Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-679/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlqar Rəhim oğlu Xələfovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkum x2 müdafiəçisi-vəkil Məmmədov Məmmədqulu Calal oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə x1 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 32.4,312.2, 32.5,308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,313-cü maddələri ilə, x2 Azərbaycan Respublikası CM-nin 32.5,308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum x1 və x2 müdafiəçisi-vəkil Məmmədov Məmmədqulu Calal oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: E.X.Süleymanov (sədrlik edən və məruzəçi), X.A.Nuriyev və N.F.Quliyevdən ibarət tərkibdə) x1 - xx xxxxxxxx 1 981-ci ildə ünvan 1 doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4,312.2, 32.5,308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,313-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,312.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.5, 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbə r və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.5,311.3.1 və 32.5,311.3.2-ci maddələri ilə CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.5,313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə x1na cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə dövlət və yer li özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. x2 - xx xxxxxx 1975-ci ildə ünvan 2 doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 qeydiyyatda olan, ünvan 3 yaşayan Azərbaycan Respublikası CM-nin 32.5,308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-nin 32.5,308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məh rum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.5,311.3.1 və 32.5,311.3.2-ci maddələri ilə CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.5,313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə x2na cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məs ul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 2017-ci ilin yanvar ayından 2017-ci ilin oktyabr ayınadək olan dövrdə Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasında xadimə işləyən x3 və sonuncunun vasitəsilə həmin xəstəxananın baş həkimi x4 ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək x4 xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərə görə, yəni onkoloji xəstəlikdən əziyyət çəkməyən ayrı-ayrı şəxslərə həmin xəstəlikdən əziyyət çəkmələri və buna görə əlillik dərəcələrinin qiymətləndirilmə si və təqaüd təyin olunması üçün əsas verən informasiya resurslarına tamah və sair niyyətlə bilə-bilə yalan məlumatlar daxil edilmiş saxta göndərişlərin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə göndərilməsindən ötrü, qabaqcadan əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq özünün və x3nın vasitəçiliyi ilə x5 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin fevral ayından 2017-ci cilin mart ayınadək olan dövr ərzində hissə-hissə 3000 manat, 2017-ci ilin iyun ayında 1060 manat, cəmi 4060 manat, təkrarən x6 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin fevral ayında 3000 manat, təkrarən x7 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 600 manat, təkrarən x8 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 3000 manat, təkrarən x9 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında hissə-hissə olmaqla ümumilikdə 3000 manat, təkrarən x10 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin yay aylarında 3000 manat, təkrarən x11 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 3800 manat, təkrarən x12 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 3000 manat, təkrarən x13 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 3000 manat, təkrarən x14 arvadı x15 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin sentyabr ayında 2500 manat məbləğində pulu həmin şəxslərdən rüşvət kimi Masallı rayonu ərazisində ayrı-ayrı ünvanlarda istəyərək alıb ünvan 3ararası Onkoloji xəstəxanasında x3na və sonuncunun vasitəsilə x4 çatdırıb cəmi 10 nəfərin guya onkoloji xəstə olmaları, onkoloji xəstəliklə bağlı müvafiq xəstəxanalarda qeydiyyatda olaraq müalicə almaları, onkoloji xəstəliyin mərhələləri barədə, əlillik dərəcələrinin təyin olunmasına əsas verə biləcək şəkildə yalan məlumatları informasiya resurslarına, yəni Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə həkim-məsləhət komissiyasının üzvlərinin adına olan elektron imzalar vasitəsilə daxil edilməsi üçün həmin şəxslərin şəxsiyyət vəsiqələrini x3na verərək, x4 xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərə görə, özü üçün dolayı yolla, maddi neməti rüşvət kimi təkrarən istəməsi və almasında, ümumi cinayətkar niyyətə uyğun olaraq vəzifəli şəxsin, yəni x4 razılğı ilə x3 tərəfindən tamah niyyətilə informasiya resurslarına bilə-bilə yalan məlumatların da xil edilməklə təkrarən vəzifə saxtakarlığı törədilməsində, yəni rüşvət alma və vəzifə saxtakarlığı cinayətlərinin törədilməsi üçün pul vasitələrini bilavasitə qəbul edib çatdırmaqla, vəzifəli şəxsə məlumatları ilə, yəni rüşvət verəcək şəxsləri tapmaqla, həmin şəxslər barəsində sənədləri təqdim etməklə köməkçi kimi iştirak etmişdir. Bundan başqa, o, Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi x4 və həmin xəstəxanada xadimə işləyən x3 ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girmiş, x4 xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar heç bir tibbi sənədi olmayan, onkoloji xəstəlikdən əziyyət çəkməyən şəxslərin qarşısında özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə x6 xx.xx.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 912.25 manat, x7 xx.xx.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 871.61 manat, x5 xx.xx.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 842.21 manat, x8 xx.xx.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 686.45 manat, x11 xx.xx.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 392 manat, x10 xx.xx.2017-ci il tarixli 1-ci qrup əlilliyi n verilməsi barədə qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 387,33 manat, x15 xx.xx.2017-ci il tarixli 2-ci qrup əlilliyin verilməsi barədə qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 152.15 manat olmaqla dövlət büdcəsindən əsassız olaraq 7 nəfərə ümumilikdə 3856.57 manat əmək pensiyası, sosial müavinət və prezident təqaüdünün ödənilməsinə şərait yaratmış, bununla da x4nun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmlak hüquqlarına və işinin pozulmasında ifadə olunan qanuni mənafelərinə, habelə Səhiyyə Nazirliyini cəmiyyət arasında nüfuzdan salan və işinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticələrə səbəb olmaqla mühüm zərər vurmasında, habelə təkrarən vəzifə saxtakarlığı cinayətini tərətməsində pul vas itələrini bilavasitə qəbul edib çatdırmaqla, vəzifəli şəxsə məlumatları ilə, yəni rüşvət verəcək şəxsləri tapmaqla, həmin şəxslər barəsində sənədləri təqdim etməklə köməkçi kimi iştirak etmişdir. Həmçinin, o, özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etməklə talama məqsədilə, 2017-ci ilin oktyabr ayında Lənkəran rayonlararası onkoloji xəstəxanasında heç bir tibbi sənədi olmayan şəxslərin adlarına əlilliyin verilməsi üçün əsas olan Tibbi Sosial Ekspert və Reabilitasiya sisteminə saxta göndərişlərin göndərilməsi aşkar edildikdən sonra 2017-ci ilin oktyabr ayında Lənkəran şəhər sakini x3na və x16 Azərbaycan Respublikası Səhiyyə Nazirliyində yüksək vəzifəli tanışının olduğunu, əlaqələrindən istifadə edərək Səhiyyə Nazirliyində toplanmış materialın Azərbaycan Respublik ası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməyəcəyi və adlarına göndəriş verilmiş şəxslərin pensiyalarının dayandırılmayacağına dair vədlər verərək vəzifəli şəxsə, xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyd olunan hərəkətlərin edilməsindən imtina olunması müqabilində, yəni biləbilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verilməsinə təhrik edib 2017-ci ilin oktyabr ayında x16 onun yaşadığı Lənkəran rayonu, Şilavar kəndində yerləşən evində x3 vasitəsilə 11.000 manat, təkrarən x3ndan 2017-ci ilin oktyabr ayında onun yaşadığı ünvan 4-də 9.000 manat pulu birbaşa və vasitəçidən istifadə etməklə vəzifəli şəxsə çatdıracağı adı ilə aldadaraq alıb aldatma yolu ilə özgənin, yəni x3nın və x16 xeyli miqdarda əmlakını təkrarən ələ keçirərək talamış, x16, təkrarən x3n ı bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə maddi nemət verilməsinə sövq edərək rüşvət vermə cinayətinin törədilməsinə təhrik etmişdir. x2 2017-ci ilin yanvar ayından 2017-ci ilin oktyabr ayınadək olan dövrdə Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasında xadimə işləyən x3 və sonuncunun vasitəsilə həmin xəstəxananın baş həkimi x4 ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək x4 xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərə görə, yəni onkoloji xəstəlikdən əziyyət çəkməyən ayrı-ayrı şəxslərə həmin xəstəlikdən əziyyət çəkmələri və buna görə əlillik dərəcələrinin qiymətləndirilməsi və təqaüd təyin olunması üçün əsas verən informasiya resurslarına tamah və sair niyyətlə bilə-bilə yalan məlumatlar daxil edilmiş saxta göndərişlərin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə göndərilməsindən ötrü, qabaqcadan əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq özünün və x3nın vasitəçiliyi ilə x17 özünün və arvadı x18 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 4800 manat, təkrarən x19 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 2500 manat, təkrarən x20 arvadı x21 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin may ayında 2500 manat, təkrarən x22 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 2500 manat, təkrarən x23 xeyrinə ediləcək qanunsuz hərəkətlərə görə 2017-ci ilin iyun ayında 2300 manat məbləğində pulu rüşvət kimi Lənkəran rayonu ərazisində ayrı-ayrı ünvanlarda istəyərək alıb Lənkəran rayonlararası Onkoloji xəstəxanasında x3na və s onuncunun vasitəsilə x4 çatdırıb cəmi 6 nəfərin guya onkoloji xəstə olmaları, onkoloji xəstəliklə bağlı müvafiq xəstəxanalarda qeydiyyatda olaraq müalicə almaları, onkoloji xəstəliyin mərhələləri barədə, əlillik dərəcələrinin təyin olunmasına əsas verə biləcək şəkildə yalan məlumatları informasiya resurslarına, yəni Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə həkim-məsləhət komissiyasının üzvlərinin adına olan elektron imzalar vasitəsilə daxil edilməsi üçün həmin şəxslərin şəxsiyyət vəsiqələrini x3na verərək, x4 xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə, özü üçün dolayı yolla, maddi neməti rüşvət kimi təkrarən istəməsi və almasında, ümumi cinayətkar niyyətə uyğun olaraq vəzifəli şəxsin, yəni x4 razılığı ilə x3 tərəfindən tamah niyyətilə informasiya resu rslarına bilə-bilə yalan məlumatların daxil edilməklə təkrarən vəzifə saxtakarlığı törədilməsində, yəni rüşvət alma və vəzifə saxtakarlığı cinayətlərinin törədilməsi üçün pul vasitələrini bilavasitə qəbul edib çatdırmaqla, vəzifəli şəxsə məlumatları ilə, yəni rüşvət verəcək şəxsləri tapmaqla, həmin şəxslər barəsində sənədləri təqdim etməklə köməkçi kimi iştirak etmişdir. Bundan başqa, o, Lənkəran rayonlararası onkoloji xəstəxanasının baş həkimi x4 və həmin xəstəxanada xadimə işləyən x3 ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girmiş, x4 xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar heç bir tibbi sənədi olmayan, onkoloji xəstəlikdən əziyyət çəkməyən şəxslərin qarşısında özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə q əsdən zidd olaraq istifadə etməklə x18 xx.xx.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 1,315.59 manat, x19 xx.xx.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 898.70 manat, x21 xx.xx.2017-ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 885.16 manat, x17 xx.xx.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 969.62 manat, x22 xx.xx.2017ci il tarixli 1-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 1,558.06 ma nat, x23 xx.xx.2017-ci il tarixli 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə qərarla xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 912.29 manat olmaqla dövlət büdcəsindən əsassız olaraq 6 nəfərə ümumilikdə 6539.42 manat əmək pensiyası, sosial müavinət və prezident təqaüdünün ödənilməsinə şərait yaratmış, bununla da x4nun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmlak hüquqlarına və işinin pozulmasında ifadə olunan qanuni mənafelərinə, habelə Səhiyyə Nazirliyini cəmiyyət arasında nüfuzdan salan və işinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticələrə səbəb olmaqla mühüm zərər vurmasında, habelə təkrarən vəzifə saxtakarlığı cinayətini tərətməsində pul vasitələrini bilavasitə qəbul edib çatdırmaqla, vəzifəli şəxsə məlumatları ilə, yəni rüşvət verəcək şəxsləri tapmaqla, həmin şəxslər barəsində sənədləri təqdim etməklə köməkçi kimi iştirak etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən və məruzəçi), İ.H.Əhmədov və F.K.Soltanovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum x1 və məhkum x2 müdafiəçisi-vəkil Məmmədov Məmmədqulu Calal oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum x1 kassasiya şikayəti verərək bildirmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin faktiki halları demək olar ki, araşdırılmamış, əməli düzgün olaraq CM-nin 308, 311 və 312-ci maddələrinə tövsif edilməmişdir. Belə ki, məhkum natamam orta təhsilli olmaqla 5-ci sinifi bitirdiyini və heç vaxt vəzifədə işləmədiyini bildirmiş və belə olduğu təqdirdə onun hər hansı bir vəzifə səlahiyyətlərini aşma və ya qulluq mövqeyindən istifadə etmədən söz gedə bilməz. Ona görə də ona tətbiq edilən müddətli vəzifə tutmaq hüququndan məhrum etmə cəzası heç bir çərçivəyə sığmır. Qeyd olunanları nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum x2 müdafiəçisi-vəkil Məmmədov Məmmədqulu Calal oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, həm Lənkəran Ağır Cinayətlər Məhkəməsində, həm də Şirvan Apellyasiya Məhkəməsində müəyyən edilmişdir ki, təqsirlən dirilən şəxs x2 ittihamda qeyd olunan qaydada x4 ilə deyil, özlərinə və ya yaxın qohumlarına əlillik dərəcəsinin təyin olunmasında maraqlı olan 6 nəfər şəxslə və Lənkəran rayonlararası onkoloji xəstəxanasında xadimə işləyən x3 ilə əlbir olmaqla cinayət əlaqəsinə girmişdir. x2 Lənkəran rayonlararası onkoloji xəstəxanasının baş həkimi vəzifəsində işləmiş x4 ilə əlbir olub bilavasitə və ya dolayı yolla cinayət əlaqəsində olmalarını bir nəfər şəxs belə təsdiq etmir. Yəni x2 x4 ilə bilavasitə və ya dolayı yolla, yəni x3 vasitəsilə cinayət əlaqəsində olmaları ibtidai istintaq zamanı və məhkəmə iclasında toplanmış sübutlar əsasında nəinki təsdiq olunmur, habelə inkar olunur. x2 vasitəsilə özlərinə və ya yaxın qohumlarına görə əlillik dərəcəsi almaq istəyən x18, x19, x21, x17, x22 və x23 da ifadəl ərində vəzifəli şəxs qismində x4nun və ya başqa vəzifəli şəxsin adını hallandırmamışlar. Həmin şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr və məhkəmə iclasında olan dindirmələri əsasında müəyyən edilmişdir ki, onlar vəzifəli şəxs qismində x4nu və həkim komissiyasının digər üzvlərini tanımamışlar. Bu baxımdan hesab edirəm ki, x2 vəzifəli şəxslərlə əlbir olmaqla cinayət əlaqəsinə girməsi işin məhkəmə iclasında təsdiq olunmamışdır. Elan olunan ittihamda göstərilir ki, x2 ağır nəticələrə səbəb olan mühüm zərər vurmada, habelə təkrarən vəzifə saxtakarlığı cinayətini törətməsində pul vasitələrini bilavasitə qəbul edib çatdırmaqda, vəzifəli şəxsə məlumatları ilə, yəni rüşvət verəcək şəxsləri tapmaqla, həmin şəxslər barəsində sənədləri təqdim etməklə köməkçi kimi iştirak etmişdir. Yuxarı da olduğu kimi, bir daha qeyd edirəm ki, x2 vəzifəli şəxslə bilavasitə və ya dolayı yolla əlaqədə olması üzrə heç bir sübut olmadığından onun əməlinin Azərbaycan Respublikası CM-nin 32.5, 308.2, 32.5, 311.3.1, 32.5, 311.3.2 və 32.5, 313-cü maddələri ilə tövsif edilməsinin faktiki və hüquqi əsası yoxdur. Təqsirləndirilən şəxs x3 x2dən aldığı pulları x4 verməsi barədə ifadə versə də, bu barədə x2 bildirməsini təsdiq etməmiş, inkar etmişdir. Nəzərə almaq lazımdır ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər. Təqsirləndirilən şəxs x2 cinayət törətmiş olduğunu dərk etmiş olsa da, həmin hadisədə hər hansı bir vəzifəli şəxsin iştirakçı qismində iştirakını görməmiş və güman etməmişdir. Bununla əlaqədar x2 məlumat verə biləcək x3 da ona bildirməmişdir. Bu baxımdan hesab edirəm ki, x2 rüşvət alma cinayətinin həyata keçirilməsində köməkçi kimi tanınması və müvafiq qaydada ona ittiham verilməsi anlaşılan deyil. Təqsirləndirilən şəxs x2 digər təqsirləndirilən şəxs x3 ilə birlikdə törətdiyi əməl, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi və təkrar törədilməsi əlamətlərinə görə Azərbaycan Respublikası CM-nin 178.2.1 v.ə 178.2.2-ci maddələri ilə tövsif edilməsi işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğundur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs x3 tərəfindən 16.000 manat, x2 tərəfindən isə 4000 manat pul, yəni cəmi 20.000 manat olmaqla, bütövlükdə x3 tərəfindən dəymiş ziyan qismində köçürülmüşdür. Baş verən cinayətlə əlaqədar 6 nəfər şəxslə bağlı x2 verilən ittihamda dəymiş ziyan ümumilikdə 6.539 man at 42 qəpikdir. Ona görə də hesab edirəm ki, təqsirləndirilən şəxs x2 tərəfindən baş verən cinayət nəticəsində dəymiş ziyanın bir hissəsinin könüllü olaraq ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alınmalı idi. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs x3 tərəfindən ödənilmiş 20.0xx xxxxxxxx 4000 manatının təqsirləndirilən şəxs x2 aid olduğu x3 məhkəmə iclasında verdiyi ifadəyə əsasən müdafiəçisi Ehtiram Fəttayevin məhkəməyə təqdim etdiyi yazılı müdafiə nitqində də qeyd olunmuşdur. Lakin hökmün 65-ci səhifəsində həmin xüsusat nəzərə alınmamış formada qeyd olunmuşdur Daha sonra qeyd edirəm ki, Lənkəran rayonlararası Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx xxxx 2018-Cİ il tarixli 79 saylı məktubdan göründüy ü kimi x2 həmin xəstəxanada qeydiyyatdadır. İş üzrə onun barəsində təyin edilmiş kompleks ambulator Məhkəmə Psixiatrik və Məhkəmə-Psixoloji ekspertizasının xx xxxx 2018-ci il tarixli 1023 saylı rəyindən görünür ki, x2nda mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Lakin həmin pozuntu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Biz ekspertin həmin rəyini mübahisələndirmək fikrində deyilik. Lakin bununla belə hesab edirik ki, x2in 1992-ci ildə baş nahiyyəsindən zədə alması hər bir halda onun psixi və psixoloji durumuna təsirsiz qalmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlıl ığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Hesab edirəm ki, Lənkəran Ağır Cinayətlər məhkəməsində və Şirvan Apellyasiya məhkəməsində işə baxılarkən həmin normaya və 59.2-ci maddəyə əsasən hər bir halda təqsirləndirilən şəxs x2də psixi pozuntunun əlamətləri ilə bağlı olan irsi şəxsiyyət pozuntusunun olması yüngülləşdirici hal kimi nəzərə alınmalı idi. Məhkəmələr həmçinin x2 ailə üzvlərini yol nəqliyyat hadisəsi nəticəsində itirməsini, ailəsinin ağır maddi durumda olmasını, 2-ci qrup əlil olmasınıda yüngülləşdirici hal kimi nəzərə almamışdır. Lənkəran Ağır Cinayətlər məhkəməsində olduğu kimi, işin apellyasiya baxışı zamanı da səhvlər təkrarlanmaqla yüngülləşdirici hallara münasibət bildirilməmiş, hətta ikinci qrup əlil ol ması barədə xüsusat x2 şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı anket məlumatlarına daxil edilməmişdir. Bu baxımdan həm Lənkəran Ağır Cinayətlər Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mövqeyi faktlar və qanunun yanaşması baxımından başa düşülən deyil. Qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli və həmin qərarla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünü məhkum olunmuş x2na aid hissədə dəyişdirməklə, əməlinin Azərbaycan Respublikası CM-nin 32.5, 308.2, 32.5, 311.3.1, 32.5, 311.3.2 və 32.5, 313-cü maddələrindən həmin məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsif edilməsi, şəxsiyyəti, ailə vəziyyəti, əlilliyi və psixoloji durumu nəzərə alınmaqla həmin maddənin sanksiyasında nə zərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəti cələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum x1 kassasiya şikayətində göstərmişdir ki, birinci instansiya mə hkəməsində işə baxılarkən işin faktiki halları demək olar ki, araşdırılmamış, əməli düzgün olmayaraq CM-nin 308, 311 və 312-ci maddələrinə tövsif edilmişdir. Belə ki, natamam orta təhsilli olmaqla 5-ci sinifi bitirmiş və heç vaxt vəzifədə işləməmişdir. Belə olduğu təqdirdə onun hər hansı bir vəzifə səlahiyyətlərini aşmasından və ya qulluq mövqeyindən istifadə etməsindən söz gedə bilməz. Ona görə də ona tətbiq edilən müddətli vəzifə tutmaq hüququndan məhrum etmə cəzası heç bir çərçivəyə sığmır. Qeyd olunanları nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, x1 Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.4, 32.4,312.2, 32.5,308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,313-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmişdir. Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 32.4-cu maddəsinə əsasən isə ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. x1na yuxarıda göstərilən m əzmunda ittiham verilmişdir ki, x4 xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərə görə, özü üçün dolayı yolla, maddi neməti rüşvət kimi təkrarən istəməsi və almasında, ümumi cinayətkar niyyətə uyğun olaraq vəzifəli şəxsin, yəni x4 razılğı ilə x3 tərəfindən tamah niyyətilə informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməklə təkrarən vəzifə saxtakarlığı törədilməsində, yəni rüşvət alma və vəzifə saxtakarlığı cinayətlərinin törədilməsi üçün pul vasitələrini bilavasitə qəbul edib çatdırmaqla, vəzifəli şəxsə məlumatları ilə, yəni rüşvət verəcək şəxsləri tapmaqla, həmin şəxslər barəsində sənədləri təqdim etməklə köməkçi kimi iştirak etmişdir. Bundan başqa ona x16, təkrarən x3nı bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə maddi nemət ve rilməsinə sövq edərək rüşvət vermə cinayətinin törədilməsinə təhrik etmək ittihamı da verilmişdir. Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayəytləri törədilməsində köməkçi və təhrikçi kimi iştirak etməkdə ittiham olunan şəxsin vəzifəli şəxs olması vacib deyil. Ona görə də heç vaxt vəzifədə işləmədiyini və belə olduğu təqdirdə onun hər hansı bir vəzifə səlahiyyətlərini aşma və ya qulluq mövqeyindən istifadə etmə cinayət əməlində ittiham olunmasının yolverilməzliyi barədə kassasiya şikayətinin dəlili əsassızdır. Məhkum x2 müdafiəçisi-vəkil Məmmədov Məmmədqulu Calal oğlu kassasiya şikayətində göstərmişdir ki, x2 ittihamda qeyd olunan qaydada x4 ilə deyil, özlərinə və ya yaxın qohumlarına əlillik dərəcəsinin təyin olunmasında maraqlı olan 6 nəfər şəxslə və Lənkəran rayonlara rası onkoloji xəstəxanasında xadimə işləyən x3 ilə əlbir olmaqla cinayət əlaqəsinə girmişdir. Elan edilmiş ittihamda göstərilir ki, x2 ağır nəticələrə səbəb olan mühüm zərər vurmada, habelə təkrarən vəzifə saxtakarlığı cinayətini törətməsində pul vasitələrini bilavasitə qəbul edib çatdırmaqda, vəzifəli şəxsə məlumatları ilə, yəni rüşvət verəcək şəxsləri tapmaqla, həmin şəxslər barəsində sənədləri təqdim etməklə köməkçi kimi iştirak etmişdir. x2 vəzifəli şəxslə bilavasitə və ya dolayı yolla əlaqədə olması üzrə heç bir sübut olmadığından onun əməlinin Azərbaycan Respublikası CM-nin 32.5, 308.2, 32.5, 311.3.1, 32.5, 311.3.2 və 32.5, 313-cü maddələri ilə tövsif edilməsinin faktiki və hüquqi əsası yoxdur. Təqsirləndirilən şəxs x3 x2dən aldığı pulları x4 verməsi barədə ifadə versə də, bu barədə x2 bildirməsini təsdiq etməmiş, inkar etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, köməkçi və təhrikçi kimi cinayətkar qrupda iştirak edən şəxslərin vəzifəli şəxs olmaları vacib olmadığı kimi, onların qrupun bütün iştirakçıları ilə bilavasitə əlaqəsinin olması da vacib deyil. Burada köməkçinin cinayət əməlinin törədilməsində cinayətkar qrupda üzərinə düşən vəzifələri yerinə yetirməsi həmin cinayətin subyekti olması üçün kifayətdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər x1 və x2 onlara elan edilmiş ittihamlar üzrə cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb məhkəmə iclasında tədqiq edilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə sübut edilərə k düzgün tövsif edilmişdir. Onların əməllərinin hüquqi tövsifi ilə bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Kassasiya şikayətində göstərilmişdir ki, təqsirləndirilən şəxs x2 tərəfindən baş verən cinayət nəticəsində dəymiş ziyanın bir hissəsinin könüllü olaraq ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alınmalı olduğu halda nəzərə alınmamışdır. x2nda mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar oluhallar kimi müəyyən edilərək nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki təqsirləndirilən şəxsə təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin maddələrinin aşağı hədlərində cəzalar təyin edilmişdir. Ona görə də cəzanı yüngülləşdirən halların nəzərə alınmaması barədə kassasi ya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkumlar x1 və x2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Az ərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasınması da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən cəzanı yüngüləşdirən hal kimi nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə tərəfindən cəza təyin edilərkən x2 himayəsində azyaşlı uşaqlarının olması, ilk məhkumluğu və yaşayış yerindən müsbət xarakterizə olunması, x1 himayəsində azyaşlı uşağının olması, psixi xəstəlikdən müalicə olunması və yaşayış yerindən müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən Qərara aldı: Məhkum x1 və x2 müdafiəçisi-vəkil Məmmədov Məmmədqulu Calal oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. x1 Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 32.4,312.2, 32.5,308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,313-cü maddələri ilə, x2 Azərbaycan Respublikası CMnin 32.5,308.2, 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-679/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-679/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver