Məhkəmə qərarları › İş №1(102)-670/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-670/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-670/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olmaqla yaşamış, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182. 2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.A.Xankişiyev (sədrlik edən), İ.A.Mahmudov və Ə.İ.Məmmədov) Məhkum2 CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1, X8 və X5 da CM-nin 182.2.1, 182.2.3 və 182.2.4cü maddələri ilə nəzər də tutulan cinayəti törətməkdə təqsirli bilinib məhkum olunmuşlar. Məhkəmənin həmin hökmündən məhkumlar Məhkum2, Məhkum1 və X5 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murquzov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi məhkumlar Məhkum2, X4, Məhkum1 və X3 haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum2, X8, Məhkum1, X5 və X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində zor göstərmə hədəsi ilə əmlakı nı hədəqorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən 2018-ci ilin mart ayının 11-də X15 Xla tanış olub münasibət yaratdıqdan sonra xx xxxx 2018-ci il tarixdə, saat 20 radələrində guya intim münasibətdə olmaları üçün kirayə tutduğu Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ev 61, mənzil 4-də görüşmüş, təxminən 30 dəqiqədən sonra Məhkum2 və X2 həmin mənzilə gələrək Məhkum2 X3, X2 isə Məhkum2 xalası oğlu kimi özlərini təqdim edərək Zərərçəkmiş şəxs ölümlə hədələyib zor tətbiq etməklə, Məhkum2 əlində olan istintaqa məlum olmayan küt alətlə və əl-ayaq zərbələri ilə, X2 isə əl-ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurub «qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşahidə olunan sağ gicgah-alı n nahiyəsinin qançır-şişkinliyi və sağ təpə nahiyəsinin səthi əzilmiş-cırılmış, başın alın nahiyəsinin sıyrığı və sol gözaltı nahiyənin qançırı» ilə nəticələnən qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bir müddət sonra mənzilə qrupun digər üzvləri Məhkum1 və X4 vəzifə bölgüsünə uyğun olaraq guya Zərərçəkmiş şəxs köməklik etmək adı ilə gəlib Məhkum2 və X2lə danışıq apardıqdan sonra Zərərçəkmiş şəxs zor göstərmə hədəsi ilə hədə-qorxu gələrək etdiyi əxlaqsız hərəkətə görə öldürməmək üçün 50000 manat məbləğində xeyli miqdarda pul tələb etmiş, Zərərçəkmiş şəxs buna razılıq verdikdən sonra mənzildən sərbəst buraxılmış və Zərərçəkmiş şəxs bu barədə etdiyi şikayəti əsasında xx xxxx 2018-ci il tarixdə saat 17:00-da Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi prospektində yerləşən «X9»nin həyətində Məhkum1 zərərçəkən Zərərçəkmiş şəxs hədəqorxu yolu ilə tələb edilən 10.000 manat pulu alarkən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 tərəfindən verilən kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və onun ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağırlığından narazıdır. Belə ki, məhkəmələr onun ilk dəfə məhkum olunmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəza təyini zamanı nəzərə almamışla r. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum2 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiy a protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum2 kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası A li Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar