Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-671/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin (hakim: X4) 11 avqust 2020-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Məhkum həbsdə saxlanıldığı 2 (iki) gün müdd ətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: hakimləri X2 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin hall arı: Məhkum ona görə məhkum edilmişdir ki, o, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 1,015 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumilikdə 0,022 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq üstündə saxlamış, 08 yanvar 2020-ci il tarixdə saat 17.20 radələrində polis əməkdaşları tərəfindən Sumqayıtçay Dəmir Yolu stansiyasının ərazisində yaxalanaraq, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-də üstündə şəxsi axtarış keçirilərkən, həmin narkotik vasitə və psixotrop maddə əynində olan gödəkçəsinin sağ yan cibindəki iki ədəd plastik qutuda, hər birində ayrı-ayrılıqda olmaqla aşkar edilərək götürülmüşdür. Kassasiya pro testinin dəlilləri: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı2 kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza növü təyin etmişdir. Məhkum törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həm in cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkum satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli sellofan torbaya bükülmüş narkotik vasitə olan ümumi təmiz çəkisi 490 qram qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Saray qəsəbəsində daşıyaraq saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Bu cinayət əməlləri eyni zamanda digər ictimai münasibətlərə də qəsd edib ziyan vurduqları üçün ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret fərdin sağlamlığı Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin əlavə obyektləri hesab olunur. Məhz ictimai təhlükəliliyinin xarakteri baxımından bu qəbildən olan cinayətlər Cinayət Məcəlləsində ictimai təhlükəsizlik əl eyhinə olan cinayətlər bölməsinə (X bölmə) aid edilmişdir. İş materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı Məhkum hərəkətlərində könüllü gələrək təqsirini boynuna alması kimi yüngülləşdirici hal olmamış, onun törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olmuş, o cinayətin üstünün açılmasında köməklik etməmiş, ibtidai istintaq orqanı tərəfindən toplanmış təkzib olunmaz mötəbər sübutlarla ifşa olunduqdan sonra törətdiyi cinayət əməlini etiraf etmiş məhkəmə istintaqı zamanı isə səmimiyyət görünüşü yaratmaqla cəzasını yüngülləşdirmək məqsədi ilə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi onun törətdiyi əmələ münasibətindən, bu əməli səmimi etiraf edib-etməməsindən çox asılıdır. Çünki, səmimi etiraf şəxsin törətdiyi cinayət ə tənqidi münasibətinin göstəricisidir. Belə bir halın mövcud olmaması isə şəxsin ona yüngül cəza növü tətbiq edilməklə islah ediləcəyinə inamı azaldır Məhkəmələr tərəfindən Məhkum ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növü təyin edilərkən, cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir Göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarı cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının və kassasiya protestinin təmin olunmaması barədə məhkumun çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kass asiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktın ın müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. Azərbaycan R espublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əs asən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi halların a yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti b arədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsi 11 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən halları nəzərə almış, Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən Məhkum cəzasını ağırlaşdıran hal müəyyən edilməm işdir. Apellyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlamaqla işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 9.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-671/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-671/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver