Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-669/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Zərərçəkmiş şəxsin iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli hök mü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Elnur Nuriyev) xx xxx 1979-cu il tarixdə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, üç yetkinlik yaşına çatmayan, biri isə azyaşlı olmaqla dörd uşaq atası, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Ünvan1 ünvanda qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli b ilinib, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir. Onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən İcra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və sınaq müddəti ərzində Bakı Apelyasiya Məhkəməsinin 2(103)-840/2017 saylı 01 fevral 2017-ci il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6499/2018 saylı 29 avqust 2018-ci il tarixli qətnamələri üzrə yaranmış borcunu tam ödəmək vəzifələri qoyulmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.M.Murquzov, hakimlər H.H.Əhmədov və H.Ç.Məmmədovdan ibarət tərkibdə) 12 avqus t 2020-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin Məhkum barəsində olan 16 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur, ona görə ki, o, cavabdeh kimi ondan 02 sentyabr 2006-cı il təvəllüdlü X1, 13 yanvar 2009-cu il təvəllüdlü X2, 23 sentyabr 2010-cu il təvəllüdlü AX3 və 02 dekabr 2013-cü il təvəllüdlü X4nun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 26 may 2016-cı il tarixdən başlayaraq, hər ay hər bir uşağa görə 117 manat, cəmi 468 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxsin xeyrinə ödənilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin 2(103)-840/2017 nömrəli 01 fevral 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin, habelə həmin qətnamə ilə tutulması qət olunmuş alimentin məbləğinin dəyişdirilərək, ondan adları yuxarıda çəkilən uşaqların saxlanılmaları üçün hər ay hər bir uşağa görə 154 manat olmaqla, cəmi 616 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxsin xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xətanı törətməkdə təqsirli bilinib barəsində 15 gün müddətə həbs inzibati tənbeh növü tətbiq edilməsi və icra sənədlərindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla, rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərindən heç bir nəticə çıxarmamış, cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 20 iyun 2019-cu il tarixədək şəxsi maraqları naminə cəmi 16.232 manat aliment borcunu tələbkara ödəməməklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin qəbul et diyi qərar qanunsuz və əsassızdır. Bu səbəbdən həmin qərar ləğv edilməli və işə yenidən baxılmalıdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli hökmünü qüvvədə saxlamaqla cinayət qanunvericiliyinin mühüm prinsiplərini pozmuşdur. Məhkəmələr məhkumun şəxsi keyfiyyətlərini, iş üzrə sübuta yetirilmiş faktları düzgün qiymətləndirməyərək cəmi 1 il azadlıqdan məhrum etmə cəzası təyin etmiş, hətta cəzanın şərti tətbiq edilməsini nəzərdə tutmuşdur. Məhkum barəsində təyin edilən bu cəza olduqca ədalətsizdir və cəzanın məqsədlərinə xidmət etmir. İş materiallarından görünür ki. məhkum ilkin olaraq Bakı Apelyasiya Məhkəməsinin 01.02.2017-ci il tarixli 2(103)-840/2017 saylı qətnamənin, habelə həmin qətnamə ilə qət olunmuş aliment məbləğinin dəyiş dirilməsi ilə bağlı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29.08.2018-ci il tarixli 2(004)-6499/2018 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.03.2019-cu il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətinə həbs inzibati tənbeh növünün tətbiq edilmiş və icra sənədlərində olan tələbi icra etməsi üçün məsuliyyəti elan edilib rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərindən heç bir nəticə çıxarmamışdır. Beləliklə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli hökmü ilə Məhkum cəmi 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilməsi cinayətin xarakteri və onun şəxsiyyətinə adekvat olmad ığı üçün kifayət deyil və Bakı Apelyasiya Məhkəməsinin 12.08.2020-ci il tarixli qərarı ilə həmin hökmü qüvvədə saxlaması qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin 12.08.2020-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən Zərərçəkmiş şəxs kassasiya şikayətində qeyd etdiyi xüsusatları bir daha vurğulayaraq şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum şikayətin dəlillərinin əsassız olduğunu məhkəmədə işə baxıldığ ı ərəfədə borc məbləğindən 5 000 (beş min) manatını ödədiyini, daha sonra ödənişlər etməkdə davam etdiyini, eyni zamanda məhkəmə hökmünə əsasən sınaq müddəti ərzində bütün borc məbləğinin ödənilməsi vəzifəsi onun üzərinə qoyulduğunu, bu vəzifəni yerinə yetirmədiyi təqdirdə real cəza ala biləcəyini nəzərə alıb şikayətin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkə mə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən Məhkumun barəsində yüngül cəza təyin edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və məhkumun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təy in edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfin dən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Аzərbаycаn Rеspubliкаsı Cinаyət Məcələsinin 70-ci mаddəsinə əsаsən islаh işləri, hərbi хidmət üzrə məhdudlаşdırmа, intizаm хаrакtеrli hərbi hissədə sахlаmа, аzаdlığın məhdudlаşdırılmаsı və yа müəyyən müddətə аzаdlıqdаn məhrum еtmə növündə cəzа təyin еdən məhкəmə, məhкumun cəzа çəкmədən islаh оlunmаsını mümкün sаyırsа, həmin cəzаnın şərti оlаrаq tətbiq еdilməsi hаqqındа qərаr çıхаrа bilər. Məhкəmə şərti məhкum еtmə təyin еdərкən törədilmiş cinаyətin хаrакtеrini, ictimаi təhlüкəliliк dərəcəsini, məhкumun şəхsiyyətini, hаbеlə cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаrı nəzərə аlır. Qeyd edilən qanun normasının məzmunundan göründüyü kimi, qanunvericilik şərti məhkum etmənin əsasını məhkumun cəzа çəkmədən islаh оlunmаsının mümkünlüyü ilə şərtləndirmiş və şərti məhkum etmənin tətbiq edən zaman nəzərə alınmalı məsələlərin dairəsini müəyyən etmişdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (törətdiyi əməlindən səmimi peşiman olması və icra sənədləri üzrə yar anmış aliment borcunun bir hissəsini ödəməsi), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alaraq şərti məhkum etməklə Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bundan əlavə qanunvericilik yuxarıda göstərilən mövqedən çıxış edərək, şərti məhkum etmənin tətbiq olunasını, təyin edilmiş sınaq müddəti ərzində məhkum edilmiş şəxs tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsi ilə şərtləndirmiş və həmçinin bu vəzifələrin yerinə yetirilməməsi nəticəsində şərti məhkum etmənin ləğv olunması və hökmlə təyin edilmiş cəzanın icra olunmasını da müəyyən etmişdir. Bu baxımdan məhkəmə kollegiyası sınaq müdd əti ərzində məhkum edilmiş şəxsin üzərinə borc məbləğini ödəməsi vəzifəsini qoymaqla faktiki onun islah olunmasını məhz məhkəmə qərarının icra olunması ilə, yəni zərərçəkmiş şəxsin tələbinin tam icra olunması ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üz rə mövcud deyildir, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-669/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-669/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver