Məhkəmə qərarları › İş №1(102)-675/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-675/2019

14.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-675/2019 14.05.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-675/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 14 may 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Məhkum1 müdafiəçisi Müdafiəçi iştira kları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2017-ci il tarixli hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi, Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim R.Hüseynov) 28 avqust 2017-ci il tarixli hökmü ilə 07 avqust 1981-ci ildə Balakən rayonunda anadan olmuş, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Balakən rayonu Qazma kəndində yaşamış; Məhkum1 Azərbaycan Respublikasının CM-in 228.2.1-ci, 228.2.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 228.2.1-ci və 228.2.2-ci maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhku m edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 avqust 2016-cı il tarixdən hesablanmış, xx xxx 1971-ci ildə Mingəçevir şəhərində anadan olmuş, orta-ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşamış; Məhkum2 Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 02 sentyabr 2016-cı il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X8 və X5 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 məhkum edilmişdir ona görə ki, o və X8 odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə edib gəzdirmə, saxlama, daşıma və satma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmişlər. Bu məqsədlə Məhkum1 2014-cü ilin təxminən yay aylarında tanışı Məhkum2 1000 manata qanunsuz olaraq əldə etdiyi 01 ədəd ******* nömrəli, SSRİ dövlətində istehsal olunmuş, 5.45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, yivli odlu döyüş silahı sayılan, texniki cəhətdən saz, atəşə yararlı avtomatı, 5.45 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomat və RPK-74 əl pulemyotlarından atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə yararlı döyüş sursatı hesab edi lən 30 ədəd zavod üsulu ilə istehsal olunmuş patronları, Kalaşnikov konstruksiyalı avtomatların 5.45 mm kalibrli patronlar ın yerləşdirilməsi üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə yararlı 01 ədəd qəhvəyi plastmas materialdan hazırlanmış darağı 2016-cı ilin iyun ayının sonunda tanışı X3 bəxşiş kimi çatdırılması üçün yaşadığı Balakən rayonunun Qazma kəndində həmkəndlisi X4ə vermişdir. X4 isə qeyd olunan odlu silah, onun komplekt hissəsi və döyüş sursatını qanunsuz əldə edib özünə məxsus «Mersedes» markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda saxlamaqla həmin gün 100 manat müqabilində İsmayıllı rayonu ərazisinə qanunsuz daşıyaraq orada X5ə vermişdir. Bundan başqa, Məhkum1 təkrarən, 2016-cı ilin avqust ayının təxminən 10-da istintaqa məlum ol mayan mənbədən 1 (bir) ədəd ilkin variantda 11 mm kalibrli olmaqla xarici dövlətdə istehsal olunmuş, «Smit and Vesson» konstruksiyalı, lakin hissələrinin üzərində dəyişikliklər edilməklə halhazırda 5,6 mm kiçik kalibrli məşq, təlim Marqolin tapança və «Toz» modelli ov tüfəngləri üçün nəzərdə tutulmuş patronlarla atəş açmaq üçün düzəldilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu döyüş silahını, döyüş sursatı hesab edilən 3 (üç) ədəd zavod üsulu ilə istehsal edilmiş, Marqolin konstruksiyalı tapançalarda və “TOZ” modelli tüfənglərdə atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kalibrli, atəşə yararlı patronları qanunsuz əldə edib yaşadığı Balakən rayonunun Qazma kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daşımaqla evin yataq otağında yerləşən paltar dolabının üstündə gizlədərə k saxlamışdır. Daha sonra, Məhkum1 2016-ci ilin avqust ayının təxminən 10-da istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda olan 1 kiloqram 105 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı Balakən rayonunun Qazma kəndində yerləşən evinə qanunsuz daşıyaraq, gizlətməklə saxlamışdır. 17 avqust 2016-cı ildə saat 19:00 radələrində yaşadığı Balakən rayonunun Qazma kəndində yerləşən fərdi yaşayış evindən qanunsuz olaraq əldə edib saxladığı 1 (bir) ədəd ilkin variantda 11 mm kalibrli olmaqla xarici dövlətdə istehsal olunmuş, «Smit and Vesson» konstruksiyalı, lakin hissələrinin üzərində dəyişikliklər edilməklə hal-hazırda 5,6 mm kiçik kalibrli məşq, təlim Marqolin tapança və «Toz» modelli ov tüfəngləri üçün nəzərdə tutulmuş patronlarla atəş açmaq üçün düzəldilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu döyüş silahını, döyüş sursatı hesab edilən 3 (üç) ədəd zavod üsulu ilə istehsal edilmiş, Marqolin konstruksiyalı tapançalarda və “TOZ” modelli tüfənglərdə atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kalibrli, atəşə yararlı patronlar evin yataq otağında yerləşən paltar dolabının üzərindən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda olan 1 kiloqram, 105 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana isə yaşadığı evin yataq otağındakı sandıqcanın üzərinə yığılmış yorğan-döşəyin arasından bir ədəd sellofan torbada aşkar edilərək götürülmüşdür. Məhkum2 tanışı X7 ilə qanunsuz olaraq odlu silah, onun komplekt hissələr i, döyüş sursatı əldə edib saxlama, satma, daşıma və gəzdirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişlər. Bu məqsədlə cinayətkar sövdələşməyə əsasən Məhkum2 2014-cü ilin təxminən yay aylarında tanışı X9un yaşadığı ünvan 1 ünvanda olan evin qarşısına gələrək orada X9un satış məqsədi ilə təxminən 2014-cü ilin yay aylarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi, istintaqa məlum olmayan yerdə gizlədərək saxladığı, 01 ədəd ******* nömrəli, SSRİ dövlətində istehsal olunmuş, 5.45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, yivli odlu döyüş silahı sayılan, texniki cəhətdən saz, atəşə yararlı avtomatı, 5.45 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomat və RPK-74 əl pulemyotlarından atəş açmaq üç ün nəzərdə tutulmuş istifadəyə yararlı döyüş sursatı hesab edilən 30 ədəd zavod üsulu ilə istehsal olunmuş patronları, Kalaşnikov konstruksiyalı avtomatların 5.45 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə yararlı 01 ədəd qəhvəyi plastmas materialdan hazırlanmış darağı pulunu sonradan ödəmək şərti ilə X9dan 800 manata almış, satış məqsədi ilə əldə edib saxlamaqla üzərində gəzdirərək idarə etdiyi naməlum avtomaşınla həmin gün Balakən şəhər mərkəzində yerləşən bayraq dairəsinə qanunsuz daşıyaraq orada yuxarıda qeyd olunan odlu silah, onun komplekt hissələri və döyüş sursatını tanışı Məhkum1 1.000 manata satmış, həmin puldan 800 manatını X9a vermiş, 200 manatını isə özünə götürmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və Rafail Əliyevdən ibarət tərkibdə) 20 dekabr 2017-ci il tarixli hökmü ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2017-ci il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum1 əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi hissəsində ləğv edilmiş, Məhkum1 cinayət əməli CM-in 234.1-ci maddəsindən CMin 234.4.3-cü maddəsinə tövsif edilmiş, Məhkum1 CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2017-ci il tarixli hökmü ilə Məhkum1 CM-in 228.2.1 və 228.2.2-ci maddələri ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırk ı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya protesti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu hökmündən narazı qalan Məhkum1 müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2017-ci il tarixli hökmünün ləğv olunmasını və Məhkum1 təqsirli bilindiyi CM-in 228.2.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini, onun əməlinin CM-nin 228.2.2-ci maddəsindən CM-in 228.1-ci maddəsinə tövsif edilməsini, Məhkum2 verdiyi kassasiya şikayətində ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillər ini Məhkum1 müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, ibtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə cinayət təqibi səthi, qeyri-obyektiv, birtərəfli, təqsirləndirilən şəxsə işgəncə vermək, ona hədə qorxu gəlmək, müdafiə hüququndan məhrum etmək, dolayısıyla da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarını kobud surətdə pozmaq yolu ilə aparılmışdır. Həmin hallara Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi tərəfindən baxılmamış, qeyd olunan məsələlər araşdırılmamış və nəticədə qeyri-obyektiv, bir tərəfli, ədalətsiz və qanunsuz hökm qəbul edilmişdir. Məhkum1 Balakən Rayon Polis Şöbəsinə gətirilərək orada saxlanılmışdır və burada pis rəftara, o cümlədən, işgəncəyə məruz qalmışdır. Həmin gün telekanallar tərəfindən aparılmış çəkilişlər zamanı, göz ündə və alın nahiyəsində görünən əziklər, onun polis şöbəsində pis rəftara, o cümlədən, işgəncəyə məruz qalmasını bir daha sübut edir. Məhkum1 polis şöbəsində saxlanıldığı müddətdə, özünün və müdafiəçisinin iştirakı olmadan atasının mülkiyyətində olan fərdi yaşayış evində axtarış istintaq hərəkəti həyata keçirilmiş və oradan ona məxsus olduğu iddia olunan və gələcəkdə qanunsuz olaraq ittiham olunmasına səbəb olacaq narkotik maddə olan qurudulmuş marixuana və odlu silah hesab olunan bir ədəd barabanlı tapança "götürülmüşdür". İşin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, iştirak etmədikləri halda hüquqlarını müdafiə etdiyi Məhkum1 və ona həmin istintaq hərəkətinin aparılmasının üzərindən 1 (bir) gündən də artıq müddətdən sonra təyin olunan vəkil X4 adı "Baxış keçirilməsi və maddi sübutun g ötürülməsi haqqında" protokolda qeyd olunmuşdur. Halbuki, iş materiallarında olan foto şəkillərdən də göründüyü kimi, nə Məhkum1, nə də müdafiəçisi həmin istintaq hərəkətində iştirak etməmişdir. Bununla yanaşı, iş materiallarında olan 18 avqust 2016-cı il tarixli "Müdafiəçinin təqdim olunması barədə" protokoldan (cild-3, səh.159) və Balakən Rayon Polis Şöbəsinin rəisinin Balakən rayon prokuroruna ünvanladığı məktubdan da (cild-3, səh.-159) məlum olur ki, Məhkum1 17 avqust 2016-cı il tarixdə saat 19:10-da Balakən Rayon Polis Şöbəsinin və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmasına baxmayaraq, ona müdafiəçi 18 avqust 2016-cı il tarixdə saat 20:10-dan sonra təyin edilmişdir. Baxış istintaq hərəkəti zamanı hüquqlarını müdafiə etdiyi Məhkum1 və onun "müdafiəci"sinin həmin istintaq hərəkətində iştirak etməməsini məhkəmə istintaqı zamanı ifadə vermiş polis işçiləri və "hal şahidləri" də təsdiq etmişdir. Göründüyü kimi, "baxış" istintaq hərəkəti deyildikdə - hadisə yerinə, binalara, sənədlərə, əşyalara, insan meyitinə və heyvan cəsədinə çılpaq gözlə (vizual) baxmaq başa düşülür. "Axtarış" istintaq hərəkəti deyildikdə isə - hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin axtarılması başa düşülür. Qeyd olunanlardan göründüyü kimi, müdafiəçisi olduğu Məhkum1 təqsirləndirildiyi CM-nin 228.2.1, 228.2.2 və 234.4.3-cü maddələrinin dispozisiyasında nəzərdə tutulan əməllər onun tərəfindən törədilmədiyi və onun belə cinayəti törətməsi nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsində sübuta yetirilmədiyi üçün ona CMnin 228.2.1-ci və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham hissəsində bəraət verilməli, CM-nin 228.2.2-ci maddəsi üzrə elan edilmiş ittiham hissəsində isə onun əməli CM-nin 228.1-ci maddəsinə tövsif edilərək, həmin maddənin sanksiyası çərçivəsində ona cəza təyin edilməlidir. Kassasiya şikayətinin dəlillərini Məhkum2 onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsizdir və ona yüngül cəza təyin edilməlidiir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, Şəki Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 20 dekabr 2017-ci il tarixli hökmüı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum1 müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən hökm və qərar qəbul edilərkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilmə məsi və məhkum barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.2.1-ci və 234.4.3-cü maddələri ilə bəraət verilməməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum1 törətdiyi cinayət əməllərini məhkəmə istintaqı zamanı etiraf etməsə də, onun qeyd edilmiş cinayət əməlini törətməsi iş üzrə digər təqsirləndirilən ş əxslərin ifadələri ilə yanaşı, şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum1 və X8 odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə edib gəzdirmə, saxlama, daşıma və satma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmişlər. Bu məqsədlə Məhkum1 2014-cü ilin təxminən yay aylarında tanışı Məhkum2 1000 manata qanunsuz olaraq əldə etdiyi 01 ədəd ******* nömrəli, SSRİ dövlətində istehsal olunmuş, 5.45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, yivli odlu döyüş silahı sayılan, texniki cəhətdən saz, atəşə yararlı avtomatı, 5.45 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomat və RPK-74 əl pulemyotlarından atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə yararlı döyüş sursatı hesab edilən 30 ədəd zavod üsulu ilə istehsal olunmuş patronları, Kalaşnikov konstruksiyalı avtomatların 5.45 mm kalibrli patronlar ın yerləşdirilməsi üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə yararlı 01 ədəd qəhvəyi plastmas materialdan hazırlanmış darağı 2016-cı ilin iyun ayının sonunda tanışı X3 bəxşiş kimi çatdırılması üçün yaşadığı Balakən rayonunun Qazma kəndində həmkəndlisi X4ə vermişdir. X4 isə qeyd olunan odlu silah, onun komplekt hissəsi və döyüş sursatını qanunsuz əldə edib özünə məxsus «Mersedes» markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda saxlamaqla həmin gün 100 manat müqabilində İsmayıllı rayonu ərazisinə qanunsuz daşıyaraq orada X5ə vermişdir. Bundan başqa, Məhkum1 təkrarən, 2016-cı ilin avqust ayının təxminən 10-da istintaqa məlum olmayan mənbədən 1 (bir) ədəd ilkin variantda 11 mm kalibrli olmaqla xarici dövlətdə istehsal olunmuş, «Smit and Vesson» konstruksiyalı, lakin hissələrinin üzərində dəyişikliklər edilməklə hal-hazırda 5,6 mm kiçik kalibrli məşq, təlim Marqolin tapança və «Toz» modelli ov tüfəngləri üçün nəzərdə tutulmuş patronlarla atəş açmaq üçün düzəldilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu döyüş silahını, döyüş sursatı hesab edilən 3 (üç) ədəd zavod üsulu ilə istehsa l edilmiş, Marqolin konstruksiyalı tapançalarda və “TOZ” modelli tüfənglərdə atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kalibrli, atəşə yararlı patronları qanunsuz əldə edib yaşadığı Balakən rayonunun Qazma kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daşımaqla evin yataq otağında yerləşən paltar dolabının üstündə gizlədərək saxlamışdır. Daha sonra, Məhkum1 2016-ci ilin avqust ayının təxminən 10-da istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda olan 1 kiloqram 105 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı Balakən rayonunun Qazma kəndində yerləşən evinə qanunsuz daşıyaraq, gizlətməklə saxlamışdır. 17 avqust 2016-cı ildə saat 19:00 radələrində yaşadığı Balakən rayonunun Qazma kəndində yerləşən fərdi yaşayış evindən qanunsuz olaraq əldə edib saxladığı 1 (bir) ədəd ilkin variantda 11 mm kalibrli olmaqla xarici dövlətdə istehsal olunmuş, «Smit and Vesson» konstruksiyalı, lakin hissələrinin üzərində dəyişikliklər edilməklə hal-hazırda 5,6 mm kiçik kalibrli məşq, təlim Marqolin tapança və «Toz» modelli ov tüfəngləri üçün nəzərdə tutulmuş patronlarla atəş açmaq üçün düzəldilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu döyüş silahını, döyüş sursatı hesab edilən 3 (üç) ədəd zavod üsulu ilə istehsal edilmiş, Marqolin konstruksiyalı tapançalarda və “TOZ” modelli tüfənglərdə atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kalibrli, atəşə yararlı patronlar evin yataq otağında yerləşən paltar dolabının üzərindən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarı ndan artıq miqdarda olan 1 kiloqram, 105 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana isə yaşadığı evin yataq otağındakı sandıqcanın üzərinə yığılmış yorğan-döşəyin arasından bir ədəd sellofan torbada aşkar edilərək götürülmüşdür. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsini məhkum X9 etiraf etməsə də, digər məhkumların ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Bundan əlavə, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya şikayətinin digər dəlili Məhkum1 ibtidai istintaq dövründə təzyiq olunması, işgəncələr verilməsi və müdafiə hüququnun pozulmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında təqsirləndirilən şəxs Məhkum1 işgəncələrə məruz qalması faktı müəyyən edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, Məhkum1 hüquqlarını müdafiə edilməsi üçün ona ibtidai istintaq zamanı müdafiəçi təyin olunmuş prosessual hərəkətlərdə müdafiəçi iştirak etməklə prosessual sənədlərə imza etmişdir. Məhkum Məhkum2 kassasi ya şikayətinin başlıca dəlili ona təyin olunmuş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən c əza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının h əyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum2 cəza təyin edərkən onun törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Nəzərə alınsa ki, Məhkum2 təqsirli bilindiyi CM-in 228.2.1-ci maddənin sanksiy asında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və məhkəmə də ona maddənin sanksiyasının orta həddində cəza təyin etmişdir, belə cəzanı heç cür ağır hesab etmək mümkün deyildir. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsul iyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum2 və Məhkum1 barəsindəki hökmün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2017-ci il tarixli hökmünün məhkumlar Məhkum1 və Məhkum2 dair hissədə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2017-ci il tarixli hökmü məhkumlar Məhkum1 və Məhkum2yə dair hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar