Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-671/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə xx xxxxxx 1988-ci ildə Rusiya Federasiyası, Həştərxan vilayəti, Xarabali rayonu, Zavoljye şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam o rta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Xaçmaz rayonu Hacılar kəndində daimi qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli 1(105)-415/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 8 may 2024-cü il tarixli 1(124)-370/2024 nömrəli hökmü ilə (hakimlər: N.N.Hüseynli (sədrlik edən), E.Q.Məmmədov və N.N.Mirzəyev) Məhkum – Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 6 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli 1(105)-415/2024 nömrəli qərarı ilə (hakimlər: A.İ.İsmayılov (sədrlik edən), R.O.Əsgərova və R.Ə.Ağayev) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 8 may 2024-cü il tarixli 1(124)-370/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, qeyrirəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayından ona qarşı soyuq münasibət bəsləməsindən, habelə yaşadıqları fərdi yaşayış evinin həyətindən ona məxsus olmayan siqaret kötüklərini tapmasına görə Zərərçəkmiş şəxs başqa bir kişi ilə ona xəyanət etməsindən şübhələndiyi üçün qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində “yüngül alkoqol sərxoşluğu” halında birgə yaşadıqları, Xaçmaz rayonu Hacılar kəndində yerləşən kənd məscidindən 1 km cənub-qərbdə yerləşən Şahid4 məxsus fərdi yaşayış evinin yataq otağında azyaşlı övladları Şahid3 və Şahid2 gözləri qarşısında hər birinə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə ümumi uzunluğu 280 mm, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs həyat üçün vacib əhəmiyyətli orqanların yerləşdiyi sinə nahiyəsinə qəsdən çoxsaylı və ardıcıl bıçaq zərbələri vuraraq sonuncuya “döş qəfəsində iki ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara" kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, habelə “alt çənə, sol said, sol əlin lllİV-V və sağ əlin İ barmaqlarının, sağ baldırın kəsilmiş yaraları” kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs göz nahiyəsinə təpik zərbəsi vurmaqla “sağ göz ətrafının qançırı” sağlamlığa zərər vurmayan xəsarəti yetirərək öz məqsədinə çatmaq üçün hərəkətlərini davam etdirərkən zərərçəkmiş ş əxsin yaxın qohumlarının ona aktiv müqavimət göstərməsi səbəbindən, habelə Zərərçəkmiş şəxs “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin cərrahiyyə şöbəsinə dərhal təxliyə edilərək orada zərərçəkmiş şəxsə həkimlər tərəfindən İxtisaslı tibbi yardım göstərilməsinə görə həyatının xilas edilməsi nəticəsində bilavasitə qəsdən adam öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmiş, yəni sonuncunu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və onun əməlini CM-in 29, 120.2.4-cü maddəsindən həmin Məcəllənin 126-cı maddəsinə tövsif etməklə həmin maddə ilə cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı müdafiəçi A.Hüseynovun və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə əriz əsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-671/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-671/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver