Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-673/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “XXX12nun vəkili Müdafiəçi5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 dekabr 2024-cü il tarixli 1(105)-831/2024 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayətər Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli 1(124)-111/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim F.Z.Hümbətov, hakimlər H.S.Əliyev və A.T.Rzayevadan ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs (xx xx xx 1992-ci ildə ünvan3ndə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4cü maddəsi ilə 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri ni törətməkdə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün təşkil edən hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şə xs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 11 iyul 2021-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün ona tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınmış, ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə olan hissəsi üzrə isə dövlət ittihamçısının ittihamdan imtina etməsi ilə əlaqədar cinayət təqibinə xitam verilmişdir. Həmçinin, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Sumqayıt Ağır Cinayətər Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 1(124)-111/2023 nömrəli qərarı ilə (hakim F.Z.Hümbətov) Təqsirləndirilən şə xs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Sumqayıt Ağır Cinayətər Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2024-cü il tarixli 1(105)-831/2024 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.M.Əhmədov, hakimlər İ.K.Dəmirov və M.Ə.Rzayevdən ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin rədd olunması haqqında Sumqayıt Ağır Cinayətər Məhkəməsinin 4 iyul 2024- cü il tarixli 1(124)-111/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 dekabr 2024-cü il tarixli 1(105)-831/2024 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmünün çıxarılmasından sonra psixoloji durumunda problemlər yarandığına və hüquqi savadı olmadığına görə vaxtında həmin hökmdən apellyasiya şikayəti verə bilmədiyi, yəni hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddət üzrlü səbəblərdən buraxıldığı halda, onun apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün qaldırdığı vəsatət Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2024-cü il tarixli qərarı ilə əsassız və qanunsuz olaraq təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi də həmin qərarı dəyişdirilmədən saxlamaqla birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları aradan qaldırmamışdır. Məhkum Təqsirləndirilən şəxs həmin hallara görə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və Sumqayıt Ağır Cinayətər Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyy əti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 391.3.3-cü maddəsinin nəzərdə tutduğu prosessual müddətin bərpası məsələsi üzrə qərarı mübahisələndirdiyindən (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.20-ci maddəsində göstərilən hal) məhkəm ə kollegiyası onun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 dekabr 2024-cü il tarixli 1(105)-831/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1 və 384.1.1-ci maddələrinə görə məhkum edilmiş şəxs ittiham hökmündən onun elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın sutərinin ona verildiyi andan 20 gün müddətində verilir (CPM, maddə 384.2). Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər (yəni, o cümlədən hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsi də birinci instansiya məhkəməsinin hökmündən və yaxud qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilm əsi imkanını müddətin üzrlü səbəblərdən buraxılması və CPM-in 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. Cinayət işinin materiallarına görə Təqsirləndirilən şəxs və Məhkum barəsində olan Sumqayıt Ağır Cinayətər Məhkəməsinin ittiham hökmü 9 oktyabr 2023-cü il tarixdə çıxarılmış, hökmün surəti 10 oktyabr 2023-cü ildə məhkəmənin həmin tarixli müşayiətedici məktubu ilə 3 saylı İstintaq Təcridxanasında həbsdə olan Təqsirləndirilən şəxs göndərilmiş və onun tərəfindən 25 oktyabr 2023-cü ildə qəbzə imza edilməklə alınmışdır. Təqsirləndirilən şəxs isə yalnız 23 aprel 2024-cü ildə, yəni hökmün surətini aldığı gündən 5 aydan artıq vaxt keçdikdən sonra apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında vəsatət tər tib edərək cəza çəkdiyi 2 saylı Cəzaçəkmə Müəssisəsinə təqdim etmiş və həmin vəsatət çəzaçəkmə müəssisəsinin 26 aprel 2024-cü il tarixli 3-16-17/19/2-810/2024 nömrəli müşayiətedici məktubu ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkum kasssiya şikayətində prosessual müddətin üzrlü səbəbdən buraxıldığını göstərən hallar kimi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli hökmünün çıxarılmasından sonra psixoloji durumunda problemlərin yaranmasına, yəni xəstəlik keçirməsinə və hüquqi savadının olmamasına istinad etmişdir. Lakin, baxılan işin materialları məhkumun sozügedən dəlillərinin əsassız olduğunu göstərir. Belə ki, həmin materiallardan görünür ki, məhkum Təqsirləndirilən şəxs cinayət işinə baxılması üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin iclas larında iştirak etmiş, Cinayət - Prosessual Məcəllənin 91-ci maddəsində nəzərə tutulmuş, o cümlədən apellyasiya şikayəti vermək, müdafiəçinin hüquqi yardımı ilə təmin olunmaq hüquqları ona izah edilmiş, birinci instansiya məhkəməsində o, XXX14nun vəkili Müdafiəçi3 ixtisaslı hüquqi yardımı ilə təmin olunmuş, hökmün surəti X9a verilməklə yanaşı 10 oktyabr 2023cü il tarixli məktubla onun müdafiəçisi Müdafiəçi3 da göndərilmişdir. Bununla belə, nə məhkumun özü, nə də ki onun müdafiəçisi qanunla müəyyən edilmiş müddət ərzində hökmü mübahisələndirməmişlər. Təqsirləndirilən şəxs psixoloji problemlər yaşaması, yəni xəstəlik keçirməsi barədə iddianı da bunu təsdiq edən sübutlar təqdim etmədən irəli sürmüş, nə kimi xəstəlik keçirməsi, xəstəliyin nə qədər sürməsi, hansı dövrləri əhatə etməsi, nə vaxt stasionar və yaxud ambulator qaydada müalicə olunması barədə konkret faktlar gətirməmişdir. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs obyektiv olaraq birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, yəni onun Azərbaycan Respublikası CPM-in 384.2 maddəsinin tələb etdiyi prosessual müddət daxilində 9 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya qaydasında mübahisələndirməməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 4 iyul 2024-cü il və 5 dekabr 2024-cü il tarixli qərarlarda müəyyən etdikləri kimi, üzrlü hallardan baş verməmişdir. Odur ki, məhkəmə kollegiyası buraxılmış müddətin bərpa olunmasına dair məhkum Təqsirləndirilən şəxs vəsatətinin təmin edilməməsi haqqında Sum qayıt Ağır Cinayətlər Məhkəməsinin 4 iyul 2024-cü il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 dekabr 2024-cü il tarixli ilkin baxış qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə CPM-in 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi5, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının Təqsirləndirilən şəxs barəsində olan 5 dekabr 2024-cü il tarixli 1(105)-831/2024 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 dekabr 2024-cü il tarixli 1(105)-831/2024 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-673/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-673/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver