Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-675/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Abdurəhmanlı Umud Xudaverdi oğlunun iştirakları ilə, Bakı Ağ ır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 1(103)-1800/2021 nömrəli hökmü ilə (hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) xx xxxxxx 1989-cu il tarixdə Qazax rayonunun Kosalar kəndində doğulmuş, Azərbaycan Respublika sının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2014-cü il tarixli hökmü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2014-cü il tarixli, xxx saylı Əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai araşdırma dövründə tutulduğu 1 (bir) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 8 (səkkiz) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ibtidai həbs m üddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 29 fevral 2020-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi hökm edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, Mirzəli Əbdüləli oğlu Abba sov və Ramin Afad oğlu Qaraqurbanlıdan ibarət tərkibdə) 06 may 2021-ci il tarixli, 1(103)-1800/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və məhkumun müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşım ış, habelə o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Məhkum 2019-cu ilin noyabr ayının ortalarında Qazax rayonunda naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,239 qram çəkidə psixotrop maddə olan metamfetamin, 1,068 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 100,627 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 noyabr 2019-cu il tarixdə, saat 23 radələrində, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Səbət market”in qarşısında saxlanaraq üzərinə baxış keçirilmiş və onun əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 1,239 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 1,068 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan qara rəngli gödəkcəsinin sol cibindən kustar üsulla hazırlanmış təmiz çəkisi 100,627 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum 29 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” deyilən ərazidə təmiz çəkisi 30,780 qram olan külli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə əldə edib üzərində saxlamaqla daşımış, əvvəlki cinayət əməli ilə bağlı təqsirlə ndirilən şəxs qismində cəlb edildiyi iş üzrə ibtidai istintaq orqanından gizləndiyi üçün barəsində olan axtarışla əlaqədar Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 29 fevral 2020-ci il tarixdə, saat 21:45 radələrində, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Motodrom” adlanan yaşayış sahəsi, 54 ünvanın qarşısında tutularaq, saat 23 radələrində, 32-ci Polis Bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən ağ rəngli sellofan torbaya bükülmüş vəziyyətdə olan ayrı-ayrılıqda təmiz çəkiləri 16,020 qram və 14,760 qram, ümumi təmiz çəkisi 30,780 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN, KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum və müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu eyni məzmunlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, məhkum barəsində çıxarılmış hökm əsassız olmaqla yanaşı, ədalətsiz və qanunsuzdur. Məhkəmələrdə dəfələrlə müxtəlif vəsatətlər qaldırılmasına baxmayaraq həmin vəsatətlər barədə heç bir araşdırılma aparılmamış, bundan əlavə cinayət işində olan istinad edilən sübutlar belə məhkəmədə tədqiq edilməmişdir. Bundan əlavə Məhkum etitaf ifadələri işgəncə altında alınması, Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən döyülərək fiziki və psixi təsirə məruz qalması barədə müdafiə tərəfinin xx.xx.2020-ci il t arixli sorğusuna Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun 31 avqust 2020-ci il tarixli № 160-C-20 saylı məktubu ilə cavab göndərilmiş, həmin məktub isə üzvü olduğum 20 saylı Vəkil Bürosuna Məhkum barəsində ittiham hökmü çıxarılandan sonra, yəni xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Bu fakt zərfin üzərində olan möhürlə təsdiq olunmuşdur. Müəyyən olunmuşdur ki, həmin material Suraxanı rayon prokurorluğunun müstəntiqi, X3 icraatında olmuş və onun tərəfindən araşdırma aparılmış və CPM-nin 39.1.1-ci (cinayət hadisəsinin olmaması) maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 avqust 2020-ci il tarixli qərar qəbul edilmişdir. Lakin CPM-nin 212.2-ci maddəsinə əsasən qeyd olunan qərarın surəti cinayət haqqında məlumat vermiş hüquqi və ya fiziki şəxsə göndərilməli olduğu halda göndərilməsi təmin olunmamışdır. Qərarda qeyd olunanlara əsasən iş üzrə təyin edilib keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 318 №li rəyində göstərilmişdir ki, Məhkum hər iki mil bilək oynağı və ayaq nahiyələrinin əzilmiş yaraları bərk küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti zərərçəkmişin göstərdiyi xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qərarda qeyd olunanlara əsasən Məhkum izahatında xx.xx.2020-ci il tarixdə 32-ci PB-nin əməkdaşları tərəfindən saxlanıb PB-nə gətirilərkən törətmədiyi cinayətləri boynuna götürməsi ümün ona fiziki və psixi zor tətbiq edilməsini və döyülərək xəsarət yetirildiyini bildirmişdir. Müstəntiq T.Mirzəyevanın 31 avqust 2020-ci i l tarixli qərarının qanunsuzluğu ilə bağlı Suraxanı rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət verilmiş və həmin şikayətə hakim X18 tərəfindən baxılaraq qəbul edilmiş xx.xx.2021-ci il tarixli 6(010)4/2021 saylə qərarda aşağıdakılar göstərilmişdir. Məhkəmə işdə olan Məhkum və polis əməkdaşlarının izahatlarını, məhkəmə tibbi ekspertizasının rəyində qeyd olunan xəsarətlərin xarakterini, həmin xəsarətlərin xx.xx.2020-ci il tarixdə yetirilməyə xarakterik olmasını, iş materiallarında olan digər əhəmiyyətli halları müqayisəli tədqiq edərək, eləcə də CM-nin 37.1 və 37.2-ci maddəsinin tələbləri baxımından belə nəticəyə gəlmişdir ki, Məhkum bədən səthində aşkar edilmiş xəsarətlər onun səlahiyyətli dövlət orqanlarına gətirilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsəd ilə 29 fevral 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduğu zaman yetirilə bilməsi ehtimal edilsə də, iş materiallarında Məhkum tutulduğu zaman polis əməkdaşlarına hər hansı bir müqavimət göstərməsinə və ya qaçmağa cəhd etməsinə, habelə onun tutulması üçün tətbiq edilən vasitələrin və üsulların lazımı nəticə verməməsinə dair hər hansı bir mötəbər sübutun olmaması sözügedən xəsarətlərin yuxarıda qeyd edilən şəraitdə yetirilməsi ehtimalını qeyri-mümkün edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq tərəfimdən verilən şikayətin təmin edilməsi, Suraxanı rayon prokurorluğunun müstəntiqi X5 31 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qanunsuz hesab etməklə əlavə araşdırmanın aparı lması üçün materialın Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilməsinə dair xx.xx.2021-ci il tarixli 6(010)-4/2021 saylı qərardan şikayət verməmiş və qərarda göstərilənlər çəkişmə prinsipinə əsasən qanuni qüvvəyə minmişdir. Həmin qanuni qüvvəyə minmiş qərarın icra edilməməsinə görə məsuliyyət isə CPM-nin 64.1-ci maddəsinə əsasən məsuliyyəti isə Suraxanı rayon prokurorluğunun həmin qərarın icrası həvalə edilmiş müvafiq əməkdaşları daşıyır. Belə ki, Məhkum barəsində cinayət təqibi onun müdafiə hüququnun kobud qanun pozuntuları və işgəncə ilə həyata keçirilmiş, ittiham saxtalaşdırılmış, istintaq və prossesual hərəkətlər açıq-aşkar qanun pozuntuları ilə aparılmışdır. İttihamın əsasını Məhkum işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində verdiyi həqiqətə uyğun olma yan ifadələr təşkil edir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum münasibətdə Bakı Apellyasiya Məhkəməsinin tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi üzrə xitam verilməsi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasının yuxarı həddində 03 il azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulmasını, Məhkum ibtidai istintaq dövründə həsdə saxlandığı müddət də daxil olmaqla 3 il 2 aydan artıq, yəni uzun müddət həbsdə saxlanmasını, eləcə də CPM-nin 155.1.3 və 155.1,5-ci maddələrində nəzərdə tutulan hərəkətlərin onun tərəfindən ediləcəyinə dair ehtimalların mövcud olmadığını nəzərə alaraq, onun barəsində seçilmiş həbs qəti imkan tədbirinin lə ğv edilməsi və həbsdən azad edilməsi barədə qərar qəbul olunmasını xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində Məhkum və müdafiəçi Abdurəhmanlı Umud Xudaverdi oğlu kassasiya şikayətinin dəlillərinə uyğun ayrı-ayrılıqda çıxış edərək, verilmiş kassasiya şikayətinin və ona əlavənin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlav ənin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddə sinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Müdafiə tərəfi kassasiya şikayətində və ona əlavədə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyini qəbul edərək, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi verilmiş ittiham üzrə təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittihamlar üzrə bəraət verilməsi haqqında tələblərini işin faktik hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətlərdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktik halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində məhkumun verdiyi həqiqət ə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq məhkumun işgəncə və qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. İlkin olaraq məhkəmə kollegiyası məhkumun işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması barədə dəlilləri iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, çox saylı müraciətlərə baxmayaraq Məhkum verilmiş ittiham üzrə məhkəmə araşdırmaları (həm birinci instansiya, həm də apellyasiya məhkəməsində) məhkumun qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara məruz qalması barədə halların araşdırılmaması ilə aparılmışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 1(101)747/2020 saylı hökmündən Məhkum müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxs Məhkum müdafiə hüququnun birinci instansiya məhkəməsində kobud surətdə pozulmasını, ittiham tərəfinin bütün şahidlərinin dindirilməsi zamanı “öz müdafiəsini həyata keçirmək üçün kifayət qədər imkana malik olmaq” hüququndan məhrum olunmasını nəzərə alıb məhkəmə baxışını tam istintaqla keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli ilkin baxış iclasının qərarı ilə verilmiş apellyasiya şikayətinə məhkəmə baxışı açıq məhkəmə iclasında məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən təyin edilmişdir. Belə ki, müdafiəçi U.Abdurəhmanlı 17 fevral 2021-ci il tarixli yazılı vəsatətlə, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli baxış iclasında məhkəmə çıxışı zamanı şifahi vəsatətlə müraciət edərək ittihamın əsasının Məhkum işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etdiyindən cinayət işinin məhkəmə baxışının qismən istintaqla keçirilməsi və həmin pozuntulara qiymət verilməsini xahiş etmişdir. Lakin, məhkəmə tərəfindən bu vəsatətlərə münasibət bildirilməmişdir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik p rezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunve rici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Oxşar yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilib-edilməməsinə diqqət yetirilməlidir (X14rşı, №№ 29084/07 və 1191/08, § 126, 27 oktyabr 2020). “Ədalətli məhkəmə baxışı” haqda daha geniş konsepsiyanın ayrıca elementini təşkil edən tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli b alans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümkün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsini qarşı tərəf və ya tərəflərlə müqahisədə vəziyyətinin əhəmiyyətli dərəcədə fərqlənməyən şəraitdə təqdim edə bilsin (Regner Çex Respublikasına qarşı [BP], № 35289/11, § 146, 19 sentyabr 2017). Bundan başqa, tərəflərin vəsatətləri və mülahizələri həqiqətən “dinlədilmədiyi”, yəni tribunal tərəfindən ətraflı araşdırılmadığı halda, ədalətli məhkəmə baxışına hüququn effektiv təmin edildiyi hesab edilə bilməz (Fərzəliyev Azərbaycana qarşı, № 29620/07, § 35, 25 may 2020). Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun müstəntiqi X5 31 may 2020-ci il tarixli qərarı ilə Məhkum Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları X8, X9, X15, X19 və X12 tərəfindən d öyülərək xəsarət alması ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkum müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu məhkəmə nəzarəti funksiyalarını həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun müstəntiqi X5 31 may 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun müstəntiqi X5 31 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qanunsuz hesab edilməklə ləğv edilmiş və əlavə araşdırılma aparılması üçün material Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna göndərilmişdir. H əmin qərarda qeyd olnumuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 04 mart 2020-ci il tarixli, xx/xx-1039 nömrəli xüsusi məlumatından görünür ki, 03 mart 2020-ci il tarixdə, təxminən saat 14:10 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin əməkdaşları tərəfindən gətirilib təhvil verilmiş, xx xxxxxx 1989-cu ildə Qazax rayonunda anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, 29 fevral 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən həbsdə saxlanılan şəxs Məhkum 04 mart 2020-ci il tarixdə, təxminən saat 14:40 radələrində Tibb-sanitar hissəsində müayinə olunan zaman onda hər i ki bilək və ayaq nahiyəsinin qərtməkli yaralarının aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunaraq E.T.lbrahimovun izahatı alınmış, sonuncu yazılı izahatında bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 29 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 29 fevral 2020-ci il tarixdə, saat 23:15-də tutulmuşdur. 01 mart 2020-ci il tarixli aktdan görünür ki, Məhkum 01 mart 2020-ci il tarixdə, saat 06:00-da Bakı şəhəri Suraxanı rayon Polis İd arəsinin Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən onun üzərinə tam baxış keçirilmiş və heç bir xəsarət aşkar edilməmişdir. Məhkumun tibbi kitabçasından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 04 mart 2020-ci il tarixli məlumatından görünür ki, Məhkum üzərinə baxış zamanı hər iki bilək və ayaq nahiyəsinin qərtməkli yaraları aşkar olunmuş, Məhkum həmin xəsarətləri həbs olunduğu zaman aldığını bildirmişdir. İş materiallarında olan Məhkum Bakı şəhəri Suraxanı rayon prokurorluğuna verdiyi yazılı izahatından görünür ki, Məhkum 29 fevral 2020-ci il tarixdə Binəqədi rayonu ərazisində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıldığını, baxış zamanı üzərindən aşkar edilmiş limon duzunu narkotik vasitə bilmiş həmin polis əməkdaşlarının onu döyə-döyə, bölməyə gətirdiklərini, orada Adil, bölmənin rəisi Məhəmməd, əməliyyatçılar Fərid, Eldəniz, Bəhruz və adlarını bilmədiyi digər şəxlər tərəfindən təpik və yumruqla bədəninin müxtəlif nahiyələrindən vurulmaqla döyüldüyünü, sonuncuların onun üzərindən narkotik vasitənin aşkar edildiyini, habelə oğurluq etdiyini etiraf etdirmək istədiklərini, bundan imtina etdiyini, üzərindən ümumiyyətlə hər hansı bir narkotik vasitənin aşkar edilmədiyini, bununla belə müvafiq sənədlərə imza etdirilməyə zorla məcbur edildiyini, polis bölməsində polis əməkdaşlarının sifət nahiyəsindən başqa bədənin bütün nahiyəsinə yumruq və təpiklə vurub ona xəsarət yetirdiklərini, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə bu barədə bildirsə də dediklə rinə əhəmiyyət verilmədiyini, adlarını yuxanda qeyd etdiyi, ona xəsarət yetirmiş polis əməkdaşlarından şikayətçi olduğunu qeyd etmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri baxımıdan Məhkum bədən səthində aşkar edilmiş xəsarətlərin onun səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə 29 fevral 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduğu zaman yetirilə bilinməsi ehtimal edilsə belə, iş materiallarında Məhkum tutulduğu zaman polis əməkdaşlarına hər hansı bir müqavimət göstərməsinə və ya qaçmağa cəhd etməsinə, habelə onun tutulması üçün tətbiq edilən vasitələrin və üsulların lazımi nəticə verməməsinə dair hər hansı bir mötəbər sübutun olmaması sözügedən xəsarətlərin yuxarıda qeyd edilən şəraitdə yetirilməsi ehtimalını qeyri-mümkün edir. Beləliklə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi hesab edir ki, Məhkum hər iki bilək və ayaq nahiyəsinin qərtməkli yaralarının aşkar edilməsi onun cinavət təqibi gedişində fiziki zorakılığa məruz qalmasına dəlalət edir. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli qərarı qəbul etməmişdən öncə apellyasiya məhkəməsinə təqdim edilmiş, məhkəmə kollegiyası həmin qərara heç bir münasibət bildirmədən formal surətdə iş materiallarına əlavə edərək hökmdən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlər ə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirlir. Bütün instansiya məhkəmələrində aparılan icraatlara, o cümlədən apellyasiya müraciətləri üzrə icaata şamil edilən bu prinsip hər bir tərəfin məhkəmədə öz m övqeyini müdafiə etmək üçün bərabər imkanlara malik olmasını ehtiva edir (maddə 32.2.2). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgən cə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılma sının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, müdafiə tərəfi işgəncə faktının araşdırlması və iddia etdikləri halların müəyyən edilməsi üçün çoxsaylı vəsatətlər qaldırmaqla apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini və bu məqsədlə məhkəmə baxışının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsini müvafiq vəsatətlərində apellyasiya məhkəməsindən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli ilkin baxışı iclasının qərarından görünür ki, şikayətdə qeyd edilən pozuntulara dair dəlillərə heç bir münasibət bildirilməmiş və məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən 12 noyabr 2020-ci ilə təyin edilmiş və daha sonra yekun qərarında Elmaddin İbrahimovun işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlərə qalmasına dair dəlillərə hər hansı hüquqi qiymət verilməmişdir. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. İş materiallarında olan məlumatların kassasiya şikayətinin və ona əlavənin dəlilləri və yuxarıda qeyd olunan qanunvericilik normalarının, Avropa İnsan Hüquqları Məhkəməsinin və Plenum Qərarlarının izahları baxımından təhlili göstərir ki, apellyasiya məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların yoxl anılması və qiymətləndirlməsi zamanı cinayət prosessual qanunvericiliyin norma və prinsiplərini pozmuşdur. Kassasiyası məhkəmə kollegiyası əvvəlllər qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqeyinə sadiq qalaraq, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə aşağıda qeyd edilənləri təkrarən apellyasiya məhkəmə kollegiyalarının nəzərinə çatdırmağı məqsədə müvafiq hesab edir: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalar ının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halları n müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kass asiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumlara bəraətin verilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum işgəncə, fiziki və ya psixi təzyiq lərə məruz qalması barədə dəlillərə qiymət verilmədən, həm bu barədə, həm də işin digər faktiki hallarına uyğun yuxarıda qeyd edilən normaların tələblərinə müvafiq araşdırma aparılmadan, müdafiə tərəfinin kassasiya müraciətində və məhkəmə çıxışında göstərdiyi Məhkum həm özünü təqsirli bildiyi, həm də təqsirsizliliyi, sübutların tədqiqi, iş üzrə müəyyən müəyyən edilmiş faktiki hallar mübahisələndirildiyi, məhkuma qismən bəraət verilməsi haqqında dəlillərinə qiymət verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət-prosessual qanun məhkəmə istintaqının keçirilməməsi barədə əvvəl qəbul edilmiş qərar ləğv edilmədən də məhkəmə baxışının gedişində zərurət yarandığı hallarda (məsələn, CPM-in 400.2.2-ci maddəsinin nəzərdə tutduğu vəziyyətdə) apellyasiya məhkəməsi tərəfindən həmin məsələyə yenidən baxılmasının və məhkəmə istintaqının keçirilməsi barədə qərarın qəbul edilməsinin qarşısını almır. Məhkəmələrin müdafiə tərəfinin təklif etdiyi məhkumun işgəncə, fiziki və psixi təsirlərə məruz qalmasının araşdırılması barədə vəsatətlərinə yuxarıda şərh olunan qaydada baxmaqdan imtina etməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-ci maddəsində göstərilən pozuntu kimi çıxış edir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları apellyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməklə Məhkum barəsində qərar verməsini - CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya müraciətlərinin dəlillərini qismən (məhkumun işgəncəyə, psixi və fiziki təsirə məruz qalması dair araşdırılma aparılmaması hissəsində) əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prose ssual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Məhkum Azərbaycan Respublikası CMnin 234.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərə findən verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli qərarı ləğv olunsun və cinayət işi apellyasiya məhkəməsində yenidən məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-675/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-675/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver