Məhkəmə qərarları › İş №1(102)-673/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-673/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-673/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 14 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), Mirzə Xankişiyev və İlham Mahmudov) 10 avqust 2020-ci il tarixli 1(101)547/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2019-cu il tarixdən hesablanmışdır. Cəzaçəkmə müəssisəsini 20 sentyabr 2021-ci il tarixli müşayiət məktubu ilə Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti və apellyasiya şikayəti Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Faiq Qəniyev) 24 noyabr 2021-ci il tarixli qərarına əsasən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğuna görə təmin edilməmişdir. 18 avqust 2022-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddətindən doqquz aydan artıq vaxt keçdikdən sonra məhkum edilmiş şəxs Məhkum Bakı Ağ ır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət vermişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi 15 sentyabr 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum həmin məhkəmənin 24 noyabr 2021-ci il tarixli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti əsassız olduğuna görə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Emin Mehdiyev) 14 noyabr 2022-ci il tarixli 1(103)-2131/2022 nömrəli qərarı ilə Məhkum apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2022-ci il tarixli 1(103)-2131/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən prosessual pozuntulara yol verilmiş, məhkumun üzrlü səbəbdən müddət ötürməsi nəzərə alınmayaraq ədalətsiz qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2022-ci il tarixli 1(103)-2131/2022 nömrəli qərarı ləğv olunmalı və cinayət işi ye ni apellyasiya baxışına təyin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya insta nsiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Cinayət işinin materiallarından görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci l tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxmış və həmin müddətin bərpa edilməsi haqqında vəsatət vermişdir. İşə kassasiya qaydasında baxılarkən məhkumun müdafiəçisi X4 vəsatətlə müraciət edərək müddətin buraxılması səbəbini üzrlü hesab etməsini xahiş etmişdir. Vəsatətə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından verilmiş məktuba əsasən, müdafiəçi Adəm Məmmədovun sorğusuna əsasən bildirilmişdir ki, Bakı İstintaq Təcridxanasında saxlanılmış Məhkum tərəfindən barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020 -ci il tarixli hökmündən və 24 noyabr 2021-ci tarixli qərarından verilmiş apellyasiya şikayətləri təcridxananın dəftərxanasında sənəd dövriyyəsinin çoxluğundan və böyük inspektor (dəftərxana üzrə) ədliyyə kapitanı X1 diqqətsizliyi səbəbindən yuxarıda qeyd olunan sənədlərin vaxtında göndərilməsi təmin edilməmişdir. Qeyd olunan məsələ ilə bağlı böyük inspektor (dəftərxana üzrə) ədliyyə kapitanı R.Ələkbərov barəsində intizam icraatı başlanılmış, müvafiq iclasda protokollaşdırılmış və ona yol verdiyi nöqsana görə “xəbərdarlıq” elan edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun onun barəsində çıxarılmış birinci instansiya məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmündən və həmin hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsi barədə 24 noyabr 2021-ci tarixli qərarından apellyasiya şikayəti vermək hüququna riayət olunması məsələsinin düzgün həlli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının məktubunda göstərilən halların araşdırılmasını tələb edir və yalnız həmin araşdırmanın nəticəsindən asılı olaraq obyektiv və qanuna müvafiq qərar qəbul edilə bilər. Lakin həmin məsələlər nə birinci instansiyası məhkəməsində, nə apellyasiya instansiyası məhkəməsində araşdırılmamış və həmin hallara qiymət verilməmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, şikayətin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını əsaslı hesab ed ir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci l tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatətin təmin olunmaması haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarın dəyişdirilmədən saxlanma sı barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar