Məhkəmə qərarları › İş №1(102)-677/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-677/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-677/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tə rəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.M.Ağalarov, hakimlər Ə.M.Abasov və E.Ə.Mikayılovdan ibarət məhkəmə tərkibi) Məhkum (x xxxxxx 1988-ci ildə ünvan2da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə X 12 və X13 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələriilə təqsirli bilinib məhkum edilmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ə.Nəbiyev, hakimlər N.R.Mövsümov və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum və məhkum X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixlihökmü cəzanın təyin edilməsi hissəsində dəyişdirilmiş, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələriilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) ildən 8 (səkkiz) ilə endirilmiş, hökm məhkumlar Məhkum və X12ə aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum xx xxxx 2016-cı il tarixdə saat 17 radələrində tanışı X9 və X10 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan4ın ərazisində yerləşən tualetdə X6 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasəntualetin əsas giriş qapısının qarşısında dayanıb ora gələn şəxslərin girməklərinin qarşısını almış, qrupun digər üzvüX13 əli ilə X6un sifət nahiyəsindən zərbələr vuraraq ona üst dodağın selikli qişasının əzilmiş yarasını, tualetin qapısını itələməklə qapını onun ayaq nahiyyəsinə vurub, sağ baldır nahiyəsinin qançırı xəsarətlərini, qrupun üçüncüüzvü X12 isə silah qismində istifadə etdiyi bıçağı X6un boyun nahiyəsinə dirəyib ona boynun sol yan səthinin kəsilmiş yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, nəticədə X6un 200 manat pulunu, 40 qəpik dəyərində bir ədəd alışqanı, 40 manat dəyərində “Sony ericsson” markalı, **********1697803 imei kodlu mobil telefonu üstündəki 25 manat dəyərində ***-***-**-** və 8 manat dəyərində ***-***-**-** nömrələri ilə birlikdəələ keçiribzərərçəkmiş X6a ümumilikdə 273 manat 40 qəpik maddi ziyan vurmaqla quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində konkret dəlillər gətirmədən onu qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə ona birinci instans iya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 1 il azaldılsa da, o, həmin qərardan kassasiya şikayəti vermək hüququndan istifadə edir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən özünə aid hissədə onun xeyrinə olan qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışın ın nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsində isə təsbit edilmişdir ki, “kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz”. Təsvir edilən normalardan göründüyü kimi kassasiya instansiyası məhkəməsində aparılan icraatın təyinatı apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və qərarlarına baxmaq olduğundan, hüquqi müəyyənlik prinsipi isə belə qərarların ləğv edilməsinə, dəyişdirilməsinə ancaq fundamental pozuntuların aradan qaldırılması zərurəti ilə əlaqədar bəraət qazandırdığından, Cinayət-Prosessua l Məcəlləsinin 419.1-ci maddəsi kassasiya instansiyası məhkəməsinin məhkəmə orqanları sistemində yerini hüquq məhkəməsi kimi müəyyən etməklə kassasiya qaydasında məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət-prossessual qanunun normalarının tətbiqinin düzgünlüyünün yoxlanılması ilə məhdudlaşdırmış, CPMin 419.11-ci maddəsi isə birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktların müəyyən edilməsini və ya onların sübuta yetirilmiş hesab edilməsini kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri sırasından istisna etməklə, bir tərəfdən kassasiya məhkəməsinin sübutları bilavasitə tədqiq etmək səlahiyyətinə malik olmadığını göstərmiş, digər tərəfdən isə onun hüquqi məsələlər üzrə öz nəticələrini sübutları bil avasitə araşdırmaq və faktları müəyyən etmək səlahiyyətində olan birinci və apellyasiya instansiyası məhkəmələrininin müəyyən etdikləri faktiki halların üzərində qurmalı olduğunu nəzərdə tutmuşdur. Eyni zamanda, kassasiya kollegiyasının səlahiyyətlərinin hüdudları müəyyən edilərkən məhkəmə baxışının hədlərinə dair Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinin də tələbləri rəhbər tutulmalı, birinci instansiya məhkəmsində məhkəmə baxşının hədlərinin konkret təqsirləndirilən şəxslə və ona qarşı irəli sürülmüş, məhkəməyə verilən ittihamla məhdudlaşmış olması nəzərdən qaçırılmamalıdır. Odur ki, kassasiya instansiyası məhkəməsinə verilən kassasiya müraciətləri birinci instansiya məhkəməsində baxılmış ittihamı və məhkəməyə verilmiş şəxslərin dairəsini diqqətdə saxlamaqla yanaşı, kassasiya kol legiyasının səlahiyyətlərinin dairəsini də nəzərə almalı, bu müraciətlər maddi və prosessual normaların tətbiqi üzrə hüquqi məsələlər qaldırmalı, onlarda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş, məhkəməyə verilən ittihamla, kassasiya baxışının predmeti ilə bir araya sığmayan dəlillərə yer verilməməli, müraciətlər məzmun baxımından CPM-in 419.1 və 419.11-ci maddələrilə ehtiva olunan tələblərlə uzlaşmalıdır. Eyni zamanda kassasiya müraciətlərində o da nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq cinayət-prosessual qanunun 416.1.1-416.1.22-ci maddələrində göstərilən hallardan ən azından biri olduqda, məhkəmə hökmünü (qərarını) ləğv edə və yaxud dəyişdirə bilər. Bu səbəbdən kassasiya müraciətlərində apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının l əğv edilməsi və yaxud dəyişdirilməsi barədə tələb irəli sürüldükdə, bu tələb cinayət-prosessual qanunun 416.1.1 - 416.1.22-ci maddələrində göstərilən hallardan ən azından birinin mövcud olmasına dair gümanla əsaslandırılmalı, müraciət məhz bu gümanın əsaslandırlmasına xidmət edən məzmunda olmalıdır. Yuxarıdakı mülahizələrlə müqayisə etməklə Məhkum kassasiya şikayətini məzmun baxımından dəyərləndirdikdə, açıq-aşkar görünür ki, bu kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.22-ci maddələri ilə ehtiva olunan maddi və prosessual hüquqi normaların pozulması haqqında iddialar irəli sürülməmiş, belə pozuntuların mövcudluğunu əsaslandırmaq üçün konkret dəlillər gətirilməmişdir. Bu onu göstərir ki, Məhkum kassasiya şikayətində cinayət-prosessual qan unun 419.1 və 419.11-ci maddələri ilə müəyyən edilmiş kassasiya instansiyası məhkəməsinin baxmaq səlahiyyətində olduğu predmetə aid olan hər hansı bir hüquqi xarakterli məsələ qaldırılmır. Məhkum kassasiya şikayətinin əsaslandırılmamış müraciət olmasını göstərən bu halları vurğulamaqla yanaşı, baxılan müracətin təmin edilməsini istisna edən hallar kimi məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində zərərçəkmiş şəxs X8 qarşı silah qismində bıçaq tətbiq etməklə quldurluq edib, zərərçəkmiş şəxsin ümumilikdə 273 manat 40 qəpik məbləğində pulunu və digər əmlakını ələ keçirməsi birinci instansiya məhkəməsində Azərbaycan R espublikası CinayətProsessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, o cümlədən Cinayət-Prosessual Məcələnin 144-cü maddəsinə müvafiq olaraq yoxlanılmış, 145-146-cı maddələrinə müvafiq şəkildə aidiyyatı, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş, bir-biri ilə uzlaşan və sübutetmə predmeti barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkumlar Məhkum və X12in apellyasiya şikayətləri ilə əlaqədar cinayət işinə baxmış apellyasiya instansiyası məhkəməsi də sübutların tədqiqi, faktların müəyyən edilməsi, həmin faktlara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin normalarının tətbiqi (əməlin hüquqi tövsifi), təqsirlilik kimi məsələlər üzrə hər hansı bir pozuntu müəyyən etməmişdir. Kassasiya şikayətində birinci və apel lyasiya məhkəmələrinin bu məsələlər üzrə gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayətkar hərəkətlərinin faktiki məzmunu, hüquqi tövsifi, onun həmin hərəkətlərə görə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum təyin olunmuş cəzaya gəldikdə, məhkəmə kollegiyası bu məsələdə də apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamaq üçün əsas tapmır. Çünki, apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar cinayət işinə baxarkən apellyasiya məhkəməsi Məhkum əvvəllər məhkum olunmaması, evli olması kimi şəxsiyyətinə aid məlumatlardan və himayəsində azyaşlı uşağının olması kimi cəzasını yüngülləşdirən hallardan, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsindən çıxış edərək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş, hökmlə Məhkum Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 9 (doqquz) ildən CM-in həmin maddələrinin sanksiyalarının ən aşağı həddinə - 8 (səkkiz) ilə endirmişdir. Apellyasiya məhkəməsi məhkumun şəxsiyyətinə aid və cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təyin olunan cəzanın təqsirkarın islah olunmasına və ail əsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) qiymətləndirdiyindən, kollegiya həmin halları məhkəmənin qiymətləndirməsindən fərqli şəkildə - Məhkum daha az müddətə azadlıqdan məhrum etmə cəzasının və yaxud CM-in 62-ci maddəsinə əsasən digər - daha yüngül növə aid cəzanın təyin edilməsini tələb edən xüsusatlar kimi səciyyələndirmək üçün əsas görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum yuxarıda qeyd olunan cəzanı təyin etməklə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci maddələrinə əməl etmiş, ədalət prinsipinin (CM, maddə 8) tələblərini gözləmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni şikayətin təmin, mübahisələndirilən qərarın isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və X4 barəsində olan xx xxxxxx 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və X5 barəsində olan xx xxxxxx 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar