Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-676/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkum olunmuş şəxs Məhkum iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2020-ci il tarixli hökm ü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2020-ci İL tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Pərviz Əhməd oğlu) Məhkum, xx xxxxx il tarixdə Bərdə rayonunun Güloğlular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında q eydiyyatda olmaqla ünvan 2M-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 03 iyun 2019-cu il tarixdən 05 may 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müsəssisəsində çəkməklə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa adı X22 kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncunun atası X3 “cadu” edilməs i barədə həqiqətə uyğun olmayan məlumat verib, sosial şəbəkədə tanış olduğu X22 adlı şəxsin vasitəsilədini ayinlərin icra edilməsi yolu ilə edilmiş “cadu”nu təmizləyəcəyi və X5i gələcəkdə ediləcək “cadu”lara qarşı toxunulmaz edəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin noyabar ayıərzində vahid qəsdlə, hissəhissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfindən verilmiş bank hesabına ödədiyi pulları Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək X7 “EkpressBank” tərəfindən verilmiş, 5492 3600 1434 3656 seriyalı“expressö mastercard” adlanan plastik kartın bank hesabından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 400 0 (dörd min) manat zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa adı X22 kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncunun anası X2 “cadu” edilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib, sosial şəbəkədə tanış olduğu X22 adlışəxsin vasitəsilədini ayinlərin icra edilməsi yolu ilə edilmiş “cadu”nu təmizləyəcəyi və X23nı gələcəkdə ediləcək “cadu”lara qarşı toxunulmaz edəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin dekabr ayıərzində vahid qəsdlə, hissə-hissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfind ən verilmiş bank hesabına ödədiyi pulları Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək X7 “EkpressBank” tərəfindən verilmiş, 5492 3600 1434 3656 seriyalı“expressö mastercard” adlanan plastik kartın bank hesabından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 2600 (iki min altı yüz) manat zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa adı X22 kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncunun övladları X8 və X4 “cadu” edilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib, sosial şəbəkədə tanış olduğu X22 adlı şəxsin vasitəsilədini ayinlərin icra edilməsi yolu ilə edilmiş“cadu”nu təmizləyəcəyi və X2 ilə X3ni gələcəkdə ed iləcək “cadu”lara qarşı toxunulmaz edəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar aylarıərzində vahid qəsdlə, hissəhissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfindən verilmiş bank hesabına ödədiyi pulları Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək X7 “EkpressBank” tərəfindən verilmiş, 5492 3600 1434 3656 seriyalı“express mastercard” adlanan və X9 “Kapital Bank” tərəfindən verilmiş 416 973 321 294 4909 seriyalı “Kapitalkart Visa” adlanan plastik kartların bank hesablarından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 2000 (iki min) manat zərər vurub dələduzluq etmişdir. Bundan ba şqa o, təkrarən istintaqa adı X22 kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, ona “cadu” edilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib, sosial şəbəkədə tanış olduğu X22 adlı şəxsin vasitəsilə dini ayinlərin icra edilməsi yolu ilə edilmiş “cadu”nu təmizləyəcəyi və onu gələcəkdə ediləcək “cadu”lara qarşı toxunulmaz edəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar ayları ərzində vahid qəsdlə, hissə-hissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfindən verilmiş bank hesabına ödədiyi pulla rı Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək X7 “EkpressBank” tərəfindən verilmiş, 5492 3600 1434 3656 seriyalı“expressö mastercard” adlanan və X9 “Kapital Bank” tərəfindən verilmiş 416 973 321 294 4909 seriyalı“Kapitalkart Visa” adlanan plastik kartların bank hesablarından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 2600 (iki min altı yüz) manat zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa adı X22 kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncunun yaxın münasibətdə olmaq istədiyi “X” adlı şəxsə “cadu” edilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib, sosial şəbəkədə tanış olduğu X22 adlı şəxsin vasitəsilə d ini ayinlərin icra edilməsi yolu ilə edilmiş “cadu”nu təmizləyəcəyi və X adlı şəxslə münasibətlərinin yaxınlaşmasına köməklik edəcəyini yalan vəd verib aldadaraq, 2019-cu ilin yanvar və fevral ayları ərzində vahid qəsdlə, hissə-hissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfindən verilmiş bank hesabına ödədiyi pulları Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək X7 “EkpressBank” tərəfindən verilmiş, 5492 3600 1434 3656 seriyalı“expressö mastercard” adlanan və X9 “Kapital Bank” tərəfindən verilmiş 416 973 321 294 4909 seriyalı “Kapitalkart Visa” adlanan plastik kartların bank hesablarından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Z ərərçəkmiş şəxs 1000 (bir min) manat zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa adı X22 kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncunun ailə üzvülərinə məxsus Sumqayıt şəhəri X qəsəbəsi ərazisində yerləşən mənzilə “cadu” edilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib, sosial şəbəkədə tanış olduğu X22 adlı şəxsin vasitəsilə dini ayinlərin icra edilməsi yolu ilə edilmiş “cadu”nu təmizləyəcəyini yalan vəd verib aldadaraq, 2019-cu ilin fevral ayıərzində vahid qəsdlə, hissə-hissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfindən verilmiş bank hesabına ödədiyi pulları Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək X9 “Kapital Bank” tərəfindən verilmiş 416 973 321 294 4909 seriyalı “Kapitalkart Visa” adlanan plastik kartın bank hesabından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 600 (altı yüz) manat zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa adı X22 kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncuya məxsus Xızı rayonu ərazisində yerləşən yerləşən torpaq sahəsini sosial şəbəkədə tanış olduğu X22 adlı şəxsin vasitəsilədini ayinlərin icra edilməsi yolu ilə satışını təşkil edəcəyini yalan vəd verib aldadaraq, 2019-c i ilin mart ayıərzində vahid qəsdlə, hissə-hissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfindən verilmiş bank hesabına ödədiyi pulları Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək X9 “Kapital Bank” tərəfindən verilmiş 416 973 321 294 4909 seriyalı “Kapitalkart Visa” adlanan plastik kartın bank hesabından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat zərər vurub dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi Hüseynova Nigar Aydın qızı və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hak imlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 14 oktyabr 2020-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisinin apellyasiya şikayəti qismən təmin edilmiş, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay, 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektr on nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı T.H.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini, Zərərçəkmiş şəxs isə həmin qərardan kassasiya şikayəti verərək məhkuma daha ağır cəzanın təyin edilməni xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla ə saslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qymətləndirib cinayət qanunu normasını düzgün tətbiq etməyərək, törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Göründüyü kimi, məhkum tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyan yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra ödənməyə başlamış və ödənilmiş məbləğ ümumi məbləğin az bir hissəsini (2.000 manat) təşkil etmişdir. Eyni zamanda məhkum törətdiyi cinayəti etiraf etməmiş, bəraət hökmünün çıxarılması üçün apelyasiya şikayəti vermişdir. Dövlət ittihamçısının mövqeyinə görə, bütün bu hallar məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas vermirdi. Kassasiya protestinin müəllifi daha sonar qeyd etmişdir ki, CM-nin 59.2-ci maddəsinin mənasına görə cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınarkən bunun motivləri hökmdə göstərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında Məhkum cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümum davranış qaydasına əməl olunmasının nəticəsidir və məhkəmə CM-nin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı m əhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini qərarında əsaslandırmamışdır. Məhkəmə Məhkum cəmiyyətdə müsbət xarakterizə olunmasını yalnız cəzasını yüngülləşdirən halları sadalamaqla kifayətlənmiş, lakin bu halların hansı sübutlarla təsdiq edilməsini qərarın təsviri-əsaslandırıcı hissəsində ümumiyyətlə göstərməmişdir. Təyin etdiyi cəzanı əsaslandırmaq üçün məhkəmə Məhkum cəza təyin edərkən dəymiş maddi ziyanın bir qisminin zərər çəkmiş şəxsə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilməsi barədə çıxışını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Belə ki, məhkəmə baxışında zərər çəkimiş şəxs ərizə təqdim edərək Məhkum ona dəymiş ziyanın bir qismini ödədiyini və vurduğu ziyan ın qalan hissəsinin ödəməsi üçün azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etsə də, sonuncu onunla barışmamış və dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı T.H.Əsədov kassasiya protestinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkum apellyasiya instansiyası məhkəməsində həmin ziyandan 2000 manat ödədikdən sonra, azadlığa çıxacağı təqdirdə tez bir zamanda bu ziyanın qalan hissəsini ödəməyi vəd etsə də, bu vədinə əməl etməmiş və göstərilən məbləğdən başqa ona heç nə ödəməmi şdir. Bu səbəbdən kassasiya şikayətinin müəllifi həmin şikayətin təmin edilməsini və Məhkum ağır cəzanın təyin olunmasını xahiş edir. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya protestinin və kassasiya şikayətinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı və zərər çəkmi ş şəxs həmin müraciətlərində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərər çəkmiş şəxsin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya prot estinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntus una yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona ittiham olunmuş cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş və onun bu əməllərini CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı və zərər çəkm iş şəxs tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Məhkum təyin edilmiş cəzanın yüngül olmasına dair kassasiya protestində və kassasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələblərə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkumin təqsirli bilinərək məhkum edildiyi CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, birinci instansiya məhkəməsi də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun nəticələrini, cəzanı yüngülləşdirən və ağ ırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq ona göstərilən sanksiyada nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə üstünlük vermişdir. Bu cəza ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi 14 oktyabr 2020-ci il tarixli qərarla Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası əvəz edilməsini məqsədə uyğun hesab etmişdir ona görə ki, məhkum törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini bildirmiş, vurduğu ziyanı qismən ödəmiş, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur və məhkəmənin mövqeyinə görə, bu hallar onun törətdiyi cinayətin ictimai təhlükəliliyini azaldan hallar kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apel lyasiya instansiyası məhkəməsinin belə qiymətləndiməsi ilə heç cür razılaşmır və belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinə məhkəmə baxışı nəticəsində Məhkum təyin olunmuş cəzanı yüngülləşdirmək məqsədi güdən, lakin cəzanın yüngülləşdirilməsinə səbəb ola bilən heç bir əsaslı hal müəyyən etməyən məhkəmə süni surətdə törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olmayan hallara istinad etmək məcburiyyətində qalmışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum şəxsiyyətinin hansı cəhətlərinə görə müsbət səciyyələnməsini və bu halların konkret olaraq nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını, müsbət xarakterizə olunmada cəzanı yüngülləşdirməyə imkan verən amilin nə olmasını, nəyə görə bu halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almasının motivlərini və belə bir nəticəyə gəlməsinin səbəblərini qərarda göstərməmiş və əsaslandırmamışdır. Buna görə də qeyd olunan hal əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul edilmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Məhkum zərər çəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəməsini və zərər çəkmiş şəxslə barışıq əldə etməsini də cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, nəzərindən qaçırmışdır ki, əvvəla zərər çəkmiş şəxsə vurulmuş ziyanın cüzi miqdarı (2000 manat) ödənilmiş, məhkum isə zərər çəkmiş şəxslə könüllü olaraq deyil, yalnız cinayət məsuliyyətinə cəlb edildiyinə görə və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi məqsədi ilə barışıq əldə etmişdir. Göründüyü kimi, bu halların da cinayətin ictimai təhlükəliyini ə həmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsi üçün də əsas vermirdi. Bununla bağlı, məhkəmə kollegiyası onu da vurğulayır, apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş Zərərçəkmiş şəxs məhkuma qarşı heç bir şikayətinin və tələbinin olmaması və bu halın nəzərə alınmalı olması barədə də əsassız nəticəyə gəlmişdir ona görə, zərərçəkmiş cinayət təqibinin bütün mərhələlrində ona vurulmuş zərərin tam ödənilməsini tələb etmiş və onun apellyasiya instansiyası məhkəməsinin qərarından yuxarıda göstərilən məzmunda kassasiya şikayəti verməsi bu tələbində israrlı olmasına dəlalət edir. Məhkəmə kollegyiası həmçinin apellyasiya instansiyası məhkəməsinin o mövqeyi ilə də razılaşmır ki, Məhkum törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkir və bu hal da onun cəzasını yüngüllə şdrən hal kmi nəzərə alınmalıdır. Lakin məhkəmə belə nəticəyə gələrkən nəzərə almamışdır ki, Məhkum müdafiəçisi N.A.Hüseynova məhkumun barəsindəki Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxs haqqında bəraət hökmünün çıxarımasını xahiş etmiş və Məhkum də bu tələblə razılaşmışdır. Məhkəmə kollegyiasının qənaətinə görə, belə olan halda onun törətdiyi cinayəti səmimi etiraf edərək peşmançılıq çəkməsi barədə fikir yürütmək üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən irəli gəlir. CM-ni n 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınm aqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olma masına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddə dalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndir ilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsi n islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM -nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarında hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsin in sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəm ə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə yuxarıda qeyd olunanlara əməl etməmiş və heç bir əsas olmadan Məhkum cəzasını yüngülləşdirmişdir. Bu baxımdan məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində cəza tədbiri seçilərkən CPM-nin 416.1.21-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən edib bu pozuntunun həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi görür və buna görə də həmin protestin tam, şikayətin isə qismən təmin edilməsini mümkün bi lir. Kassasiya şikayətinin qismən təmin edilməsi ilə bağlı məhkəmə kollegiyası onu vurğulumağı lazım bilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin şikayətində Məhkum təyin edilmiş cəzanın yüngül olması və bu səbəbdən onun cəzanın ağırlaşdırılması barədə irəli sürsə də, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən CPM-nin 419-cu maddəsinin tələblərinə və mənasına görə, kassasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini və ya bir neçəsini (apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müəyyən edilmiş əsaslar) aşkar etsə belə, məhkum olunmuş şəxsin vəziyyətinin hansısa şəkildə ağırlaşdırılması, məsələn onun əməlinin təqsirli bilindiyi CM-nin müvafiq maddəsindən daha ağır cinayətə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməsi və ya ona təyin olunmuş cəzanın ağırlaşdırılması, yaxud nəzərə alınmamış cəzanı ağırlaşdıran halların nəzərə alınması, yaxud da təmin olunmamış mülki iddianın təmin edilməsi və sair belə məsələlərin kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı nəticəsində həll olunmasına dair qərar qəbul etmək səlahiyyətində deyil və bu kimi hallarda kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edir. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum, həmin protestin və şikayətin təmin edilməsi haqda isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə n əticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti tam, kassasiya şikayəti isə qismən təmin edilməklə Məhkum CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti tam, kassasiya şikayəti isə qisməntəmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-676/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-676/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver