Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-67/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum, məhkumun müdafiəçisi-vəkil Hüseynov Əli Meybulla oğlunun və zərərçəkmiş şəxsin hüquqi varisi X12 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə bəraət verilməsinə, CMnin 296.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvan Şəmmədov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: M.A.Xankişiyev (sədrlik edən və məruzəçi), İ.A.Mahmudov və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli hökmü ilə, Məhkum- xx xxxxx 1986-cı il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Abşeron rayon P olis idarəsinin DYPŞ-nin YPX inspektoru işləmiş, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Hacılı kəndində qeydiyyatda olmaqla, Ünvan1 yaşamış Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilmiş, Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum xx xxxx 2018-ci il tarixdən həbsdə saxlanıldığı 01 (bir) il 12 (on iki) gün nəzərə alınaraq cəzasını çəkmiş hesab edilərək dərhal həbsdən azad edilmişdir. İşin halları: Məhkum 12 iyun 2018-ci il tarixdə saat 21:40 radələrində Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə və Abş eron RPİ-nin Növbətçi Hissəsinə istifadəsində olan mobil telefonla ona məxsus “Range-Rover” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə yalan məlumat verməklə yanaşı, xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərədə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq Abşeron RPİ-nə avtomobilinin qaçırılması barədə yalan məzmunlu ərizə ilə müraciət edərək təhqiqat və ibtidai istintaq orqanının normal fəaliyyətini pozmaqla Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş az ağır kateqoriyalı “Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)” cinayətinin edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Dövlət ittihamçısı tərəfindən ver ilmiş apellyasiya protestinə, məhkum edilmiş şəxsin müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və R.M.Abdulovdan ibarət tərkibdə) zərərçəkmiş şəxsin hüquqi varisinin apelyasiya şikayətindən imtinası qəbul olunaraq apelyasiya şikayətinin baxılmasına xitam verilmiş, apelyasiya protesti və məhkumun müdafiəçisinin apelyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvan Şəmmədov tərə findən kassasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, birinci instansiya məhkəməsi hökmündə və apellyasiya kollegiyası qərarında qanunsuz və əsassız olaraq, istintaq orqanı tərəfindən təqdim olunmuş əksər sübutlara şübhə ilə yanaşaraq onları nəzərə almamışdır. Belə ki, məhkəmələr təqsirləndirilən şəxsə bəraət verilməsini onunla əsaslandırmışlar ki, “aparılan məhkəmə istintaqı zamanı təsdiq olundu ki, yol nəqliyyat hadisəsi zamanı avtoqəza hadisəsini törətmiş “Range Rover” markalı avtomaşının sürücüsü Məhkum ibtidai istintaq zamanı istintaqın ilk anından sona qədər eyni cür və eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, baş vermiş hadisədə onun təqsiri olmamış, avtoqəza hadisəsi “Range Rover” markalı avtomaşının yolunda baş vermişdir. Hət ta ilk dəfə o, istintaqa ifadə verərkən istintaqçı hadisə yerinin sxemini onun özünə tərtib etdirərək ifadəsinə əlavə etmişdir. Həmin sxemdə də göstərilmişdir ki, hadisə “Range Rover” markalı avtomaşının yolunda baş verir. Lakin, nədənsə istintaqçı tərəfindən bir gün əvvəl tərtib edilmiş sxemdə hadisə yerinin toqquşma nöqtəsinin “Ford” markalı avtomobilin yolunda baş verməsi göstərilmişdir. Buna baxmayaraq istintaqçı Məhkum ifadə alarkən və onun tərtib etdiyi sxemi ifadəsinə əlavə edərkən nədənsə sxemlərdə olan ziddiyyəti ümumiyyətlə aydınlaşdırmamış, hətta bu barədə Məhkum sual belə verməmişdir.” (hökmün 11-ci səhifəsi). Məhkəmənin belə bir əsaslandırması tamamilə əsassızdır və məhkəmə tərkibi bu nəticəyə gələrkən Məhkum ibtidai istintaqda və məhkəmə zamanı verdiyi yalnız özünü müdafiə və qeyri-səmimi ifadələrinə əsaslanmış, diğər sübutları isə nəzərə almamışdır. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş müvafiq sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixdə saat 22:00-da DİN-nin “102” xidmətindən Abşeron RPİ- nə Sumqayıt şəhərində yaşayan Məhkum Novxanı qəsəbəsi “Fresco” marketin yanında saxladığı özünə məxsus “Range-Rover” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qaçırılmasmı bildirməsi barədə məlumat daxil olmuşdur. Məhkum xx.xx.2018-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək göstərmişdir ki, Novxanı qəsəbəsi “Olimpik Novxanı” restoranının qarşısında ona məxsus “Range-Rover” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomaşını saxlamış, saat 21:30 radələrində o, həmin əraziyə yaxınlaşdıqda görmüşdür ki, ona məxsus olan avtomaşın həmin ərazidə yoxdur və bu barədə DİN-nin “102” xidmətinə məlumat vermişdir ki, ona məxsus nəqliyyat vasitəsini qaçırıblar. O, avtomaşının tapılmasına köməklik göstərilməsini xahiş etmişdir (cild 1, iş vər. 48-54; hökmün 15-16-cı səhifələri). Həm də məhkəmə tərkibi bu nəticəyə gələrkən nədənsə Məhkum ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu məlumat, ərizə, izahat və ifadələrini, habelə ona məhz bu hərəkətlərinə görə Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsi ilə verilmiş ittihamı və məhkəmənin özünün də həmin ittihamı qəbul edərək onu həmin maddə ilə təqsirli bilərək ona azadlıqdan məhrum etmə ilə əlaqədar müvafiq cəza təyin etməsini nəzərə almamışdır. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamlarda özünü təqsirli bilməyi b öz müdafiəsi üçün dəlillər gətirərək heç bir günahının olmadığını, qarşı tərəfin onun yoluna çıxıb qəza törətdiyi halda, ittihamda bunun əksinin göstərildiyini qeyd etmişdir. Məhkum göstərdiyi həmin xüsusatlar vəsatət kimi qəbul edilərək xx xxxxxx 2018ci il tarixli qərarla ibtidai istintaq orqanı tərəfindən rədd edilmişdir. Təqsirləndirilən şəxs Məhkum öz müdafiəsi üçün gətirdiyi dəlillər, özünü təqsirli bilməməsi onun özünü müdafiə mövqeyindən çıxış etməklə, ibtidai istintaqda və məhkəmədə özünün təqsirsizliyi barədə yalnış təsəvvür yaratmağa cəhd göstərməklə törətdiyi cinayətlərə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq istəməsi qənaətinə gəlmək üçün əsas verir və bu hallar məhkəmə tərəfindən də əsassız olaraq nəzərə alınmamışdır (cild 2, iş vər. 42-44; 67-73; 101-105 və bütün iş materialları). Bundan başqa, məhkəmələrin təqsirləndirilən şəxs Məhkum ilk dəfə istintaqa ifadə verərkən müstəntiqin hadisə yerinin sxemini onun özünə tərtib etdirərək ifadəsinə əlavə etməsi və həmin sxemdə də hadisənin “Range Rover” markalı avtomaşının yolunda baş verməsinin göstərilməsi, lakin nədənsə müstəntiq tərəfindən bir gün əvvəl tərtib edilmiş sxemdə hadisə yerinin toqquşma nöqtəsinin “Ford” markalı avtomobilin yolunda baş verməsini göstərməsi qənaətinin özü də şübhəlidir. Çünki yuxarıda qeyd edildiyi kimi Məhkum həmin ittihamlar üzrə özünü təqsirli bilməyərək yalnız özünü müdafiə mövqeyindən çıxış etmiş və bu səbəbdən də onun bu mövqeyə uyğun olaraq həmin sxemi tərtib etməsi də başa düşüləndir. Lakin məhkəmələr bu zaman nəzərə almamışlar ki, belə hallarda şübhəli və ya təqsirləndirilən şəxsin və ya şahidin hadisə yerinin sxemini tərtib etməsi CPM-də də nəzərdə tutulmamışdır və bu səlahiyyət qanunla yalnız müstəntiqə verilmişdir. Bundan başqa, Məhkum 2008-ci ildən Daxili işlər orqanlarında işləmiş, bu hadisini törədərkən isə Abşeron RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru vəzifəsində çalışmış, hadisə günü isə iş başında olmuşdur. Məhkum xidməti fəaliyyəti zamanı bu xarakterli çoxsaylı hadisələrin müayinəsində, təhqiqatında və ya istintaqında öz səlahiyyətləri çərçivəsində iştirak etmiş, nəticə etibarı ilə Məhkum bu xarakterli hadisələrin əsl mahiyyətini, fəsadlarını, nəticələrini yaxşı bilir və dərk etmişdir. Bildirmək istərdik ki, hadisə xx xxxx 2018-ci il tarixdə saat 21:35 radələrində baş vermiş, Məhkum bundan beş dəqiqə sonra, yəni saat 21:40-da DİN-ni n “102” xidmətinə, saat 21:42-də Abşeron RPİ-nin NH-ə zənglər edərək ona məxsus “Range-Rover” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə qəsdən yalan məlumatlar vermiş, daha sonra iş yoldaşları Cəsarətin idarə etdiyi avtopatrula oturmuş və Mehdiabad qəsəbəsi istiqamətində hərəkət etmişlər, daha sonra birlikdə Abşeron RPİ-ə qayıtmış və daha sonra isə özünün də ifadələrində göstərdiyi kimi komandirinin göstərişi ilə Sumqayıt şəhər Narkoloji dispanserinə gedərək müayinədən keçmiş və yenidən Abşeron RPİ-ə qayıtmış və saat 02 radələrində evlərinə qayıtmış, xx xxxx 2018-ci il tarixdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərədə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq Abşeron RPİ-nə avtomobilinin qaçırılması barədə y alan məzmunlu ərizə ilə müraciət etmişdir. Məqsəd isə birmənalı olaraq yalnz ağır cinayət məsuliyyətindən yayınmaq olmuşdur. Əgər YPX-nin inspektoru, yəni yol-nəqliyyat hadisələrinin mexanizmini və mahiyyətini, habelə nəticələrini hamıdan yaxşı bilən bir şəxs olaraq Məhkum bu hadisədə təqsiri yox idisə, həmin hadisənin günahkarı qarşı tərəf idisə, o zaman niyə hadisə yerini dərhal tərk edir və üstəlik yuxarıda qeyd etdiyim kimi müvafiq dövlət orqanlarına öz avtomobilinin qaçırılması barədə yalan məlumatlar verərək izi azdırmağa çalışır. Həm də nəzərə almaq lazımdır ki, hadisə nəticəsində yaralı şəxslərdən biri hadisə yerində vəfat etsə də, digəri xəstəxanaya aparılarkən yolda vəfat etmişdir. Məhkum hadisə yerindən qaçaraq onlara heç bir yardım göstərməmiş və bu istiqamətdə heç bir tədbir görməmişdir. Məhkum ifadələrində göstərməsindən fərqli olaraq əslində təcili tibbi yardıma da zəng etməmişdir. Digər tərəfdən, əgər Məhkum bu hadisədə təqsiri yox idisə onun valideyinləri hansı səbəbdən zərər çəkmiş şəxslərin ailə üzvlərinə külli miqdarda vəsait ödəyərək onlarla barışıq əldə etmişdir. Daha sonra əgər Məhkum bu hadisədə təqsiri yox idisə dövlət orqanlarına onun iştirakı ilə bu cinayətin törədilməsi məlum olmadığı halda hansı səbəbdən Sumqayıt şəhər Narkoloji dispanserinə gedərək müayinədən keçmişdir. Əminəm ki, apellyasiya məhkəməsi bu hallara xüsusi diqqət yetirəcək və öz hüquqi qiymətini verəcəkdir. Məhkəmələrin hökm və qərarda “Bundan əlavə müstəntiqin tərtib etdiyi sxemdə hadisə yerinin müayinəsində iştirak edən şəxslərin sxemdə imzalarının olmaması da ona dəlalət edir ki, hamin sxem məhz xx xxxx 2018-ci il tarixdə hadisə yerinin müayinəsi zamanı tərtib edilməmişdir. Çünki, həmin sxem xx xxxx 2018-ci il tarixdə tərtib edilsəydi sxemdə hər bir halda hadisə yerinin müayinəsində iştirak edən şəxslərin imzaları olmalı idi. Eləcə də xx xxxx 2018-ci il tarixdə Məhkum sxem tərtib edib müstəntiqə təqdim edərkən mütləq qaydada sxemdə olan ziddiyyətlər istintaqçı tərəfindən araşdırılmalı idi, lakin, araşdırılmayıb” kimi göstərdikləri müddəalarda əsassızdır. İşin halları məhkəmədə şahid qismində dindirilmiş iş üzrə hal şahidləri olmuş X7, X13, müdafiə tərəfinin vəsatətləri əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş və həmin vaxt hadisə yerində olmaqla hadisə yerinin müayinəsində iştirak etmiş polis əməkdaşları X23, X16, X8 və cinayət işinin istintaqını ap armış Bakı şəhəri, Binəqədi rayon prokurorluğunun müstəntiqi X29 özlərinə aid olan hissələrdə bir daha təsdiq olunmuşdur (cild 2, iş vər. 272-275; 276-279; hökmün 6-8-ci səhifələri). Göründüyü kimi, həmin şahidlər məhkəmələrdə eyni məzmunlu ifadələr verərək hadisə yerinin müayinə protokolunun və sxemin hadisə yerində həmin gün tərtib edilməsini, özlərinin də bu proseslərdə iştirak etmələrini, habelə hal şahidlərinin əvvəldən axıra kimi hadisə yerində iştirak etmələrini və həmin sənədlərdəki imzalarının doğruluğunu bir daha təsdiq etmələrini etiraf etmişlər. Məhkəmə tərkibi isə hökmdə həmin ifadələri təhlil etməyərək onları sübut kimi qəbul etməməsinin səbəblərini göstərə bilməmişdir. Bundan başqa, hökmün 12-ci səhifəsində göstərilmişdir ki, hadisə yerinin müayinəsi protokolu hadisəni özünd ə əks etdirən heç bir fakta əsaslanmayıb. Toqquşma nöqtəsini dəqiq müəyyən etmək üçün heç bir dəqiq ölçmə aparılmayıb. Hadisə yerinin müayinəsi protokolunda göstərilir ki, həmin yol döngəlidir, toqquşma nöqtəsi yolun döngə hissəsində yerləşir. Müayinə protokolu tərtib edilərkən istintaqçı yolun döngəli hissəsinin həmin yolda qarşı-qarşıya hərəkətdə olan avtomaşınların hansının hərəkət istiqamətinə aid olmasını açıqlamayıb. İstintaqçı nəzərə almayıb ki, yolun döngəli hissəsi ümumi yola aiddir, yəni hər iki hərəkət zolağına aiddir. Əksinə, istintaqçı tərəfindən tərtib edilmiş sxemdə toqquşma nöqtəsi yolun digər hissəsində göstərilmişdir. Odur ki, hadisə yerinin müayinə protokolu ilə hadisə yerinin sxemi arasında uyğunsuzluq mövcuddur. Hadisə yerinin müayinə protokolu xx xxxx 2018-ci il tarix də gecə saat 23-00 da tərtib edilmişdir, lakin hadisə yerinin sxeminin tərtib olunma tarixi göstərilməmişdir. Məhkəmələrin bu nəticəyə gəlməsi də cinayət işinin materialları ilə ziddiyyət təşkil etməklə həqiqəti əks etdirmir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər X1 və X2 ifadələrində göstərmişlər ki, müstəntiq əlində metrə ilə yolu ölçmüş və qeydlər aparmışdır (cild 2, iş vər. 272-275, 276-279). Bundan əlavə, cinayət işinin materiallarında olan və hər iki məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış haqqında protokol və sxemlə müəyyən edilmişdir ki, hadisə baş verən yol örtüyü asfalt, hadisə zamanı quru və hamar olmuşdur. Hadisə baş verən yolun eni 07 metr, iki hərəkət istiqamətlidir, hər biri 3,5 metr enlikdə olmaqla bir hərəkət zolaqlıdır. Hadisə yerində, B alaxanıdan üzü Binəqədi istiqamətində gedən hərəkət zolağında “Ford Contour” markalı avtomobilə məxsus toqquşma yerinə kimi düzünə 8 metr uzunluğunda bir əyləc izi qalmışdır. Əyləc izinin sonunda, asfalt üzərində olan çoxsaylı şüşə və plastmas qırıntılarının və avtomobil yağı ləkələrinin olmasına görə həmin yer toqquşma nöqtəsi kimi götürülmüşdür (cild 1, iş vər. 5-7). Şahidlərin ifadələri ilə də müəyyən edildiyi kimi, dəqiq ölçmə olmasaydı hadisə yerinə baxış protokol və sxemdə yolun ölçüsü, toqquşma yeri, əyləc izi həmin dəqiqliklə göstərilən sənədlərdə əksini tapmazdı. Bu baxımdan məhkəmələrin “dəqiq ölçü aparılmaması” barədə nəticəsi tam absurddur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhəkəmə yol nəqliyyat ekspertizasının xx.xx.2018-ci il tarixli 17287 nömrə li rəyindən görünür ki, “Range Rover” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məhkum hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə “Ford Contour” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınma sı ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur (cild 1, iş vər. 186-187). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə nəqliyyat-trasoloji ekspertizasının xx.xx.2018-ci il tarixli, 22843 nömrəli rəyindən görünür ki, nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma “Range-Rover” markalı **XR*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tin hissəsi ilə “Ford Contour” markalı **HF*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında təxminən 20-25 dərəcə bucaq altında baş vermişdir. Toqquşma yerinin “Ford Contour” markalı avtomobilin hərəkət zolağında yerləşməsi və hadisə yerində qalmış tək tormoz izinin “Ford Contour” markalı avtomobilin öz yolu ilə hərəkətdə olması zamanı qarşıdan əks istqamətdə n hərəkətdə olan “Range Rover” markalı avtomobilin qarşı sol hərəkət hissəsinə çıxması və “Range Rover” markalı avtomobilin qarşı sol hərəkət hissəsindən sağa, yəni öz yoluna doğru istiqamətlənməsi vəziyyətində baş verməsinə uyğundur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə toqquşmadan sonra “Range Rover” markalı avtomobilin qabaq sol təkərinin nisbətən sağa doğru istiqamətlənmiş vəziyyətdə qalması mümkündür (cild 2, iş vər. 161-164). Lakin məhkəmələrdə tədqiq edilmiş məhəkəmə yol nəqliyyat ekspertizasının xx.xx.2018-ci il tarixli 17287 nömrəli və məhkəmə nəqliyyat trasoloji ekspertizasının xx.xx.2018-ci il tarixli, 22843 nömrəli rəylərin sübut kimi qəbul edilməməsinin səbəbləri hökmdə göstərilməmiş və həmin rəylər hökmdə və qərarda müzakirə belə edilməmişdir. Nəticədə məhkəmələ rin gəldikləri qənaəti tamamilə əsassızdır və işin hallarına ziddir. Halbuki hadisə yerinə baxış haqqında protokolla sxem arasında heç bir uyğunsuzluq yoxdur, hadisə yerinə baxış haqqında protokolda və sxemdə hadisə yerinin bütün mənzərəsi, habelə ölçüləri, o cümlədən toqquşma nöqtəsi tam və hərtərəfli işıqlandırılmışdır. Həmin protokolda və sxemdə göstərilənlərlə əlaqədar onları tərtib etmiş və hadisə yerinin ilkin müayinəsini aparmış müstəntiq Fazil Osmanov məhkəmədə 2 dəfə ətraflı ifadələr verərək həmin sənədlərin yalnız hadisə yerində mövcud olmuş faktlar və əlamətlər əsasında hal şahidlərinin və müayinədə iştirak edən digər şəxslərin iştirakları ilə həmin gün tərtib edildiyini göstərməklə həmin sənədlərin doğruluğunu bir daha təsdiq etmişdir. Bundan başqa, məhkəmənin hökmündəki “Bunda n əlavə hadisənin hansı şəraitdə baş verməsini heç bir kənar şəxs görməmiş, bu barədə ətrafda müəyyən iş yerləri və obyektlər olmasına baxmayaraq bir nəfər də olsun belə müəyyən edilib dindirilməmişdir ki, hadisənin toqquşma nöqtəsini müəyyən etmək mümkün olsun. Hadisəni bilavastə görən yeganə şahid təqsirləndirilən şəxs özüdür” kimi əsassız qənaətlərə gəlmişdir. Lakin məhkəmənin belə bir əsaslandırması tamamilə əsassızdır və işin digər halları ilə, habelə heç bir mötəbər sübutlarla təsdiq olunmur (hökmün 12-ci səhifəsi). Belə ki, hadisə yay vaxtında, yəni xx xxxx 2018-ci il tarixdə, saat 21:35 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Balaxanı yolu ilə üzü Sabunçu rayonu, Balaxanı qəsəbəsi istiqamətində, avtomobillərin hərəkətinin çox sıx olduğu və yaşayış yerinin olmadığı bir ərazidə baş vermişdir. Hadisənin hansı şəraitdə baş verməsini heç bir kənar şəxsin görməməsini və ya kənar şəxsin hadisənin baş verməsini görəcəyi təqdirdə toqquşma nöqtəsini müəyyən etməyin mümkün olması kimi məhkəmə tərkibinin gəldiyi nəticələr absurddur, əsassızdır və mülahizə xarakteri daşıyır. Bundan əlavə, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi-Balaxanı yolunda yerləşən “Gədəbəy” kafəsinin altında olan avtomobil təmiri sexində dəmirçi işləyir. xx xxxx 2018-ci il tarixdə saat 21 radələrində o, işlədiyi sexdə olan zaman bərk toqquşma səsi eşitmiş, yolda hadisə baş verdiyini fikirləşib dərhal sexdən çıxıb yola baxmış, sexdən təxminən 50 metr aralıqda yolnəqliyyat hadisəsi baş verdiyini və həmin yerə insanlar toplaşmağa başladığını görmüşdür. O, dərhal qaçaraq həmin yerə gələrkən görmüşdür ki, yolun sol hissəsində yola bərabər üfüqi vəziyyətdə, yəni arxa hissəsi üzü yolun kənarına tərəf “Ford” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış, avtomobilin qabaq hissəsi dağılmış vəziyyətdə olmuşdur. Həmin avtomobilin yanında yerdə uzanmış vəziyyətdə iki nəfər cavan oğlan olmuşdur. Sürücü tərəfdə olan oğlana yaxınlaşıb baxanda orada olan şəxslərdən eşitmişdir ki, həmin oğlanlar ölmüşdür. Həmin yerə toplaşmış şəxslərdən biri həmin vaxt təcili yardıma zəng etmişdir. Yolun digər hissəsinə baxıb görmüşdür ki, orada yolun kənarında olan çökəklikdə qara rəngli “Range Rover” markalı, 10-XR- 009 dövlət qeydiyyat nişanlı avtomobil dayanıb. Həmin vaxt yolun həmin hissəsində olan tanımadığı şəxs bildirmişd ir ki, “Range Rover” markalı avtomobildə yanğın başlayıb. Onun fikri digər avtomobildə xəsarət almış sərnişinlərdə olduğundan buna əvvəl əhəmiyyət verməmiş, bir neçə dəqiqə sonra isə həmin “Range Rover” markalı avtomobil olan yerə getmiş, avtomobilin içərisinə baxmış, lakin avtomobildə və onun ətrafında heç kimi görməmişdir. Həmin avtomobil alışıb yanmağa başlamış, təxminən 15-20 dəqiqə soma hadisə yerinə yanğınsöndürən briqadası gəlmiş və “Range Rover” markalı avtomobili söndürməyə başlamışlar. Bundan soma o, təxminən 30 dəqiqə orada olmuş və soma işlədiyi sexə qayıtmışdır (cild 1, iş vər. 35-37). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X30 da X14 ifadəsində göstərilən halları özünə aid olan hissələrdə bir daha təsdiq etmişdir (cild 1, iş vər. 8-13). Göründüyü kimi, məhkəmələri n yuxarıda gəldikləri nəticələrin əksinə olaraq ibtidai istintaq orqanı tərəfindən hadisənin şahidi olmuş 2 nəfər kənar şəxsin də ifadələri alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Həm də həmin ifadələrdən də bir daha müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum hadisə yerində olmamış və hadisə yerindən qaçaraq bir daha ora qayıtmamışdır. Hökm və qərara görə, baş vermiş avtoqəza hadisəsi üzrə avtotexniki ekspertizanın rəyi ehtimallara əsasən verilmişdir. Hətta bu faktı aydınlaşdırmaq üçün əlavə şahid qismində dindirilmiş ekspert Hikmət İbişov ifadəsində göstərmişdir ki, müayinə protokolunda 8 metr məsafədə sözü səhv yazılıb, belə çıxır ki, toqquşma yeri ilə tormoz izinin arası biri birindən 8 metr aralıda baş verib. Həmçinin ekspert ifadəsində göstərdi ki, o, izlərin han sı markalı avtomobilə məxsus olmasını izah edə bilməz. Həmçinin ekspert ifadəsində göstərdi ki, əgər toqquşma izi sağ təkərdə qalıbsa toqquşma Rangroverin hərəkət zolağında baş vermiş hesab olunur. Eləcə də ekspert ifadəsində göstərmişdir ki, o, rəyi ona görə şübhə ilə yazmışdır ki, tormoz izinin sağ təkərə və ya sol təkərə məxsus olması ona təqdim olunmamışdır. Ümumiyyətlə hadisə yerinin müayinə protokolunda göstərilən tormoz izinin hadisəni törədən avtomaşınlara və ya digər avtomaşına məxsus olması müəyyən olunmamışdır, (hökmün 12-ci səhifəsi). Məhkəmələrin bu nəticəyə gəlmələri də cinayət işinin materialları ilə ziddiyyət təşkil etməklə həqiqəti əks etdirmir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə nəqliyyat trasoloji ekspertizasının xx.xx.2018 -ci il tarixli, 22843 nömrəli rəyindən görünür ki, nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma “Range-Rover” markalı **XR*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tin hissəsi ilə “Ford Contour” markalı **HF*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında təxminən 20-25 dərəcə bucaq altında baş vermişdir. Toqquşma yerinin “Ford Contour” markalı avtomobilin hərəkət zolağında yerləşməsi və hadisə yerində qalmış tək tormoz izinin “Ford Contour” markalı avtomobilin öz yolu ilə hərəkətdə olması zamanı qarşıdan əks istqamətdən hərəkətdə olan “Range Rover” markalı avtomobilin qarşı sol hərəkət hissəsinə çıxması və “Range Rover” markalı avtomobilin qarşı sol hərəkət hissəsindən sağa, yəni öz yoluna doğru istiqamətlənməsi vəziyyətində baş verməsinə uyğundu r. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə toqquşmadan sonra “Range Rover” markalı avtomobilin qabaq sol təkərinin nisbətən sağa doğru istiqamətlənmiş vəziyyətdə qalması mümkündür (cild 2, iş vər. 161-164) Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş və iş üzrə avtotexniki ekspertiza üzrə rəy vermiş ekspert X32 ifadəsində rəyin doğruluğunu bir daha təsdiq etmişdir. Bundan başqa, əgər toqquşma əks yolda olsa idi onda yağ töküntüləri, şüşə və plastmas qırıntıları da yolun həmin hissəsində olardı. Bu isə baş verməmiş və qeyd olunanlarla əlaqədar hesab edirəm ki, ibtidai istintaq orqanı düzgün nəticəyə gəlmişdir. Əyləc izinin “Range Rover” markalı avtomobilə məxsus olması isə qeyri-mümkündür. Belə ki, hadisə yerinin müayinə protokolundan və sxemdən də görünür ki, əyləc izinin sonunda toqquşma nöqtəsidir. Bu nöqtə isə “Ford Contour” markalı avtomobilin hərəkət yolundadır. Əyləc izinin “Range Rover” markalı avtomobilə məxsus olması təqdirdə belə çıxır ki, “Range Rover” markalı avtomobil toqquşmadan sonra 8 metr əyləc izi buraxmışdır-bu isə mümkünsüzdür və işin hallarına ziddir. Hesab edirəm ki, avtotexniki ekspertizanın rəyi məhkəmənin qeyd etdiyi kimi ehtimallar əsasında verilməmiş, həmin rəy cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında verilmişdir. Bundan əlavə hökmdə göstərilmişdir ki, istintaq orqanı avtoqəza hadisəsi ilə bağlı hadisə yerinin müayinəsində iştirak etmək üçün X1 və X2 adlı iki nəfər şəxsi dəvət etmiş və həmin şəxslər hər ikisi hadisə yerinin müayinə protokoluna imza etmişlər. İstintaqçının və hal şahidlərinin deməsinə görə həmin şəxslər hadisə yerinə taksidə sərnişin kimi təsadüfən gəlmiş vətəndaşlar olmuşlar və əvvəllər biri birini tanımamışlar. Lakin, aparılan məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, göstərilən şəxslər Binəqədi RPİ-nin istintaqçıları tərəfindən dəfələrlə və mütəmadi olaraq baş vermiş cinayət hadisələrində istifadə olunan hal şahidləridir və biri birini də yaxşı tanıyırlar. Belə ki, X7 2016-2017-ci illər ərzində 15 hökm üzrə Binəqədi RPİ-nin istintaqçıları tərəfindən cinayət hadisələri ilə bağlı hal şahidi kimi iştirak emiş, X13 2017 və 2018-ci illər ərzində 8 hökm üzrə cinayət hadisələri ilə bağlı Binəqədi RPİ-nin istintaqçıları tərəfindən hal şahidi qismində iştirakı təmin edilmiş, həmçinin 5 hökm üzrə adları çəkilən hər iki hal şahidi baş vermiş cinayət hadisəsində hal şahidi kimi birgə iştira k etmişdirlər. Bu fakt onu göstərir ki, X2 və X27 RPİ-nin istintaqçıları tərəfindən bir qayda olaraq mütəmadi şəkildə istifadə olunan hal şahidləridir. Həmçinin məhkəmə istintaqı zamanı hər iki hal şahidlərinin şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, hər iki hal şahidlərinin şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti xeyli əvvəl bitmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hadisə yerinin müayinəsi tam şəkildə səthi aparıldığı kimi hadisə yerinin fotoşəkilləri də əhəmiyyət kəsb etməyən formada çəkilmiş heç bir fotoşəkildə hadisə yerində iştirak edən hal şahidlərinin görüntüsü qeydə alınmamışdır. Ümumiyyətlə qeyd olunan faktlar onu göstərir ki, həmin hal şahidlərinin hadisə yerində iştirak edib-etmə mələri də şübhəlidir, (hökmün 13-14-cü səhifələri). Məhkəmələrin bu nəticələrə gəlməsi də əsassızdır və mülahizə xarakteri daşıyır. Bundan başqa, həmin hal şahidlərinin əvvəllər başqa cinayət işləri üzrə də hal şahidi qismində iştirak etmələri, onların şəxsiyyət vəsiqələrinin etibarlılıq müddətinin xeyli əvvəl bitməsi və ya hadisə yerinin fotoşəkillərində hadisə yerində iştirak edən hal şahidlərinin görüntüsünün qeydə alınmaması kimi halların həmin hal şahidlərinin hadisə yerində iştirak edib-etməmələrinin məhkəmə tərəfindən şübhə altına alınması qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa, hadisə yerinə obyektiv baxış keçirilməsi baxışda iştirak etmiş polis əməkdaşı Həsrət Aslanov tərəfindən də təsdiq edilmişdir. Habelə həmin protokol hadisə yerinin müayinəsində iştirak etmiş Bakı şəhəri Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə tərəfindən də imzalanmışdır (hökmün 7- ci səhifəsi). Bundan başqa, hadisənin təqsirləndirilən şəxs Məhkum idarə etdiyi “Range-Rover” markalı avtomaşının yolunda baş verməsi barədə müdafiə tərəfinin vəsatətləri əsasında birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində əlavə şahid qismində dindirilmiş və həmin vaxt hadisə yerində olmaqla hadisə yerinin müayinəsində iştirak etmiş yol polisi əməkdaşları X16 və X4 ifadələrinə məhkəmələrin istinad etməsi də əsassızdır. Belə ki, məhkəmələr bu hala istinad edərkən nəzərə almamışdır ki, X3 və X4 təqsirləndirilən şəxs Məhkumla uzun illər iş yoldaşı olmaqla eyni sahədə fəaliyyət göstərdiklərindən və bir-birlərini tanıdıqlarından sonuncunu müdafiə etmək məqsədilə həmin ifadələri ver mişlər. Habelə əgər belə bir hal var idisə X3 və X4 hadisə yerinin müayinəsində iştirak etdikləri təqdirdə niyə bu barədə həmin vaxt və ya bundan sonra hadisə yerinin müayinəsində iştirak etmiş müstəntiqə və ya digər vəzifəli şəxslərə məlumat verməmələrinin səbəbləri də məhkəmələr tərəfindən hökmdə araşdırılmayaraq onlara hüquqi qiymət verilməmişdir. Digər tərəfdən məhkəmələr, polis əməkdaşları X3 və X4un ifadələrinə hadisə yerində xüsusi bilikləri olan mütəxəssis kimi deyil, onların ifadələrini yalnız üzərlərinə hadisə yerinin təhlükəsizliyini təmin etmək vəzifələri qoyulmuş polis əməkdaşlarının ifadələri kimi nəzərə almalı və qiymətləndirməli idi. Eyni zamanda polis əməkdaşları X3 və X4un belə bir prosessual statusları olmadığı təqdirdə məhkəmənin onların ifadələrinə istinad etməsi qanun suz və əsassızdır. Bundan başqa, hökmdə və qərarda göstərilmiş “məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hadisə yerinin müayinəsi tam şəkildə səthi aparıldığı kimi hadisə yerinin fotoşəkilləri də əhəmiyyət kəsb etməyən formada çəkilmiş heç bir fotoşəkildə hadisə yerində iştirak edən hal şahidlərinin görüntüsü qeydə alınmamışdır” müddəası da əsassız olmaqla prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, hal şahidlərinin görüntülərini özündə əks etdirməsə də ibtidai istintaq zamanı hadisə yerinin zəruri görüntülərindən ibarət 12 müxtəlif foto şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Həm də məhkəmənin hökmlə gəldiyi bu nəticənin hüquqi bazası Azərbaycan Respublikası CPM-də də nəzərdə tutulmamışdır. Baxışdan bəhs edən CPM-nin 236-cı maddəsində hadisə yerinin müay inəsi zamanı çəkilmiş foto şəkillərdə hal şahidlərinin foto şəkilə düşməli olması ümumiyyətlə nəzərdə tutulmamışdır, habelə istintaq və məhkəmə təcrübəsində də bu hal tələb olunmur. Odur ki, məhkəmələrin bu nəticəyə gəlməsi absurddur. Bundan əlavə, məhkəmələr Məhkum təqsirli bilindiyi CM-nin 296.1 -ci maddəsinin dispozisiyasına görə avtomobilinin qaçırılması ilə bağlı verdiyi məlumat üzrə CM-nin 185.1-ci maddəsini qanunsuz olaraq az ağır cinayət kimi qiymətləndirmişlər, (hökmün 2 və 16-cı səhifələri). Lakin CM-nin 185.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 2 il nəzərdə tutulmuşdur. CM-nin 15.2-ci maddəsində isə göstərilir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əm əllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Bundan başqa, ibtidai istintaq orqanının “Sübutların qiymətləndiriməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli qərarının 9-cu bəndində şahidlərin və zərər çəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, hadisə yerinə baxış haqqında protokol və hadisə yerinin sxemi, məhəkəmə yol nəqliyyat ekspertizasının xx.xx.2018-ci il tarixli 17287 nömrəli rəyi, məhkəmə nəqliyyat trasoloji ekspertizasının xx.xx.2018-ci il tarixli, 22843 nömrəli rəyi, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2018-ci il tarixli, 20379 nömrəli rəyi də sübut növü kimi qəbul edilmişdir (cild 2, i ş vər. 222-224). Lakin məhkəmə öz hökmündə Məhkum barəsində Azərbaycan Respublikası CMnin 263.3 və 264-cü maddələri ilə bəraət hökmü çıxararkən həmin sübutlara əhəmiyyət və qiymət verməmiş, həmin halları hökmdə müzakirə belə etməmişdir. Bununla da məhkəmə tərəfindən CPM-nin 353.3.3-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Cinayət işi üzrə həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında Məhkum Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə ittiham olunduğu cinayət əməllərini törətməsini təsdiq edən biri digərini tamamlayan kifayət qədər mötəbər sübutlar əldə olunmuş, məhkəmə isə CPM-nin 144-145-ci maddələrinin tələblərini pozmaqla sübutlara düzgün hüquqi qiymət vermədən ona həmin maddələrlə qanunsuz olaraq bəraət vermiş, apellyasiya məhkəmə kollegiyası tərəfindən həmin əsassız hökm qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmələrin gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutları və hökmdə gəldiyi nəticəni özünün mülahizələri ilə əsaslandıraraq sübutlara düzgün hüquqi qiymət verməmişdir. Hesab edirəm ki, məhkəmələrin ibtidai istintaq zamanı hadisə yerinə baxış haqqında protokolun və sxemin, məhkəmə-nəqliyyat trasoloji ekspertizasının rəyinin sübut kimi qəbul edilməsinin mümkünsüzlüyü barədə gəldiyi nəticə tam əsassızdır, iş üzrə toplanmış materiallarla təsdiq olunmamaqla, yalnız subyektiv mülahizələrə uyğun olaraq müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə hökmdə qeyd edilən ifadələri nəzərə almadan yalnız təqsirləndirilən şəxsin özlərini müdafiə etmək məqsədilə yal an və həqiqətə uyğun olmayan, ağır cinayət məsuliyyətindən kənarda qalmaq məqsədilə uydurma məzmunlu ifadələrini əsas götürməklə bəraət hökmü çıxarmışdır. Həmçinin hesab edirəm ki, apellyasiya baxışı zamanı məhkəmə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar işin faktiki hallarına uyğun olmamışdır. Odur ki, dövlət ittihamçısı qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Kassasiya protestində göstərilmişdir ki, Məhkum xidməti fəaliyyəti zamanı bu xarakterli çoxsaylı hadisələrin müayinəsində, tə hqiqatında və ya istintaqında öz səlahiyyətləri çərçivəsində iştirak etmiş, nəticə etibarı ilə Məhkum bu xarakterli hadisələrin əsl mahiyyətini, fəsadlarını, nəticələrini yaxşı bilir və dərk etmişdir. Bildirmək istərdik ki, hadisə xx xxxx 2018-ci il tarixdə saat 21:35 radələrində baş vermiş, Məhkum bundan beş dəqiqə sonra, yəni saat 21:40-da DİN-nin “102” xidmətinə, saat 21:42-də Abşeron RPİ-nin NH-ə zənglər edərək ona məxsus “Range-Rover” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə qəsdən yalan məlumatlar vermiş, daha sonra iş yoldaşları Cəsarətin idarə etdiyi avtopatrula oturmuş və Mehdiabad qəsəbəsi istiqamətində hərəkət etmişlər, daha sonra birlikdə Abşeron RPİ-ə qayıtmış və daha sonra isə özünün də ifadələrində göstərdiyi kimi komandirinin göstərişi ilə Sumqayıt şəhər Narkoloji dispanserinə gedərək müayinədən keçmiş və yenidən Abşeron RPİ-ə qayıtmış və saat 02 radələrində evlərinə qayıtmış, xx xxxx 2018-ci il tarixdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərədə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq Abşeron RPİ-nə avtomobilinin qaçırılması barədə yalan məzmunlu ərizə ilə müraciət etmişdir. Məqsəd isə birmənalı olaraq yalnz ağır cinayət məsuliyyətindən yayınmaq olmuşdur. Əgər YPX-nin inspektoru, yəni yol-nəqliyyat hadisələrinin mexanizmini və mahiyyətini, habelə nəticələrini hamıdan yaxşı bilən bir şəxs olaraq Məhkum bu hadisədə təqsiri yox idisə, həmin hadisənin günahkarı qarşı tərəf idisə, o zaman niyə hadisə yerini dərhal tərk edir və üstəlik yuxarıda qeyd etdiyim kimi müvafiq dövlət orq anlarına öz avtomobilinin qaçırılması barədə yalan məlumatlar verərək izi azdırmağa çalışır. Cinayət işinin materiallarından müəyyən edilir ki, həqiqətən Məhkum 2 nəfər zərərçəkmiş şəxsin ölümü ilə nəticələnmiş hadisənin təsiri altında, yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verdiyini dəqiq müəyyən etmədən müvafiq dövlət orqanlarına öz avtomobilinin qaçırılması barədə yalan məlumatlar vermişdir. Lakin bu hal onun həqiqətən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirliliyini təsdiq edən hal kimi qiymətləndirilməməlidir. Kassasiya protestində göstərilən hallar cinayətin Məhkum tərəfindən törədilməsinə əsaslı şübhələr yaratsa da, bu hallar onun elan edilmiş ittihamlarda təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 28.5 -ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasi CPM-nin 42.1.4 və 42.2.1-ci maddələrinin tələblərinə istinad etməklə Məhkum elan edilmiş ittihamlar üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarmışdır. Bu o deməkdir ki, məhkəmə sübutların mümkünsüzlüyü, mötəbərsizliyi üzündən, onların toplanması, tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinin pozulmasına yol verildiyindən Məhkum elan edilmiş ittihamlar üzrə cinayət in törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Hazırkı cinayət işi üzrə Məhkum elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.3-cü və 264-cü maddələri ilə ittihamlar üzrə əsas sübut növü kimi yol-nəqliyyat hadisəsinin mexanizmini müəyyən etməyə imkan verən hadisə yerinə baxışın qanuna müvafiq aparılmasını təsdiq edən və qanuna müvafiq tərtib edilmiş protokol hesab olunur. Azərbaycan Respublikası CPM-nin 134.5-ci maddəsinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan və birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, hadisə yerinə baxışın qanuna müva fiq aparılmaması barədə kifayət qədər mötəbər əsaslar müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 5-6-cı vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxx 2018-ci il tarixli protokolun birinci səhifəsində göstərilmişdir ki, “ yolda iki hərəkət istiqaməti vardır. Yolun Binəqədi-Balaxanı istiqamətində olan hissədə çoxsaylı şüşə və plastmas qırıntıları var. Həmin hissədə yolun kənarında tam yanmış vəziyyətdə olan Ranqe Rover markalı **-XR-*** qeydiyyat nişanlı avtomobil dayanmışdır”. Həmin protokolun 2-ci vərəqində göstərilmişdir ki, “Həmin yolun Balaxanı-Binəqədi istiqamətində olan hərkət hissəsi üzərində, yolun kənar hissəsindən yolun ortasına doğru 3 metr məsafədə yəni yolun orta hissəsində çoxsaylı şüşə qırıntılarından, plastmas parçalarının və asfalt üzərində olan avt omobil yağ izlərinin çoxluğundan görünür ki, həmin yer iki avtomobil arasında olmuş toqquşma nöqtəsidir. Həmin toqquşma nöqtəsi yolun döngə hissəsində yerləşir”. Protokolun birinci vərəqində göstərilənlər avtomobillərin toqquşmasının Məhkum idarə etdiyi Ranqe Rover markalı avtomobilin hərəkət hissəsində, ikinci vərəqində göstərilənlər isə toqquşmanın “Ford Contour” markalı avtomobilin hərəkət hissəsində baş verdiyini göstərən əlamətlərdir. Bununla yanaşı birinci instansiya məhkəməsinin hökmündə təsvir edilən hadisə yerinə baxış protokoluna əlavə edilmiş hadisənin baş vermə mexanizmini göstərən sxemin baxışda iştirak edən bütün iştirakçılar tərəfindən imzalanmaması, hal şahidlərinin Binəqədi rayonunda istintaq edilən və baxılan bir çox cinayət işləri üzrə hal şahidi qismində iştiraklarının mütəmadiliyinə dair məhkəməyə təqdim edilmiş sübutlar, hal şahidi qismində iştirak etməsi göstərilmiş X5 məhkəmə iclasındakı ifadəsində “bizi idarəyə çağırdılar gəlib orada imza etdik sənədlərə” göstərməsi hadisə yerinə baxışın qanuna müvafiq aparılmasını və protokolun hadisə yerində qanunamüvafiq tərtib edilməsini aradan qaldırılması mümkün olmayan şübhə altına salmışdır. Belə ki, hadisə yerinin hadisə baş verən vəziyyətə yenidən bərpa edilməsi mümkünsüzdür, ona görə də hadisə yerinə baxış protokolunda göstərilənlərin həqiqiliyinə yaranmış şübhələri aradan qaldırmaq da mümkünsüzdür və bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir və məhkəmələr də belə həll etmişlər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da on un təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 90.9-cu və 91.7-ci maddələrinə əsasən şübhəli şəxsin və ya təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz. Məhkum Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsi ilə bilə-bilə yalan xəbərçilik etmə cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində başqa cinayəti gizlətmək və ya ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə bilə-bilə yalan xəbərçilik etmə cinayət tərkibi nəzərdə tutulmamışdır. Ona görə də Məhkum qanunda cinayət əməli kimi nəzərdə tutulmayan əsaslarla ittiham olunmamalı, özünün müdafiəçi üçün verdiyi izahat və ifadələr onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Eyni zamanda zərər çəkmiş şəxslərin hüquqi varislərilə barışıq əldə etməsi və Sumqayıt şəhər Narkoloji dispanserinə gedərək müayinədən keçməsi kimi hər kətləri də onun ziyanına şərh edilməməlidir. Kassasiya protestində hadisə yerinə baxış protokolunun xx xxxx 2018-ci il tarixdə tərtib edilməsinin sübutu kimi iş üzrə hal şahidləri olmuş X5, X6, müdafiə tərəfinin vəsatətləri əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş və həmin vaxt hadisə yerində olmaqla hadisə yerinin müayinəsində iştirak etmiş polis əməkdaşları X15, X9, X4 və cinayət işinin istintaqını aparmış Bakı şəhəri, Binəqədi rayon prokurorluğunun müstəntiqi X29nun ifadələri ilə bir daha təsdiq olunduğu göstərilmişdir. Məhkəmə iclas protokolundan müəyyən edilir ki, X18 məhkəmə iclasındakı ifadəsində suallara cavab verərkən göstərmişdir ki, “hal şahidlərini görməmişəm orada qarışıqlıq idi adam çox idi”, “sxemin harada tərtib olunduğunu bilmirəm və kimlərin imza etdiyini də gö rməmişəm”, ”imza etmək üçün bizə nə protokol nə də sxem təqdim olunmayıb”, “hadisə Range Rover markalı maşının qarşısında baş vermişdir”, “mən təkər izindən bildim hadisənin Range Roverin yolunda olub”. X2 məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, “biz ora gələndə ilkin vəziyyətdə torpağın yerə tökülməsindən bilinirdi ki, hadisə Range Rover markalı maşının yolunda olmuşdur”, “bi daha bildirirəm ki, adətən hadisə yerinə gələndə birinci orada söz söhbətlər yaranır, biri birinə deyirlər sən mənim yoluma çıxmısan, belə olan halda söhbətlərdən bilmək olur kimin yolunda olub, lakin ilkin olaraq toqquşma zamanı yola çirkab tökülür, qırıntılar, zibillər tökülür, həmin çirkabın və zibillərin yerini dəyişmək mümkün deyil, həmin yerə tökülmüş çirkabdan bildik ki, hadisə Range Roverin yolunda ba ş verib”, “mən hal şahidini görməmişəm orada”. X3 və X29 ittiham tərəfinin işin nəticəsi ilə maraqlı şəxslər olduğundan işin nəticəsi ilə maraqlı olmayan şahidlərin ifadələrinə üstünlük verilməlidir. Hal şahidi X7 məhkəmə iclasındakı ifadəsində “bizi idarəyə çağırdılar gəlib orada imza etdik sənədlərə” göstərmişdir. Digər hal şahidi X13 məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, “səhərisi günü biz yenidən gəldik ki, yoxlasınlar görsünlər ad soyadımız düzdü ya yox”. Göstərilən şahidlərin ifadələri kassasiya protestində göstərilənləri təkzib edir. Ona görə də protokolun və sxemin xx xxxx 2018-ci il tarixdə tərtib edilməsi, baxışın qanuna müvafiq qaydada hal şahidlərinin iştirakı ilə keçirilməsi barədə kassasiya protestinin dəlilləri əsassız hesab edilir. Kassasiya protestində göstərilmi şdir ki, məhkəmələrdə tədqiq edilmiş məhkəmə yol nəqliyyat ekspertizasının xx.xx.2018-ci il tarixli 17287 nömrəli və məhkəmə nəqliyyat trasoloji ekspertizasının xx.xx.2018-ci il tarixli, 22843 nömrəli rəylərin sübut kimi qəbul edilməməsinin səbəbləri hökmdə göstərilməmiş və həmin rəylər hökmdə və qərarda müzakirə belə edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş və iş üzrə avtotexniki ekspertiza üzrə rəy vermiş ekspert X32 ifadəsində göstərmişdir ki, hadisə yeri ilə bağlı rəyi müstəntiqin təqdim etdiyi qərara əsasən vermişdir. Qərarda göstərilmişdir ki, hadisə yerində 8 metr uzunluğunda düzünə tormoz izi qalmışdır və iz toqquşma yerinə qədər davam etmiş və toqquşma yerinin həmin yerə 3 metr məsafə də olması və toqquşmanın Ford markalı maş ının qabaq sol hissəsi ilə baş verməsi və belə vəziyyətdə tormoz izi Fordun qabaq sol təkərdə qala bilməsi müəyyən olmuşdur. O da qabaq sol təkərdə qalması şəraitinə əsasən tədqiqat aparmışdır. Toqquşmanın necə baş verməsi nəzərə alınmaqla sol tərəfdə olması nəzərə alınmışdır. Toqquşma bucağı izlərə əsasən dəyişmir, əgər toqquşma izi sağ təkər tərfindən qalıbsa yenə toqquşma bucağı dəyişməyəcək və onda belə çıxır ki, toqquşma Range Rover markalı maşının yolunda baş vermiş olacaq. Hadisə yerinin müayinəsi zamanı hər şey müəyyən olunur, o, hadisə yerində iştirak etməmişdir. O, rəyi şübhə ilə ona görə yazmışdır ki, ona tormoz izi sağ təkərə və ya sol təkərə məxsus olması barədə hər hansı bir sənəd təqdim olunmayıb. O, rəyi ona verilən məlumata əsasən vermşdir, istintaq məlumat vermişdir ki, d üzünə 8 metr tormoz izi var, o da ona uyğun olaraq rəy vermişdir. Hadisə yerinin şəkilləri iş materiallarında yoxdur, orada 8 metr məsafədə sözünü səhv yazıb onda belə çıxır ki, toqquşma yeri ilə tormoz izinin arası biri birindən 8 metr aralıda baş verib. O, izlərin hansı markalı avtomobilə məxsus olmasını deyə bilməz, məsələn təkərlər arasında məsafə müxtəlif olur, naxışlar uyğun gəlməlidir, digər hallar da mövcuddur. Həmin izin hansı markalı avtomobilin təkər izlərinə uyğun olmasına dair fikir söyləyə bilmir. Əgər iz sağ təkərdə qalıbsa onda toqquşma Rangroverin hərəkət zolağında baş vermiş hesab olunur. xx xxxxxxx 2018-ci ildə 22843 saylı rəyi o tərtib etmiş, istintaq materialları əsasında tərtib etmişdir, ona, ancaq sxem və protokol təqdim olunmuşdur. Cinayət işinin materiallarında o lan həm məhkəmə yol nəqliyyat ekspertizasının və həm də məhkəmə nəqliyyat trasoloji ekspertizasının təyin edilməsi barədə müstəntiqin qərarlarında göstərilmişdir ki, ilkin istintaqla müəyyən edilmişdir ki, Məhkum xx xxxx 2018ci il tarixdəsaat 21:30 radələrində etibarnamə əsasında idarə etdiyi **-XR-*** dövlət qeydiyyat nişanlı, “Range Rover” markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi-Balaxanı yolu ilə üzü Sabunçu rayonu Balaxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolun kənarında yerləşən “Gədəbəy” restoranının yaxınlığında yolun döngə hissəsində qarşı hərəkət zolağına tormozsuz çıxaraq qarşıdan gələn sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford Contour” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs2 və sonuncunun id arə etdiyi avtomobildə əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən hadisə yerində ölmüş, Məhkum isə hadisə yerindən qaçmışdır. Daha sonra hər iki qərarda göstərilmişdir ki, hadisə yerində Balaxanıdan üzü Binəqədi istiqamətində gedən hərəkət zolağında “Ford Contour” markalı avtomobilə məxsus toqquşma yerinə kimi düzünə 8 metr uzunluğunda bir əyləc izi qalmışdır. Əyləc izinin sonunda, asfalt üzərində olan çoxsaylı şüşə və plastmas qırıntılarının və avtomobil yağı ləkələrinin olmasına görə həmin yer toqquşma yeridir. Hər iki ekspertiza rəyində avtomobillərin toqquşma nöqtəsi və tormoz izi barədə göstərilən hallar sübut olunmuş faktlar kimi müstəntiqin qərarından götürülmüşdür. Məhkəmə kollegiyası yol-nəqliyyat hadisəsi yerinə keçirilmiş baxış protokolu və sxemi barədə yuxarıda gö stərilənləri nəzərə alaraq hesab edir ki, həmin ekspertiza rəyləri də müstəntiq tərəfindən ekspertlərə təqdim olunmuş, həqiqiliyi və qanunliyi şübhə doğuran hadisə yerinə baxış protokolunun və ona əlavə edilmiş sxemin məlumatlarına istinadən aparıldığından qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də həmin ekspertiza rəylərinin sübut kimi düzgün qiymətləndirilməməsi barədə kassasiya protestinin dəlilləri də əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya prote sti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə bəraət verilməsinə, CM-nin 296.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-67/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-67/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver