Məhkəmə qərarları › İş №1(102)-679/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-679/2019

25.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-679/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Vahid oğlu Əhmədovun, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Rəsul Elçin oğlu Abbasovun, məhkum X4 və onun müdafiəçisi X2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 09 yanvar 2019-cu il tarixli qərarından dövlət ittihamçısı X16 tərəfindən verilmiş kassasiya protesti, Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi X8 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: S.Ə.Əzizov (sədrlik edən və məruzəçi), F.N.Mahmudov və E.İ.Rüstəmovdan ibarət tərkibdə) 29 oktyabr 2018-ci il tarixli hökmü ilə 29.03.1955-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edil mişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, həbsdə saxlanıldığı müddət təyin olunmuş cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, qisas almaq məqsəd ilə qızı X6nı qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd cinayət əməlini törətmişdir. Belə ki, o, doğma qızı X3 24 iyul 2017-ci il tarixdən 25 iyul 2017-ci il tarixə keçən gecə, gecə saatlarında əri X5 işdə növbədə olarkən tanışı X5 yaşadığı Samux rayonu Ziyadlı kəndində yerləşən evə dəvət edib onunla görüşərək cinsi əlaqədə olub ərinə xəyanət etməsi barədə həmin gecə bacanağı X6 telefonla zəng edib məlumat verməsindən sonra 25 iyul 2017-ci il tarixdə gecə saat 06 radələrində qızı X6nı yaşadığı ər evindən ünvan 2 ünvanda yerləşən öz evinə gətirib orada qonaq otağında ikilikdə ondan tanışı X14 ilə görüşüb ərinə xəyanət etməsinin doğru olub-olmamasını soruşduqda X6nın susaraq ona cavab verməyib ağlamasını onun ərinə xəyanət etməsini təsdiqləməsi kimi qəbul edərək ictimaiyyət arasında rüsvay olduğunu və qızının bu hərəkətinin onun nüfuzuna xələl gətirdiyini düşünərək X6nı qəsdən öldürüb qisas almaq qərarına gəlmiş və bu niyyətini həyata keçirmək məqsədi ilə əvvəlcə içildikdə insan həyatı üçün təhlükəli olan sirkə turşusunu və zəhərli maddələr qrupuna aid olan DDT (4,4-dixlordifeniltrixlor metilmetan) tərkibli pestisid adlı maddəni X6nın özünü öldürməsi üçün içməyə məcbur etmiş, lakin X6nın ölmədiyini görüb otaqd a masanın üstündə olan stəkanı sındırıb sınmış hissəsi ilə onu eyni məqsədlə bilək nahiyəsini kəsməyə vadar etmiş, bundan sonra da onun ölmədiyini görüb cinayətkar qəsdini başa çatdırmaq üçün evin həyətindəki anbarda saxladığı zavod üsulu ilə hazırlanmış və məişət-təsərrüfat təyinatlı bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan və soyuq silah hesab edilməyən baltanı götürüb yenidən onun yanma qayıdaraq baltanın bərk küt hissəsi ilə X6nın həyatı üçün mühüm orqanları yerləşən baş nahiyəsinə bir dəfə zərbə endirib baltanı kənara ataraq onu döşəmənin üzərinə yıxıb əlləri ilə boğub ona sol təpə gicgah nahiyəsinin əzilmiş yarasından, boyun və sağ bazu nahiyələrinin qançırlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarə tlər, kəsici alət vasitəsi ilə sol said nahiyəsinin ön səthində səthi kəsilmiş yaralardan ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsinə nail olaraq X6nın huşunu itirib hərəkətsiz qaldığını görüb sonuncunu öldürdüyünü zənn edərək arvadı X16nı çağırıb ona polis şöbəsinə zəng edib qızını öldürməsi barədə məlumat verməsini demiş, lakin X6 atası Məhkum tərəfindən içməsi üçün ona verilmiş yuxarıda adları çəkilən maddələrə öldürücü təsirini zəiflətmək məqsədi ilə yaranmış əlverişli şəraitdən istifadə edərək gizlicə su əlavə etməklə içdiyinə və vaxtında xəstəxanaya çatdırılaraq həkimlərin göstərdiyi tibbi yardımlar nəticəsində həyatı xilas edildiyi üçün o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblər ə görə başa çatdıra bilməmiş, X6nı qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 09 yanvar 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı F.M.Musayev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Q.A.Rizvanov verdiyi kassasiya protestində və Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2019-cu il tarixli qərarının ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini, Məhkum müdafiəçisi X8 verdiyi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2019-cu il tarixli qərarının ləğv olunmasını və məhkumun əməlinin CM-in 128-ci maddəsinə tövsif olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətlərinin və kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Q.A.Rizvanov onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, əsassız və qanunsuz olaraq təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək ona CM-in 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ed ilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin etməklə səhvə yol verilmişdir. Məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə razılıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışması kimi cəzanı yüngülləşdirən halları, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin doğma qızı olmaqla onların bir ailənin üzvləri olmalarını və bir evdə yaşamalarını, baş vermiş hadisənin ailə münasibətlərinə təsir etməməsi üçün arvadının və qızlarının atalarının həbsdən azad olması üçün israrlı müraciət və xahişlərini, təqsirləndirilən şəxsin ailə başçısı olaraq ailəni dolandıran yeganə şəxs olması və ailənin idarə edilməsində, ailənin bütün üzvlərinin, yəni təqsirləndirilən şəxsin arvadının, qızlarının və nəvələrinin ona zəruri ehtiyac duymaları kimi halları əsassız və qanunsuz olaraq müstəsna hal hesab edərək gəldiyi qanunsuz nəticəni əsaslandırmağa çalışmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinin tələbini pozaraq Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları düzgün müəyyən etməmişdir. Belə ki, Məhkum təsvir edilən cinayət əməli ilə bağlı obyektiv istintaqın aparılmasında hər hansı köməklik göstərməmiş, ibtidai istintaq dövründə ilkin ifadələrini hadisənin “şoku” təsiri altında verdiyini bildirib iş materialları ilə təkzib edilən xüsusatlar göstərməyə başlamış, məhkəmə istintaqında verdiyi ifadəsindəki xüsusatları tam əsassız, işin faktiki hallarına və həqiqətə uyğun olmayan, cinayət məsuliyyətindən azad olmaq məqsədi ilə verilmiş yal an xüsusatlar kimi qiymətləndirərək sübut kimi qəbul etməmişdir. Nəticədə məhkəmə Məhkum səmimi peşmançılığını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Həmçinin məhkəmə Məhkum zərərçəkmiş şəxslə razılıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi təkrar nəzərə almaqla barəsində CM-in 62-ci maddəsini tətbiq edərkən nəzərə almamışdır ki, qanunvericiliyin tələbi baxımdan zərər çəkmiş şəxslə barışma CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsasdır, həmin halın təkrar nəzərə alınmaqla müstəsna hal hesab edilməsinin əsasları, şərtləri və motivləri məhkəmə tərəfindən hökmdə göstərilməmişdir. Məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirici hal k imi qiymətləndirərkən nəzərə almamışdır ki, yaşayış yerindən müsbət xarakterizə olunmaq təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən haldır, əməli və ya niyyəti xarakterizə etmir. Yaşayış yerində müsbət xarakterizə olunma cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasının nəticəsidir və məhkəmə CM-nin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi müstəsna hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin qızı olmaqla onların bir ailənin üzvləri olmaları və bir evdə yaşamaları, baş vermiş hadisənin ailə münasibətlərinə təsir etməməsi üçün arvadının və qızlarının atalarının həbsdən azad olması üçün israrlı müraciət və xahişləri, təqsirləndirilən şəxsin ailə başçısı olaraq ailəni dolandı ran yeganə şəxs olması və ailənin idarə edilməsində, ailənin bütün üzvlərinin, yəni təqsirləndirilən şəxsin arvadının, qızlarının və nəvələrinin ona zəruri ehtiyac duymalarını sadalamaqla nəyə görə həmin halların müstəsna hal kimi qəbul etməsinin motivlərini hökmdə və qərarda əsaslandıra bilməmişlər. Məhkum əməlində CM-nin 62-ci maddəsində təsbit edilmiş müstəsna hallar mövcud olmamış, onun törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini azaldan hər hansı digər hallar müəyyən edilməsə də, lakin məhkəmə əsassız və qanunsuz olaraq onun barəsində CM-nin 62-ci maddəsini tətbiq edərək Məhkum təqsirli bilindiyi CM-nin 29,120.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin etməklə səhvə yol vermişdir. Məhkəmə cəza təyin edərkən cin ayət qanununun yuxarıda göstərilən normalarının, eləcə də, Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının tələblərini nəzərə almamış, Məhkum onun törətdiyi cinayətin kateqoriyasına, ictimai-təhlükəlilik dərəcəsinə, xarakterinə və şəxsiyyətinə açıq-aşkar uyğun olmayan yüngül cəza təyin etməklə cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsini təmin etməmişdir. Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs onunla əsaslandırır ki, Gəncə Ağır Cinayətlər məhkəməsi səhv nəticəyə gəlmiş, Gəncə Apellyasiya Məhkəməsi də bu səhvi təkrarlamaqla hökmü qüvvədə saxlamışdır. Belə ki, zərərçəkmiş şəxs turşunu özü içmiş, onu bu na atası məcbur etməmiş, onun turşunu içməyə məcbur edən şəxslər X8 vəX9 olmuşdur. Dövlət ittihamçısının zərərçəkmiş şəxsin atasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair istinad etdiyi fikirlər məhkəmə iclasında araşdırılmış (zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspert rəyinə dair məhkəmə tibb ekspertinin əlavə şahid qismində verdiyi ifadəsi) sübutlara deyil, ibtidai istintaq zamanı müstəntiq tərəfindən düz-qoş edilmiş fikirlərə üstünlük verilmişdir. Zərərçəkmiş şəxs atası ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, ona heç bir ziyan dəyməmişdir. Belə olan halda atasının əməlinin Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif olunmalı və barışmış olduqlarını nəzərə alınmaqla cinayət iş inin icraatına xitam verilməldir. Kassasiya şikayətinin dəlillərini məhkumun müdafiəçisi X8 onunla əsaslandırır ki, o, apellyasiya instansiya məhkəməsinin qərarını əsassız, ədalətsiz və qanunsuzdur. Belə ki, ibtidai istintaq tərəfindən təqsirləndirilən şəxsin prosessual hüquqları, o cümlədən müdafiə hüququ kobud şəkildə pozulmuş, sonuncunun əməlinin hüquqi tövsifində kobud səhvə yol verilmiş, sübutları düzgün qiymətləndirilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 25 iyul 2017-ci il tarixli könüllü təqdim etmə haqqında protokoldan görünür ki, 25 iyul 2017-ci il tarixdə Samux RPŞ-nə telefonla zəng edilərək Məhkum qızı X6nı öldürmək istəməsi haqqında məlumat daxil olmuşdur. Protokol Samux RPŞ CAB-nin rəisi, polis mayoru X10 tərəfindən tərtib edilmişdir. Həmin protokoldan görünür ki, Məhkum qızı X6nı öldürmək istəmiş, lakin cinayəti başa çatdırmaqdan könüllü imtina etmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində şahid X9 telefon məlumatı aldıqdan sonra hadisə yerinə getdiyini, 25 iyul 2017-ci il tarixdə Samux RPŞ-nə telefonla məlumat verən şəxs X6nı öldürməsini deyil, vurduğunu söyləmiş, ünvana gedərək ilkin araşdırma apardığını, X3 ölmədiyini, könüllü gəlmə haqqında protokolu isə özünün tərtib etmədiyini, başqa şəxsin tərtib etdiyini göstərmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş qismində dindirilmiş X15 atası Məhkum onu sirkə turşusu içməyə məcbur etmədiyini, sirkə turşusunu qaynanası və həyat yoldaşının əmisi X8 onun haqqında atası Məhkuma böhtan danışmasından sonra özünün içdiyini, otaqda olun stəkanı sındıraraq stəkanın şüşəsi ilə damarlarını kəsdiyini, atasının onu boğmadığını, baltanın küt tərəfi ilə bir dəfə baş nahiyəsindən yüngülcə vurduğunu göstərmişdir. Məhkəmə baxışı zamanı Məhkum təqsirini sübuta yetirən heç bir dəlil müəyyən edilməmiş, araşdırılmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum hüquqlarının pozulması, eləcə də, digər prosessual pozuntularla aparılmışdır. Belə ki, şahid X10 məhkəmə istintaqı zamanı müstəntiq X12 onu və qızı X6nı eyni gündə, eyni otaqda dindirmişdir. İbtidai istintaq orqanı Məhkum ağır cinayət əməli üzrə ittiham elan edərkən onun ailə üzvlərinin, yəni qızları və həyat yoldaşının verdiyi ifadələr faktiki olaraq təhrif edilərək alınmış, bu zaman onlara dindirilərkən Azərbaycan Respublikası CPM-in 20-ci, Azərbaycan Respublikası Konstitusiyasının 66 -cı maddələrində göstərilən özlərinə və ya yaxın qohumlarına qarşı ifadə verməmək hüquqlarının olması izah edilməmişdir. Məhkum edilmiş Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini təsdiq edəcək dəlillər olmadığından, onun əməli faktiki olaraq yetirilmiş xəsarətin xarakterinə görə CM-in 128-ci maddəsi ilə tövsif edilməli, zərərçəkmiş şəxs X3 onun öz qızı olması və Məhkum qarşı hər hansı bir şikayətinin olmaması səbəbindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalıdı, kassasiya şikayət ləri isə təmin edilmməməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X11 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum müdafiəçisi Müdafiəçi və iş üzrə Zərərçəkmiş şəxs kassasiya şikayətlərinin başlıca dəl illəri məhkəmələr tərəfindən Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmamasının qanunsuz olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməsi üçün sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma baş verməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, birinci instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum zərərçəkmiş şəxs X6nı qəsdən həyat dan məhrum etməyə cəhd etmişdir. İşin materialları ilə müəyyən edilir ki, Məhkum doğma qızı X6nı qisas niyyəti ilə qəsdən öldürmək məqsədi ilə əvvəlcə içildikdə insan həyatı üçün təhlükəli olan sirkə turşusunu və zəhərli maddələr qrupuna aid olan DDT (4,4- dixlordifeniltrixlor metilmetan) tərkibli pestisid adlı maddəni özünü öldürməsi üçün doğma qızma içməyə məcbur etmiş, lakin qızının ölmədiyini görüb niyyətini davam edirib otaqda masanın üstündə olan stəkanı sındırıb sınmış hissəsi ilə onu eyni məqsədlə bilək nahiyəsini kəsməyə vadar etmiş, bundan sonra da onun ölmədiyini görüb balta ilə X6nın baş nahiyəsinə bir dəfə zərbə endirib daha sonra boynundan tutub boğub xəsarətlər yetirdikdə sonuncunun öldüyünü zənn edib arvadı X16nı çağırıb ona polis şöbəsinə zəng edib qızını öldürməsi barədə məlumat verməsini demiş, lakinX6 tibbi yardımlar nəticəsində həyatı xilas edildiyi üçün o, bilavasitə cinayət törətməyə yönədilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Odur ki kassasiya şikayətlərinin bu barədəki dəlilləri əsassışdır. Kassasiya protestinin başlıca dəlili birinci instansiya məhkəməsi tərəfindən Məhkum barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsidir. Kassasiya kollegiyası kassasiya protestinin qeyd edilən dəlili ilə razı laşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyini kifayət qədər əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yax ud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Məhkum, şəxsiyyətini, onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını, cinayəti törədərkən məqsəd və motivini nəzərə alaraq, əməlindən peşmançılıq çəkməsi, zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edib Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Ka ssasiya kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə əlaqədar olaraq qeyd edir ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu hallar sırasına daxil olan əsasların mövcudluğuna deyil, onların müstəsna xarakterə malik olmasından çıxış etməli, yəni həmin halların müstəsnalığını və səbəblərini lazımınca əsaslandırmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumun ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, səmimi peşmançılıq çəkməsi cəzanı yüngülləşdirən hal hesab etməklə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, yalnız hadisələrin təsadüfi axarı zəminində və ilk dəfə baş verdikdə yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Lakin iş materiallarından görünür ki, Məhkum törədəcəyi cinayəti qabaqcadan planlaşdırmış, bu məqsədlə yaşadığı evə gedərək qızı Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə əvvəlcə içildikdə insan həyatı üçün təhlükəli olan sirkə turşusunu və zəhərli maddələr qrupuna aid olan DDT (4,4- dixlordifeniltrixlor metilmetan) tərkibli pestisid adlı maddəni özünü öldürməsi üçün doğma qızma içməyə məcbur etmiş, lakin qızının ölmədiyini görüb niyyətini davam edirib otaqda masanın üstündə olan stəkanı sındırıb sınmış hissəsi ilə onu eyni məqsədlə bilək nahiyəsini kəsməyə vadar etmiş, bundan sonra da onun ölmədiyini görüb balta ilə X6nın baş nahiyəsinə bir dəfə zərbə endirmişdir. İşin materiallarından göründüyü kimi, məhkəmə Məhkum hansı cəhətlərinə görə müsbət xarakterizə olunması və bunun nədə ifadə olunması, şəxsiyyətinin əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Daha sonra, birinci instansiya məhkəməsi CM-in 62-ci maddəsini tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə almamışdır. Məhkəmə kollegiyası bildirir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradı lmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini əsaslı hesab etmir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni c əzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cina yət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraq larla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivl iyinə və ictimai nüfuzuna ciddi təsir edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinin zəruriliyini kifayət qədər əsaslandırmamış, tərədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini düzgün nəzərə almamışdır. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 0 9 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli və iş həmin məhkəməyə yeni apellyasiya baxışına təyin edilməli, kassasiya şikayətləri isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 09 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Kassasiya protesti təmin edilsin, kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar