Məhkəmə qərarları › İş №1(102)-671/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-671/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-671/2022 03.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Təqsirləndirilən şəxs3 Məhəmmədəli oğlunun, Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi, Gəncə ASAN Vəkil Bürosunun vəkili Əliyev Natiq İltifat oğlunun iştirakları ilə xx xxxxxx 1993-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünv anda yaşamış və hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.2.3 və 149.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Gəncə ASAN Vəkil Bürosunun vəkili Əliyev Natiq İltifat oğlu tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: X.H.Səmədov (sədrlik edən), F.N.Mahmudov və E.İ.Rüstəmov) Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-in 144.2.3 və 149.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 144.2.3-cü maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 149.1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 19 sentyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), T.A.Muxtarov və S.B.Hüseynov) məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkumlar Təqsirləndirilən şəxs2 və A.Əliyevin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaya aid hissədə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 62-ci maddəsinin tətbiqi saxlanılmaqla 03 (üç) ilə endirilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyab r 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən məhkum R.Həsənovun barəsində amnistiya tətbiq edilərək bu qərarla təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 06 (altı) ay müddət çıxmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Əliyev Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 62-ci maddəsinin tətbiqi saxlanılmaqla 03 (üç) ilə endirilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən məhkum A.Əliyevin barəsində amnistiya tətbiq edilərək bu qərarla təyin olunmuş 03 (üç) il müdd ətinə azadlıqdan məhrumetmə cəzasından 06 (altı) ay müddət çıxmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs1 17 sentyabr 2019-cu il tarixdə, saat 21 radələrində Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən “Dan Ulduzu” adlı çTəqsirləndirilən şəxs3da tanışı Təqsirləndirilən şəxs2 ilə görüşüb evlənmək məqsədi ilə rayonun Qızılhacılı qəsəbəsində yaşayan xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs oğurlanmasında ona kömək etməsi təklifini edib razılaşaraq, digər tanışı Təqsirləndirilən şəxs3 ilə də bu işdə avtomobili idarə edilməsinə dair mobil telefon vasitəsi ilə məlumat verib üçü birlikdə Zərərçəkmiş şəxs oğurlanması məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi razılaşdıqd an sonra, 18 sentyabr 2019-cu il tarixdə saat 06:30 radələrində Təqsirləndirilən şəxs2la birlikdə atası Şahid5 istifadəsində olan “VAZ 2105” markalı “**BG-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Təqsirləndirilən şəxs3 Əliyevi də şəhərin Heydər Əliyev prospektində yerləşən “Goranboy ticarət mərkəzinin” qarşısından götürüb, Zərərçəkmiş şəxs Naftalan şəhərinə işə getməsini əvvəlcədən bildiyi üçün rayonun Qızılhacılı qəsəbəsində yerləşən “Oba” marketin qarşısında avtomaşını saxlayıb, əvvəlcədən aralarındakı razılığa uyğun olaraq Təqsirləndirilən şəxs2 qabaq sərnişin üçün nəzərdə tutulmuş oturacaqda, Təqsirləndirilən şəxs3 Əliyev avtomaşının sükanı arxasında, özü isə avtomaşının arxa oturacağında oturub Təqsirləndirilən şəxs3 avtomaşını 10-15 metr irəliyə doğru hərəkət etdirib həmin küçədə ye rləşən aptekin qarşısında saxladaraq Zərərçəkmiş şəxs evdən çıxmasını gözləmiş, saat 08 radələrində Zərərçəkmiş şəxs dayandıqları istiqamətə doğru gəlməsini görüb, Təqsirləndirilən şəxs3 Əliyevə avtomaşını idarə edib Zərərçəkmiş şəxs yanında saxlamasını tapşırmış, daha sonra Təqsirləndirilən şəxs2la avtomaşından düşərək əvvəlcə özü Zərərçəkmiş şəxs yaxınlaşıb fiziki güc tətbiq etməklə hər iki qolundan tutub hərəkətini məhdudlaşdırıb iradəsinə zidd olaraq onu avtomobilin arxa oturacağına mindirmək üçün avtomaşına tərəf sürükləmiş, lakin Zərərçəkmiş şəxs fəal müqavimət göstərərək oturub arxası üstə yerə uzanması səbəbindən Təqsirləndirilən şəxs2 da cəld şəkildə onun köməyinə gəlib hər ikisi birlikdə fiziki üstünlükərindən istifadə edib, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs hər iki ayağınd an, o, isə arxadan hər iki əli ilə bel nahiyyəsindən qucaqlayaraq qaldırıb qışqırıb köməyə adam çağırmasına və müqavimət göstərməsinə əhəmiyyət vermədən avtomaşının arxa sağ qapısından arxa oturacağına həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə mindirib, özü Zərərçəkmiş şəxs yanında, Təqsirləndirilən şəxs2 isə onların arxasınca arxa sağ qapını bağlayaraq qabaq sərnişin üçün nəzərdə tutulmuş oturacaqda əyləşdikdən sonra, Təqsirləndirilən şəxs3 avtomaşını idarə edib hərəkətə gətirmiş, yolda Zərərçəkmiş şəxs ona müqavimət göstərib qışqırıb getmək istəməməsini bildirib, azad edilməsini tələb edib avtomaşından düşməyə cəhd etsə də, Zərərçəkmiş şəxs tutub buna imkan verməmiş, əli ilə ağzını yumaraq qışıqırmasının qarşısını almış və hər üçü Zərərçəkmiş şəxs yalvarışlarına məh əl qoymayaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində oğurlayıb, onu qonşuları Şahid7 yaşadığı ünvan 2 darvazasının qarşısına gətirib zorla düşürdükdən sonra Zərərçəkmiş şəxs müqavimət göstərib küçədə haray salmasını və evə aparılmaması üçün dizlərini yerə qoyub, oturmasını görüb əvvəlcə arxa tərəfdən qollarının altından tutaraq yerdən qaldırmağa çalışmış, Zərərçəkmiş şəxs yerdən qalxmadığını gördükdə zorla qucağına alaraq küçə qapısından həyətə apardıqdan sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 çıxıb getmiş, o, isə Zərərçəkmiş şəxs iradəsi əleyhinə evin 2-ci mərtəbəsinə qaldırıb qolundan dartaraq sürükləyib arxa yataq otağına aparmış, bundan sonra cinayət əməllərini davam etdirərək Zərərçəkmiş şəxs onunla evlənməsinə razı olmayacağını görüb, sonuncu ilə cinsi əlaqədə oldu ğu təqdirdə çıxılmaz vəziyyətdə qalıb razılaşacağını düşünərək, Zərərçəkmiş şəxs onunla könüllü sürətdə cinsi əlaqəyə girməyəcəyini başa düşüb zorla cinsi əlaqəyə girmək qərarına gəlib Zərərçəkmiş şəxs oğurlanması ilə bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Əliyevlə qabaqcadan razılığa gəldiyi ümumi niyyətdən kənara çıxaraq, Zərərçəkmiş şəxs gətirdiyi otaqdan qolundan tutub dartaraq zorla həmin evin digər yataq otağına aparıb orada sonuncunu qucaqlayıb iradəsi ziddinə zorla döşəyin üstünə yıxaraq bədəninin ağırılğı ilə ona təzyiq edib əvvəlcə şalvarını, ardınca isə trusikini aşağıya doğru dartıb əynindən çıxarmış, daha sonra o, öz paltrarlarını çıxararaq Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq niyyəti ilə onun üzərinə uzanıb özünə tərəf dartmış, sonuncu onu itələyərək cinsi əlaqədə olmasına imkan verməmiş, Zərərçəkmiş şəxs gücünün tükənməsini görüb vaxt udub qaçmaq məqsədi ilə təcili olaraq tualetə getmək istədiyini bildirmiş, o, öz müşahidəsi altında Zərərçəkmiş şəxs tualet otağına aparmış, sonuncu tualetin qapısını bağlayıb köməyə çağırsada o, fiziki güc tətbiq edib qapını açmış, Zərərçəkmiş şəxs yenidən yataq otağına dartaraq aparıb, müqavimət göstərməsinə baxmayaraq əynində olan şalvarını çıxardıqdan sonra, trusikini aşağı istiqamətdə dartıb çıxarmaq istəyərkən sonuncu isə əli ilə trusikini tutub əks istiqamətdə dartıb buna imkan vermədiyindən Zərərçəkmiş şəxs əynində olan tursikin yan bel nahiyyəsində fiziki qüvvənin təsiri nəticəsində 1 ədəd 90 mm uzunluqda mexaniki dartılıb sökülmə zədəsi əmələ gəlmiş, Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməsi nəticəs ində sağ və sol saidin 3/1 nin arxa səthinin, sol budunun aşağı 3/1-nin iç səthinin qançırlarından ibarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, trusikini çıxardıqdan sonra zor tətbiq edib ayaqlarını aralayıb üzərinə uzanıb bel nahiyyəsindən tutub özünə tərəf dartaraq cinsi orqanını Zərərçəkmiş şəxs usaqlıq yoluna daxil etməklə qızılıq pərdəsinin tamlığını pozaraq zorla cinsi əlaqədə olub onu zorlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarının dəyişdirilməsi və Təqsirləndirilən şəxs1 CM-in 62-ci maddəsi tətbiq olunmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddən də aşağı cəza t əyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, məhkəmələr Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, o cümlədən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, gənc olmasını, eyni zamanda cəzanı ağırlaşdıran halların olmamasın kifayət qədər nəzərə almamışlar. Müdafiəçi həmçinin qeyd edir ki, hal-hazırda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi N.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittiham çısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual q anunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş cəzanın ağır olması mübahisə edilir və barəsində olan yüngülləşdirən halları nəzərə alaraq ona təyin edil ən cəzanın CM-in 62-ci maddəsi tətbiq olunmaqla daha yüngül cəza ilə əvəz edilməsi xahiş olunur. Kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 144.1-ci maddəsinə əsasən “Adam oğurluğubeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 144.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 144.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdəsəkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsinə əsasən “Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma— dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağı rlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşd irilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətin i göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMin 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəa l kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs1 barəsində ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın cəza təyin etmiş və qanunda nəzərdə tutulmuş həddən az cəza təyin edilməsinə əsaslar müəyyən etməmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Konstitusiyanın 12-ci maddə sində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsipl ərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədləri nə nail olmasına xidmət edir. Odur ki, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 barəsində CM-in 144.2.3 və 149.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar