Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-67/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, -məhkum x1 və müdafiəçisi-vəkil Sadıqov Elçin Əli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsini n xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 281.2-ci, 309.2-ci və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından x1 müdafiəçisi-vəkil Sadıqov Elçin Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: E.Ə.Mikayılov (sədrlik edən və məruzəçi), Ə.M.Abasov və M.M.Ağalarovdan ibarət tərkibdə) x1- xx xxxx 1979-cu il tarixdə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikası CM-nin 281.2-ci, 309.2-ci və 313-cü m addələri ilə təqsirli bilinərək, CM-nin 281.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 309.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzalar qismən toplanmaqla qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etm ə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş əsas cəza-azadlıqdan məhrum etmə cəzasına 2 (iki) il sınaq müddətinə şərti hesab edilmiş, Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən x1na təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə əlavə cəzasının müstəqil icra edilməsi müəyyən edilmişdir. Sınaq müddəti bitənədək cəzanın icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək x1na bir vəzifə olaraq tapşırılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, vəzifəli şəxs olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq aşkar surətdə kənara çıxan hərə kətlər etməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişrilməsinə yönələn açıq çağırışlar edib bu cür məzmunlu məlumatları təkrar yaymış, sair şəxsi niyyətlə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Belə ki, x1 hüquqi ünvanı ünvan 3 göstərilərək xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində «xxxx» MMC-nin təsisçisi kimi qeydiyyatdan keçdikdən sonra, internetdə “criminalaz.com” domen adlı saytını və «Elektron ünvan » elektron poçtunu yaradıb qeydiyyatdan keçmiş, həmin internet saytının direktoru vəzifəsində Bakı şəhərində fəaliyyət göstərərək, 104.27.130.109 İP ünvanından istifadə etməklə internet informasiya resurslarında məlumatların yerləşdirilməsi və yayılması səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla, «Kütləvi informasiya vasitələri haqqında» xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası qanununun tələblərinə əsasən mövcud konstitusiyalı dövlət qurluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmədiyi halda, qanuni fəaliyyətdən açıq-aşkar surətdə kənar çıxaraq, öz səlahiyyətləri dairəsinə daxil olmayan hərəkətlər etməklə, xx.xx.2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin Başçısına və polis əməkdaşına qarşı törədilmiş terror hadisəsi nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış kriminogen vəz iyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlığın yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədilə yaşadığı ünvan 4 ünvanda saxladığı «MacbookPro» markalı «notebook» tipli kompüter vasitəsilə rəhbərlik etdiyi həmin internet saytında - informasiya resurslarında xx xxxx 2018-ci il tarixdə “Gəncənin güllələnən başçısının qalmaqallı və bəlalı yolu - general x2 kəllələşmənin pərdə arxası” başlığı altındakı məqalədə - “Tanıyanlar bilir ki, 2011-ci ildən Gəncənin icra başçısı təyin olunan x3 şəhərin bütün dövlət qurumlarını özünə tabe etdirmək istəyib. Polis Daxili İşlər nazirinə, prokuror isə Baş prokurora tabe olduğu halda x3 onları özünə itaət etməyə məcbur edib. Məhz buna görə, Gəncənin mərhum rəisi polis general-mayoru x2 başçı arasında ciddi qarşıdurma baş vermişdi. x2 Gəncədə rəis olan zaman şəhid anasına görə icra başçısı ilə aralarında münaqişə baş vermişdi. Şaiyələr yayılmışdı ki, rəsmi tədbirlərdən birində evi sökülən şəhid anası x3ə yaxınlaşaraq evinin sökülməsi nəticəsində Qarabağda şəhid olan övladlarının balalarının küçədə qalmasını irad tutmuşdu. İcra başçısı isə sərt şəkildə polisə həmin qadının tutulmasını əmr etmişdi. x2 isə şəhid anasına qarşı mülayim münasibət göstərmiş və bu da başçını qəzəbləndirmiş, daha sonra isə x2ə iclasda kobud sözlər işlətmişdi. Hətta başçı ilə x2 həmin vaxt əlbəyaxa olmuşdular. Bundan sonra x2 Gəncəni tərk etmişdi, bir müddət sonra Daxili İşlər Nazirliyində yüksək posta Daxili Təhqiqatlar idarəsinin rəisi təyin edilib. İki il sonra, 3.09.201 5-ci ildə Bakı şəhərində ürəktutmasından vəfat etdi. Hətta söhbətlər dolaşırdı ki, x2 xidməti avtomobilində Hacıkənd ərazisində başçıya yaxın şəxslər tərəfindən gülləboran edilib, xx xxxx 2018-ci il tarixdə isə “Gəncədə baş verən hadisə x3in kobudluğunun nəticəsidir” başlığı altında” məqalədə - “Niyə hakimiyyət x3in özbaşınalığını, kobudluğunu görmür, niyə onu cəzalandırmır? Yoxsa hakimiyyət bunları formal olaraq deyir?...Gəncəlilər hər zaman qürurlu və qorxmaz olublar. Odur ki, x3lə baş verənlər tez ya gec olacaqdı. Əgər hakimiyyət bundan nəticə çıxarmırsa, İsmayıllı və Quba hadisələri Gəncədə də təkrarlana bilər” məzmununda biləbilə yalan məlumatları əsas səhifədə Azərbaycan dilində yerləşdirərək hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib, bu cür məzmunlu məlumatları yaymaqla, həmin cinayət əməlini təkrarən törətmiş, bununla da məlum hadisələrlə bağlı ölkə vətəndaşları arasında mənfi rəyin formalaşmasına, mövcud İctimai-siyasi sabitliyin pozulmasına, dövlətin həyata keçirdiyi tədbirlərə kütləvi inamsızlıq yaradılmasına, cinayətkarlığa qarşı mübarizədə hüquq-mühafizə orqanları tərəfindən aparılan məqsədyönlü tədbirlərin üzərinə kölgə salınmasına yönəlmiş qeyd olunan qanunazidd əməlləri ilə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, habelə sair şəxsi niyyətlə bilə-bilə vəzifə saxtakarlığı etmişdir. Hökmdən x1 müdafiəçisi-vəkil Sadıqov Elçin Əli oğlu t ərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və İ.M.Murquzovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından x1 müdafiəçisi-vəkil Sadıqov Elçin Əli oğlu kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, məhkum barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə (bəraətverici əsaslarla) xitam verilməsini, bütün ittihamlar üzrə məhkuma bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1 müdafiəçisi-vəkil Sadıqov Elçin Əli oğlunun kass asiya şikayətində göstərilmişdir ki, məhkuma Azərbaycan Respublikası CM-nin 281.2-ci, 309.2-ci və 313-cü maddələri ilə elan edilmiş bütün ittihamlar üzrə əməlində cinayət tərkibi olmadığından, x1a məxsus “criminalaz.com” domen adlı saytında yayımladığı “Gəncənin güllələnən başçısının qalmaqallı və bəlalı yolu - general x2 kəllələşmənin pərdə arxası” başlığı və “Gəncədə baş verən hadisə x3in kobudluğunun nəticəsidir” başlıqlı məqalələr başqa saytlardan götürüldüyündən və onlar rəsmi təkzib edilmədiyindən o məsuliyyət daşımamalıdır. Ona görə də kassasiya şikayəti təmin edilərək x1 barəsində cinayət işi üzrə icrata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə (bəraətverici əsaslarla) xitam verilməsini, bütün ittihamlar üzrə məhkuma bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiya sı işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qəra r qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, ibtidai istintaqın əvvəlində x1 və ailə üzrləri şahid qismində dindirilmişlər, lakin kassasiya şikayətində göstərildiyi kimi x1 özünə qarşı və ailə üzvlərinin x1 qarşı ifadə verməyə məcbur edilməsi halları işin materiallarınada müəyyən edilməmişdir. Eyni zamanda həmin dindirmələrdən əvvəl x1, onun həyat yoldaşı x4 və qayınatası x5 Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsində təsbit edilmiş hüquqları izah edilmişdir. Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır. Kassasiya şikayətinin dəlilləri məhkumun əməllərində e lan edilmiş bütü ittihamlar üzrə cinayət tərkibinin olmaması və ona bəraət verilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 281.2-ci maddəsinə əsasən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma, əməlləri təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. CM-nin 309.1-ci maddəsinə əsasən Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda; CM -nin 309.2-ci madəsinə əsasən bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda; CM-nin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə. Kütləvı İnformasıya Vasitələri (bundan sonra mətndə KİV) Haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirlər i, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. KİV haqqında Azərbaycan Respublikası qanunun 60-cı maddəsinə əsasən kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər): bu Qanunda göstərilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaydıqda Azərbaycan Resp ublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar. KİV haqqında qanunun 62-ci maddəsinin 3-cü bəndinə əsasən kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır. Kassasiya şikayətində göstərilmişdir ki, x1un xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində «xxxx» MMC-nin təsisçisi kimi qeydiyyatdan keçdikdən sonra, internetdə “criminalaz.com” domen adlı saytında yayımladığı məqalələr başqa saytlardan götürüldüyündən və onlar rəsmi təkzib edilmədiyindən o məsuliyyət daşımamalıdır. Birinci instansiya məhkəməsinin hökmündə həmin hala düzgün hüquqi qi ymət verilərək göstərilmişdir ki, sözügedən “Gəncənin güllələnən başçısının qalmaqallı və bəlalı yolu - general x2 kəllələşmənin pərdə arxası” başlığı və “Gəncədə baş verən hadisə x3in kobudluğunun nəticəsidir” başlıqlı məqalələrin mətnlərində bəzi başqa saytlara istinad edilsə də bütövlükdə məqələlərin hansı saytdan götürülməsi üzərilərində göstərilməmiş və eləcə də digər saytlardan götürülmüş məlumatlar genişləndiilməklə verilmişdir. Kassasiya şikayətində “Gəncənin güllələnən başçısının qalmaqallı və bəlalı yolu general x2 kəllələşmənin pərdə arxası” başlığı məqalənin mətnində göstərilən məlumatların “Yeni Müsavat” qəzetinin xx xxxxxx 2013-cü il tarixdə saat 09:59-dakı səhifəsində dərc edilmiş “Rəis icra başçısını kəllə ilə yerə sərib” başlıqlı məqalədə verildiyini göstərmişdir. Lakin, “ Gəncənin güllələnən başçısının qalmaqallı və bəlalı yolu general x2 kəllələşmənin pərdə arxası” başlığı məqalə “criminalaz.com” domen adlı saytında verilərkən “Yeni Müsavat” qəzetinin xx xxxxxx 2013-cü il tarixdə saat 09:59-da dərc etdiyi “Rəis icra başçısını kəllə ilə yerə sərib” başlıqlı məqaləyə istinad edilməyib. Ona görə də x1 Kütləvi İnformasiya Vasitələri Haqqında Azərbaycan Respublikası Qanunun 60-cı maddəsi ilə müəyyən edilmiş başqa informasiyanı onun mənbəyini göstərmədən yaydığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə cinayət məsuliyyəti daşımalıdır. Bundan başqa birinci instansiya məhkəməsinin hökmündə göstərildiyi kimi “Yeni Müsavat” qəzetinin xx xxxxxx 2013-cü il tarixdə saat 09:59-dakı səhifəsində dərc edilmiş “Rəis icra başçısını kəllə ilə yerə s ərib” başlıqlı məqalədəki məlumatlar dəfələrlə həmin saytda təkzib edilməsi də hökmdə konkret göstərilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-linqvistik ekspertizasının xx.xx.2018-ci il tarixli rəyinin nəticə hissəsində hər iki məqalədə işlədilən ifadələr tədqiq edilərək göstərilir ki, tədqiqata daxil olan materiallarda Azərbaycan Respublikası Cinayət Məcəlləcinin 281-ci maddəsində təsbit olunmuş cinayətin obyektiv cəhətinin əlamətləri aşkar görünür-açıq çağırışlar qeyri-məhdud şəxslər dairəsinə yönəlmişdir. Belə ki, çağırışlar internetdə həyata keçirilir və çağırış kütləvilik xarakteri daşıyır. Çağırışlar kütlədə aşkar surətdə insanlara mövcud hakimiyyətə və konstitusiya quruluşuna nifrət yaradan, onları hakimiyyət əleyhinə qiyama, kütləvi ixtişaşa çağıran, hakimiyyət nümayənd ələrinin qanuni tələblərinə tabe olmamağa və qanunsuz hərəkətlər etməyə sövq edən yazılı müraciətlərində ifadə olunmuşdur. Tanıyanlar bilir ki, 2011-ci ildən Gəncənin icra başçısı təyin olunan x3 şəhərin bütün dövlət qurumlarını özünə tabe etmək istəyib. Polis Daxili İşlər Nazirinə, prokuror Baş prokurora tabe olduğu halda x3 onları özünə itaət etməyə məcbur edib. Məhz buna görə Gəncənin mərhum rəisi polis general mayoru x2 başçı arasında ciddi qarşıdurma baş vermişdir. x2 Gəncədə rəis olan zaman şəhid anasına görə icra başçısı ilə aralarında münaqişə baş vermişdi. Şaiələr yayılmışdır ki, rəsmi tədbirlərdən birində evi sökülən şəhid anası x3ə yaxınlaşaraq evinin sökülməəsi nəticəsində Qarabağda şəhid olan ğvladlarının balalarının küçədə qalmasını irad tutmuşdu. İcra başçısı isə sərt şəkild ə polisə həmin qadının tutulmasını əmr etmişdi. x2 isə şəhid anasına qarşı mülayim münasibət göstərmiş və bu da başçını qəzəbləndirmiş, daha sonra isə x2 iclasda kobud sözlər işlətmişdi. Hətta başçı ilə x2 həmin vaxt əlbə yaxa olmuşdular. Bundan sonra x2 Gəncəni tərk etmişdi, bir müddət sonra Daxili İŞlər Nazirliyində yüksək posta, Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. İki il sonra xx xxxxxxxx 2015-ci il tarixdə Bakı şəhərində ürəktutmasından vəfat etdi. Hətta söhbətlər dolaşırdı ki, x2 xidməti avtomobilində Hacıkənd ərazisində başçıya yaxın şəxslər tərəfindən gülləboran edilib. “...Niyə İlham Əliyev x3in özbaşnalığını, kobudluğunu görmür, niyə onu cəzalandırmır? Yoxsa İlham Əliyev bunları formal olaraq deyir?..Gəncəlilər hər zaman qürurlu və qorxmaz olublar. Odur ki, x3lə baş verənlər tez, ya gec olacaqdı. Əgər hakimiyyət bundan nəticə çıxarmasa İsmayıllı və Quba hadisələri Gəncədə də təkrarlana bilər. Cinayət işinin materiallarında olan «Criminalaz.com» saytında xx.xx.2018-ci il hadisələrindən dərhal sonra verilmiş “Gəncənin güllələnən başçısının qalmaqallı və bəlalı yolu - general x2 kəllələşmənin pərdə arxası” başlığı məqalənin mətnində daha sonra göstərilmişdir ki, “tarixə nəzər salsaq görərik ki, x3 Gəncədə güllələnən ilk icra başçısı deyil. 1993-cü ildə Gəncənin icra başçısı olan x6 öz xidməti kabinetində qətlə yetirilib. Gəncədə kriminal avtoritet kimi tanınan “Zobik” başçının kabinetinə daxil olub və x6ə deyib ki, onun istədiyi adamları vəzifəyə təyin etsin. x6 də bildirib ki, heç kimə özbaşına vəzifə verə bilməz. “Zobik” də bundan əsəbləşib x6ə bir sillə vurub. x6 də şəxsiyyətli adam olduğundan tapançanı çıxarıb “Zobiki”in düz alnından güllə ilə atır. Orada olan “Zobik”in cangüdəni avtomatla yanında olan adamların hamısına atəş açır. Hətta güllə qapını dəlib x6in mühafizəçisinin baldırına dəymişdi...” Məhkəmə kollegiyası hesab edir ki, bu yazıda hakimiyyəti nüfuzdan salmağa, Gəncədə xx.xx.2018-ci il tarixdə hakimiyyət nümayəndəsinə qarşı silah işlədilməsinə müsbət və adekvat hadisə kimi, Gəncədə hakimiyyət orqanlarına qarşı formalaşmış təcrübənin davamı kimi yanaşmağa, baş vermiş neqativ hadisələrin davam etdirilməsinə çağıran, kütlədə aşkar surətdə mövcud hakimiyyətə və konstitusiya quruluşuna nifrət yaradan, onları hakimiyyət əleyhinə qiyama, kütləvi ixtişaşa çağıran, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağa və qanunsuz hərəkətlər etməyə sövq edən ideyalar ifadə olunmuşdur. xx.xx.2018-ci il tarixdə həmin saytda verilmiş “Gəncədə baş verən hadisə x3in kobudluğunun nəticəsidir” məqaləsində isə hər hansı mənbəyə istinad etmədən göstərilir ki “ adının açıqlanmasını istəməyən sakinlərdən biri bildirib ki, x3ə qarşı sui-qəsdin səbəbi onun vətəndaşlara kobud davranışı olub. Belə ki bir müddət öncə yerli sakinlərdən biri öz problemi ilə bağlı ona müraciət edib. x3 çığırıb-bağırıb, söyüş söyüb və hamilə qadını otaqdan qovub. x3ə və onun mühafizəçisinə atəş açan həmin qadının qardaşıdır. Gəncəlilər hər zaman qürurlu və qorxmaz olublar. Odur ki, x3lə baş verənlər tez, ya gec olacaqdı. Əgər hakimiyyət bundan nəticə çıxarmasa İsmayıllı və Quba hadisələri Gəncədə də təkrarlana bilər.” Bu yazıda da hakimiyyət n ümayəndələrinə qarşı silahdan atəş açılmasına haqq qazandırılmaqla yanaşı, İsmayıllı və Quba hadisələri Gəncədə də təkrarlana biləcəyi ilə hakimiyyətin təhdid edilməsi və kütləni aşkar surətdə mövcud hakimiyyətə və konstitusiya quruluşuna nifrət yaradan, onları hakimiyyət əleyhinə qiyama, kütləvi ixtişaşa çağıran, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağa və qanunsuz hərəkətlər etməyə sövq edən ideyalar ifadə olunmuşdur. Ona görə də x1un göstərilən məqalələrin yayımlanması üzrə hərəkətləri Azərbaycan Respublikası CM-nin 281.2-ci maddəsinin dispozisiyasında təsbit olunmuş cinayət əməlinin əlamətlərinə uyğun hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, x1 tərəfindən «Criminalaz.com» saytında əsas səhifədə bilə-bilə yalan məlumatlar Azərbaycan dilində yerləşdirilərə k yayımlanmış hər iki məqalənin məzmununda hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların olmasına dair nəticələrə gəlmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı qanuni və əssaslıdır. x1 reallığa uyğun olmayan qərəzli və böhtan xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə əvvəllər Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini tərəfindən iki dəfə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, xx.xx.2018-ci il tarixdə Gəncəd ə baş vermiş hadisələrdən dərhal sonra göstərilən xarakterli məqalələri ardıcıl olaraq «Criminalaz.com» saytında yayımlaması həmin əməllərin ictimai təhlükəliliyinə dəlalət edən hallardır. Məhkum x1 məhkəmə iclasındakı ifadəsində hər hansı sübuta istinad etmədən göstərmişdir ki, xəbərlərin paylaşılması üçün vətəndaşlar özləri də ona müraciətlər etmişlər. x4 x3 və x2 arasında baş verənlər barədə məlumat aldığı zaman həmin məsələlər aktual olmadığından həmin məlumatları yayımlamamışam, sonradan məlum hadisələr baş verəndə həmin məlumatlara istinad etmişdim. Bu hal onu təsdiq edir ki, x1 xx.xx.2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısına və polis əməkdaşına qarşı törədilmiş terror hadisəsi nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış kriminogen vəziyyəti özü üçün ə lverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlığın yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədilə həmin məqalələri yayımlamışdır. Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinin qeydinə əsasən dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vəzifəli şəxslər sırasına aiddirlər. Birinci instansiya məhkəməsində tədqiq edilmiş və cinayət işinin materiallarında olan kommersiya hüquqi şəxsi kimi qeydiyyata alınmış «xxxx» MMC-nin Nizamnaməsinin 4.6-cı bəndinə görə cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edən icraedici orqan və t əmsilçilik funksiyasına malik olan direktor kimi x1 göstərilmişdir. Onun vəzifəli şəxs olmaması barədə kassasiya şikayətinin dəlili əsassızdır. «Criminalaz.com» saytında yayımlanmış hər iki məqalənin məzmunundakı məlumatların həqiqiliyini təsdiq edən hər hansı mötəbər sübutların mövcudluğu müəyyən edilməmişdir. Məqalələrin məzmununda “şaiyələr yayılmışdır ki”, “söhbətlər dolaşır ki”, “tanıyanlar bilir ki”, “tarixə nəzər salsaq görərik ki”, “adının açıqlanmasını istəməyən sakinlərdən biri bildirib ki” və sair belə mücərrəd ifadələrdən istifadə edilməsi həmin yazıların bilə-bilə yalan olmasını və müəllifin şəxsi mülahizələri üzrə yazılmasını təsdiq edir. Məlumatların yalan olması həm də məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahidlərin ifadələri ilə də təsdiq edilmişdir. Şahid x4 məhkəmə i clasındakı ifadəsində göstərmişdir ki, x1un ittihamda qeyd olunan məqalələri ilə bağlı x1 mənə ancaq x2ə silah atıldığını bildirmiş, mən isə həmin məlumatı təkzib edərək x3lə x2 arasında hər hansı bir “kəllələşmə” olmadığını, x2 heç bir silah atılmadığını, yalnız Hacıkənddən qayıdarkən rəhbər heyətin üzvlərinə yol verilmədiyi üçün xırda bir insedent yaşandığını, şayiə olaraq isə guya polis əməkdaşlarının korrupsiya hallarına yol verdiyini bildirmişdir. x1un məqalələrində dərc olunan məlumatlar ona verilmiş suallar əsasında qurulmamışdır. Həmin məzmunda məlumatları o x1a verməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, x1 «Criminalaz.com» saytında yayımlanmış hər iki məqalənin məzmunundakı məlumatların yalan olduğunu bilə-bilə və bilməli olduğu halda həmin məlu matları xx.xx.2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısına və polis əməkdaşına qarşı törədilmiş terror hadisəsi nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış kriminogen vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlığın yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədilə yaymışdır. Bununla da Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllini törətmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, “Gəncənin güllələnən başçısının qalmaqallı və bəlalı yolu - general x2 kəllələşmənin pərdə arxası” başlığı məqaləni 9355 nəfər, “Gəncədə baş verən hadisə x3in kobudluğunun nəticəsidir” məqaləni isə 395 nəfər oxumuşdur. Beləliklə x1 hər iki məqalədə yaydığı məlumatları 9750 nəfər oxumaqla yalan və hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırış xarakterli məlumatların yayılması nəticəsində cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur. Bununla yanaşı bu cinayətin ağır nəticələrə səbəb olması elan edilmiş ittihamda göstərilsə də, bu nəticənin konkret olaraq nədən ibarət olması göstərilməmişdir. Ona görə də x1un Azərbaycan Respublikası CM-nin 309.2-ci maddəsi ilə tövsif edilmiş əməli CM-nin 309.1-ci maddəsinə tövsif edilməli və bu qanun əsasında ona cəza təyin edilməlidir. Bununla da cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın xx xxxx 2019-cu il tarixli qərarında dəyişiklik edilməlidir. Müdafiəçinin kassasiya şikayətində məhkuma elan edilmiş bütün ittihamlar üzrə bəraət verilməsi xahiş edildiyindən və cinayət işi üzrə belə əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.0.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarında dəyişiklik edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: x1 müdafiəçisi-vəkil Sadıqov Elçin Əli oğlu kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci, 309.2-ci və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. x1 CM-nin 309.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməli CM-nin 309.1-ci maddəsinə tövsif edilsin və bu maddə ilə ona 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3 və 66.4-cü maddə lərinə əsasən bu cəza hökmlə təyin edilmiş digər cəzalarla qismən toplanmaqla qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzasına 2 (iki) il sınaq müddətinə şərti məhkum edilsin və qərarın digər hissələri dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-67/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-67/2020
25.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver