Məhkəmə qərarları › İş №1(102)-67/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-67/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-67/2023 26.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi3, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-973/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qərarı ndan Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxx 1985-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, 2 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşamışdır.

2. Məhkum2 20 avqust 1981-ci il tarixdə Lənkəran rayonu, Alxovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamışdır. 3. 24 noyabr 2020-ci il tarixli ittiham aktına əsas ən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 4. 02 fevral 2021-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 0,942 qram çəkidə psixotrop maddə metamfetamini Lənkəran şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə edib üzərində saxlamaqla daşımış, bundan başqa, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə tanışları Məhkum2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rəhim” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Rəhim” adlı şəxsin naməlum şəra itdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Biləsuvar rayonunun əsas magistral yolunun 118-ci kilometrliyini bildirən yol nişanının altına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada gizlətməklə saxladığı külli miqdarda 1010,957 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə heroini və 550 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, dairəvi formalı, təsiredici maddəsi metadonun ümumi miqdarı külli miqdar - 22 qram təşkil edən narkotik vasitə metadon tərkibli dərman preparatlarını İran İslam Respublikası vətəndaşı “Rəhim” adlı şəxsin göstərişinə əsasən Bakı şəhərinə daşıyaraq orada cinayətkar qrupun digər üzvü Məhkum2 çatdırmaqla birlikdə satışının həyata keçirilməsi üçün 25 yanvar 2020-ci il tarixdə təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitə heroindən 0,957 qram çəkidə ayırıb götürməklə bir ədəd bükümdə üzərində saxlamış, narkotik vasitə heroinin yerdə qalan hissəsini isə sarı rəngli sellofan torbanın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri - 425 qram və 585 qram olmaqla ümumilikdə külli miqdarda 1010 qram çəkidə narkotik vasitə heroini iki ədəd polietilen torbalarda, 550 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, dairəvi formalı, təsiredici maddəsi metadonun ümumi miqdarı 22 qram təşkil edən narkotik vasitə metadon tərkibli dərman preparatlarını isə bir ədəd polietilen torbada olmaqla Məhkum2 vermiş, Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının 25 yanvar 2020-ci il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində Məhkum1 və Məhkum2 həmin tarixdə saat 20.00-da sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 15, 139 nömrəli mənzilin qarşısında saxlanılmışlar və orada keçirilən baxış zamanı Məhkum2 cinayətkar qrupun digər üzvləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib satış məqsədilə əldə edib əlində saxladığı sarı rəngli sellofan torbanın içərisindən iki ədəd polietilen torbalarda ayrıayrılıqda təmiz çəkiləri - 425 qram və 585 qram olmaqla ümumilikdə külli miqdarda – 1010 qram çəkidə toz şəkil li kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd polietilen torbada 550 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsi metadonun ümumi miqdarı külli miqdar - 22 qram təşkil edən narkotik vasitə metadon tərkibli dərman preparatları aşkar edilərək götürülmüş, daha sonra Baş İdarədə həmin tarixdə saat 21.37-dən etibarən Məhkum1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd “Kent” markalı siqaret qutusunun içərisindən Məhkum2 götürülmüş narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən bir ədəd bükümdə təmiz çəkisi 0,957 qram olan toz şəkilli k ustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,942 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür

6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-520/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qi smən toplamaq yolu ilə üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 25 yanvar 2020-ci il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlan ılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 25 yanvar 2020-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər məsələlər həll edilmişdir.

7. Birinci instansiya məhkəməsinin həmin hökmündən Müdafiəçi1 apelyasiya şikayəti verib, təqsirləndirilən şəxs Məhkum1 bəraət verilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsini təsdiq və sübut edən hər hansı bir əsas mövcud deyildir.

8. Məhkəmənin həmin hökmündən Müdafiəçi2 apelyasiya şikayəti verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(101)-20/2021 saylı hökmünün dəyişdirilməsi, təqsirləndiri lən şəxs Məhkum2 daha aşağı həddə cəza tətbiq edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Məhkum2 onun etibarından istifadə edən insanlara inanmış, əməlindən peşimandır, iki tələbə olan qız anasıdır, himayəsində xəstə anası mövcuddur, ilk dəfə cinayət törətmişdir.

9. Hökmdən təqsirləndirilən Məhkum2 apelyasiya şikayəti verib qeyd etmişdir ki, o, heç vaxt narkotik satışı ilə məşğul olmamış, həmin ərəfədə sərhəd keçməmiş, heç kimlə narkotik vasitənin keçirilməsi barədə razılığı olmamışdır. O, sadəcə ailəsini dolandırmaq məqsədi ilə İran İslam Respublikasından müxtəlif məişət malları gətirərək satmış və ailəsini dolandırmışdır. Qeyd etdiklənləri nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin ləğv edilməsini, cəza müd dətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-973/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qərarı ilə Müdafiəçi2 və təqsirləndirilən Məhkum2 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Müdafiəçi1 apelyasiya şikayəti təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cə zası yüngülləşdirilərək 07 (yeddi) il müddətə endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Məhkum1 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Məhkum2 Əsədət qızının əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilmiş, və o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 07 (yeddi) il müddətə endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yol u ilə qəti olaraq Məhkum2 Əsədət qızına 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi3, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdilər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

12. Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilmədiyini iddia edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-973/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsini və məhkum barəsində bəraət qərarının qəbul edilməsini xahiş edir.

13. Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində məhkuma təyin edilmiş cəza mübahisələndirilməklə, Məhkum2 təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edirlər.

14. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüqu qi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarl arının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Müdafiəçi3 Məhkum1 təqsirliliyinin sübuta yetirilmədiyini iddia edərək, sonuncuya bəraət verilməsi barədə xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

20. Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində təyin edilmiş c əza mübahisələndirmiş, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

21. Odur ki, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-973/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Məhkum1 hazırki qərarın işin hallarına dair hissəsində təsvir edilmiş əməlləri törətməsinin mübahisələndirilməs i üzrə dəlilləri onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gələrək, hesab etmişdir ki, Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması digər Məhkum2, şahidlərin ifadələri, baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında protokollar, ekspertiza rəyləri, telefon danışıq və ani mesajlaşma məlumatla rı, maddi sübutların mövcudluğu, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq edilərək sübuta yetirilmişdir, məhkumların törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 əməlinin Az ərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini əsaslandırmaqla həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutlar üzərində qurulmuş həmin nəticələrə dair yeni təsvir və şərh verilməsinə zərurət görmür.

24. Məhkumlar Məhkum1 və Məhkum2 məhkəməyədək istintaq dövründə işgəncə, təzyiq və hər hansı digər qanunsuz rəftara məruz qalması haqda iddialarına gəldikdə, məhkəmə kollegiyası “Məhkəmə hökmü haqqında” A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 25-ci bəndinə əsaslanaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsi yyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir.

25. Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız həmin şikayətin əvvəlki paraqrafda qeyd edilən Cinayət-Prosessua l Məcəlləsinin müvafiq müddəaları ilə müəyyən edilmiş qaydaya riayət edilməklə ölkədaxili prosedur daxilində qaldırılması və baxılaraq ona münasibətin bildirilməsindən sonra mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № 34445/04, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il).

26. Baxılan cinayət işinin materiallarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum1 polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ba rədə əlavə ifadəsində göstərdiyi xüsusatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyərində qanunların icrasına nəzarət idarəsinin prokuroru tərəfindən aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə toplanmış material üzrə 31 oktyabr 2020-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

27. Sözügedən qərardan nə Məhkum1 özü, nə də onun müdafiəçisi qanunvericiliklə müəyyən edilmiş qaydada şikayətlə müvafiq orqana müraciət etməmiş, bunun edilməməsini hər hansı yetərli dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Hazırda qüvvədə olan həmin qərarın mövcudluğu Məhkum1 ibtidai istintaq dövründə hər hansı qanunsuz təzyiq və ya təsirə məruz qalması barədə iddiaları is tisna etdiyindən, məhkəmə kollegiyası kassasiya şikayətini bu hissədə əsassız hesab edir.

28. Digər Məhkum2 isə hər hansı işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmasına dair şikayətlə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara ümumiyyətlə müraciət etməmiş, yuxarıda qeyd edilən səbəblərə görə onun və müdafiəçisinin kassasiya şikayətləri həmin hissədə əsassız hesab edilirlər.

29. Məhkəmə kollegiyası həmçinin Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 şikayətlərinin Məhkum2 təyin edilmiş cəza müddətinin azaldılması ilə bağlı dəlilləri ilə razılaşmaq üçün əsas müəyyən etmir.

30. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakteri nə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları)

31. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

32. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

33. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, h əm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

34. İstinad edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

35. Məhkəmə kollegiyası Məhkum2 cəza təyin edilməsi ilə bağlı məhkumun və müdafiəçisinin kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi hüquq normalarına uyğundur. Məhkəmələr Məhkum2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM -nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

36. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət hadisəsinin təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tə rəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi3, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-973/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-973/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qərarı onların kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar