Məhkəmə qərarları › İş №1(102)-673/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-673/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-673/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim E.F.Qurbanov) Məhkum (xx xxxx 1987-ci il tarixdə ünvan3də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan4-də qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yeri olan ünvan4 hər gün saat 22.00-dan saat 07.00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə ünvan5 ərazi hüdudlarını tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən ünvan6ni iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzanın icrasına nəzarətin Məhkum yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin ünvan6ndə qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər R.M.Cəfərov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin xx xxxx xx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum cavabdeh kimi ondan əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxxx 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 1 (bir) uşağa 100 (bir yüz) manat olmaqla 2 (iki) uşağa cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 2(032)-3165/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə gör ə Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3(032)-306/2018 saylı inzibati xəta haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxx 2019-cu il tarixə kimi 3340 (üç min üç yüz qırx) manat məbləğində köhnə ayların yığılıb qalmış aliment borcunu tələbkara ödəməyərək məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və cinayət işinə apellyasiya qaydasında baxılarkən Məhkum şəxsiyyəti, tərətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkəmə qətnaməsinin qüvvəyə minməsindən ötən müddət ərzində borclu olduğu alimentin məbləğini qərəzli olaraq ödəməkdən yayınması və ümumilikdə 5296,77 manat təşkil edən aliment borcundan az bir hissəsini – 1790 manatı ödəməsi, 2870 manat borcun isə ödənilməmiş qalması cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmalı olduğu halda nəzərə alınmamış, nəticədə Məhkum Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinin ziddinə olaraq islah edilməsi, cəzanın digər məqsədlərinin təmin edilməsi üçün yetərli olmayan – azadlığın məhdudlaşdırılması növündə həddindən artıq yüngül cəzaya məhkum olunmuşdur. Zərərçəkmiş şəxs kassa siya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır növ cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kas sasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətinə, təqsirli bili ndiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilmə hallarına uyğun olmayan azadlığın məhdudlaşdırılması növündə həddindən artıq yüngül cəzanın təyin olunduğunu və bu cəzanın apellyasiya instansiyası məhkəməsi tərəfindən də əsassız olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxsin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ict imai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.3-cü maddəsi isə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın cəza təyin edilərkən təkrar nəzərə alınmasını qadağan edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci m addəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan cinayət - hüquqi normaların işığında zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, həmin dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, məkum Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə aza dlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Belə olan halda, kassasiya şikayəti müəllifinin Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, qəsd etdiyi obyektin xüsusiyyətlərinə istinad edərək təqsirkara CM-in 306.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını mübahisələndirməsi, qanunverici məhz şikayətdə istinad edilən - cinayətin xarakteri, ictimai-təhlükəliliyi, obyektin xüsusiyyətləri və s. əlamətlərə görə CM-in sözügedən maddəsinin sanksiyasını cinayət qanununda təsbit edilən qaydada müəyyən etdiyindən, o cümlədən həmin cinayəti törətmiş şəxslərə nəinki 2 (iki) il müddətə azadlığın mə hdudlaşdırılması cəzasını, hətta ondan daha yüngül cəzaların da (cərimənin, ictimai işlərin, islah işlərinin) təyin edilməsini mümkün bildiyindən, düzgün mövqe kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxsin məhkuma daha ağır cəzanın təyin edilməsi üzərində israr etməsi həm də ona görə əsassızdır ki, Məhkum ilk dəfədir ki, məhkum olunur, yenidən ailə qurmuş və bu nigahdan da himayəsində azyaşlı uşağı var, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən (ittihama görə 3340 manat təşkil edən ziyandan hökmə qədər 1320 manat, apellyasiya baxışında daha 470 manat, ümumilikdə 1790 manat) ödəmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin hallar Məhkum şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran – Cinayət Məcəlləsin in 61-ci maddəsinin təsbit etdiyi hallardan hər hansı biri hazırki işdə müəyyən olunmamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar mövzusunda birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasını, 59.1.14-cü maddəsi isə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar sırasında birbaşa nəzərdə tutduqlarından, məhkəmə kollegiyası həmin halların cəzanın təyin edilməsi zamanı nəzərə alınmasını pozuntu hesab etmir. Zərərçəkmiş şəxsin məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsas kimi onun məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləği ödəməkdən qərəzli olaraq boyun qaçırma sına istinad etməsini də əsaslı və qanuni mövqe kimi qəbul etmək mümkün deyil. Çünki, zərərçəkmiş şəxsin istinad etdiyi hal Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş cəzanı ağırlaşdıran halların sırasında nəzərdə tutulmamış, eyni zamanda məhkəmə qərarını qərəzli olaraq icra etməmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin dispoziyasında həmin cinayət tərkibinin obyektiv və subyektiv cəhətlərinin zəruri əlaməti kimi göstərilmişdir. Yəni qanunverici məhkəmə qərarının məhz qərəzli olaraq icra edilməməsinə görə CM-in 306.1-ci maddəsində cinayət məsuliyyəti müəyyən edib, həmin əmələ görə yuxarıda qeyd olunan cəzaları (o cümlədən, azadlığın məhdudlaşdırılmasını) nəzərdə tutmuşdur ki, təqsirkara da məhz bu növdə (2 il müddətə) cəza təyin edilmişdir. Məhkəmələrin cəzanı ağı rlaşdıran və yüngülləşdirən hallar barədə qənaətləri məhkəmə araşdırmalarında tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinin tələbi də pozulmamışdır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlayarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaətləri ilə yanaşı Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almış, bütün bunlara görə Məhkum barəsində 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını tətbiq etməklə də cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışlar. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin nəzərdə tutduğu cinayətə görə təyin olunmuş cəza Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (maddə 8) və humanizm (maddə 9) prinsiplərinə cavab verən cəza tədbiridir. Odur ki, cəzanın təyin edilməsinə və onun dəyişdirilmədən saxlanılmasına dair birinci və apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi, onların mübahisələndirilməsinə dair zərərçəkmiş şəxsin kassasiya şikayəti i sə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Şərh edilənlər məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar