Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-673/2019 04.06.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-673/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 04 iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və Müdafiəçi iştirakları ilə, Sumqa yıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər E.Ə.Mikayılov (sədrlik edən və məruzəçi), Ə.M.Abasov və M.M.Ağalarov) 18 avqust 2017-ci il tarixli hökmü ilə 01 aprel 1986-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, ünvansız evdə yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə az adlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 18 avqust 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 04.12.2016-cı il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ-21154” minik markalı **- KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob qəsəbəsi istiqamətində hərəkətdə olarkən, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 29-cu kilometrində '‘Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitəsi üçün təhlükə və ya maneə yarat madan çıxmaq istədiyi hərəkət zolağı kifayət edəcək məsafədə boş olmasına və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı, qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə hərəkətin təhlükəsizliyini təmin etmək üçün qarşı sol hərəkət zolağına çıxmamalı, hərəkət üçün təhlükə yaratmamalı, bununla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməmiş, qarşıda eyni istiqamətdə hərəkətdə olan yük avtomobilini ötmə əməliyyatına başlayaraq sol hərəkət zolağına çıxmış, ötməni başa çatdıra bilməyərək, qarşıdan əks istiqamətdə hərəkət edən mərhum X5 idarə etdiyi “VAZ-21063” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə ehtiyats ızlıqdan iki şəxsin ölümünə, yəni “VAZ21063” minik markalı avtomobilin sürücüsü mərhum X6ya döş boşluğuna çoxlu qanaxma ilə müşayiət olunmuş sol və sağ ağ ciyər paylarının zədələnməsi ilə hər iki tərəf qabırğaların çoxsaylı sınığı, sol bud sümüyünün qapalı sınığı, döş qəfəsinin qançırı, hər iki diz nahiyəsinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran; həmçinin özünün idarə etdiyi avtomaşında olmuş sərnişin mərhum X1 onurğa beyninə qansızma ilə Vİ boyun fəqərəsinin qəlpəli sınığı, sol aşıq-baldır sümüklərinin qapalı sınığı, sol budun sıyrığı kimi həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran xəsarətlər yetirməklə həmin şəxslərin ölmələrinə, idarə etdiyi “VAZ-21154” minik markalı avtomobilin digər sərnişini X4 budun arxa çıxığı və sirkə kasasının yeri ni dəyişmiş qapalı sınığı xəsarətləri yetirməklə sağlamlığına az ağır zərər vurulmasına, habelə idarə etdiyi “VAZ21154” minik markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi X10 4538 (dörd min beş yüz otuz səkkiz) manat, həmçinin “VAZ-21063” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi mərhum X7 3047 (üç min qırx yeddi) manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər F.G.Zeynallı (sədrlik edən və məruzəçi), V.C.Cəfərov və A.Ə.Abbasovdan ibarət tərkibdə) 21 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmiş, Məhkum təyin edilmiş əsas cəzanın müddəti 8 (səkkiz) ildən 7 (yeddi) ilə endirilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2017-ci il tarixli qərarının dəyişdirilməsini və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməklə onun cəzasının yüngülləşdirilməsi barədə qərar çıxarılmasını xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkumun Müdafiəçi onunla əsaslandırır ki, məhkəmə cəza təyin edərkən cinayətin məqsədini və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli d ərəcədə azaldan başqa halları, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, həmçinin əvvəllər məhkum olunmamasını iş üzrə əhəmiyyət kəsb edən yuxarıda qeyd edilən bütün nəzəri və faktiki halları araşdırmadan, cəza təyin etmək üçün əhəmiyyətli olan hallara qiymət vermədən, məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları tam nəzərə almadan sözügedən qərarı qəbul etmişdir. Belə ki, məhkum Məhkum ümumi xəstəliklə müddətsiz ikinci qrup əlil olması, eləcə də himayəsində heç bir yerdə işləməyən həyat yoldaşının və iki azyaşlı uşaqlarının olması, iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, onların şikayətlərinin, maddi və mənəvi tələblərinin olmaması, eləcə də digər zərər çəkmiş şəxsin h üquqi varisi ilə barışıq əldə etmək və dəymiş ziyanın tam ödənilməsi üçün bütün zəruri tədbirlərin görülməsi məhkəmə tərəfindən nəzərə alınmaqla barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona daha yüngül cəza təyin edilməsi mümkündür. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqi nin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikas ı CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində də əməlin tövsifi mübahisələndirilmir. Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşdən görünür ki, Məhkum 04.12.2016-cı il tarixdə törətdiyi avto qəza nəticəsində ehtiyatsızlıqdan iki şəxs ölmüş, bir şəxsin sağlamlığına az ağır zərər vurulmuş, habelə X10 4538 manat, mərhum X7 3047 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkum törətdiyi cinayət təsnifata görə ağır cinayətlərə aiddir. İki nəf ər şəxsin ölümünə, bir nəfər şəxsin az ağır zərər vurmasına və xeyli miqdarda ziyan vurma ilə nəticələnmiş ağır cinayət törətmiş şəxsin barəsində CM-in 62.1-ci maddəsinin tətbiqi üçün müstəsna halların olması zəruridir. İşdən isə görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərba ycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün olaraq nəzərə almışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzə rə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddinə yaxın həddə ədalətli cəza təyin etmişdir. İşin materiallarında da Məhkum cəzasının daha da yüngülləşdirilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 21 noyabr 2017-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2017-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-673/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-673/2019
04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver