Məhkəmə qərarları › İş №1(102)-677/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-677/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-677/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 2024-cü il 2 may tarixli, 1(103)991/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-312/2024 saylı, 13 mart 2024-cü il tarixli hökmü ilə (X4), xx xxxxxx 1983-cü ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Köhnə Orand kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuz kökəltmə Sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının CM-in 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmə kdə təqsirli bilinib ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 10 oktyabr 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzaçəkmənin əvvəlinin 13 mart 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Elbəy Allahverdiyevdən ibarət tərkibdə) 2024-cü il 2 may tarixli, 1(103)-991/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum CM-in 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 10 oktyabr 2023-cü il tarixdə saat 04 radələrində qaynı Zərərçəkmiş şəxs dəfələrlə onun ailə məsələlərinə müdaxilə etməsi, eləcə də ailəsinin dağılmasına səbəbkar olması, ailəsini ondan xəbərsiz götürüb evinə aparması səbəbindən bir gün əvvəl axşam saatlarında sonuncunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, "Mehriban qonşular” adlandırılan küçədə yerləşən evinin həyətində aralarında mübahisə yaranmış, bütün bunların intiqamını almaq məqsədi ilə Zərərçəkmiş şəxs həm in ünvanındakı həyətinə hasardan daxil olaraq özü ilə götürdüyü benzin yanacağını sonuncunun həyətində özünə məxsus saxladığı "Mercedes” markalı, **LN-*** qeydiyyat nömrəli avtomobilin qabaq sağ təkərinə səpərək kibritlə yandırmış və nəticədə Zərərçəkmiş şəxs 15.000 (on beş min) manat xeyli miqdarda maddi ziyan vurmaqla əmlakını qəsdən məhv etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, 27 fevral 2009-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahından 16 noyabr 2009-cu il təvəllüdlü və 1 noyabr 2010-cu il təvəllüdlü uşaqları doğulmuşdur. Baş verən hadisə ailə münaqişəsi zəmnində ondan asılı olmayan səbəblərdən, ruhi-həyacan vəziyyətində baş vermişdir. O, arvadının ondan ayrılmasını, ailəsinin dağılmasını istəmədiyindən, stres vəziyyətində, məsuliyyətini dərk etmədən bu hadisəni törətmişdir. Hadisə baş verəndən sonra səmimi peşiman olmuş, zərərçəkən qaynından üzrxahlıq etmiş və dəymiş zərəri tam şəkildə mübahisəsiz qaydada ödəmiş və zərərçəkmişlə barışmışlar. Himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Ailənin yeganə qazanc gətirəni olmuşdur. Zərərçəkmiş şəxs onun qaynıdır, artıq onlar bir-birinə yaxın ərazidə, yəni Bakı şəhəri Binə qəsəbəsində yaşamırlar. Belə ki, o həbs olunana qədər artıq ailəsi ilə birlikdə Lerik rayonu Köhnə Orand kəndində yaşamağa başlamışdır və ailəsi bu gün də orda yaşayır. Hər iki tərəfin qohumluq münasibətində olduğu, tərəflərin barışıq əldə edildiyi, dəymiş zərərin tam həcmdə ödənildiyi, ilk dəfə məhkum olunduğu, əməlindən peşiman olması, cəzasını n ağırlaşdıran halların olmaması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsinə mane olan hər hansı bir halın olmadığı və işin hallarının buna imkan verdiyi nəzərə alınaraq, hökmün dəyişdirilərək ona əsas cəza olaraq təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının CMin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilir. Həmçinin, sınaq müddəti ilə ona təyin ediləcək şərti cəza dövlətin humanizm və qanunçuluq prinsiplərinə də tam uyğundur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi yuxarı instansiya məhkəməsi olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə yanaşı, təqsirləndirilən şəxsin həyat şəraitini, davranışını, zərərçəkmiş şəxslə barışmasını, törətdiyi əməldən səmimi peşimançı lıq çəkməsini və zərərçəkmişə dəymiş zərəri tam şəkildə ödəməsini, cinayətin ailə zəminində baş verməsini, zərərçəkmiş şəxslə yaxın qohum olmasını, ailəsinin də hazırda təqsirləndirilən şəxsə məxsus evdə yaşamasını, himayəsində 2 azyaşlı uşağının olmasını, arvadının heç bir yerdə işləməməsini, təqsirləndirilən şəxsin ailənin yeganə qazanc gətirənin olması, onun barəsində azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsinin ailə üzvlərinin həyat şəraitini ağırlaşdıracağını, təqsirləndirilən şəxsin ilk dəfə məhkum olunduğunu, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsinə mane olan hər hansı bir halın olmadığını, işin hallarının buna imkan verdiyini nəzərə almamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasın ın 1(103)-991/2024 saylı, 02 may 2024-cü il tarixli qərarının dəyişdirilməsini, Xəzər Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 186.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 may tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərind ən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin de yil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində cəzasını yüngülləşirən halların nəzərə alınmadığını mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbl əri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək i mkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qa nunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətində məhkum tərəfindən əməlinin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli CM-in 186.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun qeyd edilən cinayət əməlinin törədilməsində təqsirli olması, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın real çəkilməli olub-olmamasını müzakirə edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğ un olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsin in həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhk əmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzər ə alına bilər.” Hazırki cinayət işinin hallarından görünür ki, məhkəmələr təqsirləndirilən şəxsin CMnin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci madəsinə əsasən törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişlər. Məhkəmələr təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etməmişlər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayə t-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün hər hansı bir maneə mövcud deyil. Belə ki, CM-in 70.2-ci maddəsinə əsasən də məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilk dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdir ən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.2-ci maddəsinin tələbləri baxımından hazırkı cinayət əməlini tədqiq etdikdə müəyyən olunur ki, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam ödənilməsi, tərəflər arasında barışıq əldə edilməsi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan hal kimi qiymətləndirilməli, eləcə də məhkumun törətmiş olduğu cinayət əməlindən səmimi peşman olması və vurulmuş maddi zərəri ödəməsi onun asan islah olunan şəxs olması qənaətinə gəlməyə əsas verməklə və məhkumun cəzasını yüngülləşdirən halların məcmusu, onun iki övladının olması, məhkumun ailənin yeganə qazanc gətirən şəxs olması və məhkumun həbsdə uzun müddət saxlanmasının onun ailəsinin həyat şəraitinə mənfi təsir etməklə cəzanın məqsədinə xidmət etməməsi nəzərə alınmalıdl r. Bu səbəbdən məhkəmə kollegiaysı hesab edir ki, məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi ədalətli olmaqla, humanizm prinsipinin tələblərinə də uyğundur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində məhkumun üzərinə vəzifələr qoyulmalı və o, dərhal cəza çəkdiyi müəssisədən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edils in. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Sınaq müddətinin əvvəli 12 mart 2025-ci il tarixdən hesablansın. Sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın və onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerin i dəyişməmək, ictimai qaydaya əməl etmək vəzifələri qoyulsun. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar