Məhkəmə qərarları › İş №1(102)-674/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-674/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-674/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; X15 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X8, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin vəkili - Nümayəndə iştirakı ilə, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cina yət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-435/2023 saylı, 05 aprel 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim X14), xx xxxxxx 1973-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan 22 may 2014-cü il təvəllüdlü uşağı X4 14 yaşına çatanadək, yəni 22 may 2028-ci il tarixədək təxirə salınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1137/2023 saylı, 25 may 2023-cü il tarixli qərarı (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə) ilə, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Baki şəhər Sabunçu Rayon Məhkəməsin in 1(008)-435/2023 saylı, 05 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətə qarşı etiraz verilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, cavabdeh kimi ondan 45000,00 manat məbləğində pul vəsaitinin və 30,00 manat dövlət rüsumunun alınaraq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 21 sentyab r 2020- ci il tarixli, 2(008)-599/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Sabunçu Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə edilməyinə, yenidən izahatı alınıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə 14 dekabr 2021-ci il, 10 yanvar 2022-ci il, 24 yanvar 2022-ci il, 07 fevral 2022- ci il, 11 mart 2022-ci il, 12 aprel 2022-ci il, 10 may 2022-ci il və 07 iyun 2022-ci il tarixlərdə xəbərdar e dilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən 04 iyul 2022-ci il tarixədək zərərçəkmiş şəxsin xeyrinə 45000,00 manat məbləğində pul vəsaitini ödəməmiş, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir Kassasiya şikayətinin dəlilləri: Kassatorlar şikayətdə göstərmişdir ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən c əza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materialları və işin faktiki halları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı münasibətlər 2014-cü ildə baş vermişdir. 6 il ərzində verilmiş pulun ödənilmədiyini görən Zərərçəkmiş şəxs çarəsiz qalıb hüquq- mühafizə orqanlarına, daha sonra məhkəməyə müraciət etmişdir. Öz imzası ilə pulun alınmasına dair qəbz olmasına baxmayaraq, Şəbinə Əmiraslanova süni şəkildə mülki işin uzadılması və borcu ödəməkdən yayınmaq üçün yuxarı instansiya məhkəmələrinə şikayətlər vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə ifadə verərək Şəbinə Əmiraslanovanın onun xalası nəvəsi old uğunu, ondan da pul alıb qaytarmadığını, pulun ödənilməsi ilə bağlı 2015-ci il tarixli qətnaməni qərəzli olaraq icra etmədiyindən onun cinayət məsuliyyətinə cəlb edildiyini bildirmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(008)-243/2018 saylı hökmü ilə təsdiq olunur ki, Şəbinə Əmiraslanova Azərbaycan Respublikasının CM-nin 306.1 -ci maddəsi ilə təqsirli bilinərək, qazancından 10 faiz tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş, ona 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilm işdir. Həmin qərar isə Ali Məhkəmədə qüvvədə saxlanılmışdır. Bütün bu xüsusatlar onu göstərir ki, hazırki iş üzrə təyin edilmiş cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, əməlin törədilməsi hallarına uyğun deyildir. Halbuki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayətimizi təmin etməməklə və cəzanı təxirə salmaqla Şəbinə Əmiraslanova üçün yeni qurbanlar tapmağa şərait yaratmışdır. Bundan başqa qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Şəbinə Əmiraslanova həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı öz ifadəsində bildirmişdir ki, onun himayəsində azyaşlı uşağı olduğundan normal qaydada əmək müqaviləsi ilə işlə düzələ bilmir. Özü tək valideyn olduğundan uşağı məktəbə aparıb-gətirir, iş saatını uşağa görə uyğunlaşdırmış, dayə kimi işləyir, 300 manat maaş akr keçmiş həyat yoldaşı yol qəzası keçirmiş və səhhətində ciddi problem olduğundan ona aliment ödəmir. O uşağı təkbaşına böyüdür. Bütün yuxarıda qeyd edilənləri qeyri-səmimi hesab edirik və məhkəmənin bu halları xüsusilə tam və obyektiv araşdırmaması təəssüf doğurur. İlk növbədə qeyd edilməlidir ki, Səbinənin, 23 yaşlı Nigar adında digər övladı var, uşağını saxlamaq üçün məhkəmə qaydasında aliment tələb edən Səbinənin keçmiş həyat yoldaşının halına acıması, onun avtoqəza keçirdiyindən aliment ödəməməsi və Səbinənin də bunu normal qarşılaması inandırıcı deyil. Qadın 300 manat əmək haqqı aldığını deyir, acınacaqlı maddi vəz iyyəti var, uşağı təkbaşına böyüdür, lakin qətnamə ilə müəyyən edilmiş alimentin ödənilməsini tələb etməyib, keçmiş həyat yoldaşının onun himayəsində olan uşağına maddi dəstək göstərməməsinə laqeyd münasibət göstərir. Tovuz rayon İcra Şöbəsinin aliment işi ilə bağlı “2018-ci il tarixli icra sənədi ilə bağlı borclu barəsində məcburi icra tədbiri görülmüşdür” məzmunlu məktubu nə demək istədiyimizi dolayısıya təsdiq edir. Məhkəmə qərarlarının icrası ədalətin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. İcra haqqında Qanunda məhkəmə qərarlarının icrasını təmin etmək üçün kifayət qədər imkanlar mövcuddur. Amma bütün bunlara baxmayaraq ana, alimentin ödənilməsində maraqlı deyil, hansı ki həmin məbləğ uşağın saxlanmasına dəstək ola biləcəyi halda, özünün əmək haqqı və gəliri bu müddət ərz ində zərərçəkmişə hansısa məbləğdə borcdan ödənilməsinə yardımçı ola bilərdi. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bundan başqa, tərəflər arasında bağlanmış nikahın formal olaraq pozulduğunu, onların faktiki ailə münasibətlərini davam etdirdiklərini və bir evdə yaşadıqlarını, himayədə olan azyaşlı uşağın atasının himayəsinə verilməsinin mümkünlüyünü məhkəməyə bildirsək də, məhkəmələr tərəfindən buna əhəmiyyət verilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 8.0.3-cü maddəsində qeyd olunur ki, cinayət təqibi ilə bağlı bütün halları hərtə rəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 28.1 -ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə 'daşlarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Yuxarıda göstərilənlərə və cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum təyin edilmiş cəzanın çəkilməsi təxirə salınmadan 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayət inin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin və onun vəkilinin kassasiya şikayətinin təmin edilməsinə, dövlət ittihamçının kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş h allara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs və vəkili Məhkum yüngül cəza təyin edildiyini və qərarın ləğv edilməsini xahiş edirlər. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxs və onun vəkilinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıda kıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxsin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlər də ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayəti n xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıq larının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. A zərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Odur ki, kassasiya protestin və məhkumun kassasiya şikayətinin dəlillərinin də heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları, o cümlədən ağırlaşdıran halın olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum ittiham olunduğu maddənin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarında olan: 3572 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məhkum 22 may 2014-cü il təvəllüdlü (X4) uşağı var (i.v.35). 05 fevral 2019-cu il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, X5 ilə Məhkum arasında olan nikah ləğv edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli, 2(008)2966/2018 saylı qətnaməsindən görünür ki, X5 ilə Məhkum arasında bağlanmış nikah ləğv edilmiş, boşanmadan sonra 22 may 2014-cü il təvəllüdlü X1 və 22 aprel 2000-ci il təvəllüdlü X3 anası Məhkum yanında saxlanılması qət edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Məhkum Sabunçu rayonu ərazisində 22 may 2014-cü il təvəllüdlü azyaşlı oğlu X4 ilə birgə yaşayır, azyaşlı oğlu onun himayəsindədir, onun valideyn vəzifələrini lazımi qaydada icra etməməsi, uşağa pis rəftarı barədə hər hansı müraciət icra hakimiyyətinə daxil olmamışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci mad dəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 mart 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin müddəaları (o cümlədən 79-cu maddə) müəyyən siyasi-hüquqi münasibətlərin, hüquq normalarının, ideyaların, baxışların sistemi kimi səciyyələndirilən və dövlət tərəfindən yürüdülən cinayət-cəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzifələrin işlənib hazırlanmasından, ictimai təhlükəsizliyin və cinayətkarlığın aradan qaldırılması və ya sosial baxımdan qəbul oluna biləcək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Cinayət-cəza siyasəti kompleks xarakteri daşıyır və digərləri ilə yanaşı ilk növbədə cinayə tkarlıqla mübarizənin aparılması üzrə cinayət-hüquqi, cinayətprosessual, cəza-icra normalarının müəyyənləşdirilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin müddəalarında, o cümlədən 79.1-ci maddədə müəyyən sosial qruplara aid olunan şəxslər arasında mümkün olan fərqləndirmə bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 14 yaşınadək uşaqları olan qadınlara, 65 yaşından yuxarı olan kişilərə, İ və İİ qrup əlillərə və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) heç də qalan şəxslərin konstitusiya hüquqlarını pozmur və sadəcə həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir. Cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı həmçinin qeyd edilməlid ir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu zaman məhkəmə qadının fizioloji vəziyyətini və ya qadının (kişinin) uşağının azyaşlı olmasını nəzərə alaraq təyin edilmiş cəzanın icrasının təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmələr tərəfindən mübahisələndirilən hökmlə Məhkum təyin edilmiş cəza, onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsin ə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğun olmaqla, mübahisələndirilən hökm ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 61 və 79.1-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin hökmdən xaric edilməsi üçün kassasiya baxışı zamanı hər hansı bir əsaslar müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Resp ublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmi n etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bütün bunlar kassasiya şikayətinə və kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 84, 408-412, və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işin in materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1137/2023 saylı, 25 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar