Məhkəmə qərarları › İş №1(102)-675/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-675/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-675/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Məhkum2 müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakı ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-in və ya CM-in) 32.5, 234.4.1 və 32.5, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 1(103)-1315/2024 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:

1. Məhkum2 xx xxx 2007-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Alıcanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonunda kirayədə yaşayır.

2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməklə saxlamış və daşımışdır.

3. Belə ki, yetkinlik yaşına çatmayan Məhkum2 yetkinlik yaşına çatmayan şəxs olmaqla tanışı Məhkum1 narkotik vasitənin satışından əldə edəcəyi gəlirdən idarə etdiyi mopedə yanacaq doldurulması üçün pul vədinə görə sonuncu tərəfindən cinayətkar qrupa və ağır cinayətin, törədilməsinə cəlb edilmiş, Məhkum1 ilə birlikdə istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2010,3 qram çəkidə narkotik vasitə heroini Məhk um1 bildirdiyi ünvandan götürüb sonuncuya təqdim etdikdən sonra onların hərəkətlərindən şübhələnən və Məhkum1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əsasında Bakı şəhəri, Nəsimi rayon polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyun 2023-cü il tarixdə saat 19:00-da Məhkum1 ilə birlikdə ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi rayon polis idarəsinə gətirilmiş və orada Məhkum1 üzərində şəxsi axtarış keçirilən zaman əlindəki sellofan torbadan bir ədəd qara rəngli bağlamada satış məqsədilə əldə etdiyi 2010,3 (2 kq 10,3 qram) qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin sonuncudan aşkar olunaraq götürülmüşdür.

4. Bakı Ağır Cin ayətlər Məhkəməsinin (hakimlər: X11 (sədrlik edən), X5 və X2 qızından ibarət məhkəmə tərkibində) 16 aprel 2024-cü il tarixli, 1(101)-978/2024 nömrəli hökmü ilə Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə, CM-in 62-ci maddəsi tətbiq edilməklə həmin məcəllənin 85-ci maddəsinə əsasən barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırması cəzasının tətbiq edilməsi, təqsirləndirilən şəxs Məhkum2 üzərinə CM-in 52-1.2 maddəsinə əsasən aşağıdakı vəzifələrin qoyulması: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəm ə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin icra orqanında qeydiyyata düşdüyü tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin cinayət işi üzrə digər təqsirləndirilən şəxsin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

5. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilərək, hökmün Oktay Nağızadəyə münasibətdə cinayət qanununun norması düzgün tətbiq olunmaqla təqsirli bilindiyi maddələrin sanksiyasında həddində və cinayətlərin məcmusu üzrə qanun vericiliyin tələbinə uyğun olmaqla daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, həmçinin Məhkum2 münasibətdə CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəanın hökümdən xaric edilməklə cinayət qanunun normaları düzgün tətbiq olunmaqla təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət məhkəmə tərkibində) 8 oktyabr 2024-cü il tarixli, 1(103)1315/2024 nömrəli qərarı ilə apellyasiya protestinin qismən təmin edilməsi, Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin Cinayət Məcəlləsinin 32.5, 234.4.1 və 32.5, 234.4.3-cü maddələrinə tövsif edilməsi, Məhkum2 CM-in 32.5, 234.4.1 və 32.5, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə, CM-in 62-ci maddəsi tətbiq edilməklə həmin məcəllənin 85-ci maddəsinə əsasən barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırması cəzasının tətbiq edilməsi, təqsirləndirilən şəxs Məhkum2 üzərinə CM-in 52-1.2-ci maddəsinə əsasən aşağıdakı vəzifələrin qoyulması: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, cəzasının əvvəl inin icra orqanında qeydiyyata düşdüyü tarixdən hesablanması qərara alınmış, qərarla eyni zamanda cinayət işi üzrə digər təqsirləndirilən şəxs Məhkum1 məsiliyyət məsələsi, maddi sübutlar, məhkəmə məsrəfi məsələləri həll edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 1(103)-1315/2024 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İİ. Kassasiya protestinin dəlilləri və etirazlar:

8. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum2 əməlini tövsif edib, ona cəza təyin edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, baş vermə səbəbi, məqsədi və motivi, Məhkum2 şəxsiyyəti, cinayətin törədilməsi zamanı davranışını, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmədən islah olunmasının mümkün olmamasını, barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün heç bir əsasların olmamasını nəzərə almamaqla ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, barəsində hesab etdiyi yüngülləşdirici halları düzgün müəyyən etməmişdir.

9. Bununla da, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessu al Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM-in və ya CPMin”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd edilənlərə əsasən, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 1(103)-1315/2024 nömrəli qərarının Məhkum2 aid hissədə ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

11. Qərardan kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştir akçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Müdafiəçi5 kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 1(103)1315/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, Məhkum2 əməlinin düzgün tövsif edilmədiyini və heç bir əsas ol madan barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə həddindən artıq yüngül cəza təyin edildiyini iddia edərək, mübahisələndirilən qərarın ona münasibətdə ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 1 (103)1315/2024 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət işinin materiallarına əsasən, Məhkum2 yetkinlik yaşına çatmayan şəxs olmaqla tanışı Məhkum1 narkotik vasitənin satışından əldə edəcəyi gəlirdən idarə etdiyi mopedə yanacaq doldurulması üçün pul vədinə görə sonuncu tərəfindən cinayətkar qrupa və ağır cinayətin, törədilməsinə cəlb edilmiş, Məhkum1 ilə birlikdə istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2010,3 qram çəkidə narkotik vasitə heroini Məhkum1 bildirdiyi ünvandan götürüb sonuncuya təqdim etdikdən sonra onların hərəkətlərindən şübhələnən və Məhkum1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əsasında Bakı şəhəri, Nəsimi rayon polis İdarəsinin Narkotiklə rlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyun 2023-cü il tarixdə saat 19:00da Məhkum1 ilə birlikdə ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi rayon polis idarəsinə gətirilmiş və orada Məhkum1 üzərində şəxsi axtarış keçirilən zaman əlindəki sellofan torbadan bir ədəd qara rəngli bağlamada satış məqsədilə əldə etdiyi 2010,3 (2 kq 10,3 qram) qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin sonuncudan aşkar olunaraq götürüldüyündən, ona qarşı hazırkı ittiham irəli sürülmüşdür.

21. İbtidai istintaq orqanı Məhkum2 satış məqsədi ilə narkotik vasitə heroin saxlaması və daşıması barədə nəticəyə gələrkən Məhkum1 ilə birgə saxlanılmasına və şəxsi axtarış və götürmə aparılması zamanı Məhkum1 üzəri ndən aşkar edilmiş narkotik vasitə heroinin miqdarına və çəkisinin şəxsi istehlak miqdarından artıq olmasına istinad etmişdir. Eyni zamanda, cinayət işi materialları ilə Məhkum1 narkotikdən əldə edəcəyi gəlirdən Məhkum2 yancaq pulu verəcəyini vəd etməsi işin faktiki halları, təqsirləndirilən şəxslərin ilkin izahat və ifadələri, eləcə də digər sübutlarla təsdiqini tapmır.

22. Kassasiya məhkəməsi qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verib, məhkumun əməlində narkotik vasitə heroinin satış məqsədi ilə əldə olunmasında köməkçilik faktının sübuta yetirilməsi qənaətinə gəlinməsi, daha dəqiqi onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 234.4.1 və 32.5, 234.4.3-cü maddələrinə tövsif edilməsi nəticəsinə gəlinməsi qanuni və əsaslı olmuşdur.

23. İşin faktiki hallarından görünür ki, Məhkum2 narkotik vasitənin miqdarı, hansı məqsədlə əldə olunması barədə heç bir məlumatı olmamışdır. Onun rolu Məhkum1 göstərişi ilə narkotik vasitə olan bağlamanı gizlədildiyi yerdən götürüb, ona təhvil verilməsindən ibarət olmuşdur. Onun qəsdi qeyri-müəyyən miqdarda narkotik vasitənin əldə edilməsi və daşınmasına yönəlmişdir. Qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən narkotik vasitələrin satışı zamanı qrupun hər bir üzvünün qəsdi narkotik vasitənin məhz satışı üçün nəzərdə tutulan lazımi hərəkətlərin edilməsinə yönəlməlidir. Qrupun hər bir üzvü dərk etməlidir ki, narkotik vasitə onun gələcəkdə satışı üçün əldə edilir, daşınır, saxlanılır və s. Başqa sözlə, bu hərəkətlər birbaşa qəsdlə törədilməlidir. Qrup zamanı ümumi nəticəyə münasibətdə hərəkətlər məhz birbaşa qəsdlə həyata keçirilir.

24. Məhkum2 narkotik vasitələrin məhz satılması üçün əldə edilməsi barədə dəqiq və müəyyən məlumatı olmamışdır. Lakin onun kifayət qədər əsasları olmuşdur ki, əldə edilən narkotik vasitələrin gələcəkdə satılması üçün əldə edilməsini təxmin etsin, buna baxmayaraq, o bunu arzu etməsə də, şüurlu surətdə yol vermişdir. O, narkotik vasitəni daşımaqla gələcəkdə Məhkum1 bu narkotik vasitənin satmasına şərait yaratmışıdr. Məhz bu səbəbdən onun əməli satışa münasibətdə birgə icraçı kimi deyil, köməkçi kimi qiymətləndirilməlidir.

25. Kollegiya, kassasiya protestinin dəlilləri qismində göstərilən, məhkumun ibtidai istintaq və məhkəm istintaqı zamanı verilmiş ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə münasib ətdə qeyd edir ki, həmin sübutların məhkumun əməlinin narkotik vasitələrin nəinki satışı ilə, hətta narkotik vasitələrin yayılması ilə belə təqsirli bilinməsi nəticəsinə gəlmək üçün yetərli hesab edilməməsinə dair apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir.

26. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

27. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əl amətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

28. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və c inayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

30. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum2 əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

31. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum2 törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qən aətini şübhə altına almaq üçün əsas görmür.

32. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

33. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə s übutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

34. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

35. Məhkəmə kollegiyası eyni zamanda, dövlət ittihamçısının hazırki qərarın “Kassasiya protestinin dəlilləri” bölməsində təsvir edilmiş məhkuma təyin edilmiş cəzaya dair dəlillərinə qiymət verilməsini zəruri hesab edir.

36. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “ cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

37. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törət məkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

38. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

39. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanu nunun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

40. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi ol an əlavə cəzanı təyin etməyə bilər.

41. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

42. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

43. Belə ki, Azərbaycan Respublikası CPM-in 399.1.5-c i maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

44. CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

45. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

46. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının k assasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül və ya ağır olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

47. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül və ya ağır hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.

48. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyy əti verir.

49. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum2ə münasibətdə birinci instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın açıq-aydın yüngül olmasına dəlalət etmədiyi müəyyən olunur.

50. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2ə CM-in 32.5, 234.4.1 və 32.5, 234.4.3-cü maddələri ilə təyin etdiyi cəza (barəində CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 85-ci maddəsinə əsasən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası) bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən hallar (cinayəti yetkinlik yaşına çatmadığı dövrd ə törətməsi, həmçinin CM-in 62-ci maddəsinə əsasən müstəsna hal kimi qiymətləndirdiyi: yetkinlik yaşına çatmayan, yəni cinayət törədərkən 16 yaşı olan təqsirləndirlən şəxs Məhkum2 ittiham olunduğu cinayəti yetkinlik yaşına çatmış şəxs tərəfindən cəlb edildiyini, həmin əməl üzrə yalnız narkotik vasitəni gizlədilmiş yerdən götürərək cinayətin təşkilatçısı, təhrikçisi və əsas icraçısı olan, əməli törədərkən yanındakı Məhkum1 verməklə ona kömək etməkdən ibarət olmasını, onun 15 yaşından işləyən özünü təmin edilməsilə məşğul olduğunu, əvvəllər heç bir cinayət əməli törətmədiyini, etdiyi əməli səmimi etiraf ediyini və bu əməldən peşman olduğunu) və ağırlaşdıran halların (müəyyən edilməmişdir), cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitin ə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül və ya açıq-aydın ağır cəza kimi qiymətləndirilə bilməz.

51. Məhkum2ə cəza təyin edilərkən, apellyasiya instansiya məhkəməsi tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir.

52. Təsvir olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində CPMin 416-cı maddəsində göstərilən halların m üəyyən edilmədiyi, yəni kassasiya protestinin təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.

53. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 1(103)-1315/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 234.4.1 və 32.5, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin t örədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 1(103)-1315/2024 nömrəli qərarı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar