Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-670/2022 12.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X8, Məhkumlar- Təqsirləndirilən şəxs1 və xxx iştirakları ilə, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunuş Təqsirləndirilən şəxs1 və xxx barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarından qərarından dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə (Sədrlik edən hakim: Roman Ələkbərli) xx.xx.1997-ci ildə Rusiya Federasiyasının Samara Vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 CM-in 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələrində nəzərədə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinər ək, CM-in 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 180.2.1 və 180.2.2-ci maddələri ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz rayon * Məhkəməsinin 12.05.2017- ci il tarixli, 1 (043)-51/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş islah işləri cəzasının çəkilməmiş qalan 08 ay 24 gün müddəti CM-in 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin 04 günü bərabər tutulmaqla 02 ay 06 gün hazırki hökm ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə q ismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 03 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 03.09.2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barə sində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, xxx CM-in 180.2.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Babazadə Elnur Vahid oğlunun şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün, eləcə də həbsdə olduğu 09 (doqquz) ay 04 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması,xxx barəsində CM-in 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il sınaq müd dəti müəyyən edilməklə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, xxx üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Babazadə Elnur Vahid oğlunun davranışı üzərində nəzarətin onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, xxx barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi, və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının təqsirləndirilən şəxs xxx yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılma sı hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə) Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə bəraət verilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhk əməsinin 12.05.2017-ci il tarixli, 1(043)-51/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş islah işləri cəzasının çəkilməmiş qalan 08 ay 24 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin 04 günü bərabər tutulmaqla 02 ay 06 gün hazırki hökm ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 03 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxla nılmışdır. Həbsdə saxlanıldığı müddət nəzərə alınaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza icra edilmiş hesab edilsin və icraya yönəldilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. xxx əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilmiş, Babazadə Elnur Vahid oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1- ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xxx şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün, eləcə də həbsdə olduğu 09 (doqquz) ay 04 (dörd) gün müddət, həbsdə saxlamanın bir gü nü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xxx barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilərək hökmün ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsi xahiş olunur. İşin hall arı: İstintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin dekabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə həmin vaxt kirayəçi qismində yaşadığı Zərərçəkmiş şəxs2 qızma məxsus Gəncə şəhəri, Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 2 saylı evin ona etibar edilməmiş yardımçı otağının hadisə vaxtı bağlı vəziyyətdə olmuş pəncərəsinin cəftəsini a,çı^ həıpin pəncərədən qanunsuz olaraq içəri daxil olmuş və oradan 2 ədəd, ümumi dəyəri 300 manat olan büllur qəndqabıları, 300 manat dəyərində 1 ədəd “Panasonic” markalı, “MK-MG 1501” modelli ətçəkən avadanlığı, Çexiya istehsalı olan 12 hissədən ibarət, ümumi dəyəri 400 manat olan boşqab dəstini, 300 manat dəyərində 1 ədəd “Braun” markalı, “J700” modelli şirəçəkən avadanlığı, Çexiya istehsalı olan, tünd mavi rəngli, 500 manat dəyərində 1 ədəd bogemanı və 3 kiloqram çəkidə, mis materialdan olan 500 manat dəyərində 1 ədəd məcməyini, ümumilikdə isə zərərçəkmiş şəxsin 2300 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 16.08.2019-cu il tarixdə saat 16 radələrində xxx ilə birlikdə Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən “Stilmen” adlanan kişi geyimləri mağazasına müştəri qismində daxil olduqdan sonra Elnur Babazadə mağazanın ayaqqabı bölməsindəki ayaqqabı rəfinin üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində 180 manat nağd pul olan 5 manat dəyərində “Gucci” markalı pulqabım, ümumilikdə 185 manat məbləğində əmlakı gizli olaraq talamaqla əynində olan şalvarın arxa sol cibinə qoyaraq birlikdə iti addımlarla hadisə yerindən uzaqlaşmağa çalışan zaman əmlakın sahibi Z ərərçəkmiş şəxs1 pulqabmm geri qaytarılmasını tələb edərkən qabaqcadan əlbir olan bir qrup şəxs şəxs halında, yəni Elnur Babazadənin tapşırığı əsasında həmin pulqabım sonuncunun əynindəki şalvarın arxa sol cibindən götürüb hadisə yerindən qaçıb getməklə Zərərçəkmiş şəxs1 185 manat məbləğində əmlakını açıq talayıb soyğunçuluq etmişdir. xxx 16.08.2019-cu il tarixdə, saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən “Stilmen” adlanan kişi geyimləri mağazasına müştəri qismində daxil olub mağazanın ayaqqabı bölməsindəki ayaqqabı rəfinin üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində 180 manat nağd pul olan 5 manat dəyərində “Gucci” markalı pulqabım, ümumilikdə isə 185 manat məbləğində əmlakı gizli olaraq talamaqla ələ keçirib əynində olan ş alvarın arxa sol cibinə qoyaraq mağazadan çıxdıqdan sonra özgənin əmlakını qanunsuz olaraq gizli yolla ələ keçirdiyini Təqsirləndirilən şəxs1 bildirərək sonuncu ilə birlikdə iti addımlarla hadisə yerindən uzaqlaşmağa çalışan zaman əmlakın sahibi Zərərçəkmiş şəxs1 tərəfindən aşkar olunduqlarını dərk edərək pulun geri qaytarılmaması üçün Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş və onun tapşırığı əsasında Təqsirləndirilən şəxs1 həmin pulqabım əynindəki şalvarın arxa sol cibindən götürüb hadisə yerindən qaçıb getməsi ilə yaranmış boşluqdan istifadə edərək onu tutub saxlayan əmlakın sahibi Zərərçəkmiş şəxs1 əlindən çıxıb qaçmaqla hadisə yerindən uzaqlaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestdə qeyd edir ki, aşağıdakılara əsasən hesab edirəm ki, Gəncə Apelyasiya Məhkəməsinin 03.11.202-ci il tarixli hökmü əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin olunmalıdır. Belə ki. X7 CM-in 177.2.3. 180.2.1 və 180.2.2-ci maddələri və Babazadə Elnur Vahid oğlunun Azərbaycan Respublikası CM-in 180.2.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri ibtidai araşdırma və birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası isə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir ki. ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi məhkum xxx soyğunçuluq cinayətini təkbaşına icra etdiyini, həmin cinayətin icra edilməsi ndə məhkum Təqsirləndirilən şəxs1 iştirak etmədiyini nəzərə almayaraq məhkum Təqsirləndirilən şəxs1 əməlini CM-in 180.2.1 və 180.2.2-ci maddələri ilə tövsif etməklə səhvə yol vermişdir. X3 tərəfindən işin hallarında təsvir olunan Zərərçəkmiş şəxs1 185 manat məbləğində əmlakının açıq talanması cinayətinin icrasında rolu olmamış, yalnız xxx tərəfindən Zərərçəkmiş şəxs1 185 manat məbləğində əmlakı açıq talandıqdan sonra qabaqcadan vəd etmədən həmin əmlakı götürüb hadisə yerindən uzaqlaşmışdır. X7 CM-in 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri və Babazadə Elnur Vahid oğlunun Azərbaycan Respublikası CM-in 1 80.2.1 -ci maddəsi ilə verilmiş ittihamla bağlı cinayət işi üzrə müəyyən edilmiş hallara, qanun vericiliyin normalarının və plenum qərarının tələblərinə istinad etməklə nəzər salsaq birinci instansiya məhkəməsinin mövqeyinin əsaslı olduğunu görərik. Məhkəmə X1 CM-in 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini inkar edərkən qevd etmişdir ki. məhkum Təqsirləndirilən şəxs1 Rüzuar oğlu tərəfindən işin hallarında təsvir olunan X5 185 manat məbləğində əmlakinin açıq talanması cinayətinin icrasında rolu olmamış, yalnız Elnur Babazadə tərəfindən Əliyev İsmayıİ Dağıstan oğlunun 185 manat məbləğində əmlakı açıq talandıqdan sonra qabaqcadan vəd etmədən həmin əmlakı götürüb hadisə verindən uzaqlaşmışdır. Belə ki. məhkəmə kollegiyası cinayət işi üzrə verilmiş ifadələri qabaqcadan əlbir olmuş bir qrup şəxs tərərfındən törədilmiş soyğunçuluq cinayətini aradan qaldıracaq istiqamətdə şərh edərək, bir sübutun qəbul edilməsinin digər sübutun rədd edilməsinin motivlərini hökmdə göstər mədən, yalnız təqsirləndirilən şəxslərin ifadələrində olan müəyyən xtisusatları qabartmış, digər ifadələrdə göstərilən xtisusatları qəbul etməməsinin səbəbini hökmdə əsaslandırmamışdır. Yuxarıda sadalanan hallardan göründüyü kimi birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Məhkəmə kollegiyası isə plenum qərarının tələblərini də pozaraq birinci instansiya məhkəməsinin cinayət işinin materiallarına və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanan nəticəsini qanunsuz hesab etmişdir. Beləliklə də həm ibtidai, həm də birinci instansiya məhkəməsində məhkəmə istinta qı zamanı tam sübuta yetirilmişdir ki. X14 oglu 16.08.2019-cıı il tarixdə saat 16 radələrində Babazadə Elnur Vahid oğlu ilə birlikdə Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən “Stilmen” adlanan kişi geyimləri mağazasına müştəri qismində daxil olduqdan sonra xxx mağazanın ayaqqabı bölməsindəki ayaqqabı rəfinin üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində 180 manat nağd pul olan 5 manat dəyərində “Gucci" markalı pulqabını. ümumilikdə 185 manat məbləğində əmlakı gizli olaraq talamaqla əynində olan şalvarın arxa sol cibinə qoyaraq birlikdə iti addımlarla hadisə yerindən uzaqlaşmağa çalışan zaman əmlakın sahibi Zərərçəkmiş şəxs1 pulqabının geri qaytarılmasını tələb edərkən qabaqcadan əlbir olan bir qrup şəxs şəxs halında, yəni xxx tapşırığı əsasında həmin pulqabını sonuncunun əynindəki şalva rın arxa sol cibindən götürüb hadisə yerindən qaçıb getməklə Zərərçəkmiş şəxs1 185 manat məbləğində əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Yuxarıda şərh edilənlərə əsasən dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilərək apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, məhkumlar Təqsirləndirilən şəxs1 və xxx kassasiya protestinin təmin edilməməsi, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməli dir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qey d olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla, yekun nəticəni yolverilməz sübutlarla əsaslandırmaqla Gəncə şəhər Kəpəz rayon məhkəməsinin Təqsirləndirilən şəxs1 və xxx barəsində olan qanuni və əsaslı hökmü haqqında düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestində Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə əsassız olaraq bəraət verilməsi və xxx əməlinin Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsindən həmin məcəllənin 180.1-ci maddəsinə düzgün tövsif edilmədiyi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütü n əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izah ını verməlidir.... Məhkəmə Kolegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gələrək haqlı olaraq ədalətli və qanuna uyğun hökm çıxarmışdır. Bununla bağlı apellyasiya məhkəməsi öz hökmündə mövqeyini əsaslandırarkən müəyyən etmişdir ki,... CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən örədilmiş cinayət hesab olunur. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 tərəfindən işin hallarında təsvir olunan Zərərçəkmiş şəxs1 185 manat məbləğində əmlakının açıq talanması cinayətinin icrasında rolu olmamış, yalnız xxx tərəfindən Zərərçəkmiş şəxs1 185 manat məbləğində əmlakı açıq talandıqdan sonra qabaqcadan vəd etmədən həmin əmlakı götürü b hadisə yerindən uzaqlaşmışdır. CM-in 180.2.1-ci maddəsində nəzərdə tutulmuş tərkibdə qabaqcadan əlbir olma dedikdə, iki və ya daha artıq şəxsin birgə soyğunçuluq törətmək üçün əməlin törədilməsinədək razılığa gəlməsi başa düşülür. Belə razılıq cinayətdən əvvəl istənilən anda (cinayətə hazırlıq və ya cinayətə cəhd mərhələsində), lakin hər bir halda özgənin əmlakını götürməyə bilavasitə yönəlmiş hərəkətlərdən əvvəl əldə edilməlidir. Əks təqdirdə - razılıq əmlakın götürülməsi prosesində əldə edildikdə qabaqcadan əlbir olma əlaməti olmayacaqdır və əməl CM-in 180.2.1-ci maddəsi ilə tövsif edilə bilməz. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mart 2005-ci il tarixli 1 saylı Qərarının 9-cu bəndinə görə, ö zgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-in 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CM-in 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir. Həmin qərarın 10-cu bəndinə görə, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, özgə əmlakının talanması əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməl kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razıliq əldə edilməsi, həmçinin hər hansı icraçı ve cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları səthi araşdırmış və nəticədə şəxsi törətmədiyi əmələ görə məhkum etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 ilə xxx arasında qabaqcadan cinayətə dair razılaşma olmamış və iş materiallarında belə razılaşmanı təsdiq edə biləcək heç bir sübut mövcud deyildir. Təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahidlər ilkin ifadələrindən hadisənin mexanizmini təsvir etmiş və istintaq orqanı Təqsirləndirilən şəxs1 CM-in 180.2.1 və 180.2.2-ci maddələri ilə yalnış olaraq ittiham irəli sürmüş, birinci instansiya məhkəməsi də bu yalnışlığı davam etdirərək Təqsirləndirilən şəxs1 CM-in 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilərək məhkum etmişdir. Lakin yuxarıda sadalananlardan da göründüyü kimi Təqsirləndirilən şəxs1 soyğunçuluq cinayət inin törədilməsində hər hansı rolu olmamış, E.Babazadəyə qabaqcadan kömək edəcəyinə dair hər hansı vəd verməmişdir. Belə olan halda məhkum Təqsirləndirilən şəxs1 əməli CM-in 180.2.1 və 180.2.2-ci maddələri ilə tövsif edilə bilməz. Bu halda məhkəmə kollegiyası bir məsələyə münasibət bildirilməsini zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətin birgə icraçısı olmadığından, lakin sonradan talanmış əmlakı götürərək hadisə yerindən uzaqlaşması məhkumun əməlinin CM-in 32.5-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair mövqe yarada bilər. Lakin qeyd edilməsi zəruridir ki, CM-in 32.5-ci maddəsinin mənasına görə cinayətin törədilməsində iştirak edən “köməkçi” belə köməyi qabaqcadan vəd etməlidir. Bu təqdirdə məhkum Təqsirləndirilən şəxs1 əməlinin CM-in 32.5-ci maddəsinə istinad edər ək tövsif edilməsi qanunun tələblərinə zidd olardı.....” Məhkəmə kollegiyası bundan əlavə qeyd etmək istəyir ki, ''Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam veril məlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bə sləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmet inin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək cinayət hadisəsinin olmaması barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə çıxarılmış hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 03 noyabr 2021-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-670/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-670/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver