Məhkəmə qərarları › İş №1(102)-673/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-673/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-673/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, məhkumXXXun və məhkumun müdafiəçisi Aysel Yusif qızı Məhərrəmovanın iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin (sədrlik edən hakim Sulduz Ləzimov) 1(017)83/2020 nömrəli 28 iyul 2020-ci il tarixli hökmü ilə 10 noyabr 1958-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi sahibkar, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan XXX oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213-1.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq təyin olunan 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 (bir) i l sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə XXXməhkum edilmişdir ona görə ki, o, aksiz markası ilə markalanmalı olan, belə marka ilə markalanmamış bir ədədinin orta bazar qiyməti 22,0 manat təşkil edən cəmi 44,0 manat dəyərində olan 2 ədəd 1,0 litrlik “Nemiroff orginal vodka” markalı, bir ədədinin orta bazar qiyməti 14,0 manat təşkil edən cəmi 42,0 manat dəyərində olan 3 ədəd 0,5 litrlik “Nemiroff orginal vodka” markalı, bir ədədinin orta bazar qiyməti 22,0 manat təşkil edən 1 ədəd 0,7 litrlik “Xortisya vodka” markalı araq və bir ədədinin orta bazar qiyməti 1,50 manat təşkil edən cəmi 120 manat dəyərində olan Birləşmiş Ərəb Əmirlikləri istehsalı olan 80 qutu “NANO RED Manchester”,bir ədədinin orta bazar qiyməti 1,50 m anat təşkil edən cəmi 210 manat dəyərində olan Birləşmiş Ərəb Əmirlikləri istehsalı olan 140 qutu “NANO BLACK Manchester”, bir ədədinin orta bazar qiyməti 3,0 manat təşkil edən cəmi 270 manat dəyərində olan Amerika Birləşmiş Ştatları istehsalı olan 90 qutu “EXTRA FİLTER PLATİNUM SEVEN 7 BLACK NANO”, bir ədədinin orta bazar qiyməti 3,50 manat təşkil edən cəmi 175 manat dəyərində olan Rumıniya istehsalı olan 50 qutu “SİLVER KENT”, bir ədədinin orta bazar qiyməti 3,0 manat təşkil edən cəmi 570 manat dəyərində olan Amerika Birləşmiş Ştatları istehsalı olan 190 qutu “EXTRA FİLTER PLATİNUM SEVEN 7 NANO WHİTE”, bir ədədinin orta bazar qiyməti 1,50 manat təşkil edən cəmi 120 manat dəyərində olan İtaliya istehsalı olan 80 qutu “CAVALLO PURE”, bir ədədinin orta bazar qiyməti 1,50 manat təşkil edən c əmi 135 manat dəyərində olan 90 qutu “GM GRAND MARK”, bir ədədinin orta bazar qiyməti 1,50 manat təşkil edən cəmi 60 manat dəyərində olan İtaliya istehsalı olan 40 qutu “CAVALLO BY PHİLİPPE ANDRE”, bir ədədinin orta bazar qiyməti 1,50 manat təşkil edən cəmi 60 manat dəyərində olan İtaliya istehsalı olan 40 qutu “CAVALLO BLUE”, bir ədədinin orta bazar qiyməti 1,50 manat təşkil edən cəmi 60 manat dəyərində olan İtaliya istehsalı olan 40 qutu “CAVALLO TONY FRANK”, bir ədədinin orta bazar qiyməti 1,50 manat təşkil edən cəmi 15 manat dəyərində olan Birləşmiş Ərəb Əmirlikləri istehsalı olan 10 qutu “GOLD MOUNT”, bir ədədinin orta bazar qiyməti 4,50 manat təşkil edən cəmi 585 manat dəyərində olan Birləşmiş Ərəb Əmirlikləri istehsalı olan 130 qutu “GOLD Marlboro EDGE” və bir ədədinin orta bazar qi yməti 3,50 manat təşkil edən cəmi 175 manat dəyərində olan Birləşmiş Ərəb Əmirlikləri istehsalı olan 50 qutu “NANO 4 KENT LS” markalı siqaret olmaqla, ümumilikdə külli miqdar təşkil edən 2663,0 manat məbləğində 6 ədəd alkoqollu içkilər və 1030 qutu tütün məmulatlarını sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu marketdə satış məqsədi ilə saxlamış, 23.01.2020-cu il tarixdə həmin alkoqollu içki və tütün məmulatları 8 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Etibar Camalov və İsmayıl Əhmədovdan ibarət tərkibdə) 1(106)-485/2020 nömrəli 07 oktyabr 2020-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməs inin 28 iyul 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protestində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Samir İsmayılov kassasiya protestini onunla əsaslandırır ki, məhkum barəsində şərti məhkum etmə tətbiq edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şərti məhkum etmə tətbiq edərkən və məhkumun cəza çəkmədən islah olunmasını mümk ün sayarkən məhkəmə ilk növbədə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini nəzərə almalıdır. Bu norma həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halların da nəzərə alınmalı olmasını təsbitləyir. Məhkum edilmiş şəxs XXXa qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamın ictimai təhlükəliliyi ondan ibarətdir ki, aksiz markaları ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malların dövriyyəyə buraxılması aksiz vergisinin ödənilməməsinə, nəticədə isə dövlətin iqtisadi sisteminə zərər yetirilməsinə səbəb olmasını, digər tərəfdən, aksiz markası olmayan malların dövriyyəyə çıxarılması onların istehsal mənşəyini və lazımi standartlara cavab verib-verməməsini də şübhə altına almasıdır. Qeyd olunan cinayətin obyekti qismində aksizli mallara aksiz markalarının tətbiq edilməsi və aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinə nəzarətin həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlər çıxış edir. XXXa istinad edilən Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət qanunvericiliyin tələbinə görə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Hazırki iş üzrə məhkəmələr təqsirləndirilən şəxsin müsbət xarakterizə olunmasını məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə almaqda haqlı olmamışlar. Məhkəmələr qeyd edilən halla əlaqədar sadəcə onun barəsində verilmiş olan xasiyyətnaməyə ist inad etmişdir. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydalarına əməl olunmasının nəticəsidir. Lakin məhkəmələr, XXXun yalnız müsbət xarakterizə olunmasını göstərməklə kifayətlənib, bunun nədə ifadə olunmasını, şəxsiyyətlərini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını hökmün və yekun qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini əsaslandırmamışlar. Onun səmimi peşmançılığının hansı hərəkət və ya hərəkətsizliyində ifadə olunması da qərarda əsaslandırılmamış, yalnız əməlindən səmimi peşman olması qeyd olunmaqla kifayətlənmişdir. Məhkəmə kollegiyasının XXXun ilk dəfə az ağır cinayət törətməsini də cəzasını yüngülləşdirən hal kimi tətbiq etməkdə ha qlı olmamışdır. İşin hallarından görünür ki, XXX hadisələrin təsadüfi axarı zəminində yox, hərəkətlərini planlaşdırmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) satış məqsədilə saxlaması nəticəsində hazırki cinayət əməlini törətmişdir. Göründüyü kimi məhkum edilmiş XXX həmin cinayət əməlini əvvəlcədən müəyyən edib qəsdən planlı və məqsədyönlü şəkildə törətmişdir. Buna görə də, məhkəmələr onun hərəkətlərində ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Beləliklə, təsvir edilənlərdən aydın olur ki, məhkəmə kollegiyası sözügedən halları (CM-in 70-ci maddəsinin tətbiqini mümkün edən əsasları) sübuta yetirilmiş hesab edərkən sübutları bir-biri ilə müqayisə etməklə yoxlamamaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, möt əbərliyi üzrə qiymətləndirməməklə, sübut etmə predmeti (CM-in 70-ci maddəsinin tətbiqini mümkün edən halların mövcudluğu) barədə gəldiyi nəticəni bu nəticəyə gəlmək üçün kifayət edən biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırmamaqla və nəticəyə gəlməsi üçün əsaslandığı sübutları ittiham hökmünün və qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməməklə CPM-in 139.0.5, 144, 145, 146, 349.5, 353.2.2-ci maddələrinin tələblərini, eləcə də bu tələblərin əsasında dayanan CPMnin 28, 33-cü maddələrində nəzərdə tutulmuş cinayət-mühakimə icraatının prinsiplərini pozmuş, cinayət mühakimə icraatının 8.0.3-cü maddəsində təsbit olunmuş cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üzrə vəzifəsini lazımınca yerinə yetirməmişdir. Göründüyü kimi, məhkəmə kollegiyasının yekun qərarında gəldiyi nəticədən fərqli olaraq şərti məhkum etmə tətbiq edilərkən XXX oğlunun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmamış, istər birinci instansiya, istərsə də apelyasiya instansiyası məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hallar düzgün müəyyən edilməmiş, nəticədə məhkum edilmiş şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkum XXX barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilərək sınaq müddəti müəyyən edilməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdı rma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən məhkum XXX oğlunun barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlav ə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutu lmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzə rə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Birinci instansiya məhkəməsi məhkum XXX oğlunun ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmələr XXXun barəsində cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət-prosessual qanunu tələblərinə riayət etmiş, eləcə də sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübu tun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr məhkum XXXbarəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərkən qanunun normasını düzgün tətbiq etmişlər. Odur ki, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Daha sonra, məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv və ya dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən və qərardan görünür ki, məhkəmə məhkum XXX oğluna cəza təyin edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. İşin materiallarında XXX oğlunun cəzasının daha da ağırlaşdırılması, yaxud barəsində tətbiq olunmuş şərti məhkumetmənin ləğv edilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırı lmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 oktyabr 2020-ci il tarixli XXXhaqqında qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. XXX oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar