Məhkəmə qərarları › İş №1(102)-674/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-674/2018

03.05.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-674/2018 03.05.2018 ALİ MƏHKƏMƏ 1(102)-674/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 03 may 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Məhkum və onun müdafiəçisi - Bakı şəhəri 14 saylı Hüquq Məsləhtəxanasının vəkili G iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tari xli qərarından dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən və məruzəçı hakim Ş.B.Məmmədova, hakimlər M.A.Xankişiyev və R.A.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xx 1987-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Çarxı kəndində qeydiyyatda olmaqla, ünv an 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinərək, 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 08 oktyabr 2015-ci il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.C.Cəfərov, hakimlər F.G.Zeynallı və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi G apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələrindən həmi n Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmiş, ona Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. Məhkum müdafiəçisi G kassasiya protestinə qarşı etiraz təqdim etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xx 2015-ci il tarixdə gecə saat 02 radələrində sərxoş vəziyyətdə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X2 məx sus Xaçmaz şəhəri Məktəbli küçəsində yerləşən 15 saylı evin qarşısına getmiş, orada R üzünü gizlətmək üçün əvvəlcədən götürdüyü əl-üz dəsmalım maska formasında sifətinə sarıyıb yapışqanlı lent vasitəsi ilə bağlayandan və hər ikisi əllərinə əlcək geyinəndən sonra daş hasardan aşmaqla əvvəlcə evin həyətinə keçmiş, oradan özü həyətdə qoyulmuş taxta nərdivanı götürüb evin ikinci mərtəbəsindəki aynabəndin pəncərəsinə söykəyərək yuxarı qalxmış, pəncərəyə çəkilmiş sintetik materialından olan toru əli ilə 2 dartıb cırmaqla oradan qanunsuz olaraq evə girmiş, daha sonra içəri tərəfdən aynabəndin giriş qapısının qıfılının üstündəki açar vasitəsi ilə açıb Run qanunsuz olaraq evə girməsini təmin etmiş, bundan sonra əvvəlcədən razılaşdıqları kimi özü Aynabəndin giriş qapısının qarşısında pusquda dayanmı ş, R isə pul və qızıl-zinət əşyaları tapmaq məqsədi ilə evin ikinci mərtəbəsindəki otaqları, daha sonra xx xx yataq otağını axtarmış, səsə N yuxudan oyanıb qışqırmağa başlayanda həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək əli ilə ağzını tutub boğmaqla ona burun və alt çənə nahiyələrinin qançır və sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək evdə olan pulların yerini deməsini tələb etmiş, N sayıq tərpənib əlindən çıxmaq üçün guya pulların evin birinci mərtəbəsində olduğunu deyib onunla birlikdə birinci mərtəbəyə düşərək həyətdən çıxıb qaçandan sonra evi axtarmaqla quldurluq etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, Məhkum qəsdi ilə Run zorakılıq hərəkətlərinin əhatə olunmaması, onun quldurluq deyil, Rla qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq cinayətini törətməsi barədə nəticəyə gəlmişdir. Kassasiya protestinin və müdafiəçinin etirazının dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutetməyə dair cinayət-prosessual normaların tələblərini pozmuş, sübutları düzgün qiymətləndirməmiş, nəticədə əsassız olaraq Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələrindən 180.2.1-ci maddəsinə tövsif etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayı t Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisiGünay Hacıyeva kassasiya protestinə qarşı etirazında, protestin əsassız olduğunu qeyd edərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məh kəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələrindən həmin Məcəllənin 180.2.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qə rarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinə şamil etdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin dispozisyası “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama” kimi təsbit olunmuşdur. Apellyasiya məhkəməsi Məhkum əməlinin Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3cü maddələri ilə deyil, məhz 180.2.1-ci maddəsi ilə tövsif edilməsi barədə nətəcəyə gələrkən xüsusilə ondan çıxış etmişdir ki, Məhkum cinayətin digər iştirakçısı Rla əvvəlcədən oğurluq etmək barədə razılığa gəlmiş, ikisi də xx xx evinə daxil olduqdan sonra R evi axtararkən, o, aynabənddə qapının yanında gözləmiş, N oyanaraq qışdırdıqda və buna, eləcə də pulun yerinə öyrənmək üçün R Nya zor tətbiq etdikdə, Əskərovun həmin hərəkətlərində (bilavasitə quldurluqda) iştirak etməmiş, əksinə evdən qaçıb getmişdir. Lakin, apellyasiya məhkəməsinin Məh kum qəsdi ilə quldurluq cinayətinin törədilməsinin əhatə olunmaması, onun cinayət əməlinin hadisənin gedişatında inkişaf edərək oğurluq cinayətindən soyğunçuluğa çevriməsi barədə nəticələri kassasiya protestində qeyd olunduğu kimi, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə araşdırılmadığından, onlara düzgün qiymət verilmədiyindən, işin həqiqi hallarına əsaslanmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsin də təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Hazırki işin materiallarına görə isə, məhkum edilmiş şəxs Məhkum özü məhkəmədə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ümumiyyətlə heç bir cinayət törətmədiyini göstərmiş, apellyasiya məhkəməsinin onun haqqında gəldiyi nəticə ilə uzlaşa biləcək hər hansı bir məlumat verməmişdir. Lakin, o, apellyasiya və birinci instansiya məhkəməsi ndəki ifadələrindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə Xaçmaz şəhər sakini X2 məxsus evdə təxminən bir il iki ay kirayədə yaşamışdır. Sonra o, başqa ev kirayə tutmuş, arvadı Dünya və iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçmüşdür. xx xx qeyd olunan ünvanda tək yaşadığını bilmişdir. Gəncə şəhər bazarında təsadüfən Rla rastlaşdıqda, R ona çoxlu borcunun olduğunu, onları ödəyə bilmədiyini və əgər bir yer olsaydı oradan oğurluq edib borclarını ödəyəcəyini bildirmişdir. Özünün də xeyli borcu olduğundan, borclarını ödəmək üçün pul əldə etmək məqsədi ilə ikisi birlikdə oğurluq etmək barədə danışıb razılaşmışlar. Söhbət zamanı N yadına düşdüyünd ən, onun barəsində Ra danışmış, R özü də həmin evi tanımışdır. O, birlikdə xx xx evindən oğurluq etməyi təklif edəndə R onunla razılaşmış, oğurluq məqsədi ilə xx xx evinə gecə girmək qərarına gəlmişlər. X15 yaşadığı küçəyə gəlmişlər. R iki cüt fəhlə əlcəyi, bir ədəd əl-üz dəsmalı və bir ədəd yapşqanlı lent götürmüş, evə girəndə həmin əlcəklərdən istifadə edəcəklərini bildirmişdir. N onu tanıdığından, evə Rın girəcəyi, onun isə kənarda dayanıb müşahidə aparacağı, əgər şübhəli nəsə olarsa Ra xəbər verəcəyi barədə əvvəlcədən Rla danışıb razılaşmış və beləliklə, onlar ikisi birlikdə xx xx evinin qarşısma getmişlər. Bundan sonra birinci olaraq özü, arxasınca isə R hasardan aşıb həyəta keçmiş, həyət qapısı içəari tərəfdən daxili qıfılla bağlandığından və açar qıfılın üstündə olduğundan törədəcək ləri hadisədən sonra həyətdən çıxıb getmək asan olsun deyə qapını içəri tərəfdən açaraq açıq vəziyyatdə saxlamışdır. O, evin birinci mərtəbəsinin qapısının açıq olduğunu, lakin içəridə heç nə olmadığını bilmiş, buna baxmayaraq R əvvəlcə birinci mərtabədəki otaqlara daxil olub axtarmış, lakin oradan heç nə tapa bilməmişdir. Bundan sonra hər ikisi evin ikinci mərtəbəsinə qalxan pilləkənin aşağı hissəsindəki qapının açıq vəziyyətdə olduğunu görüb oradan ikinci mərtəbəyə qaxmış, pilləkənin yuxarı hissəsində, ikinci mərtəbəyə daxil olmaq üçün nəzərdə tutulmuş qapı bağlı olduğundan, R orada dayanıb gözləmiş, özü isə aşağı düşüb həyətdəki taxta nərdivanı evin ikinci mərtəbəsindəki aynabəndə söykəmiş və onunla yuxan qalxmışdır. Aynabəndin pəncərəsi açıq vəziyyətdə olmuş, lakin həmin yerə sinteti k materialdan tor çəkildiyindən əli ilə dartıb toru cıraraq oradan aynabəndə girmiş və daha sonra yaxınlaşıb aynabəndin qapısını açaraq Rı içəri buraxmışdır. N onu tanıdığından, əvvəlcədən razılaşdıqları kimi o, pilləkənin yuxan hissəsində, aynabəndin giriş qapısının qarşısında dayanıb gözləmiş, R isə bir-bir otaqları axtarmağa başlamışdır. Lakin R aynabənddən və digər iki otaqdan heç nə tapa bilməmiş, daha sonra o, xx xx yataq otağına daxil olmuş və bundan təxminən 15-20 saniyə sonra otaqdan xx xx qışqırıq səsini, Rın isə ondan pulların yerini deməsini tələb etdiyini eşitmişdir. N pulların evin birinci mərtəbəsində olduğunu deyəndə R onunla getməsini və pulların yerini ona göstərməsini bildirmisdir. R bir əli ilə xx xx ağzından tutub onu otaqdan aynabəndə çıxaranda sifəti açıq vəziyyətdə olduğundan N onu görən kimi tanıyacağından qorxmuş, buna görə də orada dayanmayıb dərhal həyətə düşmiiş və küçə qapısından çölə çıxıb qaçaraq oradan uzaqlaşmış, R isə orada qalmışdır... Birincı instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində didirilmiş X5 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri Məktəbli küçəsi 15 saylı evdə tək yaşamışdır... xx xx 2015-ci il tarixdə gecə saat 23 radələrində ikinci mərtəbədə olan yataq otağına girib yatmış, xx xx 2015-ci il tarixdə təxminən gecə saat 02 radələrində səs eşidib yuxudan ayılanda tanımadığı bir şəxsin otağı axtardığını görmüşdür. Həmin şəxs oyandığını görəndə tez yaxınlaşıb əli ilə ağzını tutaraq onu boğmağa və pulların yerini deməsini tələb etməyə başlamış, onun bir əlində əlcək, digər əlində isə başqa nəsə olmuş, lakin başını bürüdüyündən üzünü, həmçinin əlində nə olduğunu görə bilməmişdir. Həmin şəxsin təkidlə evdəki pulların yerini deməsini tələb etdiyini görəndə birinci mərtəbəyə düşərlərsə qışqırıb qonşuları köməyə çağıra biləcəyini fikirləşmiş və buna görə də əlindən çıxmaq üçün ona yalandan pulların evin birinci mərtəbəsində olduğunu demişdir. Bundan sonra həmin şəxs bir əli ilə onun ağzından tutaraq yataq otağından aynabəndə çıxartmış, aynabəndə çıxanda daha bir şəxsin aynabəndin qapısının ağzında dayandığını görmüş, lakin nədənsə qapının ağzında dayanmış şəxs onu görən kimi üzünü arxaya çevirib tez piliəkənlə aşağı düşdüyündən həmin şəxsin də sifətini görə bilməmişdir. Daha sonra o, qabaqda, əli ilə ağzını tutmuş şəxs isə onun arxasınca pilləkənlə birinci mərtəbəyə düşmüş, həyətə çıxandan sonra həmin şəxs birinci m ərtəbədəki otaqlara girmək üçün pilləkənin altına tərəf keçəndə hayətdən küçəyə çıxmaq üçün nəzərdə tutulmıış kiçik ölçülü dəmir qapının açıq vəziyyətdə olduğunu görmüş və həmin qapıdan küçəyə çıxıb hasar qonşuluğunda yaşayan Mahərrəmgilə hadisə barədə məlumat verə biləcəyini fıkirləşmişdir. Buna görə də tez küçəyə qəlmiş və Mahərrəmin evinə gedərək hadisə barədə ona danışmış, X1 də öz növbəsində hadisə barədə polisə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək özünün iştirakı ilə evinə baxış keçirmiş, baxış zamam həyətdəki taxta nərdivanın aynabəndə söykəndiyini görmüş, evinə girmiş şəxslərin həmin nərdivanla yuxan qalxıb pəncərəni açdıqları və pəncərəyə çəkilmiş yaşıl rəngli sintetik toru cıraraq oradan evə daxil olduqları məlum olmuş, bundan başqa onun yataq otağından bir tay fəhlə əlcəyi aşkar edilmişdir. Qeyd olunan tarixdə evdə 100 manat pul və özünə məxsus bir neçə ədəd qızıl-zinət əşyaları olmuş, lakin həmin şəxslər evdən nə həmin pul və qızıl-zinət əşyalarını, nə də ki, başqa hər hansı bir əmlakı apara bilməmişlər. Bundan başqa o, mahkəmə iclas zalında təqsirləndirilən şəxs Məhkum hadisədən sonra onun yanına gətirildiyini deyərək onu tanıdığını, onun evinə girənlərdən birinin həmin şəxs olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət axtariş bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı X9 da ifadəsinda xx xx 2015-ci il tarixdə gecə saat 02 radələrində Xaçmaz RPŞ-də xidmətdə olduğu zaman növbətçi hissəyə Azərbaycan Respubiikası DİN-nin 102 Xidmətindən iki naməlum şəxsin Xacmaz şəhəri Maktəbli küçəsi 15 saylı evə daxil olub ev sahibəsi X3 boğaraq ondan pul tələb etmələri barədə məlumal daxil olduğunu bildirmişdir. Həmin məlumatla bağlı polis əməkdaşları ilə birlıkda hadisə yerinə getmiş. qeyd olunan ünvanda yerləşən evin hayətinə daxil olanda taxta materialından hazırlanmış nərdivanın evin ikinci martəbəsindəki aynabəndə söykədilmiş, nərdivan söykənən hissədə aynabəndin pəncərə laylarından bir ədədinin açıq va çöl tərəfdən həmin pəncərə layına çəkilmiş sintetik materialdan olan yaşıl rəngli torun cırılmış vəziyyətdə olduğunu görmüşdür.... Əlavə şahid X6 məhkəmədə ifadəsində göstərdi ki, o, özünə məxsus Opel markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərir. Həmişə olduğu kimi xx xx 2015-ci il tarixə keçən gecə maşını Xaçmaz şəhərinin giriş hissəsində yerləşən dairədə saxlayıb taksi sürücüsü Bəhram adlı şaxslə söhbət edən zaman, Coşqun yaxınlaşmış, həyəcanlı vəziyyətdə olmuş və özünü çox qəribə aparmışdır. Ondan nə olduğunu soruşduqda o "utanıram deməyə, pulum yoxdur, agər mümkünsə məni kanala, yəni Xaçmaz rayonunun Hacıəlibəy kəndinə apar, pulunu sonra verərəm" demiş, o da, etiraz etməmişdir. Bundan sonra o, Coşqunu dediyi yerə aparmış, orada "Qazel" markalı avtomobilin yanında düşürəndən sonra öz evinə qayıtmışdır. İşdə olan xx xx 2015-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd edilən tarixdə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı zərərçəkmiş şəxs Nya maxsus Xaçmaz şəhəri Məktəbli küçəsində yerləşən 15 saylı evin 2-ci mərtəbəsindəki aynabəndinə taxta materialdan hazırlanmış b ir ədəd nərdivan söykədilmiş vəziyyətdə aşkar edilmiş, nərdivan söykədilmiş hissədə aynabəndin pəncərə laylarından bir ədədinin açıq, həmin pəncərəyə çəkilmiş yaşıl rəngli sintetik materialından olan torun cırılmış vəziyyətdə olduğu müəyyən edilmiş, evin ikinci mərtəbəsində yerləşən Nya məxsus yataq otağından, xalçanın üstündən isə ağ-sarı rəngli bir tay fəhlə əlcəyi aşkar olunaraq götürülmüşdür. İşdə olan Məhkəmə-Tibbi Ekspertizasının xx xx 2015-ci il tarixli, 909 saylı rəyindən görünür ki, zərərçəkmiş şəxs X1 bədəni üzərində burun və alt çənə nahiyələrinin qançır və sıyrıqları kimi bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti xx xx 2015ci il tarixə uyğun gələn və sağlamlığa zərər vurmayan xəsarətlərə aid, dərəcələri təyin edilməyən xəsarətlər aşkar olmuşdur. İşdə olan "xxxx" MMC-dən alınmış telefon zənglərinə və əhatə dairəsinə dair məlumatdan görünür ki, təqsirləndirilən şəxs Məhkum məxsus 055 ******* saylı nömrə ilə təqsirləndirilən şəxslə qeyd edilən cinayətin törədilməsində iştirak edən digər təqsirləndirilən şəxs X12 məxsus 055 ******* saylı nömrə arasında 25.09.2015-ci il tarixdən başlayaraq 02.10.2015-ci il tarixdə saat 15:17-yədək olan müddət ərzində mütəmadi telefon danışıqları olmuşdur. Yuxarıda təsvir edilən sübutlardan, xüsusilə də zərərçəkmiş şəxs xx xx ifadəsi ilə düzünə, məhkəmə tibbi ekspertin rəyi, telefon danışıqlarına dair məlumat, şahidlərin ifadələri ilə - dolayısı ilə təsdiq olunan Məhkum ibtidai istinaq zamanı verdiyi etirafedici ifadədən açıq-aydın görünür ki, apellyasiya məhkəməsinin Məhkum zərərçəkmiş şəxs Nnı gördükdə, evdən qaçıb getməsinə onun qəsdi ilə quldurluq cinayətinin əhatə olunmadığını göstərən hal kimi istinad etməsi əsassız olmuşdur. Çünki, Məhkum aynabənddə olarkən eşitdikləri səslərdən və sözlərdən X19 Həsənovanın otağında olarkən pulların yerini söyləməyi tələb etməklə Nya qarşı zor tətbiq etdiyini bilmiş, bununla belə həmin vaxt heç bir yerə getməyib, durduğu yerdə qalaraq, cinayətin törədilməsi zamanı R.Əskərovun təhlükəsizliyini təmin etmək barədə əvvəlcədən aralarında razılaşdırdqları rolu yerinə yetirməkdə davam etmiş, yalnız N qaçmaq üçün fənd işlədib Rla birlikdə aynabəndə çıxdıqda, Həsəsnovanın onu görüb tanıyacağından, yəni ifşa olunacağından qorxduğu üçün hadisə yerindən qaçıb getmişdir. Qeyd olunan faktlar Məhkum cinayətin əvvəlindən sonunadək Rla həmrəy olduğunu, yəni R.Əskərovun b ütün hərəkətlərinin onların ümumi qəsdi ilə əhatə olunduğunu göstərir. Apellyasiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifində səhvə yol verdiyi həm də ondan görsənir ki, məhkəmə Nəsirovun əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməl kimi qiymətləndirib bu əlaməti nəzərdə tutan Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif etməklə, açıq-aşkar cinayəti müşayiət edən digər əlaməti - Məhkum və R.Əkbərovun cinayətkar hərəkətlərini yaşayış sahəsinə qanunsuz daxil olmaqla törətdiklərini nəzərindən qaçırmışdır. Belə vəziyyədə apellyasiya məhkəməsinin sübutların qiymətləndirilməsi, Məhkum əməlinin hüquqi tövsifi üzrə yekun qənaətini CPM-in 143-146-cı maddələrinin tələblərinə cavab verən tədqiqatın və obyektiv qiymətləndirmənin nəticəsi, əsaslı və qanuni qərar kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-in 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, dövlət ittihamçısının kassasiya protestini əsaslı sayır və qeyd olunan əsaslarla mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilməməsinə dair müdafiəçinin və məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xx 2017-ci il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum oğlunun barəsində olan xx xx 2017-cı il tarixli qərarı ləğv olunsun, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar