Məhkəmə qərarları › İş №1(102)-679/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-679/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-679/2023 06.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-132/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1986-cı il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olan, Zaqatala rayonu, Əliabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 30 avqust 2021-ci il tarixli ittiham aktına əsasən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, 23 iyul 2021-ci il tarixdə, saat 12 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,120 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərə k üzərində saxlamış, həmin gün, saat 16:30 radələrində Zaqatala rayonu, Əliabad qəsəbəsində üzərində qanunsuz daşıyarkən Zaqatala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və saat 18:23də üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ ön cibində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,120 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. 3. 30 noyabr 2021-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Zaqatala Rayon Məhkəməsinin 1(033)-4/2022 nömrəli, 11 yanva r 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, hökmlə həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, təklifi nəzərə alınmaqla sonuncuya həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-132/2022 nömrəli, 05 oktyabr 20 22-ci il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 1(033)-4/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həbsdə saxlanıldığı 5 ay 19 gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 11 gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmiş dir.

7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi şəxsi axtarış və götürmənin aparılmasını əks etdirən DVD diskdəki görüntülərlə bağlı Zaqatala Rayon Məhkəməsinin hökmündə qeyd etdiyi hallara və həmin hallarla bağlı birinci instansiya məhkəməsi tərəfindən çıxarılaraq Daxili İşlər Nazirliyinin rəhbərliyinə göndərilmiş xüsusi qərara səhv qiymətləndirmə vermişdir. Bundan başqa, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının təşəbbüsü ilə təyin edilmiş təkrar məhkəmə-narkoloji ekspertizası rəyinin qanunsuz və əsassız olması ilə bağlı müdafiə tərəfinin vəsatətinə ümumiyyətlə münasibət b ildirilməmiş və vəsatətin rədd edilməsinin səbəbi əsaslandırılmamışdır. İş materiallarına əlavə edilmiş 4019 nömrəli, 22 iyul 2022-ci il tarixli rəydən görünür ki, müayinə zamanı Məhkum kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, həmçinin narkomaniya xəstəliyinə xarakterik olan klinik təzahürlərin sönməsi ilə əlaqədar narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Halbuki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində onun, yəni müdafiəçinin iştirakı ilə Məhkum götürülmüş sidik nümunələri əsasında tədqiqat aparılmış və hazır testlər üzərində aparılan 6 (altı) sınaqda sonuncunun heç bir növdə narkotik vasitə istifadəçisi olmadığı müəyyən edilmişdir. Bu barədə sənəd tərtib olunmuş və həmin sənəd onun və təqsirləndirilən şəxsin özü tərəfindən imzalanmışdır. Lakin ekspert rəyi Məhkum götürülmüş sidik nümunələri əsasında aparılmış tədqiqatın nəticələrinə görə yox, vizual baxış əsasında gəlinən qənaətə əsasən tərtib edilmişdir. Hesab edir ki, bu cür ekspert rəyinə (şəxsin üzünə və gözünə baxaraq tərtib edilmiş rəy) məhkəmələrin sübut kimi qiymət verməsi tam olaraq qanunsuzdur. Qeyd olunan qanunsuzluğun qarşısının alınması məqsədi ilə Şəki Apellyasiya Məhkəməsinə vəsatətlə müraciət edərək, Məhkum götürülmüş sidik nümunəsi əsasında aparılmış sınaqlara dair hazır testlərin və sınaqların nəticələri üzrə laboratoriyada iştirakı ilə tərtib olunmuş aktın Respublika Narkoloji Mərkəzi PHŞ-dən götürülməsini; ekspertiza tədqiqatını həyata keçirən Respublika Narkoloji Mərkəzi PHŞ-nin ekspert komissiyası barədə tədbir görülməsi üçün materialların aidiyyatı üzrə göndərilməsini; təkrar narkoloji-tibbi ekspertizası təyin etməklə, ekspert qarşısında hüquqlarını müdafiə etdiyi Məhkum götürülmüş nümunələr (sidik, qan və tük) əsasında, sonuncunun əvvəllər narkotik tərkibli maddələr qəbul edib-etməməsi barədə sualın qoyulmasını xahiş etmişdir. X9 Məhkəməsi müdafiə tərəfinin həmin vəsatətini heç bir əsaslandırma aparmadan təmin etməmişdir. Yekunda isə işin obyektiv araşdırılması üçün zəruri olan hallara münasibət bildirmədən hüquqlarını müdafiə etdiyi şəxsə münasibət də hazırki qanunsuz və əsassız hökmü qəbul etmişdir. Barəsində şikayət verilən qərarı qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-132/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum tərəfindən cinayət törətməsi sübuta yetirilmədiyi üçün barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər:

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəm əsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Məhkum müdafiəçisi M üdafiəçi2 verdiyi kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyini, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini və məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında hallarla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiya sı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-132/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Məhkumun müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində apellyasiya instansiyası məhkəməsində təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinin qanunsuz və əsassız olduğunu, buna görə də tərəfindən təkrar məhkəmə-narkoloji ekspertizası təyin edilməsi ilə bağlı vəsatətlə məhkəmə kollegiyasına müraciət olunmasına baxmayaraq, həmin vəsatətin heç bir əsaslandırma aparılmadan rədd edildiyini göst ərmişdir.

17. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlilləri ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə-narkoloji ekspertizası rəyinin nəticəsini təsvir etməklə kifayətlənib, məhkumun müdafiəçisi tərəfindən verilmiş təkrar ekspertiza təyin edilməsi ilə bağlı vəsatət üzrə heç bir əsaslandırma verilmədən rədd edilməsi barədə gəldiyi qənaət sübutların yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsinə dair cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olmuşdur.

18. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı qismən istintaq aparılmaqla keçirilmiş, məhkəmə istintaqı zamanı Məhkum narkotik vasitələrdən ümumiyyətlə istifadə etmədiyini bildirdiyindən, məhkəmənin təşəbbüsü ilə 20 aprel 2022-ci il tarixdə təkrаr məhkəmə-narkoloji ekspertizаsı təyin edilmiş, ekspertizаnın keçirilməsi Аzərbаycаn Respublikаsı Səhiyyə Nаzirliyi Respublikа Narkoloji Mərkəzinin ekspertlərinə həvаlə edilmiş və ekspertiza keçirilən zaman Müdafiəçi2 iştirakının təmin edilməsi qərara alınmışdır.

19. Həmin qərarın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi tərəfindən verilmiş 4019 nömrəli, 22 iyul 2022-ci il tarixli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən müəyyən edilir ki, müayinə zamanı Məhkum kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, həmçinin narkomaniya xəstəliyinə xarakterik olan klinik təzahürlərin sönməsi ilə əlaqədar narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

20. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasının 05 oktyabr 2022-ci il tarixli protokolundan görünür ki, istinad edilən ekspertiza rəyi məhkəməyə daxil olduqdan sonra, müdafiəçi təkrar məhkəmə-narkoloji ekspertizasının keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edib, Məhkum ekspertiza tədqiqatı zamanı 6 ədəd zəruri nümunələrin götürüldüyünü, həmin nümunələrdə kannabinoidlər də daxil olmaqla heç bir narkotik tərkibli maddə aşkar olunmadığını və onun iştirakı ilə akt tərtib olunaraq həkim ekspert komissiyasına təqdim olunduğunu, amma aktın ekspert rəyinə əlavə olunmadığını bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi vəsatətdə göstərilənləri nəzərə almadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin verdiyi 4019 nömrəli, 22 iyul 2022-ci il tarixli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyi ilə kifayətlənərək, verilmiş vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir.

21. Qeyd edilən həmin ekspert rəyinə nəzər yetirildikdə müəyyən olunur ki, tədqiqat aparılarkən komissiya üzvləri cinayət işi materiallarında olan izahat, ifadə və tibbi sənədlərə baxaraq, həmçinin obyektiv müayinə üzrə Məhkum somatik, nevroloji statusu, psixi vəziyyətini nəzərə alaraq, müayinə zamanı sonuncuda kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edildiyi qənaətin ə gəlmişlər. Bununla belə, ekspert rəyində canlı şəxsdən zəruri nümunələr götürülməsinə dair hər hansı istinad edilməmişdir.

22. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır.

23. Həmin Qanunun 36-cı maddəsinin 3-cü bəndində təsbit edilmiş qaydaya görə isə, canlı şəxslər barəsində məhkəmə ekspertizası aparılarkən tədqiqat aparılması məqsədi ilə tibb idarəsində onlardan zəruri olan nümunələr götürülür və bu barədə ekspertin rəyində göstərilir. Nümunələr həmin tibb idarəsinin iki nəfər tibb işçisinin iştirakı ilə həkim və ya digər mütəxəssis tərəfindən götürülür.

24. Qanunvericiliyin tələblərindən göründ üyü kimi, canlı şəxs barəsində məhkəmə ekspertizası aparılarkən tədqiqat aparılması məqsədi ilə tibb idarəsində ondan zəruri olan nümunələr götürülməli və bu rəydə öz əksini tapmalıdır. Hazırki halda isə ekspert rəyində yalnız cinayət işi materiallarında olan sənədlərə istinad olunaraq, şəxsin vizual müayinəsi əsasında ekspertiza keçirilmiş, narkomaniya xəstəliyindən əziyyət çəkməsinin müəyyənləşdirilməsinin ondan zəruri olan nümunələrin götürülməsi yolu ilə yox, vizual müayinə əsasında müəyyən edilməsinin mümkün olmasına dair heç bir izah verilməmişdir.

25. Bununla yanaşı, istinad edilən ekspert rəyində həkim-nevropatoloq A.A.Məmmədəliyevanın ekspertiza tədqiqatı üzrə komissiya üzvləri tərkibinə daxil edilib Məhkum nevroloji statusuna qiymət verildiyi qeyd edilsə də, bu hal onun icra etdi yi imzası ilə təsdiq olunmamışdır.

26. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsində müəyən edilir ki, aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, məhkəmə eksperti (ekspertləri) öz adından yazılı rəy verir və onu imzalayır. Məhkəmə ekspertinin (ekspertlərinin) imzaları məhkəmə ekspertizası idarəsinin möhürü ilə təsdiq olunur. 27.Yuxarıda göstərilənlərin ziddinə olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri olan təkrar məhkəmə-narkoloji ekspertizasının keçirilməsi barədə məhkumun müdafiəçisinin vəsatəti təmin edilməmiş, vəsatətin əsassız olduğu barədə nəticə heç bir dəlillə əsaslandırılmamışdır.

28. Baxmayaraq ki, Azərbaycan Respublikası CPM-nin 121.2-ci maddəsinə görə vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz.

29. Qeyd edilən məsələ apellyasiya instansiya qarşısında qaldırılsa da, apellyasiya protestinin baxılması dövründə bununla bağlı hər hansı münasibət bildirilməmişdir, belə yanaşma isə cinayət-prosessual qanunvericiliyinin sübutetmə vəzifələrinə aid tələblərinə uyğun olan qanuni və əsaslı nəticə hesab e dilə bilməz. 30.Müvafiq əsaslandırmanı təmin etmədən mühüm məsələ üzrə nəticənin verilməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) hüquqi mövqeyinə də ziddir. Belə ki, Avropa Məhkəməsinin presedent hüququna görə, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları mütənasib şəkildə göstərilməlidir (X1rşı [BP], № 19867/12, § 84, 11 iyul 2017-ci il). Şikayətçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərinə konkret və aydın cavab alacağının təmin edilməsini nəzərdə tutur (Aslan İsmayilov Azərbaycana qarşı, № 18498/15, § 42, 12 mart 2020ci il).

31. Davam edərək məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri nə istinadən həmçinin onu da qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən əməliyyat axtarış tədbirinin, şəxsi axtarış və götürmənin kobud qanun pozuntuları ilə həyata keçirildiyi, axtarış və götürmə zamanı iştirakçıların davranışı, sual və cavabların məzmunu, videoyazıda, habelə tərtib olunmuş sənədlərdə kifayət qədər çox ziddiyyət və qeyri-müəyyənliyin təhqiqatçı tərəfindən araşdırılmadığı, nəticədə kobud prosessual pozuntulara yol verildiyini müəyyən edildiyindən, 11 yanvar 2022-ci il tarixdə xüsusi qərar qəbul edilərək, təhqiqatçı X4 fəaliyyətində olan çatışmazlıqlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin nəzərinə çatdırılmışdır.

32. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən Zaqatala Ra yon Məhkəməsinə ünvanlanmış 18 mart 2022-ci il tarixli məktubdan görünür ki, xüsusi qərara baxılması nəticəsində təhqiqatçı V.Əliyevin cinayət-prosessual qanunvericiliyin tələblərini pozaraq Məhkum üzərindən psixotrop maddə aşkar edilməsi faktı üzrə araşdırma zamanı şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması ilə əlaqədar video çəkilişin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etməməklə müvafiq prosessual qaydaya riayət etməməsi müəyyən olunmuşdur. Xüsusi qərar qeyd olunan əməkdaşın iştirakı ilə müzakirə olunmuş və sonuncuya nöqsanlara yol verdiyinə görə ciddi xəbərdar edilmişdir.

33. Bununla belə, Məhkum verilmiş ittihamın əsasını təşkil edən maddi sübut psixotrop maddə olan metamfetaminin cinayət-prosessual qanunvericiliyi tələblərinin pozulması ilə aşkar edilərək götürülməsi halı hətta ibtidai istintaq orqanı tərəfindən qəbul edilsə də, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən xüsusi qərarda və cavab məktubunda təsvir edilənləri nəzərə almamış, Məhkum barəsində qətimkan tədbiri seçilərkən cinayət törətməsi barədə verdiyi etirafedici ifadəsini təkzib edən əsas kimi qəbul etmişdir.

34. Qeyd edilənlər bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayə t-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

35. Həmin Məcəllənin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

36. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.

37. Azərbaycan Respublik ası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

38. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

39. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası CPMnin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, o nlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

40. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.

41. Həmin Məcəllənin 349.5.1-349.5.3-cü maddələrinin ümumi məzmununa görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhk əmənin hökmü əsaslı hesab edilir.

42. Həmin Məcəllənin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

43. Həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrinin ümumi məzmununa əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq sübuta yetirilmiş hesab edilə bilər.

44. Təsvir olunanlardan görünür ki, apellyasiya i nstansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib onun cinayət məsuliyyətinə cəlb edilməsinə dair hökm üzrə yekun nəticəyə gələrkən, proses iştirakçısının qaldırdığı, obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri olan vəsatəti əsassız olaraq təmin etməmiş, cinayət işinin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib, Azərbaycan Respublikası CPM-nin 144, 145 və 146-cı maddələrinin tələblərini pozmaqla, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən cinayət-prosessual qanunun 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermişdir.

45. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 tə rəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)132/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-132/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Məhkum həbsdən azad edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar