Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-672/2024 27.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, məhkum X9 müdafiəçisi Müdafiəçi iştirakı ilə, Kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin tə min edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarından məhkum X9 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə, məhkum X16 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Həsənzadə İradə Xəlil qızı, hakimlər Quliyev Əhməd Paşa oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) 23 iyul 2018-ci il tarixli hökmü ilə X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2ci maddəsi ilə təqsirli bilinib 12 il 6 ay müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 4 sentyabr 2017-ci il tarixdən hesablanması, bar əsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən məhkum X16 və müdafiəçisi, eyni zamanda digər məhkumlar və onların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim: Bayramov Əmir Novruz oğlu, hakimlər Qasımov Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 27 sentyabr 2018-ci il tarixli, 1(103)-1248/2018 saylı qərarı ilə məhkum X16 və müdafiəçisinin, eləcə də digər məhkum və müdafiəçilərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti və kassasiya şikayə tinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatət verərək vəsatətin təmin edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, X16 tərəfindən vurulmuş zərərin böyük bir hissəsi zərərçəkmiş şəxslərə ödənilmişdir, qalan zərərin də dərhal ödənilməsinə hazırdır, bundan başqa Anar Əmirli bu cinayətin törədilməsində özünü qismən təqsirli bilib, lakin yüksək keyfiyyətli hüquqi yardımdan istifadə edə bilmədiyi, maddi çətinliyi, cinayət səbəbi ilə düşdüyü psixoloji vəziyyət və digər faktorlar səbəbi ilə o, apellyasiya məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarından vaxtında kassasiya şikayəti verə bilməmişdir. Anar Əmirli uzun müddətdir ağır xəstədir, bu səbəblə də heç kimlə demək olar ki, ünsiyyət qurmur, normal yaşam funksiyalarını yerinə yetirə bilmir, yəni, uzun müddətli fiziki və psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduğu üçün obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmayıb. Bundan başqa o, heç kimdən kassasiya şikayətinin necə verilə biləcəyi, təcridxana rəhbərliyinin vasitəsilə verilməsinin məcburi olduğu ilə bağlı məlumat ala bilməmişdir. O, kassasiya şikayətinin verilmə müddətini ağır xəstəliyi səbəbi ilə ötürmüşdür. Bu səbəblə həmin durumun üzrlü sayılaraq müddətin bərpa edilməsi xahiş edilir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlu) 4 oktyabr 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 1(103)-1248/2018 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair məhkum X9 müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Müdafiəçi kassasiya şikayətində bildirmişdir ki, X21 vətəndaşıdır, azərbaycan dilini yaxşı bilmir, iki dəfə kassasiya şikayəti verərək geri götürmüşdür. Tərcüməçi ilə təmin olunmadığından geri götürmə ərizəsinin mahiyyəti ona izah olunmamışdır. uzun müddətdir ağır xəstədir, bu səbəblə də heç kimlə demək olar ki, ünsiyyət qurmur, normal yaşam funksiyalarını yerinə yetirə bilmir, yəni, uzun müddətli fiziki və psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduğu üçün obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamışd ır. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarının ləğv olunması, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə əlavədə məhkumun 6 ay olar ki, psixi xəstəlikdən əziyyət çəkməsi, mütəmadi olaraq dərmanlardan istifadə etsə də, müsbət nəticə əldə etməməsi, tez –tez stress halına düşməsi qeyd edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti müdafiəçinin kassasiya şikayətində irəli sürülən eyni dəlillərlə əsaslandırılaraq eyni tələb irəli sürülmüşdür. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1- ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib cinayət i şinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavənin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vax tında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübut məhkum tərəfindən məhkəməyə təqdim edilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı X9 iştirakı ilə elan edilmiş, həmin qərar eyni tarixli məktubla X11 təqdim edilməsi və şəxsi işinə əlavə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Bundan sonra məhkum X16 xx.xx.2019-cu il tarixli kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmiş, cinayət işi məhkəmənin icraatına qəbul edilərək məhkəmə prosesi təyin edilmiş, lakin məhkum X16 xx.xx.2019-cu il tarixli ərizə ilə kassasiya şikayətini geri götürdüyündən Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarından məhkum X16 tərəfindən verilmiş kassasiya şikayəti geri qay tarılmışdır. Daha sonra məhkum X9 müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmiş, cinayət işi məhkəmənin icraatına qəbul edilərək məhkəmə prosesi təyin edilmiş, lakin işə kassasiya instansiyası məhkəməsində baxılanadək X16 yenidən xx.xx.2020-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edib kassasiya şikayətini geri götürdüyünü bildirmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarından məhkum X9 müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Göründüyü kimi X16 və müdafiəçisi tərəfindən ayrı-ayrı vaxtlarda Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qər arından kassasiya şikayətləri verilmiş, lakin məhkum hər iki halda verilmiş kassasiya şikayətlərini geri götürdüyündən Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarları ilə kassasiya şikayətləri geri qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə edilmiş 25 iyun 2020-ci il tarixli dəyişikliklər əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından — onların çıxarıldığı, bu Məcəllənin 410.1-1 -ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətind ə verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilmiş 25 iyun 2020-ci il tarixli dəyişikliklərin keçid müddəalarında əsasən Bu Qanunun 1.40.3 - 1.40.5-ci maddələri, (yəni 410.1.2, 410.1.3 və 410.1.4-cü maddələri) apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur və bu qanunda göstərilənlər fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilməsini özündə ehtiva etmir. Həmçinin həmin Məcəllənin 410.1-1-ci maddəs inin məzmunundan aydın olur ki, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkum X9 mübahisələndirdiyi qərarın çıxarıldığı vaxt qüvvədə olan cinayət prosessual qanunvericiliyi onun qərardan kassasiya şikayəti verilmə müddətini 18 ay nəzərdə tutmuş və bu müddət həmin qərarın ona rəsmi qaydada təqdim edildiyi vaxtdan hesablanmalıdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti vermək üçün müddətin b ərpasına dair vəsatətdə buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul oluna bilən hər hansı əsaslı dəlil qeyd edilməmişdir. Məhkumun müdafiəçisi vəsatətində məhkumun uzun müddətli fiziki və psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduğu üçün obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmadığını bildirsə də, o, məhkumun səhhətinin uzun müddət pozulmasına səbəb olan xəstəliyin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları vəsatətinə əlavə etməmişdir. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini, yaxud onun vaxtında kassasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini təsdiq edən sübutla r, faktiki olaraq formal mülahizəyə istinad edərək təsdiqedici sənədlər təqdim etməmiş və əsaslı üzürlü səbəblər göstərə bilməmişdir. Vəsatətdə qeyd olunan sözügedən xəstəliklərin mövcud olması obyektiv olaraq məhkumu şikayət vermək hüququnun məhdudlaşdırılması üçün əsas olmamışdır Bundan başqa, cinayət işi materiallarından görünür ki, məhkum X16 və müdafiəçisi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarından iki dəfə kassasiya şikayətləri verilmiş, lakin məhkum tərəflərindən verilmiş kassasiya şikayətlərini geri götürdüyündən Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarları ilə kassasiya şikayətləri geri qaytarılmışdır ki, bu da müdafiə tərəfinin kassasiya şikayəti vermək üçün imkanlarının olmasına dəlalət edən hal kimi qiymətləndirilməlidir. Be ləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhkum X16 tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətlərində və kassasiya şikayətinə əlavədə göstərilən dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməs i yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Cinayət-Prosessual Məcəlləsinə görə cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası Kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə münasibətdə həmçinin bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həy ata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesa b edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X12rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavənin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 20 23-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum X9 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, məhkum X16 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-672/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-672/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver