Məhkəmə qərarları › İş №1(102)-670/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-670/2019

30.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-670/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, bəraət almış şəxs X3, Müdafiəçi, mülki iddiaçının nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, Gəncə şəhəri Kəpəz Rayon M əhkəməsinin 07 avqust 2018-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin 192-1.3.2 və 213.1-ci maddələri ilə bəraət verilməsi barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş kassasiya şikayətinə, Dövlət ittihamçısı1 Adil oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli hökmü ilə (hakim Həşimov Yaşar Xanoğlan oğlu) xx.xx.1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla or ada yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2 və 213.1-ci maddələri ilə bəraət verilmiş, mülki iddia rədd edilmişdir. Hökmdən mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 03 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tar ixli qərarından mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən kassasiya şikayəti, Dövlət ittihamçısı1 Adil oğlu kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İşin halları: İstintaq orqanı tərəfindən verilən ittihama görə X7 24.03.2012-ci il tarixdən 26.10.2016-cı il tarixədək olan dövr üzrə qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarını təşkil edərək və keçirərək vətəndaşlardan həmin oyunlara dair verilən proqnozlara görə pul vəsaitləri toplamaqla «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə (QSC) 2012-2016-cı illər üzrə külli miqdar təşkil edən 125754,0 manat məbləğin də ziyan vurmuş, habelə həmin fəaliyyətlə məşğul olaraq 2012-2016-cı illər üzrə xeyli miqdar təşkil edən 42016,0 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X7 «Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun 53-1.2-ci maddəsinin və «İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.08.2010-cu il tarixli Qərarının 1.3, 2.1 və 2.5-ci maddələrinin tələblərini pozmaqla, akkreditasiya olunmadan Gəncə şəhərində özünə məxsus 050 *** ** ** mobil nömrəsinə gələn sms-lər vasitəsilə 24.03.2012-ci il tarixdən 26.10.2016-cı il tarixədək Gəncə şəhərində yaşayan müxtəlif şəxslərdən pul toplayaraq qanunsuz idman mərc oyunlarını təşkil etmiş, nəticədə Gənclər və İdman Nazirliyinin 16 sentyabr 2010-cu il tarixli kollegiya qərarına əsasən Azərbaycan Respublikası ərazisində idman mərc oyunlarını həyata keçirməyə akkreditasiya olunmuş yeganə təşkilat olan «xxxx» QSC-yə (VÖEN: **********) 2012-ci il üzrə 85035,0 manat, 2013-cü il üzrə 31234,0 manat, 2014-cü il üzrə 2812,0 manat, 2016-cı il üzrə 6673,0 manat, ümumilikdə külli miqdar təşkil edən 125.754,0 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, X7 24.03.2012-ci il tarixdən 26.10.2016-cı il tarixədək Gəncə şəhərində yaşayan müxtəlif şəxslərdən pul toplayaraq qanunsuz idman mərc oyunlarını təşkil etməklə topladığı pul vəsaitini «xxxx» QSC-yə köçürməli olduğu halda, həmin cəmiyyətə köçürməyərək Vergi Məcəlləsinin 101.5-ci maddəsinin t ələbini pozaraq 2016-cı il üzrə 5725,0 manat gəlir vergisini, Vergi Məcəlləsinin 220.9-cu maddəsinin tələblərini pozaraq 2012-ci il üzrə 23557,0 manat, 2013-cü il üzrə 8508,0 manat, 2014-cü il üzrə 791,0 manat, 2016-cı il üzrə 3435,0 manat sadələşdirilmiş vergini, ümumilikdə xeyli miqdar təşkil edən 42.016,0 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Mülki iddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki,. bəraət almış şəxs X9in həm istintaqda həm də məhkəmələrdə qismən etiraf xarakterli izahatları ilə, həmçinin şahid ifadələri və onun idman mərc oyunlarının keçirildiyi ibtidai istintaq zamanı tam sübuta yetirilmişdir. Məhkəmələrin X9in təsirsizliyi barədə gəldiyi nəticə işin obyektiv hallarına uyğun deyil. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin olunmasını, Gəncə Apellyasiya Məhkəməsinin 03 dekabr 2018-ci tarixli qərarının ləğv edilməsini iş üzrə mülki iddianın təmin edilərək 42016,0 manat məbləğində vəsaitin X2 tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə toplanılmış sübütlar əsasında deyil, şəxsi mülahizələr əsasında bəraət hökmü çıxarmış, cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq qanunsuz mərc oyunları təşkil etməklə və xeyli miqdarda vergidən yayınmaqla az ağır cinayət törətmiş X7 CM-nin 192- 1.3.2 və 213.1-ci maddələri ilə cinayət məsuliyyətindən kənarda qalmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da eyni mövqedən çıxış edərək yalnız bəraət hökmündə istinad edilən rəy və şahid ifadələrinə əsaslanaraq, heç bir əsaslandırma aparmadan hökmü dəyişdirilmədən saxlamışdır. İstər ibtidai istintaq istərsədə birinci və apellyasiya instansiya məhkəmələrində keçirilmiş məhkəmə istintaqları zamanı toplanmış təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir ki, X7 24.03.2012-ci ildən 26.10.2016-cı ilədək olan dövr üzrə qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarını təşkil edərək və keçirərək vətəndaşlardan həmin oyunlara dair verilən proqnozlara görə pul vəsaitləri toplamaqla “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə 2012-2016- cı illər üzrə külli miqdar təşkil edən 125.754,0 manat məbləğində maddi ziyan vurmuş, habelə həmin fəa liyyətlə məşğul olaraq 2012-2016-cı illər üzrə xeyli miqdar təşkil edən 42016,0 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkəmələr həmin sübutları öz yekun qərarlarında əks etdirsə də, işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişlər. Digər tərəfdən məhkəmələr iş üzrə ibtidai istintaq zamanı alınmış məhkəməmühasibatlıq ekspertizasının rəyini şərti, şübhə doğuran rəy kimi qəbul edib nəzərə almamaqda da haqlı olmamışdır. Belə ki, qeyd olunan rəyi sübut növü kimi qəbul etmədiyi halda nədənsə məhkəmələr obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilib müvafiq rəy alınmasına təşəbbüs göstəməmişdir. Məhkəmə qeyd edir ki, uçot və ya mühasibat sənədi olmayan SMS-lərin məzmunundan çıxarışlar əsas götürülsə bel ə həmin çıxarışlara əsasən dövriyyənin məbləğini müəyyən etmək mümkün olmadığına (həmin yazılışlarda məbləğlər tam göstərilmədiyindən və həmin yazılışlarda göstərilənlərin ödənilməsini əks etdirən mühasibat sənədləri olmadığından və s.) və Vergi Məcəlləsinin tələblərinə əsasən SMS-lər əsasında “xxxx” QSC-yə dəymiş ziyanın və dövlət büdcəsinə ödənilməmiş verginin məbləğini müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmələr bu nəticəyə gələn zaman nəzərə almamışlar ki, şəxsin əməli o halda CM- nin 192-1.3.2-ci maddəsi ilə tövsüf olunur ki, o, qanunsuz olaraq idman mərc oyunlarını təşkil etmiş olsun. Göründüyü kimi, məhkəmə istintaqı zamanı X3 törətmiş olduğu cinayət əməli təqsirləndirilən şəxsin, ittiham aktı üzrə olan şahidlərin ifadələri, mülki iddiaçının qanuni nümayəndəsinin ifadəsi, mütə xəssis aktları, ekspertiza rəyləri və işdə olan digər mötəbər sənədlər ilə tam sübuta yetirilmişdir. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi CPM-nin 416.0.2 və 416.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünün kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayət inin təmin edilməsi barədə dövlət ittihamçısının və mülki iddiaçının nümayəndələrinin, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protesti və kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Cinayət işi üzrə X7 istintaqa verdiyi ilkin ifadəsində özünü ona CM-in 192-1.3.2 və 213.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində akkreditasiya olunmadan qanunsuz idman mərc oyunlarının təşkili və keçirilməsi fəaliyyəti ilə məşğul olmadığını, həmin fəaliyyətlə yalnız 2011-2013-cü illərdə məşğul olduğunu, həmin fəaliyyətlə məşğul olmaq üçün Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydada akkreditasiya olunmağın zəruri olduğunu bilmədiyini, özünə məxsus ***-***-**-** nömrəsinə gələn SMS-lərlə ümumiyyətlə idman mərc oyunlarına dair proqnozlar yığmadığını göstərsə də sonrakı ifadələrində özünü ona CM-in 192-1.3.2 və 213.1 -ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək, ifadələrində 2012-2016-cı illər ərzində Gəncə şəhərində futbol oyunlarına dair vətəndaşlardan proqnozlar yığdığım, həmin fəaliyyətlə ünvan 2 ünvanında yerləşən çayxanada məşğul olduğun u, eyni zamanda məntəqəsiz də özünə məxsus ***-***-**-** nömrəsinə gələn SMS-lərlə proqnozlar yığdığını, vətəndaşlara təklif edilən əmsalları Rusiya Federasiyasına məxsus “Zenit” saytından götürdüyünü, vətəndaşlardan proqnoza qoyulan məbləğləri nisyə şəkildə və nağd qaydada götürdüyünü, yığılmış pulları heç bir xarici və daxili bukmeker saytlarına göndərmədiyini, özündə saxladığını, vətəndaş proqnoza qoyduğu pulu uduzduqda pulun ona qaldığını, udduqda vətəndaşın pulunu verdiyini, 2016-cı ilin oktyabr ayına qədər həmin fəaliyyətlə məşğul olduğunu, həmin tarixdən sonra isə məşğul olmadığını, həmin fəaliyyətdən hansı məbləğdə gəlir əldə etdiyini bilmədiyini, həmin fəaliyyətlə məşğul olmaq üçün “xxxx” QSC ilə müqavilə bağlamalı olduğunu, lakin heç vaxt müqavilə bağlamadığını, heç vaxt “Topaz” məntəqəsi açmadığını, heç bir vətəndaşa hazırda borcu olmadığını, X6, X8, X17 adlı şəxsləri tanıdığını, lakin onlarla heç bir şərikliyinin olmadığını, həmin fəaliyyətlə təkbaşına məşğul olduğunu, törətdiyi əməlin cinayət olduğunu bildiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, özünü təqsirli bildiyini və bir daha həmin fəaliyyətlə məşğul olmayacağını bildirmişdir. Bundan başqa istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqları zamanı dindirilmiş çoxsaylı şahidlər X14,X10,X8 və X12 ifadə verərək, X19 şəhər sakini olmaqla futbol oyunlarına dair pulla proqnoz götürən şəxs kimi tanıdıqlarını, 2012-2016-cı illər ərzində dəfələrlə X9ə futbol oyunlarına dair proqnozlar verdiklərini, proqnozu özlərinə məxsus nömrələrdən X9ə məxsus 050 318 99 10 nömrəsinə sms göndərməklə verdiklərini, həmin sms-lərdə əmsalların cəmini, habelə proqnoza qoyduğu məbləği göstərdiklərini, daha sonra haqq-hesab etdiklərini təsdiq etmişlər. Məhkəmə aktlarında vergidən yayındırılmış məbləğin hesablanması zamanı şübhəli məqamların olması, bunların aradan qaldıran sübutların olmaması qeyd edilsə də, həmin şübhəli məqamların nədən ibarət olması əsaslandırılmamışdır. İş materiallarından görünür ki, “xxxx” MMC-nin məlumatına əsasən X9 məxsus mobil nömrəsinə 2012-ci ilin mart ayından 2016-cı ilin oktyabr ayına qədər müddətdə mütəmadi olaraq vətəndaşlardan futbol oyunlarına dair proqnozlar daxil olmuşdur. Göründüyü kimi, SMS çıxarışlar X9in istifadəsində olmuş mobil nömrədən əldə edilmiş, onun məzmunun əsassız olması mübahisələndirilməmiş və aydın şəkildə idman mərc qoyuluşları ilə bağlı olmuşdur. Azərba ycan Respublikası CM-nin 192-1.3.2-ci maddəsində nəzərdə tutulan cinayət obyektiv cəhətdən qanunla müəyyən edilmiş qaydada akkreditasiya olmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsindən ibarət olan hərəkətdə və həmin hərəkətin nəticəsi olaraq vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda miqdarda ziyan vurulmasında, habelə xeyli miqdarda gəlir əldə edilməsində ifadə olunur. “xxxx” QSC-nin 29 noyabr 2016-cı il tarixli 132/16 saylı məktubunda göstərmişdir ki, Abdullayev İlqar “Topaz” satış məntəqəsi olaraq qeydiyyatdan keçməmişdir və cəmiyyətin ticarət nümayəndəsi kimi fəaliyyət göstərməmişdir. İş üzrə ekspertiza rəylərinin sübut növü kimi qəbul etməməsininin əsasları məhkəmə aktlarından görünmür. Ekspertiza rəylərini sübut növü kimi qəbul etmədiyi halda məhkəmə obyekti v həqiqətin müəyyən edilməsi məqsədilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edib müvafiq rəy alınmasına təşəbbüs göstərməmişdir. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə surətdə qiymətləndirilməlidir. Həmin Məcəllənin 267-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığl sübutlar etibarsız(qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsinin tələbinə görə Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən Məcəllənin 143-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. İş materiallarından müəyyən olunur ki, məhkəmələr məhkəmə-mühasibatlıq ekspertizasının 16 may 2017-ci il tarixli, 10182 saylı rəyini və əlavə məhkəmə-kompyuter ekspertizasının 13 mart 2017-ci il tarixli, 28574 saylı rəyini digər sübutlarla müqayisəli surətdə təhlil etməmiş, həqiqətin müəyyən edilməsi məqsədilə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilib müvafiq rəy alınmasına təşəbbüs göstərməmişdir. Azərbaycan Respublikası CPM-nin 353.2.2-ci maddəsinə əsasən məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.02-ci maddəsinə əsasən həmin Məcəllənin 143-146-cı maddələrinə müvafiq sübutların tədqiq edilməməsi məhkəmənin hökm və ya qərarının ləğvinə əsas yaradır. Ali Məhkəmənin Cinayət Kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə toplanmış sübutlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilməmişdir. Məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ci nayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. X5 CM-nin 192-1.3.2 və 213.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi həmin məhkə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar