Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-676/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının, X1 və onun müdafiəçiləri Abdıyev Rəşad İlqar oğlunun və Şükürov Tural İsfəndiyar oğlunun iştirakları ilə, X1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 274 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasında dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Bayramov Mayıl Abbas oğlu (sədrlik edən və məruzəçi), Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə) X1 xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, heç bir yerdə işləməyən, əvvəllər məh kum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 yaşayan CM-nin 274-cü və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CM-nin 274-cü maddəsi ilə 15 (on beş) il müddətə, CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum İran İslam Respublikasının Ərdəbil şəhərində həmin dövlətin xüsusi xidmət orqanı olan XXXX (X3 Korpusu) əməkdaşı, şəxsiyyəti məlum olmayan «A1» adlı şəxs tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş və sonuncudan Azərbaycan Respublikasının suveren liyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olan xüsusi tapşırıqlar almışdır. Təqsirləndirilən şəxs Məhkum həmin tapşırıqların icrası ilə əlaqədar konkret hərəkətlər etməklə qəsdən və tamah məqsədi ilə casusluq formasında dövlətə xəyanət etmişdir. Bundan başqa, Məhkum qanunsuz olaraq döyüş sursatı və partlayıcı maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum xx xxx 2014-cü il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində olarkən tanışı, şəxsiyyəti məlum olmayan «A2» adlı şəxsin vasitəsi ilə SEP AH (X3 Korpusu) əməkdaşı, şəxsiyyəti istintaqa məlum olmayan «A1» adlı şəxslə tanış olmuş, sonuncu tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək müəyyən edilmiş iltizamı imzalamış və pul müqabilində müvafiq tapşırıqların icrasını öhdəliyinə götür müşdür. Bundan sonra, «A1» adlı şəxs Məhkum Bakı şəhərində internet satışı ilə məşğul olan ABŞ-m “XXXX” şirkətinin Azərbaycandakı filialı olan “xxxx” MMC-nin hüquqi ünvanını dəqiqləşdirməyi, şirkətə nüfuz edib orada müvafiq iş tapmağı tapşıraraq ona 500 manat məbləğində pul vermişdir. Məhkum həmin pulu alması barədə fars dilində yazılmış kağız parçasına imza etmişdir. Məhkum Azərbaycan Respublikasına qayıtdıqdan sonra ünvan 3 ünvanında yerləşən “xxxx” MMC-ni müəyyənləşdirərək şəxsiyyəti məlum olmayan «A2» adlı şəxsə zəng edərək bu barədə məlumat vermiş və həmin şirkətə nüfuz etməklə bağlı işlər gördüyünü bildirmişdir. xx xxx 2014-cü il tarixdə Məhkum yenidən İran İslam Respublikasının Ərdəbil şəhərinə gedərək tamah məqsədi ilə «A1» adlı şəxslə görüşmüş, sonuncu ona Bakı şəhərində yerləşən “ZZZ”ndə inzibatçı işləyən A3 (A3) adlı qadınla tanış olmağı, sonradan həmin qadını Ərdəbil şəhərinə gətirməyi tapşırmışdır. «A1» ona eləcə də tibb mərkəzinin rəhbərinin A4 adlı yəhudi olmasını və Aygün (Günay) adlı qadın vasitəsi ilə həmin şəxsə nüfuz edib ona dair məlumatları əldə etmək istədiyini bildirmişdir. Qeyd edilən tapşırığın icrası ilə əlaqədar «A1» adlı şəxs Məhkum 270 manat məbləğində pul vermiş, sonuncu pulu alması barədə fars dilində yazılmış kağız parçasına imza etmişdir. Məhkum xx xxx 2014-cü il tarixdə ölkə ərazisinə qayıtdıqdan sonra ünvan 4 ünvanında yerləşən “ZZZZ ”ni müəyyən etmiş, içəri daxil olaraq klinika ilə maraqlanmışdır. Bu vaxt Aygün adlı (Günay) qadın ona yaxınlaşaraq klinika barədə məlumat vermişdir. Həmin vaxt Məhkum klinikanın rəhbərinin X2 müəyyən etmiş, bir neçə gündən sonra «A2»la əlaqə saxlayaraq tapşırığın icra olunduğunu, klinikanın ünvanını və rəhbərini dəqiqləşdirdiyini, eləcə də A3 adlı (A3) qızı müəyyən etdiyini bildirmişdir. «A2» və «A1» adlı şəxslərin dəvəti ilə Məhkum xx xxxxxx 2014-cü il tarixdə yenidən İran İslam Respublikasının Ərdəbil şəhərinə getmiş, orada sonuncu ilə görüşərək ondan Bakı şəhərində yerləşən Nəsimi Polis İdarəsinin arxasında yeni tikilmiş binalarda kirayə mənzil axtarmaq, eləcə də “İzmir” parkının yaxınlığında ofis icarəyə götürmək kimi tapşırıq almışdır. Məhkum xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhərinə qayıtdıqdan sonra qeyd edilən tapşırıqların icrası ilə məşğul olmuş, daha sonra «A2» və «A1» adlı şəxslərlə əlaqə saxlayaraq kirayə pulunun çox olduğunu bildirmişdir. «A2» həmin vaxt Məhkum “ZZZZ”nin yaxı nlığında icarəyə çayxana götürməyi tapşırmış və bir neçə gündən sonra tapşırığın icra olunması üçün ona şəxsiyyəti məlum olmayan şəxslə 265 manat məbləğində pul göndərmişdir. Məhkum 2015-ci ilin oktyabr ayında həmin tibb mərkəzinin yaxınlığında götürdüyü ünvan 5 ünvanında yerləşən “AAAA” adlı kafeyə 600 manat məbləğində icarə haqqı ödəyərək “ZZZZ”ndə fəaliyyət göstərən şəxsləri mütəmadi olaraq məxfi müşahidə etmiş, onlarla şəxsi münasibətlər qurmağa çalışmışdır. Qeyd edilən tapşırığın daha davamlı olmasına görə «A1» adlı şəxs Məhkum xx xxxxxxx 2015-ci il tarixdə Ərdəbil şəhərinə dəvət edərək ona 700 manat, xx xxxxxx 2015-ci il tarixdə isə 400 manat məbləğində pul vermişdir. Daha sonra, Məhkum tanışı X8 müalicə adı ilə xx xxxxxxx 2015-ci il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərin ə aparmışdır. Məhkum Ərdəbil şəhərində qaldıqları mehmanxanaya Məmməd Məmmədovun tanımadığı iki nəfər İran xüsusi xidmət orqanının əməkdaşlarını dəvət etmiş, onların yanında sonuncuya həmin şəxslərlə məxfi əməkdaşlıq təklif edərək Bakı şəhərində yerləşən müxtəlif obyektlərin fotoşəkillərini çəkmək və digər tapşırıqların veriləcəyini bildirmişdir. Məhkum verilmiş tapşırıqların icrası müqabilində həmin şəxslər tərəfindən Məmməd Məmmədova pul ödəniləcəyini də qeyd etmişdir. Məmməd Məmmədov məxfi əməkdaşlıq barədə təklifi rədd etmiş və xx xxxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Bundan başqa, Məhkum məlum olmayan mənbədən 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən istifadəyə yararlı “F-l” tipli əl qumbarasının gövdə hissəsini, 1 ədəd döyüş surs atı hesab edilən “F-l”, “RQD-5”, “RQ-42” tipli qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı “UZRQM” tipli qumbara partladıcısı, 1 ədəd partlayıcı maddə hesab edilən, çəkisi 102,55 qram olan, hərbidə partlama məqsədi ilə istifadə edilən zavod üsulu ilə istehsal olunmuş istifadəyə yararlı “Trotil şaşkası”nı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, gəzdirmiş və yaşadığı Sumqayıt şəhəri, 5-ci məhəllə, 19/10 saylı binadakı evinə gətirərək mətbəxdəki soyuducunun arxasında gizlətmişdir. xx xxxx 2018-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə Məhkum yaşadığı Sumqayıt şəhəri, ünvanda yerləşən mənzilinə baxış keçirilmiş, nəticədə mətbəxdə yerləşən soyuducunun arxasından 1 əd əd döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, istifadəyə yararlı “F-l” tipli əl qumbarasının gövdə hissəsini, 1 ədəd döyüş sursatı hesab edilən, istifadəyə yararlı “UZRQM” tipli qumbara partladıcısı, 1 ədəd partladıcı maddə hesab edilən, çəkisi 102,55 qram olan istifadəyə yararlı “Trotil şaşkası” aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə)) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx x 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti versə də, apellyasiya instansiyası məhkəməsi ona təyin edilmiş cəzanı dəyişdirməməklə ədalətsiz və qeyri humansit qərar qəbul etmişdir. Bu məsələyə yenidən baxılmasının təmin edilməsi və obyektiv və ədalətli qərarın qəbul edilməsi üçün o, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə qeyd edir ki, kassasiya in stansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdır ılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyy ən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun kassasiya şikayətində irəli sürdüyü tələb və onun əsasında duran dəlillər qeyri aydın şəkildə ifadə olunsa da, məhkəmə kollegiyası məhkumun hökmdən verdiyi apellyasiya şikayətinin dəlillərindən çıxış edərək belə qənaətə gəlir ki, həmin şikayətində olduğu kimi, məhkum kassasiya şikayətində də ona təyin edilmiş cəzanın həddindən artıq sərt olmasını mübahisələndirir və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməklə bu məsələyə yenidən baxılmasını xahiş edir, yəni bu xahişini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416.1.21-ci madəsində nəzərdə tutulmuş əssla əlaqələndirir. Belə olan halda məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Əvvəla, kassasiya şikayətinin məzmunundan görünür ki, Məhkum həmin şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham oluduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və məhkuma cəza təyini ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum həm təqsirli bilindiyi CM-nin 274 və 228.1-ci maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağın olmasını, həmin uşağın ağır, özünün isə müvafiq xəstəliklərdən əzab çəkmələrini, məhkumun yaşayış yerindən müsbət xasiyyələndirilməsini, ibtidai araşdırma mərhələsində törətmiş olduğu cinayət əməlləri niqismən səmimi etiraf etməklə onların sübuta yetirilməsinə kömək etməsini cəzanı yüngülləşdirən hallar, dövlətə xəyanət cinayətini isə tamah məqsədilə törətməsini CM-nin 61.1.1-ci maddəsinədə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi qiymətləndirərək bu halların məcmusunu nəzərə almışdır. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci m addəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən c əzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında m əhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiya Məhkum törətdiyi dövlətə xəyanət cinayətinin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən olunmuş hallarından görünür ki, məhkum həqiqətən tamah niyyətilə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətin xüsusi xidmət orqanlarına kömək etməyə razılırıq verərək və bundan sonra sonuncular tərəfindən verilmiş tapşırıqları yerinə yetirərək bunun müqabilində həmin orqanların əməkdaşlarından müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pu l almışdır. Lakin həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında, habelə kassasiya şikayətinin dəlillərini əsaslandırarkən Məhkum göstərilən niyyətini ailəsinin maddi vəziyyətinin ağır olması, pulları isə ağır xəstəlikdən əzab çəkən uşağının müalicəsinə sərf etmək məqsədilə alması ilə izah etmiş, lakin yaşadığı Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət toxunulmazlığı və ya müdafiə qabiliyyəti zərərinə hər hansı hərəkət etmək məqsədi güdməmiş və belə hərəkətlər etməmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum dövlətə xəyanət cinayətini törətməsi nəticəsində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət toxunulmazlığı və ya müdafiə qabiliyyətinə həqiqətən heç bir zərər vurulmamışdır ki, bu hal da məhkumun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə dəlalət edən hal kimi qiymətləndirilməli olduğundan cəza təyini zamanı nəzərə alınmalı idi. Halbuki, istər hökmdə, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında qanunvericiliyin yuxarıda göstərilən tələblərinə zidd olaraq Məhkum törətdiyi əməllərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə qiymət verilməmiş və bu hallar ona cəzaların təyin edilməsi zamanı nəzərə alınmamışdır. Bununla yanaşı, kassasiya kollegiyasının iclasında Məhkum bildirmişdir ki, o, həbsdə olduğu müddətdə onun ağır xəstəlikdən əzab çəkən azyaşlı uşağı vəfat etmiş, arvadı hal hazırda valideynləri ilə birlikdə yaşamaqla heç yerdə işləmir və ailəsinin maddi vəziyəti olduqca ağırdır. CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edil ərkən bu Məcəllənin 59.1.159.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası bütün qeyd olunan, o cümlədən aşağı instansiya məhkəmələrinin müəyyən etdiyi, lakin nəzərə almadığı halların CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsini və bu hallara görə Məhkum həm CM-nin 274-cü maddəsi ilə, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaların yüngülləşdirilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi T.İ.Şükürovun, həmin şikayətin təmin edilməməsi haqqında isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli və ona həm CM-nin 274-cü maddəsi ilə, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətləri endirilməklə Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdiriməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 12 (on iki) ilədək endirilsin. CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum barəsində hazırki qərarla müəyyən edilmiş və hökmlə məhkuma CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Şahin Yusifov
Məhkəmə qərarları › İş №1(102)-676/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-676/2020
30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver