Məhkəmə qərarları › İş №1(102)-678/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-678/2019

30.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-678/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəx s Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən: R.Ş.Əliyev) xx.xx.1958-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, pensiyaçı, ünvan 1 qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4.000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası C inayət Məcəlləsinin 69.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19.02.2018-ci il tarixdə, yəni cəmi 1(bir) gün həbsdə saxlandığı müddət nəzərə alınaraq, ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilməklə üzərində çəkilməli olan yekun cəza olaraq 3700 (üç min yeddi yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Hökmdən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 17 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 kassasiya şikayəti verərək qərarın ləğv edilərək cinayət işini yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ilə tanış olduqdan sonra onun özbaşına zəbt etdiyi Bakı şəhəri Xətai rayonu Həzi Aslanov qəsəbəsi 9-cu Dairəvi küçəsində “Beton zavodu”-nun arxa hissəsində yerləşən 16 sot ölçüdə olan boş torpaq sahəsini öz adına rəsmləşdirilmək istəyi barədə bildikdə, tamah niyyəti ilə guya həmin torpaq sahəsini Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti vasitəsi ilə Zərərçəkmiş şəxs2 adına sənədləşdirəcəyi barədə yalandan və d verib aldadaraq etibarından sui-istifadə etməklə 15 avqust 2014-cü il tarixdə ünvan 2-də yerləşən Xətai İcra Hakimiyyətinin inzibati binasının qarşısında olan parkda ondan 1.150 manat nağd pul vəsaitini götürmüş və bunun müqabilində heç bir iş görməyib götürdüyü pulları ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə tanış olduqdan sonra onun özü üçün həyətyani sahəsi olan fərdi yaşayış evi almaq istəyi barədə bildikdə ünvan 1 ünvanlarda yerləşən kənar şəxslərə məxsus olmaqla özbaşına tikiliyə aid fərdi yaşayış evlərini göstərib, tamah niyyəti ilə guya özünə məxsus olması və həmin evlərdən birini ona satacağı barədə yalandan vəd verib aldad araq etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 Bakı şəhərində 8-ci km bazarının yaxınlığnda 2014-cü ilin sentyabr ayının 28-də 600 ABŞ dolları (ekvivalentlə 470 manat 64 qəpik) məbləğində pulu beh olaraq, Bakı şəhəri Binəqədi rayonu ərazisində Azadlıq prospektində yerləşən məhkəmə icracıları şöbəsinin arxasında yerləşən avtoyuma məntəqəsinin yanında 2014-cü ilin sentyabr ayının 30-da 2400 ABŞ dolları (ekvivalentlə 1882 manat 56 qəpik) məbləğində,bundan sonra 2014-cü ilin oktyabr ayının 07-də özünə məxsus evi satmaq istəməyi hətda X1a bəlkə torpağı yox elə evi alasan sözlərini deyərək təklif edib bu variant X1a sərf etdiyi üçün onunla bərabər Respublika Dövlət Yol Polisi idarəsinin yaxınlığınd akı Asfalt zavodunun qabaq hissəsinə gəlmiş orada ona kürsülü bir mərtəbəli evi göstərib evin açarlarını mübahisəli məsələ ilə bağlı Binəqədi rayon məhkəməsində olmasını həmin işin onun xeyrinə həllini tapmaq üzrə olduğunu “bu evi sənə 24.000 ABŞ dollarına sataram” sözlərini deyib 2014-cü ilin oktyabr ayının 10-da Binəqədi rayon prokurorluğu ilə üzbəüz olan avtoyuma məntəqəsinin qarşısında 5000 ABŞ dollarını (ekvivalentlə 3922 manat 00 qəpik), Binəqədi rayon ərazisində Azadlıq prospektində məhkəmə icracıları şöbəsi ilə üzbəüz olan yerdə həmin ilin oktyabr ayının 20-də 9.000 ABŞ dollarını(ekvivalentlə 7059 manat 60 qəpik), Bakı şəhəri Yeni Yasamal 1 Əsəd Əhmədov küçəsində yerləşən 34 saylı binanın qarşısında 2014-cü ilin oktyabr ayının 21-də 5000 ABŞ dollarını ev satacağınıza söz verərək al ması ilə yanaşı həmçinin Mətanət Məmmədovadan 2014-cü ilin oktyabrnoyabr aylarında hissə-hissə 2000 ABŞ dolları (ekvivalentlə 1568 manat 80 qəpik) Yasamal rayonu Elmlər Akademiyasının yanında alaraq ümumilikdə18.825 manat 60 qəpik (ekvivalenti ilə 24.000 ABŞdolları) nağd pul vəsaitini, 2015-ci ilin yanvar ayının 15-də ünvan 2 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində olan Binəqədi İcra şöbəsinin giriş hissəsinin qarşısında 140 manat nağd pul vəsaitini götürüb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 18.965 manat 60 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza yüngüllüyünə görə açıq-aydın ədalətsizdir. Təqsirl əndirilən şəxs az ağır cinayət törətməsi zərərçəkmiş şəxslər və şahid ifadələri ilə, həmçinin işin digər materialları ilə kifayət qədər sübuta yetirilməsi, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və əməlindən peşmançılıq hiss keçirməməsi ziyanı ödəməməsi məhkəmələr tərəfindən nəzərə alınmamış və ona yüngül cəza təyin edilmişdir. Zərərçəkmiş şəxs qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olan daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının pre dmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin artırılması barədə kassasiya şikayəti təmin edilməlidir. Hazırkı kassasiya şikayətində məhkumun əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri məhkum tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyi halda, təyin edilmiş cəzanın yüngüllüyü barədədir. İş materiallarından görünür ki, həm birinci instansiya məhkəməsinin hökmündə, həm də zərərçəkmiş şəxsin apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qərarında zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 139.0.5 –ci maddəsinə əsasən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar sübut edilməli hal olmaqla, məhkəmələr tərəfindən bu hallar tədqiq edilib mötəbərliyi yoxlanılmalıdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs istər birinci instansiya, istərsə də apellyasiya instansiya məhkəməsində ona vurulm uş ziyanın ödənilmədiyini göstərmişdir. Cild-3, iş vərəqə 127, 182 Göründüyü kimi dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil və cəza təyini zamanı yüngülləşdirici hal kimi qeyd olunması əsassızdır. Məhkəmə kollegiyası məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəlilliyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən hallar məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymağa əsas verməmişdir. Cinayət işinə baxmış məhkəmələr cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1 və 58.3-cü maddələrinin tələblərinə istinad etdiklərini və həmin maddələrin tələbləri üzrə cəza təyin etdiklərini göstərmişlər. Məhkəmə kollegiyası hesab edir ki c əza təyini zamanı həm də cəzanın məqsədi barədə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələbləri və eləcə də cəza təyin etmə üzrə formalaşmış məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın cinayətin ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməməsi barədə zərər çəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qərarını cəzaya aid hissədə dəyişdirilmədən saxlamaqla, yol verilmiş pozuntuları aradan qaldırmamışdır. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyas ı məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs1 kassasiya şikayətinə münasibətdə ləğv edilsin. Cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar