Məhkəmə qərarları › İş №1(102)-672/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-672/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-672/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli h ökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Məhərrəmli Əhməd Nizami oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.R.Tağıyev) Məhkum - xx.xx.1992-ci ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 qeydiyyatda olan, ünvan 2 kirayənişin qalan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) i l müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, ümumilikdə 2 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum üzərinə ünvan 3 yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş y erinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyularaq, cəzanın icrası Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə həvalə edilmiş, cəzasının əvvəlinin məhkumun Qaradağ rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İşin halları: Məhkum təqsirlli bilinmişdir ondan ötrü ki, o, ər-arvad kimi birgə yaşadığı Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Muxtarov küçəsində olan 82 saylı evin giriş qapısının asma qıfılını daş parçası ilə qıraraq mənzilə qanunsuz daxil olub mənzildəki paltar dolabında olan çantadan Zərərçəkmiş şəxs məxsus 2700 manat pulu gizli olaraq talayıb oğur luq etmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət hazırki qərarla ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyi rmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesalanması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Məhərrəmli Əhməd Nizami oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi-vəkil Məhərrəmli Əhməd Nizami oğlu kassasiya şikayətində göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Məhkum gəncdir, himayəsində azyaşlı övladı vardır, ilk dəfə cinayət törətmişdir və əməlindən səmimi peşimandır, evin tək övladıdır, ailənin maddi tələbatları yalnız onun tərəfindən ödənilir. Həmçinin bildirmək istəyirəm ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan məhkumun ail ə üzvləri tərəfindən tamamilə ödənilmiş, qəbz və notarial qaydada təsdiq edilmiş ərizə kassasiya şikayətimizə əlavə edilmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və Məhkum azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cina yət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-pros essual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum gəncdir, himayəsində azyaşlı övladı vardır, ilk dəfə cinayət törətmişdir və əməlindən səmimi peşimandır, evin tək övladıdır, ailənin maddi tələbatları yalnız onun tərəfindən ödənilir. Həmçinin bildirmək istəyirəm ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan məhkumun ailə üzvləri tərəfindən tamamilə ödənilmişdir, qəbz və notarial qaydada təsdiq edilmiş ərizə kassasiya şikayətimizə əlavə edilmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və Məhkum azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçinin kassasiya şi kayətinə əlavə olunmuş zərərçəkmiş şəxs X3 tərəfindən yazılması notarial qaydada təsdiq edilmiş ərizədə göstərilmişdir ki, Məhkum qarşı heç bir şikayətim və tələbim yoxdur və gələcəkdə də olmayacaqdır. Göstərilən hal Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hala (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi) uyğundur və nəzərə alınmalıdır. Müdafiəçinin kassasiya şikayətinin dəlili bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası bu halı və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı dəyişdirilməli və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzasın a endirilməlidir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək, ümumilikdə 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası cəkmiş və xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, ümumilikdə 2 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Bu müddətlər nəzərə alınmaqla, Məhkum cəmi 11 (on bir) ay müddətinə həbsdə olmuşdur. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən göstərilən 11 ay azadlıqdan məhrum etmə müddəti azadlığın məhdudlaşdırılmasının 22 (iyirmi iki) ayına bərabər tutularaq, Məhkum xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 4 (dörd) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkməsi nəzərə alınmaqla Məhkum ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmış hesab edilməli və o cəzadan azad edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 416.1.21-ci maddəsinə əsaəsn məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkə məsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Məhkum xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək, ümumilikdə 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası cəkməsi və xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, ümumilikdə 2 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, cəmi 11 (on bir) ay müddətinə həbsdə olması, bu müddət Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 22 (iyirmi iki) ayına bərabər tutularaq, xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 4 (dörd) ay 6 (altı ) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkməsi də nəzərə alınmaqla, Məhkum ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmış hesab edilsin. Məhkum dərhal həbsdən azad edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar