Məhkəmə qərarları › İş №1(102)-669/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-669/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-669/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, X27 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X17, Bəraət almış şəxs – X3, Müdafiəçi – Müdafiəçi2 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 sentyabr 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-576/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli (hakimlər: X22 (sədrlik edən və məruzəçi), X18 və X19 ibarət tərkibdə) hökmü ilə 1990-cı il sentyabrın 21-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməkələ cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2020-ci il tarixdən hesablanmış, ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Hökmdən məhkum M.M.Əsgərovun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi4 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X13 (sədrlik edən və məruzəçi), X34 və X9 ibarət tərkibdə) 28 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmiş və M.M.Əsgərova CM-nin 234.4. 3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilədək endirilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Qərardan məhkum M.M.Əsgərovun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X23 (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər əli İsgəndər oğlu və X10 ibarət tərkibdə) 04 aprel 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli o ğlunun sədrliyi və məruzəsi ilə, X14 və X6 ibarət tərkibdə) 1(103)-1200/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 1(101)576/2021 saylı hökmü ləğv edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, X3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüqu qun həyata keçirilməsi qaydası X5 izah edilmişdir. İşin halları: Belə ki, X7 şəxsiyyəti istintaqa məlum olmayan Elmidar adlı şəxsdən qanunsuz olaraq olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 42,073 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, bundan sonra o, 2020-ci il sentyabrın 02-də saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117 «a» ünvanının qarşısında əldə etdiyi narkotik vasitənin 0,046 qramını tanışı Şahid7 beş manata satmış, həmin tarixdə saat 15 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində sonuncu Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2 « a» ünvanının qarşısında saxlanıb bölməyə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülü halda qəhvəyi rəngli kustar üsulla hazırlanmış istehlak miqdarından az miqdarda təmiz çəkisi 0,046 qram narkotik vasitə heroin aşkar edilməklə götürülmüş, göstərilən tarixdə saat 18 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında X7 şübhəli şəxs kimi saxlanıb bölməyə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki açıq boz rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan kəsiyinə bükülü vəziyyətdə, içərisində istehlak m iqdarından artıq miqdarda təmiz çəkisi 42,027 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1200/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli hökmündən kassasiya protesti verilmiş və kassasiya şikayəti verilməmişdir. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, aşağıda şərh edilənlərə görə hesab edirəm ki, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübu tlar təşkil etdiyindən hökm ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Məhkəmənin birinci dəlilinə görə, X3 istifadəsində olmuş 050- ***-**-** saylı mobil nömrəyə daxil olmuş və göndərilmiş qısa mesajların məzmunu aydın olmamış, mesajlarda verilmiş sualların və alınmış cavablar uzlaşmamış, eləcə də Mirsəftər Əsgərovun möbil nömrəsinə mesaj göndərmiş şəxslərin şəxsiyyətləri müəyyən olunmamışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Mirsəftər Əsgərovun istifadəsində olmuş 050***-**-** saylı mobil nömrədən 1) xx.xx.2020-ci il tarixdə, saat 09:24-də ***-***-**-** mobil nömrəsinə “e, tema verib veziyetden cixartmisham.qardashiımsan haqqimi halal elamiyecem komek etmesen” məzmunlu, 2} xx.xx.2020-ci il tarixdə, saat 10:25-də “Gor ne direm sennen ne qorxanvar ne gizdenen insannigin menniyin olsun sene demisem verecem malvi dimeli verecem kiminse 1 qepiyine ehtiyəcim yoxdu nede” məzmunlu, 3) xx.xx.2020-ci il tarixdə saat 00:51-də ***-***-**-** nömrəsinə “İkinci mertebeye qalxanda mektub qutuları var 1nen 2nin arasinda.qutu n12 de senin emanetindi. 2 qr p bir yerdedi.ahponka pqkeya” məzmunlu, 4) xx.xx.2020-ci il tarixdə, saat 00:09-da ***-***-**-** nömrəsinə “Senin 1 saat yarimin noldu qaqa..sene soz dedime axi seni gozduyuurem.dvije getmeliyem.borcun ola ola sene bu gün yena vermishem ki canin agrimasin.itirme bunnari” məzmunlu mesajlar göndərilmişdir. Bundan başqa onun istifadəsində olan 050- ***-**-** saylı mobil nömrəyə 5) xx.xx.2020-ci il tarixdə saat 23:00-da ***-***-**-** nömrəsindən “Aiinirsa 1 dene cet artiq ve rjeka karantini yola vermeye opurem” məzmunlu, 6) xx.xx.2020-ci il tarixdə saat 07:00-da “Brat 20e vari kola, 10da obirsenen ok? 10 turk lirasi var onuda verim?” məzmunlu, 7) xx.xx.2020-ci il tarixdə, saat 07:10-da ***-***-**-** nömrəsindən “Atdim

30. Catiram bloka. Hemin yere qoyursan?” məzmunlu mesajlar daxil olmuşdur. Qismən məhkəmə istintaqı İlə aparılan məhkəmə baxışı zamanı tərəfindən həmin mesajlarla bağlı verilmiş suallara Mirsəftər Əsgərov cavab verə bilməmiş, həmin mesajları xatırlamadığını bildirməklə kifayətlənmişdir. Halbuki mesajların məzmunundan açıq-aşkar görünür ki, Mirsəftər Əsgərov narkotik vasitələrin satışı ilə məşğul olur və alıcılar narkotik vasitələri şərti olaraq adlandırdıqları “kola”, “cet” və sair ifadələrdən istifadə etmişlər. Məhkəmənin ikinci dəlilinə görə, ü zərində aşkar olunmuş narkotik vasitəni X2 aldığını bildirən Şahid7 üzərində şəxsi axtarış aparılarkən götürülmüş kütlənin narkotik vasitə - 0,046 qram çəkidə heroin olmasının yalnız 03 sentyabr 2020-ci il tarixli rəylə müəyyən edilməsinə baxmayaraq, Nərimanov Rayon Polis İdarəsinin rəisi tərəfindən həmin rəy alınmazdan əvvəl tərtib edilmiş 02 sentyabr 2020-ci il tarixli raportunda bu haqda məlumatlar əks etdirilmişdir. Bununla bağlı qeyd etmək zəruridir ki, cinayət işinin materiallarında mövcud olan raportların heç birində narkotik vasitənin çəkisi göstərilməmişdir. İş materiallarında olan raportlarda “Eyvaz” adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu, 2020-ci ilin sentyabr ayının 2-də saat 14:30 radələrində onun üzərində narkotik vasitə ilə ünvan 4 ünvanın qarşısında o lacağı ilə bağlı məlumat göstərilmişdir. Görünür, Şahid7 üzərində şəxsi axtarış aparılarkən götürülmüş kütlənin narkotik vasitə - 0,046 qram çəkidə heroin olmasının yalnız 03 sentyabr 2020-ci il tarixli rəylə müəyyən edilməsinə baxmayaraq, Nərimanov Rayon Polis İdarəsinin rəisi tərəfindən həmin rəy alınmazdan əvvəl tərtib edilmiş 02 sentyabr 2020-ci il tarixli raportunda bu haqda məlumatlar əks etdirilməsi məhkəmə kollegiyasının təxəyyülünün məhsulu olub qanunsuz hökmünü cinayət işinin materiallarında olmayan dəlillərlə “əsaslandırmağa” çalışır. Məhkəmənin üçüncü dəlilinə görə, Şahid7 izahatına əsasən "Mirsəftər” adlı şəxsin müəyyən edilməsindən ötrü Nəsimi rayonunun ərazisində əməliyat-axtarış tədbirlərinin həyata keçiiiməsinə icazə verilməsi xahiş olunmuş, lakin belə tədbirlərin həyata keçirilməsi barədə heç bir qərar qəbul edilmədən Mirsəftər Əsgərov şübhəli şəxs qismində tutulmuşdur.(halbuki "Əməliyyat- axtarış fəaliyyəti haqqında” Qanunun müddəaları (10-cu maddənin V hissəsi və 11-ci maddənin İV hissəsi) əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında əsaslandırılmış qərarın qəbul edilməsini və 48 saat ərzində belə qərarın məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsini tələb edir) Bununla bağlı qeyd etmək lazımdır ki, Mirsəftər Əsgərov cinayətin törədilməsində şübhəli şəxs qismində tutulduğundan həmin istintaq hərəkətinin aparılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında əsaslandırılmış qərarın qəbul edilməsi və 48 saat ərzində belə qərarın məhkə mə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi tələb olunmur. Belə ki, şübhəli şəxsin tutulması istintaq hərəkətidir, "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində şübhəli şəxsin tutulması kimi əməliyyat-axtarış fəaliyyəti nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası isə əsassız olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmayan və ümumiyyətlə əməliyyat-axtarış fəaliyyəti deyil, istintaq hərəkəti hesab olunan şübhəli şəxsin tutulması haqqında qərarın qanuniliyinin yoxlanılmasını tələb etmişdir ki, bu da qəbuledilməzdir. Məhkəmənin dördüncü dəlilinə görə, Mirsəftər Əsgərovun üzərində şəxsi axtarış istintaq hərəkəti faktiki olaraq o, şübhəli şəxs qismində tutulduqdan 1 saat 40 dəqiqə sonra aparılmış, şəxsi axtarışın və götürmə istintaq hərəkəti aparılmazdan əvvəl şübhəli şəxsə CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmamış, M.M.Əsgərovdan aşkar edilərək götürülmüş narkotik vasitə çəkilməmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, Mirsəftər Əsgərovun faktiki olaraq ünvan 3 ünvanın qarşısında saxlanaraq hüquqları məhdudlaşdırıldığı andan o, şübhəli şəxs kimi tutulmuş, onun üzərinə şəxsi axtarışın şübhəli şəxs qismində tutulduqdan 1 saat 40 dəqiqə sonra aparılmasının səbəbi sonuncunun saxlanıldığı yerdən müvafiq polis bölməsinə gətirilərkən yolda sərf olunmuş zaman (tıxac, nəqliyyat vasitəsinin xarab olması və s.) həmçinin sonuncunun müdafiə hüquqlarının təmin edil məsi məqsədilə müvafiq müdafiəçinin təyin və dəvət olunması və bununla bağlı müvafiq sənədləşdirmə işlərinin aparılması ilə əlaqədar olmuşdur. Cinayət işinin materiallarından da göründüyü kimi, Mirsəftər Əsgərov şübhəli şəxs qismində tutularkən onun müdafiə hüquqları pozulmamış, onun istəyi ilə fərdi qaydada fəaliyyət göstərən vəkil X1 müdafiəçi təyin edilmiş və üzərinə şəxsi axtarış adıçəkilən müdafiəçinin iştirakı ilə aparılmışdır. (Cild 1, i.v. 37, 39-42, 47-48) Şəxsi axtarış aparılmasına dair protokol və videogörüntüdən də göründüyü kimi Mirsəftər Əsgərov üzərində olan narkotik vasitəni könüllü olaraq sərbəst surətdə təqdim edərək onu 1 ay yarım əvvəl “Elmidar” adlı şəxsdən şəxsi istifadəsi və satış üçün aldığını və Eyvaza 5 manata satdığını etiraf etmişdir. (Cild 1, i.v. 55-56) Məhkəm ənin beşinci dəiilinə görə, M.M.Əsgərovun bədəni üzərində aşkar edilmiş zədələr və bədən xəsarətləri - döş qəfəsinin sol səthində 3 (üç) ədəd qərtməkli yaralar, sağ bazunun içəri səthində sarımtıl rəngli qançırla bağlı Nərimanov rayon prokurorluğda və birinci instansiya məhkəməsində araşdırma aparılmamış, bu da onun tutulduqdan qısa müddət sonra döyülməsi və işgəncəyə məruz qalması deməkdir. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2020-ci il tarixli akt və xx.xx.2020-ci il tarixli xüsusi məlumatdan görünür ki, X8 xx.xx.2020-ci il tarixdə saat 14:45 radələrində müəssisəyə təhvil verilmiş, müayinə zamanı döş qəfəsinin sol səthində 3 (üç) ədəd qərtməkli yaralar, sağ bazunun içəri s əthində sarımtıl rəngli qançırlar aşkar olunmuşdur. Həmin sənədlərə əlavə olunmuş İVlirsəftər Əsgərovun izahatından görünür ki, o, üzərində aşkar olunmuş həmin xəsarətləri həbs olunmazdan əvvəl aldığını bildirmişdir. fCiid 3, i.v. 89-92) X12 döyülməsi və polis əməkdaşları tərəfindən işgəncə və zorakılığa məruz qalması barədə hər hansı dövlət orqanına şikayət etməməsi onun üzərindəki xəsarətlərin həbs olunmazdan əvvəl aldığını bir daha təsdiq edir. Göründüyü kimi, Mirsəftər Əsgərovun polis əməkdaşlarının qanunsuz rəftarına məruz qalması barədə iddiaları yalnız özünün məhkəmələrdə verdiyi ifadələri, həmçinin tibbi kitabçası ilə bir qədər uyğunlaşır, belə rəftarın olmaması isə çoxluq təşkil edən və mötəbərliyi inkar oluna bilməyən dəlillərlə - təqsirləndirilən şəxsin özünün ilkin istintaqda verdiyi izahat və ifadələri (bir izahat və iki ifadəsi var) (1-3), əməliyyat tədbirinin qanuniliyi barədə Nərimanov rayon Məhkəməsinin qərarı (4) 3 saylı İstintaq Təcridxanasında olarkən şəxsən əlyazma vasitəsilə yazdığı izahatı (5), dindirilmiş şəxslərin izahat və ifadələri (ən az dörd şəxsin izahat və ifadələri var) (6-9), şahidlə üzləşdirmə protokolu (10), yəni say baxımından götürsək ən az 10 sübutla birbaşa təsdiq olunmuşdur. Məhkəmənin altıncı dəlilinə görə, ibtidai istintaq orqanı tərəfindən Şahid7 Mirsəftər Əsgərovu “ifşa edən” ifadə aldıqdan sonra təxirəsalınmadan onların üzləşdirilməsi keçirilməmişdir. Bununla baqlı qeyd etmək lazımdır ki, məhkəmə kollegiyası bu qənaətə gəlməzdən əvvəl cinayət işinin materialları ilə ətraflı tanış olsaydı görərdi ki, 04 sentyabr 2020-ci il tarix də Şahid7la Mirsəftər Əsgərov arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Şahid7 üzərində aşkar olunmuş narkotik vasitəni Mirsəftər Əsqərovdan 5 manat ödəməklə aldıqım sonuncunun üzünə deyərək bir daha təsdiq etmiş və Mirsəftər Əsgərov da həmin faktı təsdiq etmişdir. Qeyd olunan istintaq hərəkəti cinayət işinin 1-ci cildində 131-133-cü səhifədə öz əksini tapmışdır. Məhkəmənin yeddinci dəlilinə görə, Şahid7 məhkəmələrə ərizələrlə müraciət edərək X3 heç bir halda ona narkotik vasitə satmadığını bildirməsi onun ibtidai istintaq zamanı ifadəsinin doğruluğunu ciddi şübhə altına alır və bu hal onun həmin ifadəsinin sübut kimi qəbul edilməsinə mane olur. Cinayət işinin materiallarından da görünür ki, Şahid7 şübhəli səxs qismində tutularkən, habelə izahatı alınarkən, həmçinin şübhəli şəxs qis mində dindirilərkən və üzləşdirmə istintaq hərəkəti aparılarkən üzərində aşkar olunmuş narkotik vasitəni İVlirsəftər Əsgərovdan aldıqım təsdiq etmişdir. (Cild 1, i.v. 30-31, i,v. 33-34, i.v, 91-92, i.v. 131-133) Mirsəftər Əsgərov üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən, izahatı alınarkən, müdafiəçinin iştirakı Hə şübhəli və təqsirləndirilən səxs Qismində dindirilərkən və üzləşdirmə istintaq hərəkəti aparılarkən üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etdiyini və 5 manat müqabilində Şahid7 bir miqdar satdığını etiraf etmişdir. (Cild 1, i.v. 39-42, i.v. 55-56, i.v. 59-60, i.v 95-97, i.v. 128-130, i.v. 131-133) Bundan başqa cinayət isinin materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli qərarla Şahid7 barəsində başlasnmts cinayət isinə xitam ve rilmiş və sonuncu xx.xx.2020ci il tarixdə şahid qismində dindirilərkən də üzərində aşkar olunmuş narkotik vasitəni 5 manat müqabilində Mirsəftər Əsgərovdan aldıqım etiraf etmişdir. (Cild 1, i.v. 101-103) Şahid7 yuxarıda qeyd olunan tarixdə şahid qismində dindirildikdən sonra, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Mirsəftər Əsqərovun ona narkotik vasitə satmadığına dair ərizə ilə istintaq orqanına müraciət etməmiş, habelə cinayət işinin birinci instansiya məhkəməsinin icraatında olduğu 5 ay ərzində dəfələrlə məhkəmənin çağırışma gəlməmiş və xx.xx.2021-ci il tarixdə Mirsəftər Əsqərovun ona narkotik vasitə satmadığına dair ərizə ilə məhkəməyə müraciət etmişdi. Əsgərov Mirsəftər İVTirkamil oğluna CfVİ-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın doğruluğunu təsdiq edən dəl illərin təhlili: Birinci dəlil: Təqsirləndirilən şəxs Mirsəftər Əsgərovun satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması faktının doğruluğu onun özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələri ( özünü tam təqsirli bilərək əməlini etiraf etmiş, tutulmazdan 40 gün əvvəl həm öz istifadəsi, həm də digər şəxslərə satmaq üçün “Elmidar” adlı şəxsdən ümumilikdə 600 manat dəyərində narkotik vasitə olan heroin aldığını, həmin narkotik vasitədən bir bükümünü “Eyvaz” adlı şəxsə 5 manat müqabilində satdığını, əvvəllər də Eyvaza bir dəfə bir çeti 5 manata satdığını bildirmişdir) - Cild 1, i.v. 59-60; 95-97; 116-118; 128-130; 219-221 İkinci dəlil: üzərində aşkar olunmuş narkotik vasitəni Mirsəftər Əsgərovdan aldığına dair Şahid7 izahatı, şübhəli, təq sirləndirilən şəxs və şahid qismində dindirilərkən verdiyi ifadələr və üzləşdirmə protokolu (Cild 1 i.v. 17-18, 20-21; 33-34, 91-92; 101-103; 131-133) Üçüncü dəlil: Şahid7 və Mirsəftər Seyidovun üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol, onların üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olması və heroinlərin kimyəvi tərkibinin eyni olmasına dair məhkəmə-kimyəvi ekspertiza rəyləri - Cild 1, İ.v. 30-32; 55-57; 76- 80; 82-86; 191-196 Dördüncü dəlil: Mirsəftər Əsgərovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu təsdiq edən şahid ifadələri: Şahid1- Cild 1, i.v. 157-160; Şahid2 - Cild 1, i.v. 161-163; Şahid3 - cild 1, i.v. 164-166; Şahid4 - Cild 1, i.v. 167-169; Şahid5 - Cild 1, i.v. 170-172; Şahid6 - Cild 1, i.v. 173-175 Beşinci dəlil: Mirsəftər Əsgərovu n istifadəsində olmuş mobil telefonla göndərilmiş və ora daxil olan mesajlar: (“Alinirsa 1 dene cet artiq ver jeka karantini yola vermeye opurem”, “Brat 20e yari kola, 10da obirsenen ok? 10 turk lirasi var onuda verim?”, “Atdim

30. Catiram bloka. Hemin yere qoyursan?” və s. narkotik vasitənin satışını bilavasitə təsdiq edən məzmunlu çoxsaylı mesajlar) Həmin dəlillərin hər biri işdə mövcud olduğundan təkrar qeyd olunması lüzumsuzdur. Lakin, Mirsəftər Əsgərovun külli miqdarda narkotik vasitə olan heroini məhz satış məqsədilə əldə etməsini təsdiqləyən konkret sübutları xüsusi qeyd etmək zərurəti vardır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 noyabr 2020ci il tarixli, 6/2296 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş X2 götürülmüş heroin Şahid7 götürülmüş heroinlə tərkibindəki komponentlərinə və xarici əlamətlərinə görə eynilik təşkil edirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndində izah olunur ki, təqsirkarın psixotrop maddəni və narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən həmin maddələrin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişd ir ki, “İnsan hüquqlarının və X16 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları göstərməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar isdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yekun olaraq, məhkəmənin qeyd etdiyim faktiki hallara əhəmiyyət verməyərək işə yalnız prosessual tərəfdən formal yanaşması narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət çərçivəsində aparılan effektiv mübarizə tədbirlərinin səmərəliliyini aşağı salmaqla bərabər, bu cür cinayət əməlini törətməkdə ittiham olunan bir şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzasızlıq şəraitinə və eyni xarakterli cinayət əməlləri törətmiş şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsinə yol açmışdır. Kassasiya protestində X3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəli llərini müzakirə edərək, bəraət almış şəxsin və onun müdafiəçisinin kassasiya protestinin təmin edilməməsinə, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin d ə xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəm ələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X5 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasla r kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X5 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hes ab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanun un tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymə tləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X5 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdi r. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Apellyasiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X8 əvvəlki appelyasiya baxışında verdiyi ifadəsini təsdir edərək bildirdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Ona ibtidai istintaq zamanı müdafiəçi olmadığına görə imza çəkdirmişlər. O, Şahid7 borc verəndən sonra onu tapa bilməmişdir. Onu yolda tutub Nərimanov rayon Polis İdarəsinin 16-cı Bölməsinə aparmışlar. Evə baxış keçirməyə getmişlər və qaynanası evdə olmuşdur. Evdə heç nə tapmadılar. Təzədən onu Nərimanov rayon Polis İdarəsinin 16-cı Bölməsinə aparmışlar. Vəkil gəlməmişdən əvvəl onun qabağına narkotik vasitə qoymuşlar və onun olduğunu demişlər. O da onun olmadığını demişdir. Çəkiliş zamanı o sözü səhv deyəndə vururmuşlar və son ra təzədən çəkiliş etmişlər. O da axırda imza çəkmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq X8 bildirmişdir ki, 2020-ci ilin mart ayından işsizdir. Yoldaşı, o və qaynası bir yerdə yaşayırlar. Evdə pul olmuş, valideynləri də ona kömək etmişlər. Həmin ərəfədə narkotik vasitə istifadə etmişdir. 3 ay heroin istifadə etmişdir. Sovetskidən Laçın adlı şəxsdən 20 manata çet almışdır. 1 çeti 2 günə istifadə etmişdir. Onu sentyabrın 2-si günorta radələrində tutmuşlar. Evə baxış keçirəndən sonra ona vəkil vermişlər. Onun əlində telefon olmuş, ittihamda yazılan nömrə o olmuşdur. O, Şahid7, ümumiyyətlə heç kimə narkotik vasitə satmamışdır. O nömrə onun adına deyildir, anasının adınadır. 2020-ci ildə karantindən əvvəl istifadə etmişdir. Narkotik almaq üçün 45 nəfər bir yerdə pul atışırmışla r. Bir həyətdə yaşamışlar, bloka qoyurmuşlar və bölüşdürürmüşlər. O, vəkili 2 dəqiqə görmüşdür. Vəkil ona təklikdə görüşmək istəməsi ilə bağlı sual vermiş, o da bəli demişdir. Lakin vəkillə görüşməyə imkan verməmişlər. O, guya 5 manata 2 qram satmış kimi sənədlərə məcburi imza çəkmişdir. Ona fiziki təsir göstərmişlər və hər nahiyəsinə vurmuşlar. Ona ərizə yazdırmışlar ki, xəsarətləri onlar etməmişlər. Xəsarətlərlə bağlı prokurorluğa müraciət etmişdir. Xanbaba adlı vəkili o, görməmiş, bütün sənədlərdə onun imzası var. Çəkilişdə olan polislər onu döymüşlər. Onu 5-6 nəfər evlərinin yanında saxlamışlar.Onun üzərinə baxış keçirilməmişdir. Polislər özlərini təqdim etməmişlər. Ev Nəsimi rayonundadır, onu 16-cı Polis Bölməsinə aparmışlar. Qaynanası və uşaqları evdə olmuş və polislər gəlib evi ax tarmışlar. O saxlanıldığı gün gecə vəkili görmüş, saat 9-10 olardı. 1-2 gündən sonra vəkili iveysdə görmüşdür. Onun maddi imkanı vəkil tutmağa kifayət etmişdir. 4 aydan sonra gələn vəkili iveysdə görmüşdür. O tutulanda polislər polis olduqlarını deməmişlər. Əməliyyatçılar bölmədə ona fiziki təqsir göstərmişlər. Onu vuran 2 nəfər olmuş, və baş, qarın nahiyələrindən vururmuşlar. Bölmədə baxış keçirəndə vəkil iştirak etmiş, lakin evə baxış keçiriləndə vəkil olmamışdır. Sinə, qol, kürək hissəsində xəsarət olmuşdur. İveysdə şəklini çəkmişlər. 3 saylı istintaq təcridxanasında izahat almışlar ki, həmin xəsarətlər burada olmamışdır. Təhqiqatçı ona hüquq və vəzifələrni izah etməmişdir. Əvvəlki apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs X8 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 02 sentyabrda gecə 00:00-00:30 radələrində Eyvaz zəng etməklə ondan borc götürdüyü pulu verəcəyini bildirmiş, o, evin qabağına çıxan kimi polis əməkdaşları tərəfindən qəflətən tutulmuşdur. Həmin vaxt evdə qaynanası və iki azyaşlı uşağı olmuşdur. Onun üzərini yoxlamışlar, lakin heç nə tapa bilməmişlər. Daha sonra evdə axtarış aparmışlar, lakin evdən də heçnə tapmamışlar. Daha sonra polislər onun cibinə nəysə qoymuşlar və polis bölməsinə aparmışlar. Polis bölməsində təxminən 1-2 saat saxlanıldıqdan sonra onun üzərinə baxış keçirilmiş və üzərindən polislərin əvvəlcədən onun cibinə qoyduqları büküm və mobil telefon aşkar olunmuşdur. Daha sonra polislər video çəkiliş aparılacağını bildirimişlər, video çəkiliş zamanı həmin bükümün onun cibindən aşkar oluna cağını və bükümün ona məxsus olmaqla satmaq üçün Elmidar adlı şəxsdən əldə etdiyini bildirməsi tapşırılmışdır. O, əvvəlcə razılaşmamış, onun üzərində yalnız mobil telefon olduğunu bildirmiş, lakin bundan sonra polislər onu döyməyə başlamışlar. Dəfələrlə döydükləri üçün polislərin dediyini etməyə razı olmuşdur. Düzdür o narkotik vasitə istifadəçisi olmuş, o cümlədən hərdən Şahid7la da birlikdə narkotikdən istifadə etmişlər. Lakin Eyvaza heç vaxt narkotik satmamışdır, Eyvazın könüllü olaraq belə ifadə verdiyinə inanmır. İstintaq zamanı Eyvazı onunla üzləşdirməmiş, məhkəmədə də dindirilməmişdir. Hazırki ittiham tamamilə uydurmadır. Odur ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini xahiş edir. X8 ifadəsində həmçinin göstərmişdir ki, polislər ona dedilər ki, pulu və ma şını olan, eyni zamanda narkotik istifadəçisi olan adam adı ver, səni buraxaq. Eyvaza da həmin sözləri demişlər, Eyvaz da onun adını vermişdir. Eyvaz iki gün sonra azadlığı buraxılmışdır. Eyvaza avqustun əvvəlində 170 manat borc pul verdim. Zəng elədim. Mənə ağlaya-ağlaya dedi ki, anası rəhmətə gedib. Pul axtarırdı. Mən də borc verdim. Keyfiyyətli narkotikin əldə edilmə yerini Eyvaz bilirdi. Ona görə onunla münasibətim yarandı. Bir neçə dəfə bir yerdə çəkmişik. Sən demə yalandan deyirmiş ki, anası ölüb. 3 günə dedi qaytaracam. Amma qaytarmadı. 25 gün mesaj yazmışam ki, pulumu qaytar, lakin qaytarmamışdır. Savadı olmadığından prokurorluğa döymə ilə bağlı şikayət etməmişəm. Şüvəlanda ərizə yazmışam ki, istintaq zamanı döyülmüşəm. X3 ibtidai istintaq verdiyi ifadəsində göstərmişdir ki, öz şəx si istifadəsi, həm də digər şəxslərə satmaq üçün yaşadığı ünvanın yanında Ağcabədi rayonundan olan Elmidar adlı şəxslə görüşməklə ümumilikdə 600 manat dəyərində narkotik vasitə heroin aldığını, 2020ci il sentyabrın 02-də səhər saatlarında tanışı Şahid7 ondan istifadə üçün narkotik vasitə istəyəndə sonuncuya Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən «Meqapolis» restoranının yaxınlığında beş manata bir çet sellofan kəsiyində olan az miqdarda heroin satdığını, həmin axşam göstərilən yerdə olarkən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin işçilərinin onu bölməyə apardıqlarını, orada müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirildiyi vaxt könüllü surətdə əynindəki açıq boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan bükümdəki narkotik vasitə heroin çıxarıb təqdim etdiyini, saxlanarkən və bölməyə gətirilərkən ona qarşı hər hansı bir fiziki güc və zor tətbiq olunmadığını, üzərindən aşkarlanan narkotik vasitəni satış məqsədi ilə saxladığını, sata bilməyib ehtiyacı olduqda isə müəyyən qədər özünün də istifadə edəcəyini göstərmişdir. Şahid qismində dindirilmiş Şahid7 Bəhlul oğlunun ifadəsində onun bir müddətdir narkotik vasitə istifadə etdiyini, çoxdan tanıdığı X4 həmişə normal münasibəti olduğunu, 2020-ci il sentyabrın 02-də sonuncu ilə əlaqə saxlayıb Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən «Meqapolis» restoranının yanında beş manata bir ədəd bükümdə şəxsi istifadəsi üçün narkotik vasitə heroin aldığını, göstərilən gün saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2 «a» ünvanından keçərkən üç nəfər mülki geyimli şəxsin yaxınlaşaraq özlərini Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim etməklə onu bölməyə apardıqlarını, orada müdafiəçinin iştirakı ilə videoçəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynindəki boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb könüllü təqdim edərək içərisindəki narkotik vasitə heroini Mirsəftər adlı şəxsdən beş manata aldığını bildirdiyini, saxlanarkən və üzərinə şəxsi axtarış keçirilərkən heç bir gücə və təzyiqə məruz qalmadığını, əvvəllər də Mirsəftərdən bir neçə dəfə pul müqabilində narkotik maddə heroin almaqla istifadə etdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 101-103). İş materiallarındakı Bakı şəhəri Nərimanov R ayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin 2020-ci il 02 sentyabr tarixli raportlarından və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, 2020-ci il sentyabrın 02-də tərtib etdiyi protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 03 sentyabr tarixli qərarının surətindən görünür ki, Eyvaz adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, Şahid7 2020-ci il sentyabrın 02-də saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2 «a» ünvanının qarşısında saxlanıb bölməyə gətirilmiş, həmin qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 6-9, 12 və 74-75). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Böl məsinin 2020-ci il sentyabrın 02-də tərtib etdiyi protokoldan görünür ki, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən Şahid7 əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni öz şəxsi istifadəsi üçün Mirsəftər adlı şəxsdən Meqapolis restoranının yaxınlığında aldığını bildirmiş, bir ədəd videodisk protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 30-32). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin 2020-ci il sentyabrın 02-də tərtib etdiyi protokoldan görünür ki, X7 Azərbaycan Respublikasının CM-nin narkotik vasitələrin qeyriqanuni satışında şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 47-48). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin 2020-ci il sentyabrın 02-də tərtib etdiyi protokoldan görünür ki, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən X7 əynindəki açıq boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülü halda qəhvəyi rəngli, tozşəkilli spesifik qoxuya malik maddəni könüllü təqdim edərək içərisində olan narkotik vasitə heroini satış məqsədi ilə Elmidar adlı şəxsdən yaşadığı yerin yaxınlığında aldığını və üzərində gəzdirdiyini bildirmiş, bir ədəd videodisk protokola əlavə edilmişdir (1- ci cild, iş vərəqi 55-57). İşin əvvəlki apellyasiya baxışı zamanı məhkumun müdafiəçilərinin vəsatəti əsasında X11 istifadəsində olan ***-***-**-** GSM nömrəsi üzrə, şahidlər Şahid1 istifadəsində olan ***-***-**-** GSM nömrəsi üzrə, X15 istifadəsində olan ** *-***-**-** GSM nömrəsi üzrə xx.xx.2020-ci il tarixdə telefon danışıqları, sms mətnləri və nömrələrin istifadə edildiyi anten dairəsi barədə məlumatların (digər məlumatlar olsa, onlar da əlavə edilməklə) götürülməsi barədə, X11 istifadəsində olan 055550-83-33 GSM nömrəsi üzrə xx.xx.2020ci il tarix üzrə daxil olan və çıxan zənglərin siyahısının təqdim edilməsi barədə müvafiq olaraq "xxxx" MMC-yə sorğu verilmiş, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı mobil telefonun çıxış və daxil olan zənglər siyahısına, eləcə də mesajlar bölməsinə baxdıqda işi üzrə sübut əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. İşin əvvəlki apellyasiya baxışı zamanı məhkumun müdafiəçilərinin vəsatəti əsasında Şah id4 istifadəsində olan ***-***-**-** GSM nömrəsi üzrə, Şahid6 istifadəsində olan 050425-15-65 GSM nömrəsi üzrə xx.xx.2020-ci il tarixdə telefon danışıqları, sms mətnləri və nömrələrin istifadə edildiyi anten dairəsi barədə məlumatların (digər məlumatlar olsa, onlar da əlavə edilməklə) təqdim edilməsi barədə müvafiq olaraq "xxxx" MMC-yə sorğu verilmiş, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, həmin nömrələrdə qərarda göstərilən müddətdə Azercell şəbəkəsində istifadəsi SMS mətni aşkar edilməmişdir. ********* və ********* saylı nömrənin qərarda göstərilən müddət üzrə mövcud olan zənglər və SMS siyahısına, əhatə dairəsinə və abunəçilərə dair məlumat təqdim edilmiş, həmin məlumatlara baxdıqda işi üzrə sübut əhəmiyyət kəsb edəcək məlumat aşkar edilm əmişdir. İşin əvvəlki apellyasiya baxışı zamanı məhkumun müdafiəçilərinin vəsatəti əsasında Şahid7 istifadəsində olmuş ***-***-**-** GSM nömrəsi üzrə xx.xx.2020-ci il tarixdə telefon danışıqları, sms mətnləri və nömrələrin istifadə edildiyi anten dairəsi barədə məlumatların (digər məlumatlar olsa, onlar da əlavə edilməklə) təqdim edilməsi barədə müvafiq olaraq "xxxx" MMC-yə sorğu verilmiş, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı mobil telefonun çıxış və daxil olan zənglər siyahısına, eləcə də mesajlar bölməsinə baxdıqda işi üzrə sübut əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. İşin əvvəlki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının təşəbbüsü ilə məhkum edilmiş şəxs X3 istifadəsi ndə olan ***-***-**-** nömrəli mobil telefona xx.xx.2020ci il tarixə olan giriş və çıxış zəngləri, sms mətnləri, istifadəçilərin anket məlumatları və nömrənin istifadədə olduğu anten dairələri üzrə məlumatların (digər məlumatlar olsa, onlar da əlavə edilməklə) təqdim edilməsi barədə müvafiq olaraq "xxxx" MMC-yə sorğu verilmiş, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ******-**-** mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. İşin əvvəlki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının təşəbbüsü ilə məhkum edilmiş şəxs X3 istifadəsində olan 050-416-56- 28 və ***-***-**-** nömrəli mobil telefona xx.xx.2020-ci il tarixədək olan giriş və çıxış zəngləri, sms mətnləri, istifadəçilərin anket məlumatları və nömrənin istifa dədə olduğu anten dairələri üzrə məlumatların (digər məlumatlar olsa, onlar da əlavə edilməklə) təqdim edilməsi barədə müvafiq olaraq "xxxx" MMC-yə sorğu verilmiş, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, həmin nömrələrin xx.xx.2020- ci il tarixində istifadələri aşkar edilmədiyindən qərarın icrası mümkün olmadı. ***-***-**-** və ***-***-**-** saylı nömrələr qərarda göstərilən tarixdə X3 adına qeydiyyatda olmuş, lakin hal-hazırda hər iki nömrə ləğv dilib (deaktivdir) və hər hansı bir şəxsin adına qeydə alınmayıb. İşin əvvəlki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının təşəbbüsü ilə məhkum edilmiş şəxs X3 istifadəsində olan 050-577-76- 77 nömrəli mobil telefona xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixə olan giriş və çıxış zəngləri, sms mətnləri, istifadəçilərin anket məlumatları və nömrənin istifadədə olduğu anten dairələri üzrə məlumatların (digər məlumatlar olsa, onlar da əlavə edilməklə) təqdim edilməsi barədə müvafiq olaraq "xxxx" MMC-yə sorğu verilmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022ci il tarixli cavab məktubuna əlavə edilmiş CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, diskdə müxtəlif sms mətnlər, qeyd olunan mobil nömrələrin və həmin nömrələrə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar vardır, onlardan bir qismi aşağıdakı kimi olmuşdur: 1) xx/xx/2020, 17:49:13,**********77, **********80, Qaqa sene guvenirem aaa. rashotumu senin 40innan tutub bu gun axshama zakaz vermishem. gun batanacan 40 gondermelisen mende gonderim ona gedim goturum.40ma 2) xx/xx/2020, 17:49: 13,**********77,**********80, nat eskiy duzeltmishem pulu nezere al. sabaha qalmasin 3) xx/xx/2020, 21:22:05, **********77, **********30, misen veracam vermishem. agriyanda yigib xaish eliyirsen ama pulunu furladirsan? sennen bela hereket gozdenezdi ayib olsun sene 4) xx/xx/2020, 06:19:00, **********77,**********68, 5) xx/xx/2020, 09:24:23, **********77,**********80, e tema verib veziyetden cixartmisham. qardashimsan haqqimi halal elamiyecem komek etmesen.**********616425 6) xx/xx/2020, 10:25:30, **********77,**********36, Gor ne direm sennen ne qorxan var ne gizdenen insannigin menniyin olsun sene demiwem verecem malvi dimeli verecem kiminse 1 qepiyne ehtiyacim yoxdu nede 7) xx/xx/2020, 10:25:30, **********77, **********36, yimerem senin... wuvenniyun ucbatinnan evden qovuldum qaldim kuc elerde video paylawdin her yere iwveren kimi kliyentderimi itirdin yazdigin butun bu 8) xx/xx/2020, 10:25:33, **********77, **********36, soyuwderinde zaimnidi ozuve birbawa adamin kiwiliyi menniyi olar senin malini qaytaracagdim bu elediyine gore duwmur sene davay 9) xx/xx/2020, 10:30:55, **********77, **********36, x eladin.... menim 1 gepiyimi yeyanin anasini neslini. bugeder soyushden sora sen menim telefonumu goturmursense.sennen yox ananla arvadinla sohbat eliyecem onda. gor ne gundesen izuve tupurum senin.sen... 10) xx/xx/2020, 11:10:36, **********36, **********77, Zirt zirtda yigma meni iwim mehkemededi telefonum izdenilir tutlub eliyersen sora diyersen tutdurdun... her wey gozdemey olar senden... yigma 11) xx/xx/2020, 23:00:06, **********06, **********77, Alinirsa 1dene cet ar tiq ver jeka ya karantini yola vermeye opurem 12) xx/xx/2020, 00:51:50, **********77, **********10, İkinci mertebeye qalxanda mektub qutulari var 1nen 2nin arasinda.qutu n12 de senin emanetindi.2 qr p bir yerdedi.ahponka iz pqkeya 13) xx/xx/2020, 06:46:45, **********94, **********77, Astanovkada avtobus jdu. Qatilmamiw olanda yaxwi olur 14) xx/xx/2020, 07:00:48, **********94,**********77, Brat 20e yari kola, 10da obirsenen ok? 10 turk lirasi var onuda verim? 15) xx/xx/2020, 07:10:31,**********94, **********77, Atdim

30. Catiram bloka. Hemin yere qoyursan? 16) xx/xx/2020, 23:31:59, **********00, **********77, ala sen ne iyrenc ne padles ne biqeyret adamsan ala arvad arvad qargiw tokursen narkaman olduguna gore sene baw qowmuram yoxsa seni gelib evinde diri diri... 17) xx/xx/2020, 16:44:05, **********94, **********77, gagaw salam, timadi! 40 manat ayin axirina galsa olar? indi elim awagidi 15 goturerdim?! 18) xx/xx/2020, 00:09:36, **********77, **********21, Senin 1 saat yarimin noldu qaqa.sene soz dedime axi seni gozduyurem.dvije getmeliyem.borcun ola ola sene bu gun yena vermishem ki canin agrimasin. itirme bunnari 19) xx/xx/2020, 20:00:24, **********77, **********21, am ama telefin hemishe zaradkadq yanli oldu, indi saftar yaxsgilix eladi. borcu ola ola verdiki agrimaein cani.gel8b goturub qacri. indide... kimi ozunu. Hazırki apellyasiya baxışı zamanı məhkum olumuş X3 cəza çəkdiyi müəssisəsdən onun şəxsi işi tələb edilərək öyrənilmişdir. X3 şəxsi işində olan xüsusi məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 14:45 radələrində Bakı şəhəri Nərimanov RPİ-ni n MSY-nin əməkdaşları tərəfindən gətirilib təhvil verilən, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ- nin əməkdaşları tərəfindən həbs edilmiş, CM-in 234.4.3-cü maddəsinə əsasən həbsdə saxlanılan X8, xx.xx.2020-ci il tarixdə təxminən saat 14:30 radələrində Tibb-sanitar hissəsində müayinə olunan zaman döş hissəsinin sol yan səthində 3 ədəd qərtməkli yara, sağ bazunun içəri səthində sarımtıl rəngli qançır aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunaraq izahatı alınmışdır. Bu barədə həbsdə saxlanılan şəxs Mirsəftər Əsgərov yazılı izahatında bildirmişdir ki, həmin xəsarəti həbs olunmamışdan əvvəl almışdır. Faktla bağlı Xüsusi məlumat Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndəriləcək dir. Həmçinin, məhkumun şəxsi işində həmin xüsusi məlumatın Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilməsi barədə məktub və reyestr əlavə edilsə də, işdə olan Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X3 xəsarət alması ilə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğuna məlumat daxil olmamış və bu barədə hər hansı bir araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarında göstərilənləri cinayət işinin materialları ilə, o cümlədən yuxarıda təsvir edilmiş sübutlarla müqayisəli şəkildə təhlil edildikdə istintaq orqanı tərəfindən sübutlar əldə edilərkən hazırki vəziyyətdə aradan qaldırılması mümkün olmayan aşağıdakı pozuntulara yol verildiyini qeyd edir. İş materiallarından göründüyü kimi 02 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin rəis müavini polis mayoru Şahid1 raportla həmin bölmənin rəisinə müraciət edərək daxil olmuş əməliyyat məlumatına əsasən “Eyvaz” adlı şəxsin üzərində narkotik vasitə ilə ünvan 8 ünvanın qarşısında olacağını bildirib həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupunun yaradılması və həmin şəxsin barəsində təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçiliməsinə icazə verilməsini xahiş etmişdir. Bundan sonra, 02 sentyabr 2020-cil tarixdə qəbul edilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən həmin tarixli digər qərarla yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən yuxarıda göstərilən ünvanda Şahid7 saxlanılaraq 16- cı polis bölməsinə gətirilmiş və onun üzərində müdafiəçinin iştirakı ilə axtarış keçirilərkən idman şalvarının sol yan cibindən bir bükümdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, lakin həmin vaxt göstərilən narkotik vasitənin çəkisi müəyyən edilməmiş, bununla da CPM-nin 247.1.9-cu maddəsinin tələbləri pozulmuşdur (yalnız məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2020-ci il tarixli 6/1756 saylı rəyi ilə müəyyən edilmişdir ki, Şahid7 üzərindən aşkar edilərək götürülmüş vasitə kustar üsulla hazırlanmış heroindir və onun çəkisi 0,046 qamdır). Şahid7 onun üzərində şəxsi axtarış aparıldıqdan sonra verdiyi izahatında göstərilən narkotik vasitəni 02 sentyabr 2020-ci il tarixdə başqa anket məlumatlarını bilmədiyi “Mirsəftər” adlı şəxsdən 5 manat müqabilində aldığını bildirdiyinə görə, hə min gün sonuncunun yerinin müəyyən edilməsi və saxlanılması barədə əməliyyat tapşırığı verilmişdir. Burada qeyd olunmalıdır ki, Şahid7 üzərində şəxsi axtarış aparılarkən götürülmüş kütlənin narkotik vasitə - 0,046 qram çəkidə heroin olmasının yalnız 03 sentyabr 2020-ci il tarixli rəylə müəyyən edilməsinə baxmayaraq, Nərimanov Rayon Polis İdarəsinin rəisi tərəfindən həmin rəy alınmazdan əvvəl tərtib edilmiş 02 sentyabr 2020-ci il tarixli raportunda bu haqda məlumatlar əks etdirilmiş, həmçinin Şahid7 izahatına əsasən “Mirsəftər” adlı şəxsin müəyyən edilməsindən ötrü Nəsimi rayonunun ərazisində əməliyataxtarış tədbirlərinin həyata keçiilməsinə icazə verilməsi xahiş olunmuşdur. Bundan sonra belə tədbirlərin həyata keçirilməsi barədə heç bir qərar qəbul edilmədən (halbuki “Əməliyyat-axtarış fəa liyyəti haqqında” Qanunun müddəaları (10-cu maddənin V hissəsi və 11-ci maddənin İV hissəsi) əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında əsaslandırılmış qərarın qəbul edilməsini və 48 saat ərzində belə qərarın məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsini tələb edir), təkcə 16-cı polis bölməsinin təhqiqatçısı E.A.Səfərovun əməliyyat tapşırığına əsasən M.M.Əsgərov 02 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 19 ünvanının qarşısında şübhəli şəxs qismində tutularaq Nərimanov RPİ-nin 16-cı polis bölməsinə aparılmış və yalnız saat 19.40-da onun üzərində polis əməkdaşlarının və müdafiəçi Valid Səfərovun iştirakları ilə, videoçəkiliş aparılmaq la şəxsi axtarış aparılmış və həmin istintaq hərəkətinin aparılması zamanı Mirsəftər Əsgərov idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli və spesifik qoxuya malik olan maddəni təqdim edərək həmin kütlənin narkotik vasitə - heroin olmasını, bu vasitəni təxminən 40 gün əvvəl “Elmidar” adlı şəxsdən aldığını bildirmiş, lakin yenə də aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi ölçülməmişdir (yalnız məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2020-ci il tarixli 6/1757 saylı rəyi ilə müəyyən edilmişdir ki, M.M.Əsgərovun üzərindən aşkar edilərək götürülmüş vasitə kustar üsulla hazırlanmış heroindir və onun çəkisi 42,027 qram qamdır). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixl Qərarında göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-nin 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. X33 həmçinin qeyd edilmişdir ki; -CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; -əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti q aydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMnin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələ sinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-nin 125, 144-146cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini aradan qaldırmır. Bundan başqa, X5 törətməsi istinad olunan cinayət əməlinin Nəsimi rayonunun ərazisində törədilməsinə baxmayaraq hazırki iş üzrə həm təhqiqat, həm də ibtiadi araşdırma Nərimanov Rayon Polis İdarəsinin təhqiqat və istintaq orqanları tərəfindən aparılmış, bununla da CPM-nin 216-cı maddəsinin tələblərinin də po zulmasına yol verilmişdir. İş materiallarında iş üzrə ibtidai araşdırma aidiyyətinin dəyişdirilməsi haqqında Baş prokurorun qərarı mövcud olmamışdır. İş materialların təhlili göstərir ki, Mirsəftər Əsgərovun barəsində cinayət təqibini aparan Nərimanov Rayon Polis İdarəsinin təhqiqat və istintaq şöbələri tərəfindən ibtidai araşdırma zamanı ayrı-ayrı istintaq hərəkətlərinin başqa ərazidə aparılması hallarını müəyyən edən CPM-nin 216.3-cü maddəsinin tələblərinə də əməl edilməmişdir. Bundan başqa, iş üzrə toplanmış sübutlara əsasən, X3 üzərində şəxsi axtarış istintaq hərəkəti faktiki olaraq o, şübhəli şəxs qismində tutulduqdan 1 saat 40 dəqiqə sonra aparılmışdır ki, bu istintaq hərəkətinin dərhal aparılmaması, habelə bu zaman aşağıda göstərilən digər prosessual pozuntulara da yol verilməsi həm in hərəkətin qanuniliyini və onun aparılması nəticəsində əldə edilmiş sübutun mötəbərliyini şübhə altına salır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinin tələblərinə görə şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə məhkəmənin qərarı olmadan onun üzərinldə şəxsi axtarış aparıla bilər. Qanunvericiliyin bu normasının mənasından belə nəticə hasil olur ki, şəxsin üzərində şəxsi axtarış həm o, şübhəli şəxsi qismində tutularkən saxlanıldığı yerdə, həm də polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə təxirə salınmadan aparılmalıdır. Bundan başqa, şəxsi axtarışın və götürülmənin aparılması haqqında 02 sentyabr 2020-ci il tarixli protokola görə, həmin istintaq hərəkəti aparılmazdan əvvəl şübhəli şəxs X5 CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrin izah edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş videoçəkilişdə belə hüquqların izah edilməsi görünmür ki, bu da özü-özlüyündə şübhəli şəxsə münasibətdə həmin maddənin tələblərinin ümumiyyətlə izah edilmədiyini söyləməyə əsas verir. "İnsan hüquqlarının və X16 haqqında” Konvensiyanın 6-cı maddəsinin "c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi "Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquql arından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların o nun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X5 bəraət vermişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfini n funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırıl masının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X3 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Mə hkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzd ir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bər aət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X16 haqqında” Konvensiyanın 6 -cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət t əqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2023-cü il tarixli bəraət hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasə n məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 sentyabr 2023-cü il tarixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1200/2023 saylı, 01 sentyabr 2023- cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar