Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-677/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov X8 (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və X1 ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum – Məhkum iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 1(049)-336/2021 nömrəli (hakim: X3) hökmü ilə xx.xx.1977-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşağı olan, məhkumluğu olan, əməlində cinayətin təhlükəli residivi olan, işləməyən, xxx qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməm əsi, cəzasının əvvəli 08 mart 2021 -ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətnə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X12 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə) 08 dekabr 2021-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Məhkum qanunsuz olaraq satış məqsədi ilə siqaretin gümüşü rəngli kağızına bükülmüş 05 (beş) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.265 qram, 0.248 qram, 0.244 qram, 0.202 qram, 0.183 qram ümumi təmiz çəkisi 1.142 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 08 mart 2021-cı tarixdə, saat 23 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən Lənkəran şəhəri, Fizuli küçəsində keçirilmiş əməliyyat tədbirləri zamanı həmin küçədə saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümlərdə və çəkilərdə olan narkotik vasitə heroin əynindəki gödəkçənin sol döş cibindən, həmçinin üzərində narkotik vasitə heroin izləri olan 01 (bir) ədəd elektron tərəzi əynindəki gödəkçənin sağ iç cibindən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiy a şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində olan məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. Əvvəla, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin məhkumun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə obyektiv hüquqi qiymət verə bilməmiş onun gəldiyi nəticə işin faktiki halları ilə uyğun gəlməmiş, həmçinin ittiham hökmündə göstərilən hallar işdə sübutlarla təsdiq edilməmişdir. Məhkəmələr əsassız olaraq törədilmiş cinayət əməlini CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, işdən də göründüyü kimi, narkotik vasitəni satışı məqsədi ilə əldə etməsinə dəlalət edən bir dənə belə olsun əsaslı sübut yoxdur. Məhkəmə araşdırması za manı müəyyən olunmuşdur ki, barəsində şikayət verilən hökmü qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Həmçinin, Bakı İstintaq Təcridxanasından göndərilən məlumatda həbs olunan zaman verilmiş işgəncələr nəticəsində aldığı xəsarətlər göstərilsədə məhkəmə tərəfindən bu nəzərə alınmamışdır. Odur ki, göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilərək əməlinin CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7 çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, ona ibtidai istintaq zamanı işgəncə verildiyini, döyüldüyünü, bu barədə dəfələrlə məhkəmələrə bildirdiyini, lakin şikayətlərinə baxılmadığını bildirib, əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyas ı məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının pr edmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayar aq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kass asiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirlil iyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutl ar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkum kassasiya şikayətində verilmiş ittiham üzrə təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittih am üzrə məhkum olunduğu Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi haqqında tələblərini işin faktik hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktik halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində məhkumun verdiyi həqiqətə uyğun olmayan etiraf ifadələri təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq məhkumun işgəncə və qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. İlkin olaraq məhkəmə kollegiyası məhkumun işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması barədə dəlilləri iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, çox saylı müraciətlərə baxmayaraq Məhkum verilmiş ittiham üzrə məhkəmə araşdırmaları (həm birinci instansiya, həm də apellyasiya məhkəməsində) məhkumun qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara məruz qalması barədə halların araşdırılmaması ilə aparılmışdır. Belə ki, ibtidai istintaq dövründə 08 mart 2021-ci il tarixdə Məhkum “5 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etməsi, həmçinin arada satışı ilə məşğul olması” barədə izahat vermiş və ona imza etmiş olsada, 10 mart 2021-ci il tarixli “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarda da göstərildiyi kimi, məh kəmə iclasında o, özünü təqsirli bilməyərək bildirmişdir ki, 08 mart 2021-ci il tarixdə, təxminən saat 23 radələrində Lənkəran şəhəri, Fizuli küçəsində piyada hərəkətdə olan vaxt Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla Lənkəran ŞRPŞ-na aparılacağını bildirmişlər. Sonra onu Lənkəran SRPŞ-nə aparıb orada döyərək narkotik vasitənin satışı ilə məşğul olmasını boynuna götürməsini demişlər. O, narkotik vasitədən hər gün olmasa da, bir gündən bir istifadə edir. Lakin, satışı ilə məşğul deyil və 08 mart 2021-ci il tarixdə onun üzərində narkotik vasitə olmamışdır. Buna baxmayaraq, polis şöbəsində onu döyərək 5 büküm narkotik vasitənin onun üzərindən aşkar olunmasını deməsinə məcbur etmişlər və bu barədə video çəkilişlə protok ol tərtib edib ona imzalatmışlar. İş materiallarında olan “məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” 10 mart 2021-ci il tarixli ********* nömrəli qərarına nəzər yetirdikdə müəyyən olunur ki, ibtidai istintaq zamanı iş üzrə istintaqın tam, hərtərəfli, obyektiv aparılması və obyektiv həqiqətin üzə çıxarılması məqsədilə Məhkum bədən səthi üzərində xəsarət izlərinin olubolmamasının müəyyən edilməsi, əgər xəsarətlər vardırsa, onların yaranma tarixini, xəsarətlərin xarakteri və ağırlıq dərəcəsini, xəsarətlərin yaranma mexanizmi və hansı nahiyyələrdə olmasını müəyyən etmək məqsədilə sonuncu barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin 150 nömrəli ekspert rəyinə nəzər yetirdikdə müəyyən olunur ki, Məhkum bədən səthində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir və müayinə olunanın deməsinə görə heç bir şikayəti yoxdur. Qeyd edilənlərin tamamilə əksinə olaraq iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 12 mart 2021-ci il tarixli 17/381483 nömrəli xüsusi məlumatına nəzər yetirdikdə müəyyən olunur ki, həbs olunmuş şəxs Məhkum, xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman sol gözünün ətrafında, başının tüklü hissəsində, hər iki dirsək və diz nahiyyələrində qərtməkli yara xəsarətləri, sol gözünün ağlı qişasında isə qansızma əlamətləri aşkar olunmuşdur. Fakt ilə əlaqədar olaraq həbs olunm uş şəxs Məhkum bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. Bu hal isə özü-özlüyündə Məhkum verilmiş ittiham üzrə təqsirliliyini sübuta yetirilməsində əsas sübut rolunu oynamış 08 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola, o cümlədən qeyd olunan məhkəmə-tibbi ekspertizasının rəyinin mötəbərliyini ciddi şübhə altına alır. İş materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, qeyd olunan faktla əlaqədar Lənkəran Rayon Məhkəməsi araşdırılmalar aparılması və nəticəsi barədə dərhal məlumat verilməsinə dair 02 iyul 2021-ci il tarixli təqdimatı Lənkəran Rayon Prokurorluğuna ünvanlamışdır. Lənkəran Rayon Prokurorluğu təqdimata cavab olaraq 16 iyul 2021-ci il tarixli 293xid-21 nömrəli məktubu ilə Məhkum polis əməkdaşları tərəfindən ona qarşı qa nunsuz hərəkətlərin edilməsi faktı barədə araşdırma aparılmış, göstərilən xüsusatlar öz təsdiqini tapmadığı üçün 01 iyun 2021-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi göstərilmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən qərarı (cinayət işinin başlanmasının rədd edilməsi barədə) əldə etmədən və tətqiq etmədən, Məhkum tətbiq edilən işgəncə faktlarına dair ərizə və vəsatətlərinə lazımi hüquqi qiymət vermədən, onun barəsində irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrək cinayət maddi və prosessual hüquq normalarına riayət etməmişdir. Şirvan Apellyasiya Məhkəməsi isə işgəncə və digər qəddar hərəkətlərin tətbiq edilməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlilləri araşdırmağa belə cəhd göstərmədən iş üzrə heç bir məhkəmə istintaqı aparmadan qeyd olunan səhvləri təkrarlamışdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2021ci il tarixli ilkin baxışı iclasının qərarına əsasən məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş h üquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirlir. Bütün instansiya məhkəmələrində aparılan icraatlara, o cümlədən apellyasiya müraciətləri üzrə icaata şamil edilən bu prinsip hər bir tərəfin məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər imkanlara malik olmasını ehtiva edir (maddə 32.2.2). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata k eçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə o nu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət veri lərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, müdafiə tərəfi işgəncə faktının araşdırlması və iddia etdikləri hall arın müəyyən edilməsi üçün çoxsaylı vəsatətlər qaldırmaqla apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini və bu məqsədlə məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsini müvafiq vəsatətində apellyasiya məhkəməsindən xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli ilkin baxışı iclasının qərarından görünür ki, şikayətdə qeyd edilən pozuntulara dair dəlillərə heç bir münasibət bildirilməmiş və məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən 25 oktyabr 2021-ci ilə təyin edilmiş və yekun qərarında Məhkum işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlərə qalmasına dair dəlillərə hər hansı hüquqi qiymət verilməmişdir. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə ə sasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Belə ki, Azərbaycan Respublikası CPM-in 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların ə sas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. İş materiallarında olan məlumatların kassasiya şikayətinin dəlilləri və yuxarıda qeyd olunan qanunvericilik normalarının və Plenum Qərarlarının izahları baxımında təhlili göstərir ki, apellyasiya məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı cinayət prosessual qanunvericiliyin norma və prinsiplərini pozmuşdur. Kassasiyası məhkəmə kollegiyası əvvəlllər qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqeyinə sadiq qalaraq, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə aşağıda qeyd edilənləri təkrarən apellyasiya məhkəmə kollegiyalarının nəzərinə çatdırmağı məqsədə müvafiq hesab edir: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etmə klə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi və ya əməlinin tövsif edilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qur a bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumun əməlinin tövsif edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum işgəncə, fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə dəlillərə qiymət verilmədən və bu barədə araşdırma aparılmadan, məhkumun kassasiya şikayətində göstərdiyi sübutların tədqiqi, iş üzrə müəyyən müəyyən edilmiş faktiki halları mübahisələndirdiyi və əməlinin tövsif edilməsi haqqında dəlillərinə qiymət verilməsi qeyri-mümkündür. Məhkəmələrin məhkumun işgəncə, fiziki və psixi təsirlərə məruz qa lmasının araşdırılması barədə vəsatətlərə yuxarıda şərh olunan qaydada baxmaqdan imtina etməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-ci maddəsində göstərilən pozuntu kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət-prosessual qanun məhkəmə istintaqının keçirilməməsi barədə əvvəl qəbul edilmiş qərar ləğv edilmədən də məhkəmə baxışının gedişində zərurət yarandığı hallarda (məsələn, CPM-in 400.2.2-ci maddəsinin nəzərdə tutduğu vəziyyətdə) apellyasiya məhkəməsi tərəfindən həmin məsələyə yenidən baxılmasının və məhkəmə istintaqının keçirilməsi barədə qərarın qəbul edilməsinin qarşısını almır. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları apellyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməklə Məhkum barəsində qərar verməsini - CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya şikayətinin dəlillərini qismən (məhkumun işgəncəyə, psixi və fiziki təsirə məruz qalması dair araşdırılma aparılmama sı hissəsində) əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək ha qqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarı ləğv olunsun və cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-677/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-677/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver