Məhkəmə qərarları › İş №1(102)-670/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-670/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-670/2024 05.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun və onun müdafiəçisi Babayeva Xeyransa Qubat qızının iştirakları ilə,, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli, 1(106)-494/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət itt ihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(099)-113/2023 nömrəli hökmü ilə (hakimlər: Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) xx xxxx 1980-cı ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olan, x saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini əvəzi işləmiş, ünvan 1 ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 22 avqust 2022-ci ildən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və E.İ.Əliyev) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023- cü il tarixli hökmü saxlanılmışdır. verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda yəni, 14,687 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, 14,687 qram psixotrop maddə metamfetaminin 0,886 qramını üzərində və qalan 13,801 qramım isə kirayə yaşadığı Şirvan şəhəri, Səməd Vurğun küçəsi 27/17-də yerləşən mənzildə daşımaqla saxlamış, 22 avqust 2022-ci il tarixdə saat 12:20-də Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, T.İsmayılov küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd şüşə lampanın içərisində təmiz çəkisi - 0,886 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamf etamin aşkar olunaraq götürülmüşdür. Daha sonra Şirvan şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı əsasında 27 avqust 2022-ci il tarixdə saat 11 radələrində sonuncunun kirayə yaşadığı Şirvan şəhəri, Səməd Vurğun küçəsi 27/17-də yerləşən mənzildə axtarış aparılan zaman həmin mənzildə olan qara rəngli şüşəli dolabın yuxarı gözündəki bir ədəd şüşə qabın içərisindən eyni tərkibli 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi-13,801 qram olan ağımtıl rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş ittihamın 2-ci hissəsi (satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda - 13,801 qram psixotrop ma ddə metamfetamini kirayə yaşadığı Şirvan şəhəri, Səməd Vurğun küçəsi 27/17-də yerləşən mənzildə aşkar olunaraq götürülməsi) ilə bağlı əldə olunmuş sübutların etibarlı və mötəbər olmaması haqqında nəticəyə gəlib həmin hissəni Məhkum verilmiş ittihamdan xaric etmiş, həmçinin Məhkum satış məqsədi olmadan qanunsuz olaraq 0,886 qram psixotrop maddə olan metamfetamini əldə edib, saxlayıb üzərində daşıması cinayət əməlini törətməsi haqqında qənaətə gələrək Məhkum əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutla rla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdır. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmaqla eyni pozuntuları təkrarlamışdır. Dövlət ittihamçısı məhkəmələrin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən h allar kimi xüsusilə ona istinad etmişdir ki, məhkəmə Məhkum kirayə tutduğu mənzildə keçirilmiş axtarış və götürmə zamanı yol verilmiş pozuntulara əsasən həmin axtarış nəticəsində tərtib olunmuş protokol mötəbər sübut kimi qəbul etməkdən imtina etməklə yanlış nəticəyə gəlmişlər. Protest müəllifi hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini tövsif edərkən yalnız Məhkum verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallarına, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymaqla işin hall arını təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiy yətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə h aqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə Məhkum üzərindən və kirayə qaldığı mənzilində aşkar edilmiş psixotrop maddənin – metamfetaminin külli miqdarda olması səbəb olmuşdur. Belə ki, protest müəllifi Məhkum ona isnad edilən əməlləri törətməsini - Məhkum üzərindən 0,886 qram psixotrop maddə metamfetaminin götürülməsinə dair “şəxsi axtarış və götürmə haqqında” 22 avqust 2022-ci il tarixli, həmçinin onun kirayə yaşadığı ünvan 2 ünvanından 13,801 qram psixotrop maddə m etamfetaminin götürülməsinə dair “axtarış və götürmə barədə” 27 avqust 2022-cı il tarixli protokollar, həmin tədbirlər nəticəsində götürülmüş maddi sübutlarla (1 ədəd elektron tərəzi və ümumilikdə 14,687 qram psixotrop maddə metamfetamin) və onların həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələrilə, aparılmış video çəkilişlə, eləcə də məhkəmə ekspertizalarının rəyləri ilə əsaslanıdırmışdır. Lakin həm məhkəməyədək icraat zamanı, həmdə məhkəmə istintaqında Məhkum 27 avqust 2022-ci il tarixdə kirayə tutduğu mənzildən aşkar olunmuş psixotrop maddənin və elektron tərəzinin ona məxsus olduğunu mübahisələndirərək, həmin əşyaları mənzilə sonradan polis əməkdaşlarının yerləşdirdiyini qeyd etmişdir (halbuki sonuncu ona qarşı irəli sürülmüş ittihamın 1 hissəsinə münasibətdə yəni üz ərindən aşkar edilmiş 0,886 qram psixotrop maddənin ona məxsus olması barədə etirafedici ifadə vermişdir). Məhkəmədə müəyyən edilmişdir ki, həqiqətən 2-ci epizod üzrə yəni Şahid6 məxsus olmaqla Məhkum tərəfindən kirayəyə götürülmüş ünvan 3 ünvanında 27 avqust 2022-ci il tarixdə axtarış keçirilənədək və axtarış ərzində bir sıra prosessual hərəkətlərlə bağlı qanun pozuntularına yol verilmişdir ki, bu da qeyd olunan ünvanda aşkar edilmiş predmetlərin Məhkum məxsus olması ilə bağlı məhkəmədə ciddi şübhələrin yaranmasına əsas olmuşdur. Məhkəmələr Məhkum qarşı irəli sürülmüş ittihamın 2-ci hissəsi (satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda - 13,801 qram psixotrop maddə metamfetamini kirayə yaşadığı Şirvan şəhəri, Səməd Vurğun küçəsi 27/17-də yerləşən mənzildə aş kar olunaraq götürülməsi) ilə bağlı əldə olunmuş sübutların etibarlı və mötəbər olmaması haqqında nəticəyə gələrkən aşağıdakı hallardan çıxış etmişlər (qeyd olunan hallara münasibətdə ayrıca təhlil verilməklə). _ “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Məhkum xx.xx.2022-ci il tarixdə saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur. _ 22 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kiçik ölçülü lampada psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüş, həmçinin məhkəmə tərəfindən tədqiq edilmiş videoçəkilişdə şəxsi axtarış keçirilərkən onun üzərindən hər hansı digər bir əşya, o cüm lədən mənzil açarı təhqiqatçı tərəfindən aşkar edilməmişdir. _ Məhkum ifadəsində bildirmişdir ki, evin açarlarını özü tutulduğu gün polis əməkdaşlarına könüllü vermişdir. Əgər evdə narkotik olsa idi, açarları heç polis əməkdaşlarına vermədi. _ “Cinayət törətməkdə şübhə edilən şəxsin müayinəsi barədə” aktdan görünür ki, Məhkum xx.xx.2022-ci il tarixdə Şirvan ŞPŞ-nin MSY-nə daxil olarkən üzərinə və bədəninə keçirilən baxış zamanı üzərindən heç bir qadağan olunmuş əşya aşkar olunmamış, yalnız onun alt paltarından açar aşkar olunmuş, qeyd olunan açar isə məhz işi aparan müstəntiq Əhməd Baloğlanova təhvil verilmişdır (Şirvan ŞPŞ-nin MSY-nin növbətçisi X8 və mühafizəçisi X5 ifadələri). _ İbtidai istintaqı aparmış müstəntiq Əhməd Baloğlanov ifadəsində açarla bağlı qeyd etmişdir ki, Məhkum barəsin də olan iş materialları ona təhvil verilərkən maddi sübutları da təhvil almış, həmin vaxt MSY-dən ona bildirmişlər ki, Məhkum açar da aşkar edilib, o həmin açarı götürüb xidməti otağında olan seyfdə saxlamışdır (iş materiallarından müəyyən olunur ki, müvafiq cinayət işi xx.xx.2022-ci il tarixdə müstəntiq Ə.Baloğlanov tərəfindən icraata qəbul edilmişdir). Görünüdüyü kimi Şahid6 məxsus olmaqla Məhkum tərəfindən kirayəyə götürülmüş ünvan 3 ünvanının açarı təqsirləndirilən şəxs Məhkum saxlanıldığı gündən yəni 22 avqust 2022-ci il tarixdən artıq polis əməkdaşlarının ixtiyarında olmuş, mənzil həmin vaxtdan etibarən faktiki olaraq həm Məhkum, həm də mənzil sahibi Şahid6 nəzarətindən çıxmışdır (Şahid6 ifadəsində mənzilin bir ədəd açarını Məhkum verdiyini, mənzilin digər iki açarının onun özündə olduğu bildirmişdir). Digər bir maraqlı fakt ondan ibarət olmuşdur ki, iş materialları təhqiqatçı x icraatında olmaqla, hələ istintaq bölməsinə təhvil verilmədən, mənzilin açarı sonradan istintaq aparmış şəxsə təhvil verilməsi, özü özlüyündə məhkəmədə polis əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq hərəkətlərə şübhə ilə yanaşılmasına əsas olmuşdur. _ Şirvan PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 həmin şöbənin rəisinə olan xx.xx.2022-ci il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili məruzə edərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum kirayədə yaşadığı ünvan 3-də narkotik vasitə və psixotrop maddə saxlamasına dair məlumatı daxil olması, daxil olmuş məlumatın yoxlanılması barədə göstəriş verilməsini xahiş edir. _ X3 Şirvan şəhər prokuroruna ünv anlanmış xx.xx.2022-ci il tarixli vəsatətindən görünür ki, müstəntiq tərəfindən Məhkum kirayədə yaşadığı ünvan 3-də axtarış aparılması haqqında Şirvan Şəhər Məhkəməsinə təqdimat verilməsi xahiş olunmuş, Şirvan şəhər prokuroru tərəfindən imzalanmış eyni tarixli təqdimatla Şirvan Şəhər Məhkəməsinin sədrindən qeyd olunan ünvanda axtarış aparılmasına dair qərar qəbul edilməsi xahiş olunmuş və xx.xx.2022-ci tarixli məhkəmə qərarı ilə vəsatət təmin edilmişdir. _ 27 avqust 2022-ci il tarixli axtarış aparılması haqqında protokoldan görünür ki, Məhkum kirayə yaşadığı ünvan 2 ünvanına məhkəmə qərarı əsasında axtarış aparılan zaman mənzilin qonaq otağındakı dolabdakı şüşə qabın içərisindən 1 ədəd elektron tərəzi və 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Yuxarıda sadalanan hallardan müəyyən olunur ki, Məhkum xx.xx.2022-ci il tarixdə saat 13:10-da şübhəli şəxs qismində tutulsa da, onun Şahid6 məxsus olmaqla kirayəyə götürdüyü ünvan 3 ünvanında “axtarış və götürmə” istintaq hərəkəti 27 avqust 2022-ci il tarixdə (halbuki “əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə” 22.08.22-ci tarixli qərarda əməliyyat axtarış tədbirinin təxirəsalınmazlığı ilə bağlı hallara istinad olunaraq Məhkum yaşadığı yerə sonuncunun narkotik vasitənin realizə etməsi, gizlədəcəyi, məhv edəcəyi halların qarşısının alınması üçün baxış keçirilməsi qeyd olunmuşdur) həyata keçirilmişdir ki, mənzilin açarı 22.08.22-ci tarixdən, mənzildə axtarış aparmasına dair məhkəmə qərarının isə 25 avqust 2022-ci il tarixdən müstəntiqdə olmasına baxmayaraq, sonuncu tərəfindən axta rış və götürmənin Məhkum tutulduğu tarixdən 5 gün, qərarı əldə etdiyi tarixdən daha 2 gün sonra keçirilməsi özü özlüyündə qeyd olunan zəruri istintaq hərəkətlərinin və aşkar edilmiş predmetlərin Məhkum məxsus olmasının etibarlılığının şübhə altına alınması üçün əsas olmuşdur. _ Axtarış aparılmış mənzilin sahibi Şahid6 ifadəsində bildirmişdir ki, X2la birlikdə mənzilə girib, baxıb daha sonra çıxmışlar, mənzilin açarının birini X2a vermiş, digər ikisini isə özündə saxlamışdır. X2la bu söhbəti həftənin beşinci günü olmuş, X2 mənzilə birinci gün gəlib köçəcəyini bildirmiş, o isə X2a hələ mənzildə əşyalarının olduğunu, həmin əşyalarını götürməli olmasını bildirmiş, O, əşyalarını götürmədən X2un mənzilə girməyəcəyini razılaşdırmışlar. Bu hadisədən 2-3 gün sonra isə X2un həbs edildiyini eşitmiş dir. X2 həbs edilənədək isə əşyalarını həmin mənzildən çıxarmamışdır. Bir həftə sonra isə ona məxsus mənzilə polis əməkdaşlarının gəlib axtarış apardıqlarını bilmişdir. Həmin vaxt X2 da orada olmuş, lakin özünü ev sahibi kimi axtarışda iştirak etməsi üçün dəvət etməmişlər. X2 ilk əvvəl demişdir ki, anası ilə kirayədə qalacaq, o isə X2a anasının da gəlib mənzilə baxdıqdan sonra onunla müqavilə bağlayacağını bildirmişdir. Binanın eyni girişində olan digər mənzildə də özü yaşayır. Hadisə günü həyətə düşmüş, orada bildirmişlər ki, oğurluq olub, görmüşdür ki, ona məxsus mənzilin qapısı açıqdır, polislər isə mənzildədir. Həmin vaxt diqqətini çəkən o olmuşdur ki, axtarışdan əvvəl polis əməkdaşı X28in qara maşınla həyətə gəlib dayanmışdır. Bir qədər sonra X28 maşını sürüb gedərək başqa binanın yan ında saxlamışdır. X28i isə binanın girişindən çıxdıqdan 15-20 dəqiqə sonra isə digər polis əməkdaşları gəlmişlər. _ Təqsirləndirilən şəxs Məhkum kirayə danışdığı ünvan 3 ünvanında axtarış keçirilməsi və götürmə aparılması protokol, habelə onun tərkib hissəsi olan həmin istintaq hərəkətinin aparılmasına dair videogörüntülərdən görünür ki, axtarışda Şirvan ŞPŞ-nin İBnin müstəntiqi Əhməd Baloğlanov, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid3, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4, Şirvan ŞPŞ-nin MSY-nin konvoy hissəsinin konvoyu x iştirak etmişlər. _ İstintaq hərəkətinin aparılmasına dair videogörüntülərdən müəyyən olunur ki, prosessual hərəkətin hansı tarixdə saat neçədə başlanması və saat neçədə başa çatması müstəntiq tərəfindən elan edilməmiş, həmin çəkilişi aparan şəxsin adı, soyadı, atasının adı və vəzifəsi bildirilməmiş (kimin çəkiliş aparması müəyyən edilməmiş), axtarış başlanmamışdan əvvəl müstəntiq tərəfindən təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edilməmiş, axtarış zamanı qanunvericiliyin tələblərinə formal olaraq riayyət edilsə də, mənzilin sahibi Şahid6 həmin binanın eyni girişində olan digər mənzilində yaşamasına və axtarış zamanı orada iştirak etmək istəməsini bildirməsinə baxmayaraq axtarış və götürmənin aparıldığı mənzilin sahibi (faktiki olaraq da həmin mənzil məhz onun sahiblik və istifadəsində olmuş, mənzildə ona məxsus şəxsi, eləcədə digər əşyalar olmuş, mənzilin açarlarıda özündə olmuşdur) bu istintaq hərəkətinə bilavasitə cəlb edilməmiş, hətta axtarış zamanı mənzildən psixotrop maddə aşkar edildikdən dərhal sonra Məhkum mənzilin sah ibi Şahid6 ora çağırılmasını tələb edərək, ondan özünün həmin mənzildə qalıb-qalmamasının aydınlaşdırılmasını tələb etsə də istintaq hərəkətini həyata keçirən müstəntiq tərəfindən bu vəsatətə heç bir münasibət bildirilməmişdir. Halbuki, təqsirləndirilən şəxs mənzildən aşkar edilmiş psixotrop maddənin və elektron tərəzinin ona aid olmadığını, həmin mənzildə yaşamadığını, saxlanılmamışdan iki gün əvvəl həmin mənzili kirayə götürmək barədə Şahid6 ilə aralarında razılıq əldə edildiyini, lakin hələ mənzilə köçmədiyini bildirmiş, onun bu ifadələri məhkəmə istintaqı zamanı Şahid6 vermiş olduğu ifadələrində göstərdiyi xüsusatlara uyğun olmuşdur. _ Videoçəkilişdən görünür ki, axtarış gedişatında bir sıra məkanlar o cümlədən psixotrop maddə və elektron tərəzinin sonradan aşkar edildiyi mənzilin qona q otağı tam nəzarətsiz və videoçəkilişin əhatə etdiyi diapazondan kənarda qalmış, bu zaman polis əməkdaşları həmin otaqda azad hərəkət etmək imkanına malik olmuşdur. Bu zaman diqqət cəlb edən ən əsas hallardan biri də, qeyd edilən axtarışda faktiki olaraq yuxarıda adları çəkilən 4 nəfər polis əməkdaşının iştirak etməsi göstərilməsinə və axtarış başladığı andan videogörüntüdə də həmin polis əməkdaşları təqdim edilməsinə baxmayaraq, mənzilin daxilində axtarış keçirilən zaman orada başqa polis əməkdaşlarının da iştirak etməsi müəyyən edilmişdir. Belə ki, videogörüntüdə və axtarış aparılması haqqında protokolda adları çəkilən 4 nəfər polis əməkdaşı təqsirləndirilən şəxslə birlikdə mənzilə daxil olduqdan sonra videoçəkilişin 02:52-dəqiqəsində ilkin olaraq mətbəxdə axtarış aparılmasına başlanı r, mətbəxdə axtarış aparıldıqda isə videoçəkilişin əhatə etdiyi diapazonda yalnız mətbəx və axtarışın aparıldığı dolablar görünür. Bundan sonra isə müstəntiq tərəfindən axtarışın mənzilin digər hissələrində aparılması məqsədilə həmin şəxslər birlikdə mətbəxdən dəhlizə keçirlər, bu zaman videoçəkilişin 06:20 dəqiqəsindən etibarən görüntülərdə mənzilin giriş qapısının açıq olması, qapının tam qarşısında isə xidməti formada olan başqa polis əməkdaşlarının da olması açıq-aşkar görünür. Bununla da faktiki olaraq mənzilin giriş qapısına daha yaxın olan qonaq otağına daxil olmadan istintaq hərəkətinin həmin otağın giriş qapısının yanından keçməklə mətbəxdə aparılması və mətbəxdə hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmetin aşkar olunmaması, mətbəxdə axtarış başa çatdıqdan sonra digə r, yəni mənzilin girişinə daha yaxın məsafədə olan və həmin vaxt faktiki olaraq müdafiə tərəfinin nəzarətindən çıxmış və videoçəkiliş zonasından tamamilə kənarda qalmış, habelə polis əməkdaşlarının sərbəst girib çıxa bildiyi qonaq otağına qayıdılır və orada keçirilən axtarış zamanı otaqda olan qara rəngli şüşəli dolabın yuxarı gözündəki bir ədəd şüşə qabın içərisindən təqsirləndirilən şəxs Məhkum irəli sürülmüş ittihamda öz əksini tapmış 1 ədəd şəffaf sellofan polietilen bükümdə təmiz çəkisi 13,801 qram psixotrop maddə metamfetamin, habelə 1 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi qeydə alınmışdır. Göründüyü kimi müstəntiq tərəfindən tərtib edilmiş protokol və videoçəkilişdən müəyyən olunur ki, 27 avqust 2022-ci il tarixdə axtarış və götürmə yalnız yuxarıda adları çəkilən 4 poli s əməkdaşları iştirak etməli olduqları halda, müvafiq istintaq hərəkəti keçirməzdən əvvəl, həmçinin bilavasitə keçirilən ərəfədə qeyd olunan mənzildə əməliyyat müvəkkili Şahid5 və digər polis əməkdaşları olmuş (qeyd olunan hal şahid Xnın ifadələri və axtarış və götürmənin özündə əks etdirən video görüntülərlə təsdiq olunur), axtarış gedişatında bir sıra məkanlar o cümlədən psixotrop maddə və elektron tərəzinin sonradan aşkar edildiyi mənzilin qonaq otağı tam nəzarətsiz və videoçəkilişin əhatə etdiyi diapazondan kənarda qalmış, habelə psixotrop maddənin aşkar olunduğu otağa polis əməkdaşlarının sərbəst girib çıxa bilmişlər (protokolda adları çəkilməyən polis əməkdaşları). Yuxarıda sadalanmış hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, Məhkum kirayə tutduğu ünvan 3 ünvanında hə yata keçirilmiş “axtarış və götürmə” istintaq hərəkəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 247-ci maddəsinin tələblərinə riayət edilmədən həyata keçirilməsi mübahisəsiz şəkildə qəbul edilməli, həmçinin həmin pozuntulara yol verilməsi istintaq orqanının qeyri-peşəkarlığından irəli gələn halın olması ilə bağlı olmamaqla, məhz qanunsuz şəkildə istintaq hərəkətinin keçirilməsinə dəlalət edən hal kimi nəzərə alınmalıdır ki, belə vəziyyətdə məhkəmələrin 27 avqust 2022-ci il tarixli “axtarış və götürmə” protokolunun, habelə onun tərkib hissəsi olan həmin istintaq hərəkətinin aparılmasına dair videogörüntülərin, bu tədbirlərin gedişində əldə olunanları sübut kimi qəbul etməmələri cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilm əz. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutları n mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar. Cinayət təqibi orqanının təqdim etdiyi digər sübutlara – şahid qismində dindirilmiş polis əməkdaşlarının, məhkəmə ekspertizalarının rəylərinə gəldikdə, onlardan birincilər (polis əməkdaşlarının ifadələri) müstəsna olaraq Məhkum barəsində keçirilmiş əməliyyataxtarış və istintaq tədbirlərinin gedişində baş verənlərlə aid olmaqla, ekspert rəyləri isə Məhkum məhkəmə-narkoloji müayinələrinin, eləcə də narkotik vasitələrin məhkəmə-kimyəvi tədqiqatının nəticələrini əks etdirməklə, bilavasitə 13,801 qram psix otrop maddənin – Məhkum məxsus olması barədə məlumat vermirlər. Belə olan halda, məhkəmələrin təqdim olunmuş sübutların Məhkum ona isnad edilən cinayət əməllərini törətməkdə yəni 13,801 qram psixotrop maddə metamfetamini kirayə yaşadığı Şirvan şəhəri, Səməd Vurğun küçəsi 27/17-də yerləşən mənzildə daşımaqla saxlamasında təqsirli bilmək üçün kifayət etməməsi haqqında nəticəyə gəlmələri sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, mü əyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görünür ki, birinci instansiya və apelyasiya instansiya məhkəməsi qərarlarında Məhkum cinayət əməlini kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-cı maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışdır. Odur ki, kollegiya birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin halların ı (13,801 qram psixotrop maddə metamfetamini Məhkum kirayə tutduğu Şirvan şəhəri, Səməd Vurğun küçəsi 27/17-də yerləşən mənzildə aşkar olunaraq götürülməsi ilə bağlı əldə olunmuş sübutların etibarlı və mötəbər olmaması haqqında, həmçinin Məhkum satış məqsədi olmadan 0,886 qram psixotrop maddə olan metamfetamini əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Belə olan halda, dövlət ittihamçısının kassasiya protestində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi də əsaslı sayıla bilməz. Çünki, məhkəmələr tərəfindən müəyyən edilmiş yuxarıda qeyd olunan əməlləri cinayət olaraq məhz CM-in 234.1-ci maddəsi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etmiş olduğu digər dəlillər də, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qanuni və əsaslı qərarın ləğv edilməsini şərtləndirən əsaslı arqument kimi qəbul edilə bilməz. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsinə dair məhkum və onun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 25 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli, 1(106)-494/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar