Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-674/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 1(103)-1982/2024 nömrəli qərarından X3 və müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 1(004)-25/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: R.M.Daşdəmirov) 30 iyun 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhər i, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 67, mənzil 58 ünvanında qeydiyyatda olan və yaşayan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 147.1-ci maddəsi ilə 1300 (bir min üç yüz) manat cərimə cəzasına və CM-in 148-ci maddəsi ilə 1200 (bir min iki yüz) manat cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə X10 qəti olaraq 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə X8 bəraət verilmişdir. Hökmdən X3 tərəfindən verilmiş apellyasiya şik ayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən E.Ə.Mehdiyev, hakimlər E.Z.Əliyev və F.İ.Əyyubovdan ibarət tərkibdə) 26 sentyabr 2024-cü il tarixli, 1(103)1982/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli qərarından X3 və müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İşin halları: X12 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş əməli törətdiyi üçün həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb olu nmasını və ona layiqli cəza təyin edilməklə barəsində hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o "X15” Məhdud Məsuliyyəli Cəmiyyətinin direktoru vəzifəsində çalışır. "X15” Məhdud Məsuliyyəli Cəmiyyətinin təsisçiləri onun da pay sahibi olduğu hüquqi şəxslər "Mahal” Mənzil Tikinti Kooperativi, "Mahal Konstruktion” Mənzil Tikinti Kooperativi və "X20” Mənzil Tikinti Kooperatividir. 2023-cü ilin may ayının əvvəllərində "Baku TV” internet televiziya kanalında "Vətəndaşlar Mahal MTK-dan narazıdırlar” başlıqlı xəbər yayımlanmışdır. Həmin xəbər "Tiktok” sosial şəbəkəsi vasitəsi ilə də yayılmışdır. "Tiktok” sosial şəbəkəsi vasitəsi ilə yayımlanan xəbərin rəy bölməsində həmin sosial şəbəkədə "MnxaM rynueB995” adı ilə qeydiyyatdan ke çmiş, xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X10 "Mahal MTK 1 nömrəli moşennikdir, başında duran da Elvin adlı şərəfsizdir, işçilərə də, material verən adamlara da atır, krişasına arxayindir”, "Bu şirkətin rəsmisi İlqardır, əsas moşennik ağdamlı Elvindir, krişasına güvənir, işçilərə, material verənlərə, sakinlərə, hamıya atır, hüquq da susur” kimi şərhlər yazmaqla onu təhqir etmiş, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə "tribuna.az” internet saytında vətəndaş X7 şikayət ərizəsi əsasında "Mahal” MTK-dan prezidentə şikayət var” başlıqlı müsahibə tipli yazı verilmişdir. X14 ərizəsində həqiqətə uyğun olmayan, yalan və böhtan xarakterli məlumatlar qeyd etməklə bu məlumatların sayt vasitəsi ilə yayılmasını təşkil etmişd ir. X14 açıq aşkar şəkildə yalan olduğunu bilə-bilə "tribuna.az” internet saytına ünvanladığı şikayətdə bildirmişdir ki, guya o, X11 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 4 dəfə dələduzluğa görə və 1 dəfə də qadına təcavüzlə əlaqədar, ümumilikdə 5 dəfə rəsmən təcridxanada saxlanılmışdır. Bundan başqa şikayət ərizəsində bir neçə mötəbər şəxsin adı hallandırılmaqla guya həmin şəxslərin ona havadarlıq etdiyini bildirmişdir. Kassasiya şikayətinin dəlilləri: X3 və müdafiəçisi Müdafiəçi3 birgə verilmiş kassasiya şikayətini onunla əsaslandırmışlar ki, İlham Quliyevin əməlində cinayət tərkibi olmadığı halda o, əsassız olaraq X9 böhtan atmaqda - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Kassasiya şikayətinin müəllifləri iddia edirlər ki, İ.A.Qu liyev “Tiktok” sosial şəbəkəsi vasitəsi ilə yayımlanan xəbərin bölməsində X12 barəsində maşennik və şərəfsiz sözləri yazaraq onu təhqir etsə də, “Tribuna.az” internet saytına ünvanlanmış şikayət isə onun tərəfindən deyil, bütövlükdə işçi qrupu tərəfindən yazılmışdır. Müraciətdə bildirilir ki, İlham X4 barəsində heç bir böhtan xarakterli məlumat yaymamış, eləcə onun xüsusi ittihamçıya böhtan atması məhkəmədə sübuta yetirilməmişdir. Kassatorlar həmçinin hesab edirlər ki, X7 barəsində cəza təyin edilərkən, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmaması, onun Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini etiraf edib səmimi peşman olmasının isə yüngülləşdirən hal kimi nəzərə a lınmaqla ədalətli cəza təyin edilməlidir. Məhkum və müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü tarixli qərarının ləğv edilməsini, İ.A.Quliyevə CM-in 147.1-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təyin edilmiş cərimə cəzasının həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddindən də aşağı təyin edilməsi bərədə qərar qəbul edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsini n qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyi şdirməyə haqlıdır. X3 və müdafiəçisi Müdafiəçi3 birgə verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə İ.A.Quliyevin törətmədiyi cinayətə görə əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırıldığını, habelə sonuncunun CM-in 148-ci maddəsi ilə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və CM-in 147.1-ci maddəsi ilə ona bəraət verilməsi, CM-in 148-ci maddəsi daha aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, məhkum və müdafiəçinin birgə verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mə nasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, mü vafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə pr edmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). X8 hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, onun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. X7 Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməllərində cinay ət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, o cümlədən İ.A.Quliyevin özünün müdafiəçisinin iştirakı ilə birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, sənədlər və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin X7 əməllərinin Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırk i qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkumun və onun müdafiəçinin kassasiya şikayətində İ.A.Quliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. X8 cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən hal – X7 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, cəzanın ağırlaşdıran halların isə müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunması na və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib İ.Quliyevə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə həm ayrı-ayrılıqda, həm də cinayətlərin məcmusu üzrə qəti olaraq 1500 (bir min beş yüz) manat cərimə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsi il ə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası X3 və müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum və müdafiəçinin birgə verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 1(103)-1982/2024 nömrəli qərarı verilm iş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: X3 və müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X7 barəsində olan 26 sentyabr 2024-cü il tarixli, 1(103)-1982/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-674/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-674/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver