Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-673/2024 28.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2035/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanda yaşayır.
2. X7 xüsusi ittiham qaydasında şikayət və ona əlavə ilə məhkəməyə müraciət edərək, əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 147.2 və 148-ci maddələrinin tərkibinin mövcud olduğuna görə Məhkum həmin maddələr ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddələrin sanksiyalarında nəzərdə tutulan həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-422/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə Azərbaycan Respublikası CMnin 62-ci maddəsi tətbiq edilməklə 300 saa t ictimai işlər cəzasına, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə 240 saat ictimai işlər cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 460 saat ictimai işlər cəzasına məhkum edilməsi hökm edilmişdir.
4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayətin törədilməsinə aidiyyəti olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçı X6 məhkəməyə verdiyi şikayətində istinad etdiyi yazıdan açıq şəkildə Məhku m Əziz Məmiyevin döyülməsindən yazdığı görünür, döyülmə isə cinayət əməli yox, inzibati xəta hesab olunur. Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə Məhkum cinayət məsuliyyətinə cəlb edilməsi xahiş etməsi tamamilə əsassızdır. Sonradan məhkəməyə təqdim etdikləri xüsusi ittiham qaydasında şikayətə verilən əlavədə guya Məhkum yazısı ilə polis nəfərinin Azərbaycan Respublikası CM-nin 309.2-ci maddəsi ilə ittiham edildiyini iddia etmişlər. Halbuki Məhkum yazısında polisin vəzifə səlahiyyətini aşması barədə heç bir iddia olmamışdır. Xüsusi ittihamçı Seymur İmanov şikayətində yazmışdır ki, bu yazıdan sonra mənəvi sarsıntı keçirmiş, işlədiyi kollektivdə, yaxın ətrafında illərlə qazanılmış nüfuzunu bərpa etmək üçün həmin məlumatların həqiqətə uyğun olmadığını sübut etmək məcburiyyətində q almışdır. Nəticədə əsəb sarsıntısı və psixoloji gərginlik yaranmışdır. Lakin iş materiallarında Seymur İmanovun sarsıntı keçirməsi, psixoloji gərginlik keçirməsi barədə sübutlar əlavə edilməyib. Seymur İmanov təhqir edildiyini iddia etmiş, lakin hansı ifadənin onu təhqir etməsini açıqlamamış, xüsusi ittihamçı Məhkum ona böhtan atmaqda ittiham etmişdir. Məhkum bildirmişdir ki, Əziz Məmiyevin polislər tərəfindən döyülməsinin şahidi olmuşdur. X10 və Tünzalə Əmirova da bunun şahidi olmuşlar. Həmçinin, Əziz Məmiyev özü də bildirmişdir ki, həqiqətən də 41-ci polis bölməsində 5 nəfər polis tərəfindən döyülmüşdür. Bununla bağlı, hətta, vəkili də mediaya açıqlama vermiş və Əziz Məmiyevin bədənində xəsarət izlərinin olduğunu bildirmişdir. Əziz Məmiyev özü işgəncəyə məruz qalmış, onu döyən polislərdə n birinin məhz X7 olması, onlar barəsində cinayət işinin başlanması üçün Baş Prokurorluğa müraciət etmişdir. Beləliklə, Məhkum xüsusi ittihamçını nə təhqir etmiş, nə də ona böhtan atmış, əksinə şahid olduğu cinayət barədə sosial şəbəkələrdə məlumat yazmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2035/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-422/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya şikayətinin dəlilləri i lə apellyasiya şikayətinin dəlilləri eynidir, müdafiəçisi Müdafiəçi2 onları təkrarlamaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2035/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil e tdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsəl ələrinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Müdafiəçi Məhkum Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirinin sübuta yetrilmədiyinə görə ona həmin maddələr ilə bəraət verilməsini xahiş etmiş, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilm əsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2035/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
16. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barə də” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
17. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya ins tansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
18. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında bu dəlillərə müvafiq cavablandırma verilmişdir.
19. O cümlədən, xüsusi ittiham ərizəsinin Azərbaycan Respublikası CM-nin 147.2ci maddəsinə aid hissəsi barədə qaldırılan dəlilə münasibətdə məhkəmələr haqlı olaraq belə nəticəyə gəlmişlər ki, Məhkum paylaşmasında xüsusi ittihamçı Seymur İmanovu mülki şəxs qismində adi şəxsi münasibətlər zəminində hər hansı fərdi döymədə yox, heç bir əsası olmadan sonuncunu Azərbaycan Respublikası CM-nin 293.2-ci maddəsi ilə nəzərdə tutulan - xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsinin digər şəxsə işgəncə verməsində, yəni ağır cinayətin törədilməsində ittiham etmiş, bu səbəbdən Məhkum inzibati yox, məhz cinayət məsuliyyətinə cəlb edilməsinə əsaslar yaranmışdır.
20. Eləcə də, xüsusi ittiham ərizəsinin Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə aid hissəsinə münasibətdə məhkəmələr əsaslı olaraq hesab etmişlər ki, xüsusi ittihamçı X6 barəsində olan paylaşmasında Məhkum tərəfindən “tupoyun biri tupoy” ifadəsinin istifadəsinin məzmun və ifadə tərzi bax ımından şəxsin şərəf və ləyaqətinin ləkələnməsi üçün kifayət edib-etmədiyinin müəyyən edilməsinə xüsusi bilik tələb edilmir ona görə ki, rus dilində olan “tupoy” sözünün Azərbaycan dilinə tərcüməsi “axmaq” mənasını ifadə edir, Azərbaycan dilinin izahlı lüğətində (“Azərbaycan dilinin izahlı lüğəti”. Dörd cilddə. İ cild. Bakı, “Şərq-Qərb”, 2006, İSBN10 9952-34-023-0, səh. 81) isə “axmaq” sözünün mənalarından biri sifət kimi “səfeh, ağılsız, gic” sözləri qeyd edilmişdir.
21. Bu məqamda məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, tənqid və təhqir aşkar fərqlənən əməllərdir və prinsip etibarilə sonuncuya münasibətdə cəzalandırmanın tətbiqi mümkündür. Təhqiramiz ifadədən istifadə etmənin məqsədi şəxsi təhqir etmək olmuşdursa, bu növdən olan əməll ərin törədilməsi fikir ifadə etmək azadlığı hüququnun qorunması təsiri altına düşmür (Qrivna X1rşı, № 41214/08 və 49440/08, § 94, 16 aprel 2019-cu il və Xural və Zeynalov Azərbaycana qarşı (No.2), № 383/12, § 48, 19 yanvar 2023-cü il).
22. Beləliklə, baxılan kassasiya şikayətində qaldırılan məsələlər üzrə məhkəmələrin gəldiyi yekun qənaət iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
23. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına müdafiəsinin əlverişli qaydada təşkil etmələri və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosess ual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
25. Qeyd olunanlar həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.
26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2035/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2035/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.