Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-674/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və onun müdafiəçisi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Şirvan Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi – Bakı Şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X.A.Nuriyev, hakimlər O.Y.Cəlilov və M.Ə.Abdullayevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1978-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan3də qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci madd əsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxx 2018-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi qərara alınmışdır. Həmin hökmlə X9 və X10 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Hökmə əsasən ünvan4 sakini X3 ünvan5nda yaşayan şəxslə, qohumları X10 və Məhkum ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər. X9 ümumi cinayətkar niyyətə uyğun olaraq qrupun ünvan8ndakı üzvü ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli olaraq Azərbaycan Respublikasının ərazisinə keçiriləcək külli miqdarda narkotik vasitələri qoyulacağı yerdən götürmək və satdıqdan sonra qrupun həmin üzvünə 4000 manat məbləğində pul verəcəyi barədə qabaqcadan razılığa gəlmişdir. Narkotik vasitənin Azərbaycan Respublikası ərazsinə keçirilməsi barədə məlumat aldıqdan sonra X9, X10 və Məhkum xx xxx 2018-ci il tarixdə gecə saat 01:20 radələrində M əhkum idarə etdiyi “Mercedes Benz C 180” minik markalı, ** xx xx xx *** qeydiyyat nişanlı avtomobil ilə ünvan9 avtomobil yolunun 25-ci kilometrliyinə getmiş, orada “Jİy” sözü yazılmış dəmir lövhəni keçdikdən sonra dayanmışlar. Məhkum avtomaşını ünvan6 istiqamətində döndərməklə avtomaşında gözləmiş, X9 və X10 isə qaranlıq hava şəraitində yolun sağ hissəsində yerləşən dərəlik sahəyə enərək oradan qrupun ünvan8ndan olan üzvünün gizlətdiyi 2610 qram çəkidə, külli miqdarda narkotik vasitə olan tiryəki ümumi cinayətkar niyyətlə götürüb avtomaşına gətirmiş və özləri də avtomaşına minmişlər. Bundan sonra Məhkum avtomaşını ünvan10 istiqamətində sürmüş, onlar narkotik vasitəni özlərində saxlayıb daşımaqla ünvan10 istiqamətində hərəkət etməyə başlamışlar. Ünvan67nə ünvan55 sakinləri X9, Məhkum və X10 un həmin əraziyə gələrək ünvan8ndan göndərilmiş külli miqdarda narkotik vasitəni götürəcəkləri barədə əvvəlcədən əməliyyat məlumatı daxil olduğundan ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirən polis əməkdaşları Məhkum, X10 və X9in “Mercedes Benz C 180” minik markalı, ** xx xx xx *** qeydiyyat nişanlı avtomobil ilə gələrək narkotik vasitəni götürmələrini müşahidə etmiş və istifadələrində olan avtomobildə onların arxalarınca getməyə başlamışlar. Bu zaman Məhkum arxadan gələn avtomaşında polis əməkdaşlarının onları izləmələrindən şübhələnərək polis əməkdaşlarından yayınmaq məqsədi ilə avtomaşını yüksək sürətlə sürdüyündən saat 01.30 radələrində yolun sərt döngəli hissəsində idarəetməni itirməsi nəticəsində avtomobil yolun sol hissəsindəki dərəyə aşmışdır. Həmin vaxt X9 polis əməkdaşla rının onlara yaxınlaşdıqlarını görərək bir ədəd göy rəngli, içərisində narkotik vasitə tiryək olan sellofan torbanı ələ keçməməsi üçün avtomobildən götürüb 3 metr məsafədə kənara atmış və hər üçü avtomobildən düşmüşlər. Polis əməkdaşları yaxınlaşaraq onları saxlamışlar. Həmin gün, yəni xx xxx 2018-ci il tarixdə hava işıqlaşdıqdan sonra, saat 10:15 radələrində hadisə yerinə baxış keçirilərkən narkotik vasitə tiryək sellefon torbada aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ə.Camalov, hakimlər E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi X4, habelə məhkum X5 müdafiəçisi X13 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Lə nkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü cəzanın təyin edilməsi hissəsində dəyişdirilmiş, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 5 (beş) il 6 (altı) aya endirilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Müdafiəçi narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı qanunsuz əməl törətmədiyi, onun avtomobilinin xx xxx 2018-ci il tarixdə dərəyə aşdığı yerdə xx xxx 2018 ci il tarixdə sellofan torbada aşkar edilmiş narkotik vasitəyə aidiyyatı olmadığı, o cümlədən həmin narkotik vasitələnin onunla birlikdə avtomobildə olmuş qohumları X10a və X9ə aid olub-olmamasını bilmədiyi, eləcə də onun qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etməsini, ünvan8nın X19 adlı vətəndaşı ilə əlaqəsinin olmasını təsdiq edən sübutlar olmadığı halda əsassız olaraq Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinmişdir. Müdafiəçi kassasiya ş ikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, Məhkumin barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş etmişdir. Lakin, Məhkum kassasiya şikayətinə məhkəmə iclsında baxılanadək – xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götür ülməsi haqqında Məhkum ərizəsini nəzərə alıb, müdafiəçinin ərizənin təmin edilməsinə və dövlət ittihamçısının ərizənin təmin edilməsinə qarşı etiraz etməməsinə dair çıxışlarını dinləyib, cinayətprosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və X5 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-674/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-674/2020
03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver