Məhkəmə qərarları › İş №1(102)-678/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-678/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-678/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Tərcüməçi: Adilova Nigar Vidadi qızının, Xüsusi ittihamçı X3 və məhkum X2 iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarınd an məhkum X9 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakim:E.Z.Ağayev) X9- xx xxxxxx 1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş, ünvan 1-də yaşayan Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə X5 təyin edilmiş qazancından 15 (on beş) faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə islah işləri cəzası CM-in 66.5- ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin edilmiş 1000 (min) manat cərimə cəzası ilə tam toplanılmaqla üzərində qəti cəza olaraq qazancından 15 (on beş) faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə islah işləri və 1000 (min) manat məbləğində cərimə cəzası saxlanılmışdır. Cərimə cəzasının müstəqil icra olunması və cəzanın icrasının yaşadığı yer üzrə Bakı şəhəri Suraxanı rayon İcra və probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə X9 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, “x13” kimi qeydiyyatdan keçdiyi “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi xx xxx 2017-c i il tarixli paylaşmasında həmin sosial şəbəkədə “x14” kimi qeydiyyatdan keçmiş X6 “ikiüzlü” adlandıraraq, “Facebook” sosial şəbəkəsində, yəni kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bundan başqa, o, “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi xx xxxx 2017-ci il tarixli paylaşmasında həmin sosial şəbəkədə “x14” kimi qeydiyyatdan keçmiş X6 “alçaq və ikiüzlü” adlandıraraq, “Facebook” sosial şəbəkəsində, yəni kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bundan başqa, o, “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi x x xxxxxx 2017-ci il tarixli paylaşmasında həmin sosial şəbəkədə “x14” kimi qeydiyyatdan keçmiş X6 “kütbeyin, (nalayiq söz)... içində olan” adlandıraraq “Facebook” sosial şəbəkəsində, yəni kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bundan başqa, o, “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi xx xxxxxx 2017-ci il tarixli paylaşmasında həmin sosial şəbəkədə “x14” kimi qeydiyyatdan keçmiş X6 “(nalayiq söz)..qaldı, işverən” adlandıraraq “Facebook” sosial şəbəkəsində, yəni kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bundan başqa, o, “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi xx xxxxxx 2017-ci il tarixli paylaşmasında həmin sosial şəbəkədə “x14” kimi qeydiyyatdan keçmiş X6 “alçaq, iyrənc, böhtançı, vəkilin yubkasının altında gizlənmiş” adlandıraraq “Facebook” sosial şəbəkəsində, yəni kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bundan başqa, o, “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi xx xxxxxx 2017-ci il tarixli paylaşmasında həmin sosial şəbəkədə “x14” kimi qeydiyyatdan keçmiş X6 “alçaq və iyrənc adam” adlandıraraq “Facebook” sosial şəbəkəsində, yəni kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bundan başqa, o, “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi xx xxxxxx 2017-ci il tarixli paylaşmasında həmin sosial şəbəkədə “x14” kimi qeydiyyatdan keçmiş X6 “axmaq” adlandıraraq “Facebook” sosial şəbəkəsində, yəni kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmündən məhkum X9 və xüsusi ittihamçı X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və M.Ə.Abbasovdan ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının (hakimlər: Ə.S.Seyfəliyev (sədrlik edən və məruzəçi), H.Q.Nəsibov və T.L.Kazımovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə məhkum X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apelyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən və məruzəçi), İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət tərkibdə) xx xxxxxxxx 2019-c u il tarixli qərarı ilə məhkum X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, xüsusi ittihamçı X11 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, X2 “Facebook” sosial şəbəkəsindəki səhifəsindəki “x13” adlı profildən paylaşılan yazılarda istifadə edilən “alçaq”, “həşərat” sözləri xx xxxx 2017-ci il tarixdə yazıldığından və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodlar üzrə cinayət təqibinə xitam verilmiş, “əclaf və iyrənc adamcıqlar” xx xxxxxxx 2017-ci il tarixində yazıldığından və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmədiyindən X9 həmin epizodlar üzrə təqsirli bilinmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il t arixli hökmü ilə təqsirli bilindiyi “kütbeyin”, “axmaq”, “işverən”, “ikiüzlü”, “fırıldaqçı”, “böhtançı”, “...qaldı”, “vəkilin yubkasının dalında gizlənirdi”, “...içində olduğu” kimi ifadələrdə təhqir olmadığı üçün həmin epizodlara görə X2 təqsiri olmadığından həmin epizodlara xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkum X9 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum X9 kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsininin ikinci dəfə məhkəmə-linqvistik ekspertizası təyin etməsinin səbəbi aydın deyil və təyin edilmiş məhkəmə-texniki ekspertizasının qarşısında qoyulmuş “x13nın “Facebook” sosial şəbəkəsindəki səhifəsinə xx.xx.2016-cı il tarixdən xx.xx. 2017-ci ilədək olan dövr ərzində müdaxilə edilmişdirmi” məzmunda yanlış sual qoymuşdur. Həmin ekspertizaya onun suallar təklif etmək hüququ nəzərə alınmamışdır. Ona görə ki, həmin dövrdə “Facebook” sosial şəbəkəsində onun səhifəsi olmamış, onun səhifəsi 2017-ci ilin oktyabrından sonra yaradılmışdır. Anar Süleymanov sübut kimi məhkəməyə hansısa imzasız, möhürsüz, təsdiq olunmamış yazılı kağızlar təqdim etmişdir. Bundan başqa kassasiya şikayətində göstərmişdir ki, “Facebook” sosial şəbəkəsindən çıxarışlarla tərcümələrin tarixi düz deyil. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilərək qərarın ləğv edilib cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiy a şikayətinin təmin edilməsi barədə təqsirləndirilən şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə xüsusi ittihamçının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi b irinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum X9 kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsininin ikinci dəfə məhkəmə-linqvistik ekspertizası təyin etməsinin səbəbi aydın deyil və təyin etdiyi məhkəmə-texniki ekspertizasının qarşısında qoyulmuş “x13nın “Facebook” sosial şəbəkəsi ndəki səhifəsinə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci ilədək olan dövr ərzində müdaxilə edilmişdirmi” məzmunda yanlış sual qoymuşdur. Həmin ekspertizaya onun suallar təklif etmək hüququ nəzərə alınmamışdır. Anar Süleymanov sübut kimi məhkəməyə hansısa imzasız, möhürsüz, təsdiq olunmamış yazılı kağızlar təqdim etmişdir. Bundan başqa kassasiya şikayətində göstərmişdir ki, “Facebook” sosial şəbəkəsindən çıxarışlarla tərcümələrin tarixi düz deyil. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilərək, qərarın ləğv edilib cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan X2 Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına təqdim etdiyi xx xxxxx 2019-cu il tarixli vəsatətində tərcümələrin tərcüməçi tərəfindən imza və möhürlə t əsdiq edilməsi barədə vəsatət vermişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli protokolundan müəyyən edilir ki, məhkəmə iclasında X8 tərcüməçi təyin edilmiş və tərəflərin o, cümlədən x13 ona etirazları olmamışdır. Həmin məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunmuş işə əlavə edilmiş materialların tərcümə edilməsi ona həvalə edilmişdir. Bununla əlaqdar olaraq məhkəmə iclasında 03.05 2019-cu il tarixədək fasilə elan edilmişdir. xx xxx 2019-cu il tarixdə məhkəmə iclasında tərcüməçi həmin materialların tərcümə olunmuş və notarial təsdiq olunmuş nüsxələrini məhkəmə iclasında təqdim etmişdir. Həmin tərcümə nüsxələri ilə tanış olmaq üçün X9 məhkəmə iclasında fasilə elan edilməsini xahiş etmişdir və məhkəmə iclasında xx xxx 2019-cu il tarixədək fas ilə elan edilmişdir. Həmin fasilədən sonra xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolundan müəyyən edilir ki, məhkəmə iclasında iştirak edən X9 şifahi vəsatət verərək yenidən tərcümə olunmuş sənədlərdə təhqir olub-olmadığını müəyyən etmək üçün məhkəmə-linqvistik ekspertizası keçirilməsini və eyni zamanda “Facebook” sosial şəbəkəsindəki hesabına müdaxilənin olub-olmamasını müəyyən etmək üçün kompüter texniki ekspertizasının keçirilməsini xahiş etmişdir. X9 vəsatətində ekspertizalar qarşısında hər hansı başqa sual qoyulması barədə göstərməmişdir. Apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında iştirak edən X2 müdafiəçisi-vəkil X12 da məhkəmə kollegiyası iclasında x13 vəsatətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının bu barədə qərarından müəyyən edilir ki, X2 vəs atəti təmin olunmuş və göstərilən ekspertizalar təyin edilmiş və ekspertlər qarşısında yalnız onun vəsatətində göstərdiyi sual qoyulmuşdur. Alınmış məhkəməlinqvistik və məhkəmə-kompüter-texniki ekspertizalarının rəyləri məhkəmə iclasında X2 və müdafiəçisi-vəkil X4 iştirakları ilə təqdim olunub tədqiq edilmişdir. Bu hallar onu göstərir ki, X9 xüsusi ittihamçı tərəfindən təqdim olunmuş materialları və onların tərcümələrinin doğruluğu ilə razılaşaraq həmin ekspertizaların təyin edilməsi barədə vəsatət vermiş, onun vəsatəti təmin edilərək təyin edilmiş ekspertizalar nəticəsində alınmış ekspertiza rəyləri apelyasiya məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasında müzakirə edilərək müvafiq yekun qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X2 kassasiya şikayətində göstərdiyi dəlil lər onun apellyasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qarşısında da qaldırılmış və həmin dəlillərin əsaslılığı apelyasiya məhkəmə kollegiyası tərəfindən ikinci apelyasiya baxışında araşdırılaraq hüquqi qiymət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmündə yuxarıda göstərilən dəyişiklik edilmişdir. Ona görə də yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: X2 kassasiya şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar