onlar otağa daxil olduqda, otaqda ********* kəndində yaşayan Məhkum, icra nümayəndəsi R6 və ********* bələdiyyəsinin sədri N6i görmüşlər. Məhkum əlləri ilə N6 boğaz nahiyəsindən tutub sıxmış və uca səslə qışqıraraq N6 ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar Məhkum intizama dəvət etsələr də, İ6 əhəmiyyət verməmişdir. X44 əlindən çıxdıqda, İ6 stulla onu vurmaq istədi, X47 kənara çəkildiyindən stul ona dəymədi. Bu vaxt Məhkum otaqdakı televizoru götürərək N6 üzərinə atmaq istədikdə o və X45 saxlamış, icra nümayəndəsi R6 isə televizoru İ6ın əlindən almışdır. Məhkum uca səslə N6i söyməkdə davam etmişdir. O, nalayiq küçə söyüşləri söyməyi dayandırmasın ı və qanunsuz hərəkətlərinə son qoyub sakitləşməsini Məhkum tələb etdikdə İ6 onun sözlərinə əhəmiyyət verməyib, əksinə onun bu sözlərindən sonra daha da azğınlaşaraq uca səslə onu nalayiq küçə söyüşləri ilə təhqir edib otaqdakı taxta stulla baş nahiyəsinə bir neçə dəfə bərk zərbələr endirmişdir. O, zərbələrin təsirindən xəS8t almışdır. Hətta zərbənin təsirindən stulun qıçları sınmışdır. Məhkum stulu onun baş nahiyəsinə bərk vurduqda, o, müvazinətini itirsə də, Q6 dərhal onu tutaraq kənara çəkmiş və onu yıxılmağa qoymamışdır. Həmin vaxt Məhkum səsinə nümayəndəliyin əməkdaşı B6 və qonşuluqda yaşayan X33 da gəlmişlər. Onlar Məhkum xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışsalar da, Məhkum uca səslə nalayiq ifadələr işlətməkdə davam etmişdir. Məhkum qanunsuz hərəkətləri, yəni uca səslə n alayiq ifadələr işlətməsi, N6ə və ona xəS8t yetirməsi təxminən 10-15 dəqiqə davam etmişdir. Daha sonra Məhkum N6 ünvanına nalayiq ifadələr işlədərək həyətə tərəf getmişdir. Bundan sonra onlar da həyətə çıxmışlar və o, DİN-nin “102 xidməti” zəng mərkəzi ilə əlaqə saxlayaraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bu vaxt Məhkum küçəyə çıxıb yaşadığı evə tərəf getmişdir. Təxminən 15 dəqiqə sonra Cəlilabad rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər və o, baş vermiş hadisə barədə onlara bildirmişdir. Bundan sonra rayon polis şöbəsinə gələrək Məhkum qanunsuz hərəkətləri barədə şikayət vermişdir.
17. Göründüyü kimi zərərçəkmiş şəxs məhkəmə araşdırmaları zamanı verdiyi ifadəsində Məhkum polis əməkdaşlarına yumruq və təpiklə vuraraq xəS8t yetirməsi barədə heç nə göstərməmişdir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, Məhkumlə S.Abdulhəsənova arasında heç bir ədavət, düşmənçilik və narazılıq olmamışdır. S.Abdulhəsənovanın “ağzıvın danışığın bil, ictimai yerdə nalayiq ifadələr işlətmə, mən qadınam’’ dediyinə görə Məhkum stul ilə onun sağ kürəyindən, birini sağ yan tərəfindən, digərini isə onun baş nahiyəsindən vurması inandırıcı görünmür. O fakt da nəzərə alınmalıdır ki, zərərçəkmiş S8 istintaq və məhkəmə araşdırmaları zamanı verdiyi ifadələr arasında uyğunsuzluq kifayət qədərdir.
18. Məhkum ibtidai istintaq zamanı verdiyi izahatında göstərmişdir ki, mən Cəlilabad rayon ********* kəndində ailə üzvlərimlə birlikdə yaşayıram. Mən əvvəllər heç bir ruhi və ya əsəb xəstəlikləri keçirməmişəm və bununla əlaqədar olaraq heç bir dispanserdə və ya xəstəxanada qe ydiyyatda deyiləm. 25 dekabr 2018-ci il tarixdə evdə olduğum zaman ********* kənd bələdiyyə sədri N6 mənim istifadəmdə olan 070- ***-**-** saylı mobil telefon nömrəmə zəng edərək, məni ********* kənd inzibati ərazi nümayəndəliyinə çağırdı. Bundan sonra mən icra nümayəndəliyinə getdim. Mən icra nümayəndəliyinin inzibati binasının həyətində N6 ilə görüşdüm. Mənim evimin arxa tərəfinə Səxavət adlı şəxsin daş tökməsi ilə bağlı N6 söhbət etdiyimiz zaman adını sonradan S8 kimi bildiyim qadın yanımıza gəldi. Söhbət əsnasında N6 S8 və məni işarə edib dedi ki, “ sənin barəndə danışan budur” Bundan sonra S8 məni nalayiq ifadələr ilə təhqir etməyə başladı. Mən S8 məni təhqir etdiyini görüb, ona heç bir söz deməyərək oradan uzaqlaşdım. Sual: 25.12.2018-ci il tarixdə X33 və X11 Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə və ərizə ilə RPŞ- və müraciət edərək həmin tarixdə sizin ********* kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin inzibati binasının həyətində onların ünvanında nalayiq ifadələr işlətdiyinizi onları təhqir etdiyinizi göstərmişlər. Bu barədə nə deyə bilərsiniz? Cavab: Mənim bu barədə məlumatım yoxdur. Mən heç kimi söyüb təhiqr etməmişəm, onlar mənə böhtan atırlar. Sual: X32 izahatında 25.12.2018-ci il tarixdə sizin icra nümayəndəliyinin inzibati binasına gəldiyinizi, orada onunla mübahisə etdiyinizi və mübahizə zamanı onu ünvanına nalayiq ifadələr işlədərək boğazından tutduğunuz və otaqda olan stulu onun başına vuraraq xəS8t yetirdiyinizi göstərmişdir. Bu barədə nə deyə bilərsiniz? Cavab: Bu yalan və böhtandır. N6 öz cinayətini ört-bastır etməkdən ötrü mənə q arşı şər və böhtan atmaqla bu işi təsdiq etmiş və mənə zəng edərək idarəyə çağırmışdır. Məndə onunla idarənin həyətində görüşmüşəm və aramızda da heç bir dava-dalaş baş verməmişdir. X49 haqqında 17.12.2018-ci il tarixində BMT-yə digər təşkilatlara müraciət etmişəm və müraciətimə görədə mənə şər atmışdır (cild 1, iş vərəqə 8-9).
19. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” müstəntiqin 25 dekabr 2018-ci il tarixli qərarından müəyyən edilir ki, müstəntiq yalnız X6 ərizə və izahatını əsas götürərək, heç bir araşdırma aparmadan, bələdiyyə sədri X22 və şahidləri dindirmədən CPM-in 209cu maddəsinin tələblərinə zidd olaraq dərhal cinayət işinin başlanılması haqqında qərar qəbul etmiş və qərarda müəyyən ed ilməmiş faktları əks etdirmişdir.
20. Qərarda göstərilir: Məhkum 25 dekabr 2018-ci il tarixdə saat 18 radələrində Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının ********* kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə gəlib, həmin vaxt icra nümayəndəsinin xidməti otağında olan ********* bələdiyyəsinin sədri X16 ona zəbt etdiyi torpaq sahəsinə dair sənəd verilməsini tələb etdikdə, N6 bunun qanunsuz olduğunu bildirməsini bəhanə edərək həmin binada olan şəxslərin yanında, özünü onların fövqündə qoyub sonuncunu uca səslə nalayiq ifadələrlə təhqir edərək, əli ilə N6 boğaz nahiyyəsini sıxıb, stul ilə baş nahiyyəsindən vurmuş, bu vaxt səsə otağa gəlmiş Cəlilabad rayonu, ********* kənd sakini X13 ondan hərəkətlərə son qoymasını tələb etdikdə, qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib uca səsl ə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanın pozulmasının qarşısını alan S8 bel və baş nahiyyələrinə stul ilə vurmaqla ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Toplanmış materiallardan görünür ki, Məhkum hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin əlamətləri vardır. Odur ki, toplanmış materiallara əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanmalı və ibtidai istintaq aparılması üçün icraata qəbul edilməlidir.
21. Halbuki, X32 ərizəsində Məhkum stulla onun baş nahiyəsindən vurması barədə heç nə göstərməmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin material larındakı “Baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, müstəntiq 26 dekabr 2018-ci il tarixdə ********* kəndində yerləşən İnzibati Ərazi Nümayəndəliyin binasına bələdiyyə sədri N.Ağayevin iştirakı ilə baxış keçirmişdir. Protokolda N6 sınıq stulu göstərsə də, S8 izahatında göstərdiyi Məhkum ona atdığı televizorun “hara gedib düşməsi” və “aqibəti” müəyyən edilməmiş qalmışdır.
23. Qeyd edilməlidir ki, CPM-in 85.2.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətlə ri həyata keçirmək müstəntiqin hüququ deyil, vəzifəsidir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi tərəfindən verilmiş 26.12.2018-ci il tarixli, 778 saylı aktdan görünür ki, X6 məhkəmətibbi müayinəsinə əsasən onda başın sol təpə nahiyəsində qançır müəyyən olunmuşdur, müəyyən olunan xəS8t bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 25 dekabr 2018-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəS8t olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 51-52).
25. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən verilmiş 26.12.2018-ci il tar ixli, 779 saylı aktdan görünür ki, X18 məhkəmə-tibbi müayinəsinə əsasən onda boynunun sol yan səthində fasiləli qançır müəyyən olunmuşdur, müəyyən olunan xəS8t bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 25 dekabr 2018-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəS8t olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 49-50).
26. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, istintaq orqanı X6 baş nahiyəsində olan qançırın Məhkum tərəfindən stulla vurulması nəticəsində əmələ gəlməsi barədə S8, həmçinin X18 boynunun sol yan səthində qançırın Məhkum tərəfindən əl ilə sıxılma nəticəsində əmələ gəlməsi barədə alibilərini təsdiq etmək üçün öz təşəbbüsü ilə əlavə məhkəmə tibbi ekspertizası təyin etmişdir (cild 1, iş vərəqə 164-165).
27. Müstəntiqin borcu tam, hərtərəfli və obyektiv istintaq aparmaqdır. Müstəntiq tərəfindən tərəflərdən birinin (hazırki halda zərərçəkmişlərin) mövqeyinin ifadə edilməsinə yönəlik hərəkətlər edilməsi CPM-in tələblərinin kobud pozuntusudur.
28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən verilmiş 28.12.2018-ci il tarixli, 778 saylı aktdan görünür ki, X7 aşkar olunan xəS8t - başın sol təpə nahiyəsindəki qançır taxta oturacaqla (stul ilə) vurulma nəticəsində əmələ gələ bilər.
29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən verilmiş 28.12.2018-ci il tarixli, 779 saylı aktdan görünür ki, X19 aşkar olunan xəS8t - boyunun sol yan səthindəki fasiləli qançır əl ilə sıxılma nəticəsində əmə lə gələ bilər.
30. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum İ6 X1 baş nahiyəsinə zərblə stulla vurması və onun başının sol təpə nahiyəsində yalnız qançır əmələ gəlməsi barədə ekspertiza rəyi inandırıcı görünmür. Belə ki, zərərçəkmiş S8 məhkəmə araşdırmaları zamanı verdiyi ifadəsində Məhkum taxta stulla onun baş nahiyəsinə bir neçə dəfə bərk zərbələr endirməsini və zərbənin təsirindən stulun qıçının sınmasını göstərmişdir. Belə olan halda bu xüsusat ciddi araşdırılmalıdır. Eyni səbəbdən X18 da boynunun sol yan səthində fasiləli qançır əmələ gəlməsi inandırıcı deyildir. Bu xüsusatı araşdırmaq üçün rəy vermiş ekspert məhkəməyə dəvət edilərək dindirilməli, zərurət yaranarsa, təkrar məhkəmə tibbi ekspertizası təyin edilməlidir.
31. Məhkum məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, ********* kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Əslən Lerik rayonu, Orand kəndindəndir. 2015-ci ildə Cəlilabad rayonu, ******** kəndinə köçüb qeydiyyata alınmışdır. Onun Cəlilabad rayonu ərazisində yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi olmadığından pul müqabilində həyətyanı torpaq sahəsi almaq qərarına gəlmişdir. 2018-ci ilin fevral ayında Cəlilabad rayonunun ********* bələdiyyəsinin müavini H6 17 min manat müqabilində ********* kəndinin ərazisində torpaq sahəsi almış, lakin həmin torpaq sahəsini alması ilə əlaqədar aralarında alqısatqı müqaviləsi bağlanmamışdır. O, torpaq sahəsini aldıqdan sonra 2018-ci ilin fevral ayının sonlarında həmin torpaq sahəsində yaşayış evi tikmək üçün mişar daşları tökdürmüşdür. O, həmin torpaq sahəsinə daş tökdürdükdən 2 gün sonra ********* bələdiyyəsinin sədri N6 həmin əraziyə gələrək “ev tikmək üçün bu torpaq sahəsini sənə kim verib” demişdir. O, N6ə həmin torpağı müavini H6 17 min manat müqavilində aldığını bildirmişdir. N6 ona bir söz demədən çıxıb getmişdir. Səhəri gün H6 ona daşları götürüb təxminən 200 metr aralıda torpaq sahəsi göstərib evi həmin yerdə tikməsini demişdir. O da bir neçə gün ərzində daşları ona göstərilən torpaq sahəsinə daşımış və 2018-ci ilin mart ayının əvvəllərində həmin torpaq sahəsində ev tikməyə başlamışdır. O, evi 2018-ci ilin may ayında tam tikib qurtarmış və may ayının 30-da ailə üzvləri ilə birlikdə həmin evə köçmüşdür. Ev mişar daşlarından və qırmızı kərpic daşlardan hörülməklə 2 otaq v ə qarşısındakı talvardan ibarətdir. Ev hazır olduqdan sonra evə elektrik enerjisi və qaz xətti çəkmək üçün müvafiq qurumlara müraciət etmiş, lakin torpaq sahəsinin və ya evin sənədləri olmadığından yaşadığı evə elektrik enerjisi və qaz xəttinin çəkilməsinin mümkünsüz olduğunu ona demişlər. O, 10 avqust 2018-ci il tarixdə ********* bələdiyyəsinin sədri N6ə müraciət edib ona aldığı torpaq sahəsinə dair sənəd verməsini xahiş etmiş, N6 ona yaşayış evi tikdiyi torpaq sahəsinin ********* bələdiyyəsinin mülkiyyətində olan örüş sahəsi olduğunu, örüş sahəsində qanunsuz ev tikdiyini və həmin torpaq sahəsinə dair sənəd verə bilməyəcəyini ona demişdir. 2018-ci ilin dekabr ayının əvvəllərində ********* kənd sakini S6 adlı şəxs onun yaşadığı evin arxasına bir kamaz mişar daşları tökdürmüş, həmin vaxtdan bir neçə gün sonra yəni 10 dekabr 2018-ci il tarixdə oğlu E6 da evin qarşısına bir maşın qum və bir kamaz mişar daşları tökdürmüşdür. Onların həmin qum və daşları gətirməkdə məqsədi evin qarşısında tikinti işlərini davam etdirmək, yəni talvarın kənarlarını hördürmək olmuşdur. 25 dekabr 2018-ci il tarixdə saat 16:50 radələrində ********* bələdiyyəsinin sədri N6 ona zəng edərək “daşı evin arxasında kim töküb” demişdir. O, N6ə həmin daşı S6 adlı şəxsin tökdürdüyünü demişdir. Bundan sonra N6ə onunla torpağa sənəd verilməsi barədə söhbət etmək istədiyini bildirmişdir. N6 ona hazırda ********* kənd icra nümayəndəlində olduğunu demişdir. Təxminən 10-15 dəqiqə sonra o, icra nümayəndəliyinə çatmışdır. O, pilləkənlə ********* kənd icra nümayəndəliyinin inzibati binasının ikinci mərtəbəsindəki dəhli zinə qalxmışdır. Həmin vaxt N6 mobil telefonla kiminləsə danışırdı. N6 telefonla danışıb qurtardıqdan sonra onunla salamlaşmış və onlar söhbət edərək nümayəndəliyin həyətinə düşmüşlər. Həyətdə o, N6ə torpaq sahəsinə sənəd verməsini xahiş etmişdir. N6 isə cavabında “mən sənə sənəd verə bilmərəm” demişdir. O, N6ə belə olan halda qanuni əsaslarla həmin torpaq sahəsinə sənəd alacağını bildirmişdir. N6 heç bir halda ona sənəd verməyəcəyini bildirmişdir. Bu zaman ********* kənd sakini S8 adlı qadın nümayəndəliyin həyətinə girib onlara yaxınlaşmışdır. N6 ona “bu kişi sənə pozğun deyir” demişdir. S6 də onu nalayiq ifadələrlə təhqir etdikdə, o, utandığından yaşadığı evə tərəf getmişdir. O, evə gedərkən polis sahə rəisi P6 avtomobillə ona tərəf gəldiyini görmüşdür. P6 ona yaxınlaşıb N6in onun barəsi ndə Cəlilabad rayon polis şöbəsinə şikayət etdiyini bildirmiş və şikayətlə əlaqədar onu rayon polis şöbəsinə dəvət etmişdir. O da P6 birlikdə icra nümayəndəliyinə, oradan da rayon polis şöbəsinə gəlmişdir. Sonradan bilmişdir ki, ********* bələdiyyəsinin sədri N6 və kənd sakini S8 guya onları döyüb nalayiq ifadələrlə təhqir etməsi barədə ondan şikayət etmişlər. O, ********* kənd icra nümayəndəliyində olarkən N6i və S8nı döyməmiş və onları nalayiq ifadələrlə təhqir etməmişdir. Onların onun barəsində verdikləri şikayətlər əvvəlcədən təşkil olunmuş şər və böhtandır. ********* bələdiyyəsinin sədri N6 və ********* kənd sakini S8 ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Lakin ona yaşayış evi tikdiyi torpaq sahəsinə sənəd verməməsi ilə bağlı N6 barəsində müxtəlif dövlət qurumlarına şikayətlər y azdığından N6in onunla münasibəti yoxdur. O, 25 dekabr 2018-ci il tarixdə saat 17 radələrində icra nümayəndəsi Rauf Nəzərovun xidməti otağında olmamış, N6i əlləri ilə boğmamış, N6i və S8nı nalayiq ifadələrlə təhqir etməmiş, S8ya stulla vuraraq xəS8t yetirməmiş və onlara qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Cəlilabad rayonu, ********* kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazisi təxminən 0,20 ha təşkil edir. O, həmin torpaq sahəsini aldıqdan sonra maddi imkanı olmadığından çəpərləməmişdir. Həmin torpaq sahəsi ona məxsus olduğundan mühafizə etmiş, aldığı torpaq sahəsini ərazi hüdudları daxilində əkib becərmişdir. Bundan başqa həmin torpaq sahəsində 2018-ci ilin mart ayından may ayınadək olan müddətdə mişar daşları və kərpicdən iki ota qlı yaşayış evi, bir otaqlı hamam və sanitar qovşaq, həmçinin şiferdən təndirxana yeri olan talvar tikmişdir. O, Cəlilabad rayonu, ********* kəndində yerləşən, üzərində yaşayış evi tikdiyi torpaq sahəsinin ********* bələdiyyəsinin mülkiyyətində olduğunu bilmişdir. Həmin torpaq sahəsini 2018-ci ilin fevral ayında aldıqdan sonra həmin vaxtdan etibarən şumlayaraq orada keşniş, şüyüt, vəzəri, zəfəran, noxud, mərci, xiyar, pomidor, kartof, lobya, sarımsaq və soğan məhsulları əkmişdir. O, heç kimi vurmamış və zor tətbiq etməmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun ifadələrindən müəyyən olunur ki,o, Lerik rayonu, Orand kəndindəndir. 2015-ci ildə Cəlilabad rayonu, ******** kəndinə köçmüşdür. Onun Cəlilabad rayonu ərazisində yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi olmadığınd an pul müqabilində həyətyanı torpaq sahəsi almaq qərarına gəlmişdir. 2018-ci ilin fevral ayında Cəlilabad rayonunun ********* bələdiyyəsinin sədrinin müavini H6 17.000 manat müqabilində ********* kəndinin ərazisində torpaq sahəsi almış, lakin həmin torpaq sahəsini alması ilə əlaqədar aralarında alqı-satqı müqaviləsi bağlanmamışdır. Lakin işə baxan məhkəmələr bu xüsusatı araşdırmamışlar. Məhkum Lerik rayonunun Orand kəndindən gələrək Cəlilabad rayonunun ********* kəndində özünə ev tikməsinə rəvac verən amil nədir? Nə səbəbə o, ailəsi ilə köçdüyü Cəlilabad rayonunun ******** kəndində deyil, ********* kəndində ev tikir? Nə səbəbə Mustafayev X28 Bələdiyyəsinin sədrinin müavini H6Əhmədova 17.000 manat verərək torpaq aldığını iddia edir? Əgər o, təkidlə bələdiyyə sədri N6dən tikdiyi evə sənəd tə ləb edirsə və məhkəmələrin gəldiyi nəticəyə əsasən hətta onu vurursa və boğursa nə səbəbə Məhkum 17.000 manat pulu N6ə verdiyini demir? Məhkəmə kollegiyasının qənaəti belədir ki, hazırki iş üzrə Həqiqət müəyyən edilməmişdir. Həqiqətin müəyyən edilmədiyi bir işdə isə Qanuni və Əsaslı qərardan söhbət gedə bilməz. Qanun qarşısında hamı bərabərdir.
33. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş MustafayevEhtiramİşad oğlu verdiyiifadəsindəgöstərdiki, ailə üzvləri ilə birlikdə, yəni atası Məhkum, anası X17, qardaşları Təbrik Mustafayev, Fərail Mustafayev, Əlizahir Mustafayev, Samirə Mustafayeva və İranə Mustafayeva ilə birlikdə Cəlilabad rayonu, ********* kəndində yaşayır. Əslən Lerik rayonu, Orand kəndindən olsalar da, 2015-ci ildə Cəlilabad rayonu, ******** kəndinə köçüb həmin kənddə pasport qeydiyyatına alınmışlar. Cəlilabad rayonu ərazisində yaşayış evi tikmək üçün həyətyanı torpaq sahələri olmadığından atası Məhkum pul müqabilində həyətyanı torpaq sahəsi almaq istəmişdir. Atasıona dediyinə görə Cəlilabad rayonunun ********* bələdiyyəsinin əməkdaşı Saməddin adlı şəxslə həyətyanı torpaq sahəsi almaqla bağlı danışmış, Saməddin ona torpaq sahəsi almaqda köməklik edəcəyini demişdir. Atasından eşitdiyinə görə Saməddin ona ********* kəndinin ərazisində 17 min manata torpaq sahəsi satacağını demişdir. Bundan sonra atası şəxsi təsərrüfatlarına məxsus təxminən əlli baş qoyun, bir baş inək və bir baş buzov satıb və evdə olan pulla birlikdə 17 min manat düzəldib Saməddinə vermişdir. Saməddin atasıİ6 satacağı torpağı ona göstərmiş, atası da torpağa baxdıqdan sonra həmin t orpaq sahəsini Saməddindən almışdır. Lakin həmin torpaq sahəsini alması ilə bağlı alqı-satqı müqaviləsi bağlamamışlar. Atası ********* kəndinin ərazisində Saməddindən torpaq sahəsi aldıqdan sonra 2018-ci ilin fevral aynının sonlarında Saməddinin atasına satdığı həmin torpaq sahəsində yaşayış evi tikmək üçün mişar daşları tökdürmüşdür. Lakin ********* bələdiyyəsinin sədri N6 həmin əraziyə gələrək torpaq sahəsində ev tikməklərinə icazə verməmişdir. Atasından eşitdiyinə görə bu barədə atası İ6 Saməddinlə danışdıqdan sonra Saməddin atama həmin torpaq sahəsindən təxminən 200 metr uzaqlıqda yerləşən, ********* kəndinə yaxın təxminən 0,20 ha torpaq sahəsini göstərib evi həmin torpaq sahəsində tikməsini demişdir. Bundan sonra o və qardaşları atasının tapşırığı ilə bir neçə gün ərzində daşları ikin ci torpaq sahəsinə daşımışlar və atası İ6 2018-ci ilin mart ayının əvvəllərində həmin torpaq sahəsində ev tikməyə başlamışdır. Atasına evi tikməkdə köməklik etmişdir. Onlar evi 2018-ci ilin may ayında tam tikib qurtarmış və may ayının 30-da ailə üzvləri ilə birlikdə həmin evə köçmüşlər. Ev mişar daşlarından və qırmızı kərpic daşlardan hörülməklə 2 otaq və qarşındakı talvardan ibarətdir. Atası həmçinin evin həyətində qırmızı kərpicdən sanitar qovşaq, hamam otağı və dəmir şiferdən talvar tikmişdir. Ev hazır olduqdan sonra atası evə elektrik enerjisi və qaz xətti çəkmək üçün müvafiq qurumlara müraciət etmişdir. Lakin torpaq sahəsinin və ya evin sənədləri olmadığından yaşadığı evə elektrik enerjisi və qaz xəttinin çəkilməsi mümkün olmamışdır. Bununla əlaqədar atası torpaq sahəsinə dair rəsmi sənəd verilməsi ilə əlaqədar ********* bələdiyyəsinə, eləcə də digər dövlət qurumlarına müraciətetmişdir. ********* bələdiyyəsinin sərdi N6 onlara həmin torpaq sahəsində ev tikməyin qanunsuz olduğunu atasına demişdir. 2018-ci ilin dekabr ayının əvvəllərində ********* kənd sakini Səxavət adlı şəxs onun yaşadığı evin arxasına bir kamaz mişar daşları tökdürmüşdür. Həmin vaxt yağış yaxdığından yer palçıq olduğu üçün Səxavət daşları onların evinin arxa hissəsinə tökmüşdür. Həmin vaxtdan bir neçə gün sonra o, da atasının tapşırığı ilə yaşadığı evin qarşısına bir maşın qum və bir kamaz mişar daşları tökdürmüşdür. Onun həmin qum və daşları gətirməkdə məqsədi evin qarşısındakı talvarın kənarlarını hördürmək olmuşdur. 25 dekabr 2018-ci il tarixdə işdən çıxıb yaşadığı evə getdikdə atasının ********* bələdiyyəsinə çağırıldığını bilmişdir. O, atasına zəng etsə də, atasının mobil telefonuna zəng çatmamışdır. Bələdiyyə sədri N6ə zəng etdikdə isə o, telefona cavab verməmişdir. Bundan sonra o, ********* kəndinin sahə rəisi işləyən polis işçisi P6ə zəng etmişdir. P6 ona atası İ6ın bələdiyyə sədri N6lə münaqişə etdiyini, bununla əlaqədar Cəlilabad rayon polis şöbəsinə çağırıldığını, hazırda atası İ6ın rayon polis şöbəsində olduğunu onademişdir. O, səhəri gün Cəlilabad rayon polis şöbəsinə gəldikdə atası İ6ın tutulduğunu bilmişdir.
34. Şahidin də ifadəsindən göründüyü kimi o da atası Məhkum bu torpaq sahəsini 17.000 manata bələdiyyə sədrinin müavini H6 aldığını göstərmişdir. Şahidin ifadəsinin yalnız yaxın qohum olduğuna görə inandırıcı hesab edilməməsi barədə məhkəmələrin gəldiyi nəticə əsas sızdır. Şahid düzgün ifadə verəcəyi barədə məhkəmə qarşısında and içir, iltizama imza edir. İstintaq orqanının və məhkəmənin borcudur ki, şahidin ifadəsində göstərdiyi xüsusatın düzgün olub-olmamasını aydınlaşdırsın. Hazırki halda isə istintaq orqanı və məhkəmələr bu barədə yalnız H6Səmədovun ifadəsini almaqla kifgayətlənmişlər.
35. Məhkəmə kollegiyası qeyd edir ki, ola bilsin ki, Məhkum və E6 ifadələri H6Əhmədova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürmək üçün kifayət etməsin. Lakin məhkəmə kollegiyası vurğulayır ki, Məhkum Cəlilabad rayonunun ********* kəndinin ərazisindəki torpaq sahəsində özünə ev tikməsinin onun özbaşınalığının nəticəsi olması barədə məhkəmələrin gəldiyi qənaət də əsaslı və mötəbər sübutlara söykənmir və cinayət işinin materiallarındakı məhkəmələrin istinad etdikləri sübutlar Məhkum isnad edilən torpaq sahəsini özbaşına tutmasını təsdiq etmir.
36. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs N6 verdiyi ifadəsində göstərmişdirki, əslən Lerik rayonu, Orand kəndindən olan Məhkum 2015-ci ildə Cəlilabad rayonu, ******** kəndinə gəlib həmin kənddə qeydiyyata düşmüşdür. Məhkum ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Məhkum 2018-ci ilin əvvəllərində Cəlilabad rayonu ********* bələdiyyəsinə gəlib ona şifahi qaydada müraciət edərək bələdiyyənin mülkiyyətində olan torpaqlardan özünə fərdi yaşayış evi tikməsi üçün həyətyanı torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Həmin vaxt o, Məhkum bələdiyyə mülkiyyətində olub həyətyanı məqsədlər üçün verilən torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsinin hüquqi əsaslarını, yəni “Bələdiyyə torpaqlar ının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə biləcəyini, bunun üçün rəsmi qaydada ********* bələdiyyəsinə müraciət etməsini, onun müraciətinə bələdiyyənin iclasında baxılacağını və müvafiq qərar qəbul edildikdən sonra keçiriləcək hərracda iştirak etməsi və yalnız satınalma yolu ilə ona həyətyanı torpaq sahəsi ayrılacağını izah etmişdir. Məhkum cavabında torpaq sahəsi almaq üçün pul vəsaitinin olmadığını bildirmiş və ona ödənişsiz olaraq həyətyanı torpaq sahəsi verilməsini xahiş etmişdir. O, Məhkum bunun qanunsuz olduğunu izah etdikdən sonra sonuncu çıxıb getmişdir. 2018-ci ilin mart ayında Cəlilabad rayonu, ********* kəndinin ərazisində yerləşən bələdiyyə mülkiyyət ində olan torpaq sahələrinə baxış keçirərkən kəndin çıxışında yerləşən ********* bələdiyyəsinin mülkiyyətində olan örüş sahəsində qanunsuz tikinti işlərinin aparıldığını görmüşdür. O, həmin yerə yaxınlaşdıqda, qanunsuz tikinti işləri aparan şəxsin Məhkum olduğunu bilmişdir. O, Məhkum qanunun tələblərini pozmaqla özbaşına tikinti işləri apardığını bildirmiş və tikintini dayandırmasını tələb etmişdir. Məhkum də tikintinin qanunsuz olmasından məlumatlı olduğunu və ona edilən xəbərdarlıqdan sonra tikintini davam etdirməyəcəyini demişdir. Həmin vaxtdan sonra o, bir neçə dəfə ərazini gəzərkən qeyd olunan torpaq sahəsində tikinti işlərinin aparılmadığını görmüş, lakin sonradan Məhkum rəsmi qaydada edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq bələdiyyənin örüş sahəsində olan qanunsuz tikilidə hissə- hissə olmaqla gecələr tikinti işləri aparmağa başlamışdır. ********* bələdiyyəsinin mülkiyyətində olan örüş sahəsində qanunsuz tikinti işləri apardığına görə Məhkum dəfələrlə yazılı və şifahi qaydada xəbərdar etməsinə baxmayaraq, sonuncu bundan nəticə çıxarmamış, gizli olaraq evi gecələr tikib yekunlaşdırmışdır.Məhkum həmin evi tikməmişdən əvvəl və sonra tərəfindən dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmiş, lakin sonuncu buna əhəmiyyət verməmişdir.Həmin ev qırmızı kərpic daşlardan hörülməklə iki otaqdan və talvardan ibarətdir. Məhkum ********* bələdiyyəsinin mülkiyyətində olan örüş sahəsində qanunsuz tikinti işləri aparması barədə Cəlilabad rayon İcra Hakamiyyətinə və Cəlilabad rayon polis şöbəsinə müraciət etmişdir. Onun müraciətlərindən sonra hər iki qurumun əməkdaşları tərə findən həmin qanunsuz tikiliyə baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Bundan başqa Məhkum öz müraciəti əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı Cəlilabad ərazi şöbəsinin əməkdaşları tərəfindən 27 noyabr 2018-ci il tarixdə Məhkum tikdiyi evə baxış keçirilmiş və Məhkum ********* kəndində bələdiyyə mülkiyyətində olan örüş sahəsində heç bir hüquq müəyyənedici sənəd olmadan ev tikərək yaşadığı barədə akt tərtib edilmişdir. Bütün bunlara baxmayaraq Məhkum ********* bələdiyyəsinin mülkiyyətində olan örüş sahəsində qanunsuz tikdiyi yaşayış evini sökərək torpaq sahəsini bələdiyyəyə geri qaytarmamışdır. 25 dekabr 2018-ci il tarixdə ********* kəndində olarkən eşitmişdir ki, Məhkum qanunsuz tikdirdiyi yaşayış evini genişləndirmək məqsədi ilə həmin yerə iki maşın mişa r daşı, bir maşın qum və 20-30 ədəd şifer gətizdirmişdir. O, Məhkum evinin yanına gedib həqiqətən də evinin həyətinə iki maşın mişar daşı, bir maşın qum tökdürdüyünü və həyətdə 20-30 ədəd şifer olduğunu görmüşdür. Həmin vaxt çağırsa da, İ6ın evində kimsə olmadığından ona cavab verilməmişdir. Bundan sonra Cəlilabad rayon ********* kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə gəlmişdir. Həmin gün saat 16:50-də Məhkum zəng edib ona tikinti materiallarını nə məqsədlə gətirdiyini soruşduqda, sonuncu tikdiyi evi genişləndirmək istədiyini bildirmişdir. O, Məhkum tikinti işlərini aparmasının qanunsuz olduğunu bir daha xatırlatmışdır. Məhkum ondan harada olduğunu soruşmuş, o, Məhkum hazırda Cəlilabad rayon ********* kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında olduğunu b ildirmişdir. İ6 ona “gözlə gəlirəm, sənədləşmə ilə əlaqədar səninlə işim var” demişdir. Məhkum təxminən 15 dəqiqə sonra icra nümayəndəliyinə gəlmişdir. Həmin vaxt saat 17 radələri olmuşdur. Həmin vaxt o, ********* kənd icra nümayəndəsi X35 xidməti otağında olmuşdur. Məhkum otağa daxil olub salamlaşdıqdan sonra aqressiv şəkildə evinə elektrik və qaz xətti çəkdirməsi üçün ona niyə torpaq sahəsinə görə sənəd verməməsini soruşmuşdur. Həmin vaxt icra nümayəndəsi R6 da otaqda olmuşdur. O, Məhkum qanunsuz olaraq yaşayış evi tikdiyi torpaq sahəsinin ********* bələdiyyəsinin mülkiyyətində olub əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqlarına aid olduğunu və həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilə bilmədiyini, bu səbəbdən ona həmin torpaq sahəsi ilə bağlı hər hansı sənə d verilməsinin qanunsuz olduğunu, özbaşına tutub qeyri-qanuni istifadə etdiyi torpaq sahəsini geri qaytarmasını izah etdikdə, Məhkum təkidlə “mən qanunsuz ev tikməmişəm, sən mənə sənəd verməlisən” deyib onun üzərinə hücum edərək hər iki əli ilə onun boğaz nahiyəsindən tutub sıxmağa başlamışdır. O, çətinliklə İ6ın əlindən xilas olmuşdur. Həmin vaxt boğaz nahiyəsindən xəS8t almışdır. Məhkum ona tikinti işləri aparmasının qanunsuz olduğunu bildirməsi, torpaq sahəsini təhvil verməyi deməsi və ona torpaq sahəsi ilə bağlı sənəd verməməsi səbəbindən ona qarşı həmin qanunsuz hərəkətlərə yol vermişdir. Bundan sonra Məhkum uca səslə onun ünvanına nalayiq ifadələr işlədərək otaqda olan stulu götürüb ona vurmaq istəmiş, lakin o, stulun ona dəyməməsi üçün kənara çəkilmişdir. Bu vaxt Məhkum otaqdakı t elevizoru götürüb üzərinə atmaq istədikdə İ6ın onun ünvanına işlətdiyi söyüş səslərinə gəlmiş ********* kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyən X23 və ********* kənd sakini X4 Mustafayevi saxlamışlar, icra nümayəndəsi R6 isə televizoru onun əlindən almışdır. X2 söyməyi dayandırmasını və qanunsuz hərəkətlərinə son qoyub sakitləşməsini Məhkum tələb etdikdə o, S8 sözlərinə əhəmiyyət verməyib daha da azğınlaşaraq uca səslə S8nı da nalayiq küçə söyüşləri ilə təhqir edib otaqdakı stulla onun baş və bel nahiyələrinə bir neçə dəfə bərk zərbələr endirmişdir. S8 zərbələrin təsirindən xəS8t almışdır. Q6 dərhal S8 kənara çəkmişdir. Həmin vaxt Məhkum səsinə kitabxanaçı X20 və qonşuluqda yaşayan X33 da gəlmişlər. Onlar Məhkum xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışsalar da, Məhkum uca səslə nalayiq ifadələr işlətməkdə davam etmişdir. Daha sonra Məhkum onun ünvanına nalayiq ifadələr işlədərək həyətə tərəf getmişdir. Bundan sonra onlar da həyətə çıxmış və S8 DİN-nin “102 xidməti” zəng mərkəzi ilə əlaqə saxlayaraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bu vaxt Məhkum küçəyə çıxıb yaşadığı evə tərəf getmişdir. Təxminən 15 dəqiqə sonra Cəlilabad rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər və o, baş vermiş hadisə barədə onlara bildirmişdir. Bundan sonra rayon polis şöbəsinə gələrək Məhkum qanunsuz hərəkətləri barədə şikayət vermişdir.
37. Zərərçəkmişin ifadəsində göstərdiyi S8 DİN-nin “102 xidməti” zəng mərkəzi ilə əlaqə saxlayaraq baş vermiş hadisə barədə məlumat verməsi və polis əməkdaşlarının hadisə yerinə gəlməsinə dair fikirlərinə gəlincə isə məhkə mə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarındakı polis mayoru R7 məlumatından göstərilmişdir ki,X33 ***-***-**-** nömrəli telefonla zəng vuraraq ********* İcra Nümayəndəliyinin yanında münaqişə olması, Məhkum adlı şəxsin icra nümayəndəsi R6 və bələdiyyə sədri N6 təhqir etməsi barədə məlumat verdi. Vətəndaşın tanışı X14 zəng edərək Məhkum onu da təhqir etdiyini qeyd etdi (cild 1, iş vərəqə 3).
38. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi istər X33, istər X11 polisə zəng edərkən Məhkum kimisə stulla vurması, döyməsi barədə heç nə göstərməmişlər. Şəxsin Dövlət idarəsində vəzifəli şəxsi döyməsi, həmçinin qadını döyməsi elə bir ciddi faktordur ki, ilk növbədə verilən məlumatda bu xüsusat göstərilir. Qeyd edilən zənglərdə isə Məhkum icra nümayəndəsi R6, bələdiyyə sədri N6i v ə S8 təhqir etməsi göstərilmişdir. Bundan başqa, X33 zəngində ********* İcra Nümayəndəliyinin binasında deyil, yanında münaqişə olmasını göstərmişdir.
39. Hadisədən dərhal sonra polis əməkdaşlarının hadisə yerinə gəlməsi barədə zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri xüsusatlara gəlincə isə kollegiya qeyd edir ki, cinayət işinin materiallarında 25 dekabr 2018-ci il tarixdə polis əməkdaşlarının ********* İcra Nümayəndəliyinə gəlmələri barədə heç bir fakt yoxdur. Əgər polis əməkdaşları isnad edilən hadisədən dərhal sonra ora gəlmiş olsaydılar, bu barədə ya rəsmi raport vermiş olmalı və ya hər hansı bir hüquqi sənəd tərtib etməli və hadisə yerində olan polis əməkdaşları dindirilməli idi. Lakin cinayət işinin materiallarında bu iş üzrə hər hansı bir polis əməkdaşının ifadəsi yoxdur. B u fakt isə heç də N6, S8 Abdülhəsənovanın və digərlərinin iş üzrə düzgün ifadə vermələrinin göstəricisi deyildir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum qanunsuz tikdiyi evin yerləşdiyi torpaq sahəsinin ********* Bələdiyyəsinin mülkiyyətinə məxsus olduğu müəyyən edilmişdir. Lakin cinayət işinin materiallarında bu torpaq sahəsinin ********* Bələdiyyəsinin mülkiyyətində olmasına dair sübutlar əldə olunmamış, qeyd edilən bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin vahid kadastrının və xəritəsinin olub-olmadığı dəqiqləşdirilməmiş, həmin rəsmi sənədlərin surətləri cinayət işinə əlavə olunmamışdır.
41. Bundan başqa, zərərçəkmiş şəxs – bələdiyyə sədri N6 ifadələrinə görə o, Məhkum bələdiyyənin örüş sahəsində qanunsuz ev tikdiyinə görə bir neçə dəf ə xəbərdarlıq etmişdir. Lakin cinayət işinin materiallarında Məhkum qanunsuz torpaq sahəsini zəbt etməsi və bu əhəmiyyətli məsələnin bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən iclasda müzakirə olunmasına dair heç bir sənəd yoxdur. Apellyasiya məhkəməsi işə yenidən baxarkən bu halı da araşdırmalı, Məhkum qanunsuz torpaq sahəsi tutması barədə məsələnin bələdiyyə üzvlərinin iştirakı ilə müzakirə edilib-edilməməsi, əgər müzakirə edilibsə qəbul edilən qərarların surətləri alınmalı, bələdiyyəyə daxil olan və çıxan sənədlərin dövriyyəsi kitabına baxış keçirilməli, Məhkum barəsində qanunsuz torpaq sahəsi tutduğuna görə rəsmi olaraq polis idarəsinə müraciət edilib-edilməməsi, əgər edilibsə müraciət tarixi dəqiqləşdirilməlidir.
42. Məhkəmə kollegiyasının qənaəti belədir ki, işə baxan məhkəmələrin g əldikləri nəticə əsassız olmaqla CPM-in 349-cu maddəsinin tələbləri kobud surətdə pozulmuşdur.
43. Belə ki, CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM 349.4).
44. Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda;(CPM 349.5.1.) bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; (349.5.2) məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3). 45. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plen umunun 27 dekabr 1996- cı il tarixli 4№-li qərarının 12-ci bəndində göstərilir ki, bəraət hökmünün təsviri hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması bərədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətin töfsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan t ərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.
47. Həmin Qərarda nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqi nə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Plenum qərarı məhkəmələrdən tələb edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibi düzgün müəyyən edilsin və əməl düzgün tövsif edilsin.
48. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisaari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X36rşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin, hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir.
49. Hazırki işə istər Ali Məhkəmənin, istər Konstitusiya Məhkəməsi Plenumunun tövsiyyələri, istərsə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının fövqündə yanaşdıqda mübahisələndir ilən qərarın əsaslı olması nəticəsinə gəlmək mümkün deyil.
50. Beləliklə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsində istinad etdikləri dəlillərlə müqayisəli şəkildə tədqiq edərək kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır, onları əsaslı hesab edir və belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir.
51. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sübutları CPM-in 143146-cı maddələrinə uyğun olaraq hərtərəfli və obyektiv surətdə tədqiq etməli, qərarda göstərilən halla rı araşdırmalı, sübutları onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməli, Məhkum isnad olunan cinayət əməllərinin sübuta yetirilibyetirlməməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilməli və Azərbaycan Respublikası Konstitusiyasının, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə qanuni və əsaslı qərar qəbul edilməlidir.
52. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq et mədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərini təsbit edir.
53. Məhkəmə kollegiyası hazırki halda apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi apellyasiya məhkəməsi tərəfindən göstərilən qanun müddəalarının pozulmasını görür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə q ismən razılaşır və belə nəticəyə gəlir ki, mübahisələndirilən qərarın kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 419.10.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3, 221.3 və 315.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.