Məhkəmə qərarları › İş №1(102)-678/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-678/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-678/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(103)-389/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməs inin 22 avqust 2022-ci il tarixli, 1(101)-466/2022 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim R.V.Salmanov, hakimlər S.H.Hacıyev və M.M.Ağalarovdan ibarət tərkibdə) xx xxxx 1990-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 126.3-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 12.1, 126.3-cü maddəsi ilə 10 (on) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4cü maddəsi ilə 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, C M-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 11 (on bir) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 27 sentyabr 2021ci il tarixdən hesablanmışdır. Hökmlər həmçinin Məhkum 2000 AZN (iki min manat) tutularaq X4 (08 dekabr 1966cı il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş) verilməsi qərara alınmışdır. Hökmdən məhkumun müdafiəçisi Quliyev Valeh İbiş oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim F.İ.Əyyubov, hakimlər E.Ə.Mehdiyev və E.E.Rəhimovdan ibarət tərkibdə) 28 fevral 2022-ci il tarixli, 1(103)-389/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 126.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 10 (on) il endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən CM-in 12.1, 126.3-ci maddəsi ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum üzərində qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsini hökmü ilə Məhkumə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 126.3-cü və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 09 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhəddini təyyarə ilə tərk edərək əvvəl Ukraynaya, bir müddət sonra isə Rusiya Federasiyasına gedib həmin dövlətin müxtəlif şəhərlərində qaldıqdan sonra 2016-cı ilin mart ayının əvvəlində Rusiya Federasiyası, Lipetsk vilayəti, Lebedyan şəhərinə tanışı Şahid3 yanına qonaq gedərək, Şahid3 məxsus həmin şəhərin Şosseynaya küçəsi 8 saylı evin 2 nömrəli mənzilində müvəqqəti yaşamış, 03 aprel 2016-cı il tarixdə saat 01:00 radələrində R usiya Federasiyası, Lipetsk vilayəti, Lebedyan şəhəri, Turqenev küçəsi 30 ünvanında yerləşən "Veqas” kafesinin qarşısında Şahid3 və sonuncunun tanışları Şahid1, Şahid2, Şahid4, Şahid9, eyni zamanda ata adı istintaqa məlum olmayan X2la birlikdə Şahid1 məxsus hərəkətsiz vəziyyətdə olan "VAZ 2109’' markalı "MO 969 U 48 reqion” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunda işlək vəziyyətdə olan maqnitofonda ucadan ifa olunan mahnıların müşayiəti ilə avtomaşının yanında rəqs edib əylənərkən, həmin vaxt "Veqas” kafesinə müştəri kimi gəlmiş Zərərçəkmiş şəxs musiqi səsinin yüksək olması ilə əlaqədar onlara yaxınlaşıb, iradlarını bildirərək əsəbi halda Şahid1 məxsus qeyd olunan avtomobilin açıq vəziyyətdə olan yük yerinin qapısını icazə istəmədən bağlaması səbəbindən Zərərçəkmiş şəxsla Ş ahid1 tutuşaraq "Veqas” kafesinin sağ hissəsinə keçib orada mübahisə etdiklərini görərək, sonunculara yaxınlaşıb özünü Zərərçəkmiş şəxs fövqündə qoyaraq üstünlüyünü göstərmək məqsədilə heç bir əsaslı səbəb olmadan istintaqa məlum olmayan mənbədən əldə etdiyi və üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs sağ ayağına xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ budun yuxarı 1/3 hissəsində yara kanalının yolu istiqamətində budun düz əzələsinin, sağ bud arteriyasının və budun uzun əzələsinin zədələnməsi ilə ön xarici səthin kor deşici-kəsici yarası kimi xəsarət yetirmiş, nəticədə Zərərçəkmiş şəxs bu səbəbdən almış olduğu xəsarətlə əlaqədar təcili tibbi yardım tərəfindən çatdırıldığı Lebedyan rayonlarası xəstəxa nasında göstərilmiş tibbi yardıma baxmayaraq 03 aprel 2016-cı il tarixdə saat 02:40 radələrində sağ bud arteriyasının zədələnməsi xəsarətindən baş vermiş kəskin qanitirmədən ölmüş, bu əməlləri ilə Məhkum Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasının hüdudlarından kənarda xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vuraraq ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Bundan başqa, o, naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən 01 ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, barəsində Nərimanov Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 26 avqust 2021-ci il tarixli "ittiham elan etmək üçün şəxsin tutulması və axtarışının elan edilməsi haqqında” qərarın icr ası ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 27 sentyabr 2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 83A ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilən baxış zamanı həmin bıçaq ona məxsus əl çantasında aşkar edilərək götürülmüşdür Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edib-qiymətləndirilməmiş, nəticədə o, xuliqanlıq niyyəti ilə hərəkət etmədiyi halda, əsassız olaraq xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçək miş şəxsin ölümünə səbəb olması - Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Əməllərin Cinayət Məcəlləsinin 12.1, 126.3-cü və 228.4-cü maddələri ilə tövsifinin düzgün olmadığını göstərən hal kimi, məhkum xüsusilə ona istinad edir ki, onun zərərçəkmiş şəxsə qarşı törətdiyi cinayət hadisəsinin baş verməsinə səbəb sonuncunun qanunsuz hərəkətləri olmuş, əslində o, özünü müdafiə etmək üçün zərərçəkmişi bıçaqla vurmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarının və əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 12.1, 126.3-cü maddəsindən 12.1, 122.1-ci maddəsinə dəyişdirilməsi barədə qərar qəbul edilməsinin xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin k assasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində sübutetməyə dair qaydaların pozulduğunu, nəticədə xuliqanlıq niyyəti ilə hərəkət etmədiyi halda, əməlinin Cinayət Məcəlləsinin 12.1, 126.3-cü maddələri ilə düzgün tövsif olunmadığını iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hall arla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi (əməlinə şamil olunmasını mübahisələndirdiyi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 126.3-cü maddəsinin dispozisiyasına görə, həmin norma (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Məhkum CM-nin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uz un müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmağa görə, həmin Məcəllənin 126.3-cü maddəsində isə CM-nin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, obyektiv cəhətini isə başqa şəxsin sağlamlığına ağır zərər vurulması təşkil edir. Həmin cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə olan əməl təqsirin qarışıq forması ilə törədilir: şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Şərh edilən cinayət maddi tərkibli cinayət olduğundan təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilir. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarından müəyyən olunur ki, Məhkum hadisə vaxtı Zərərçəkmiş şəxs tərəfindən hər hansı təhqiramiz ifadə işlədilməmiş, onun şəxsiyyətini alçaldan hərəkətə yol verilməmiş, məhkumla zərərçəkmiş şəxs arasında hər hansı ədavət, düşmənçilik, qisas almaq üçün əsas ola biləcək münasibətlər mövcud olmamışdır. Həmçinin Məhkum zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsinin motivi sadəcə olaraq zərərçəkmiş şəxsin Şahid3 və sonuncunun tanışları Şahid1, Şahid2, Şahid4, Şahid9, eyni zamanda ata adı istintaqa məlum olmayan X2la birlikdə Şahid1 məxsus maşının salonunda işlək vəziyyətdə olan maqnitofonda ucadan ifa olunan musiqinin səsinin yüksək olması ilə əlaqədar onlara yaxınlaşması və iradlarının bildirməsi olmuş, Zərərçəkmiş şəxs iradlarına cavab olaraq Məhkum özünün şəxsi mənafeyini hər şeydən öndə tutmaqla, aşkar surətdə öz hərəkətləri ilə cəmiyyətə hörmətsizlik nümayiş etdirmiş, nəticədə səbəb olmadan qəsdən Zərərçəkmiş şəxs sağ ayağına xuliqanlıq niyyəti ilə qəsdən bıçaqla bir dəfə zərbə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Apellyasiya Məhkəməsinin Məhkum zərərçəkmiş X5 məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vuran xəsarət yetirərək ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmasının müəyyən edilmiş sayılmasına dair qənaətləri kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən çox saylı şahid ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına, 05 aprel 2016-cı il tarixdə Şahid5nm iştirakı ilə keçirilmiş istintaq eksperimentinə, Rusiya Federasiyası Lipetsk vilayətinin səhiyyə idarəsi "Lip etsk BMTE” DSİ Lebedyansk rayonlararası məhkəmə-tibbi şöbəsi tərəfindən verilmiş 26 aprel 2016-cı il tarixli 27/13-16 saylı rəyinə, Lipetsk vilayətinin Səhiyyə idarəsi "Məhkəmə-X6 vilayət bürosu” dövlət səhiyyə idarəsinin molekulyar qenetik laboratoriyası tərəfindən verilmiş 15 iyun 2016-cı il tarixli 27/816 saylı rəyinə, Lipetsk vilayətinin Səhiyyə idarəsi "Məhkəmə-X6 vilayət bürosıf’dövlət səhiyyə idarəsinin Molekulyar qenetik laboratoriyası tərəfindən verilmiş 20 may 2016-cı il tarixli 93/6mk-16 saylı rəyinə, Rusiya Federasiyasının İstintaq Komitəsinin İstintaq idarəsinin kriminalistika şöbəsi tərəfindən verilmiş 2xx/xx/2016/7 e saylı 22 aprel 2016-cı il tarixli rəyinə, məhkəmə-kriminalistik ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 3/1659 saylı rəyinə, digər sübutlara əsaslanır ( hökmdə və apellyasiya instansiya məhkəməsinin yekun qərarında həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır). Yuxarıda sadalanmış və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığın ı, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin əməlin hüquqi tövsifinin mübahisələndirilməsinə həsr olunmuş dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 12.1, 126.3-cü və 228.4-cü maddələri ilə təqsirli olması haqında yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən Məhkum şərh edilən əməlinin hüquqi tövsifinin həmin maddələrdən Cinayət Məcəlləsinin 12.1, 126.3-cü və 228.4-cü maddələrinə dəyişdirilməsi barədə kassasiya tələbi əsaslı sayıla bilməz. Həmçinin Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı pozuntuya yol verilməmiş, b elə ki, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar cinayət işinə baxarkən apellyasiya məhkəməsi X1un ilk dəfə məhkum olunması, əməlindən səmimi peşman olması, himayəsində iki azyaşlı uşağının olması kimi onun cəzasını yüngülləşdirən hallardan, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsindən çıxış edərək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş, hökmlə Məhkum Cinayət Məcəlləsinin 12.1, 126.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 10 (on) il 6 (altı) aydan CM-in həmin maddənin sanksiyasının aşağı həddinə yaxın - 10 (on) ilə endirmiş, cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanı isə10 (on) il 6 (altı) ay müddətində müəyyən etmişdir. Apellyasiya məhkəməsi məhkumun şəxsiyyətinə aid və cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təyin olunan cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) qiymətləndirdiyindən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum yuxarıda qeyd olunan cəzanı təyin etməklə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci maddələrinə əməl etmiş, ədalət prinsipinin (CM, maddə 8) tələblərini gözləmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 126.3-cü və 228.4-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin nəticələri qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas ola biləcək, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(103)-389/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 126.3-cü və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(103)-389/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar