Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-679/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz oğlunun, bəraət almış şəxs X1 və onun müdafiəçisi Ağayev Mənsi Zülfi oğlunun iştirakları ilə, Lənkəran Ağır Cina yətlər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli hökmü ilə (hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə) X2, 01 aprel 1984-cü ildə Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olmuqş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd a zyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Kövüzbulaq kəndində Cəlilabad rayonunun yaşayan qeydiyyatda olmaqla Uzuntəpə kəndində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X2 qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək qanuni əsaslarla idarə etdiyi “LADA GRANTA” mar kalı, **LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda və üzərində daşıyaraq saxlamış, 30 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində Cəlilabad RPŞ əməkdaşlarının Cəlilabad şəhəri, H.Əliyev prospekti ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “LADA GRANTA” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq rayon polis şöbəsinə aparılmış, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,069 qram narkotik vasitə olan heroin, idarə etdiyi “LADA GRANTA” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sürücü və ön sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerindən bir ədəd bükümdə təmiz çəkisi 2,263 qr am narkotik vasitə olan heroin, ümumilikdə - 3,332 qram çəkidə həmin narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan qapaqsız elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən X2in ona qarşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyi sübuta yetirilmədiyindən Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun barəsində yuxarıda göstərilən 03 iyul 2023-cü il tarixli bəraət hökmü çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı Səfərov Tale Balabəy oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 26 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəmə tərəfindən 26 sentyabr 2023-cü il tarixli xüsusi qərar çıxarılaraq həmin qərar Cəlilabad Rayon Polis Şöbəsinin müstəntiqi, polis baş leytenantı X12 barəsində təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Məhkəmə-Tibi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Cəlilabad rayon şöbəsinin rəisi, məhkəmə-tibbi eksperti X19 barəsində təsir tədbirlərinin görülməsi üçün isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tari xli qərarından dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CPM-nin bir sıra maddələrinə, X2ə qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihama və iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübu tlar CPM-nin 143-146-cı maddələrinə əsasəne tədqiq edilməmiş və bunun nəticəsi olaraq X2ə CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə və verilmiş bəraətin həm təqsirləndirilən şəxsin təqsiriiliyi sübuta yetirilməməsi, həm də cinayətə aidiyyəti olmaması ilə əsaslandırılmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli hökmü əsassız olaraq ləğv edilməmişdir. Belə ki, X2in cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, maddi sübutlarla və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, X2in polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması, polis əməkdaşlarının onu Cəlilabad RPŞ-yə gətirərək hədə-qorxu gəlib, narkotik vasitə heroin və elektron tərəzinin ona məxsus olmasını etiraf etməsini tələb etmələri təsdiq edilməmiş, ibtidai istintaqda olduğu kimi, məhkəmə baxışlarında da X2in satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıması və saxlaması tam sübuta yetirilmişdir. Lakin hər iki instansiya məhkəmələrinin mövqeyinə əsasən, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması, polis əməkdaşlarının onu Cəlilabad RPŞ-yə gətirərək hədə-qorxu gəlib narkotik vasitə heroin və elektron tərəzinin ona məxsus olması nı etiraf etməsini tələb etmələri ilə bağlı gətirdiyi dəlillər əsaslı olmuşdur. Bu səbəbdən məhkəmədər təqsirləndirilən şəxsin ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, "şəxsi axtarış və götürmə barədə” və “baxış keçirilməsi və götürmə haqqında” 30 sentyabr 2022-ci il tarixli protokolları, polis əməkdaşları olan şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrini X2ə elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul etməmişlər. Məhkəmələrin bu qənaətə gəlmələri üçün əsaslar, X2in 30 sentyabr 2022-ci ildə Cəlilabad RPŞ-in əməkdaşları tərəfindən saxlanılan zaman döyülməsi, qeyri-insani rəftara məruz qalması, daha sonra Cəlilabad RPŞ-də kobud prosessual pozuntulara yol verilməklə üstünə videoçəkiliş aparılmaqla şəxsi axtarış və avtomobilinə baxış ke çirilməsi, həmin hərəkətlər keçirilməmişdən əvvəl X2in döyülüb xəsarətlər yetirilməklə ona qarşı fiziki təzyiqlər göstərilməsi, X2 saxlanılan zaman üzərində və avtomobilində narkotik vasitə heroin və elektron tərəzi olmaması halları olmuşdur. X2in məhkəmə iclaslarında narkotik vasitə və elektron tərəzinin onun üzərinə və avtomobilinə polis əməkdaşları tərəfindən qoyulması, fiziki zorakılıq nəticəsində videoçəkiliş zamanı narkotik vasitə və elektron tərəzinin ona məxsus olduğunu bildirməsi barədə ifadələrini hər iki instansiya məhkəmələri tərəfindən mötəbər sübut kimi qəbul edilməsi anlaşılmazdır. Məhkəmə hökmdə X2ə polis əməkdaşları tərəfindən təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı həmin narkotik vasitələrin və elektron tərzinin on a məxsus olduğunu bildirməsi barədə nəticəyə gəlsə də həmin hal Cəlilabad rayon prokurorluğunda araşdırılmış, X2ə qarşı polis əməkdaşları tərəfindən işgəncə, qeyri-insani rəftar, həmçinin fiziki zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmadığı üçün CPM-nin 39.1.1-ci maddəsinə əsasən 21 yanvar 2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilən həmin qərarın qüvvədə olmasına baxmayaraq məhkəmələrin X2ə qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi qənaətinə gəlmələri də anlaşılmazdır. Həmçinin, məhkəmələr X2in xəsarət alması ilə bağlı toplanılmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın preyudisial əhəmiyyətə malik olmasını nəzərə almamış, bununla bağlı hər hansı əsaslandırma v ə qiymətləndirmə aparmamışlar. Bundan başqa, məhkəmələr işdə mövcud olan sübutları qarşılıqlı müqayisə etməklə təhlillər aparmadan, bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanmışlar. İşgəncə faktı ilə bağlı məhkəmələrin istinad etdikləri digər sübut X2in barəsində olan təkrar məhkəmə-tibbi ekspertizanın 22 may 2023-cü il tarixli rəyi, PX-in Bakı İstintaq Təcridxanasından daxil olmuş 10 oktyabr 2022-ci il və 05 aprel 2022-ci il tarixli məktublarıdır. Belə ki, Bakı İstintaq Təcrİdxanasının 10 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, X2 08 oktyabr 2022-ci ildə Bakı İstintaq Təcridxanasına daxil olmuş, 2 gün sonra, yəni 10 oktyabr 2022-ci il tarixdə Tibb-sanitar hissəsində müayinə edilən zaman onda sağ diz nahiyəsində, sol baldırın ön tərəfində, sağ ayağının baş barmaq nahiyəsində qərtməkli yara xəsarətləri, sağ dirsək büküşü nahiyəsində tündbənövşəyi rəngli qançır izləri və xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 oktyabr 2022-ci il tarixli 933 saylı rəyindən görünür ki, X2də hər hansı bir xəsarət aşkar ediiməmişdir. İş materiallarından göründüyü kimi, X2 30 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, həmin gün izahatı alınmış, 02 oktyabr 2022-ci ildə CM-in 234.4.3-cü maddəsi ilə ona ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində dindirilmiş, həmin gün barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, 30 sentyabr 2022-ci ildə X2 iş üzrə izahat vermiş, həmçinin iştirakı ilə üzərinə şəxsi axtarış və avtomobilinə baxış hərəkətləri keçirilmiş, yəni məhkəmə-tbbi ekspertizasının 933 saylı 02 oktyabr 2022-ci il tarixli rəyini əsas götürüb, demək olar ki, X2 saxlanılan zaman, həmçinin üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməmişdən əvvəl və istintaqın sonrakı mərhələsində onda hər hansı xəsarət müəyyən edilməmişdir. Bundan əlavə, Bakı İstintaq Təcridxanasının məktubundan görünür ki, X2 təcridxanaya daxil olan zaman, yəni 08 oktyabr 2022-ci ildə müayinə edilməmiş, yalnız 10 oktyabr 2022ci ildə müayinə zamanı onda xəsarətlər aşkar edilmişdir. Məhkəmələr isə X2in həmin xəsarətləri hansı şəraitdə almasını, sonuncunun niyə yalnız 2 gün sonra müayinədən keçirilməsini araşdırmadan həmin xəsar ətlərin polis əməkdaşları tərəfindən yetirilməsi qənaətinə gəlmişlər. İş üzrə əlavə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-in X17 əməkdaşları Şahid5 İsmayıl oğlu və Şahid4 ifadələrində X2in 2023-cü ilin mart ayında MSY-də olan zaman rejim qaydalarına əməl etmədiyi üçün aralarında mübahisə olduğunu göstərmişlər. Göründüyü kimi, qeyd edilən halların mövcud olmasına baxmayaraq, məhkəmə X2də təcridxanaya daxil olduqdan 2 gün sonra aşkar olunmuş xəsarətlərin təcridxanada, Cəlilabad RPŞ-nin Müvəqqəti Saxlama yerində və ya başqa yerdə alınması ilə bağlı ətarflı araşdırma aparmayaraq, bunu yalnız ibtidai istintaq orqanı tərəfindən bəraət almış şəxsə zor tətbiq edilməsi ilə əlaqələndirməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, X2in öz ifadəsindən və şahid ifadələrindən göründüyü kimi, o, saxlanı ldıqdan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilmiş, yəni MSY-ə yerləşdirilməzdən əvvəl X2in iştirakı İlə həmin hərəkətlər icra olunmuş, bu zaman o, narkotik vasitə və tərəzinin ona məxsus olmasını bildirmişdir. Həmçinin, hər iki instansiya məhkəmələri təkrar məhkəmə-tibbi ekspertizasının 22 may 2023- cü il tarixli rəyini əsas götürərək, digər ekspert rəylərinə guya tənqidi yanaşıb, məhkəmə-tibbi ekspertizasının 02 oktyabr 2022-ci İl tarixli və 30 dekabr 2022-ci il tarixli rəylərini qəbul etməməsinin səbəbini əsaslandırmamış və nəzərə almamışlar ki, təkrar məhkəmə-tibbi ekspertizası zamanı ekspert rəy vermək üçün 02 oktyabr 2022-ci il tarixli və 30 dekabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizaları keçirilərkən istifadə etdikləri sənədlər ə əsaslanmışdır. Bundan başqa, təkrar məhkəmə-tibbi ekspertizasının 22 may 2023-cü il tarixli rəyindən görünür ki, X2 08 mart 2023-cü ildə ekspertlər tərəfindən müayinə olunmuş və həmçinin barəsində olan, Bakı İstintaq Təcridxanasında tərtib edilmiş tibbi sənədlər rəy verilməsi üçün ekspertlərə təqdim edilmişdir. Onun 30 sentyabr 2022-ci ildə saxlanıldığı nəzərə alınsa 08 mart 2023-cü il tarixə qədər onda hər hansı xəsarətin (polis əməkdaşları tərəfindən yetirildiyi iddia edilən) qalması inandırıcı deyildir. Məhkəmələr isə ekspertlərin sənədlər əsasında tibbi rəy vermə səlahiyyətinin olub-olmaması, həmçinin ekspertə təqdim edilən sənədləri tərtib edən şəxslərin xüsusi biliyə malik olub-olmaması, həmin sənədlərin tibbi sənəd sayılıb-sayılmaması məsələsini araşdırmamışlar. Məhkəmələr həmçini n nəzərə almamışlar ki, X2in barəsində olan cinayət işi üzrə (onun iştirakı tələb edilən) bütün istintaq hərəkətləri 10 mart 2023-cü ildə yekunlaşdırılmışdır. Ona görə X2in başqa səbəblərdən (digər məhbus və ya saxlanılan şəxslə konflikt) xəsarət almasının mümkünlüyünü də araşdırmalı olduğu halda məhkəmə bunu etməmiş, onun aldığı xəsarətlərin əmələ gəlməsini məhz ibtidai istintaq orqanın təqsiri kimi qiymətləndirərək ədalətsiz və əsassız yekunn məhkəmə aktları qəbul olunmuşdur. Bundan əlavə, kassasiya protestinin müəllifi qeyd edir ki, birinci instansiya məhkəməsi X2ə əsassız olaraq bəraət verərək eyni zamanda bir-birinə zidd əsaslara istinad etməklə cinayət-prosessual qanununun tələblərini pozmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bununla da razılaşaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamaqda haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi X2ə əsassız olaraq bəraət versə də, bunun əsası kimi həm təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsi, həm də cinayətə aidiyyəti olmaması kimi 2 ayrı-ayrı, bir-birindən fərqli əsasa istinad etmişdir Apellyasiya instansiyası məhkəməsi bu məsələyə də səthi yanaşaraq yekun qərarında aşağıdakıları qeyd etmişdir: “Baxmayaraq ki, məhkəmə bəraətin əsası kimi iki, bir-birinə zidd əsaslara istinad etmiş, lakin hökmün bütün mətnində, xüsusən təsviri-əsaslandırıcı hissəsində əsaslandırmanı X2in təqsirliliyinin sübuta yetirilməməsi üzərində qurmuşdur. Həqiqətən də hökmdən və cinayət işinin materiallarından görünür ki, X2nin üzərindən və avtomobilindən narkotik vasitə aşkar edilməklə o nun cinayətin törədilməsinə aidiyyətinin olmaması ilə bağlı əsas aradan qalxmış, dakin, bununla belə onun cinayəti törətməkdə təqsiriiliyi sübuta yetirilməmişdir. Həm hökmdən, həm də hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, X2İn təqsirliliyi ilə bağlı sübutların mötəbərliyi müəyyən edilməmişdir. Odur ki, hazırkı vəziyyətdə X2ə verilmiş bəraətin əsası kimi onun təqsirinin sübuta yetirilməməsi qəbul edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ittihamın mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin normalarını düzgün tətbiq etdiyinə və mahiyyəti üzrə qanuni və əsaslı nəticəyə gəldiyinə görə qeyd olunan əsas, yəni X2in cinayətin törədilməsinə aidiyyətinin olmaması ilə bağlı apellyasiya protestinin dəlili formal dəlil hesab edilməlidir.” Qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı İ.H.Əsədov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Bəraət almış X2in müdafiəçisi M.Z.Ağayev kassasiya protestinə etiraz edərək həmin protestin təmin edilməməsini və hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, X2ə bəraət verilməsi haqqında nəticəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün qiymət verməmiş və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutl ar təşkil etmişdir. Bununla da kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPMnin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestini kass asiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə R.S.Salahovun barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qərarlarında qeyd etdiyi kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanunu nun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar məh kəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Konstitusiyanı 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiə sinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesin in iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırı lması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq mü qavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-nin 8.0-cı maddəsində göst ərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsi ndə göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübh ələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və y a az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kim i istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cina yətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddə si cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiy i sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, m əhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qə rarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qan ununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bil ər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxs in cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkə mə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurma malı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin a radan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etm işdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və b u yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozun tusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki halları Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 03 iyul 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz həmin bu sübutlara, həm də heç bir qanun pozuntusuna yol verilmədən müdafiə tərəf inin və dövlət ittihamçısının vəsatətləri əsasında birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirərək X2in ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırma zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, digər tərəfdən isə cinayət prosesi iştirakçılarının, o cümlədən dövlət ittihamçısının bununla bağlı müraciətləri olmadığından birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparılmada n X2in barəsindəki bəraət hökmünün qanuni və əsaslı olması barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyəti kobud qanun pozuntularına yol verilməklə əldə edilmişdir. Belə ki, X2 30 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılıb Cəlilabad Rayon Polis Şöbəsinə gətirildikdən sonra 30 sentyabr 2022-ci il tarixdə üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini və elektron tərəzini Cəlilabad rayonu, Fərzili kəndi ərazisi ndə yerdən tapdığını, həmin narkotik vasitəni özünün istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etsə də, işə birinci instansiya məhkəməsində baxılarkən özünü ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 29 sentyabr 2022-ci il tarixdə axşam saat 17-18 radələrində arvadı X13 və qızı X8 ilə birlikdə babasının il dönümünə Kövüzbulaq kəndinə gedərkən o, maşını Cəlilabad şəhəri, Heydər Əliyev prospektində saxlayaraq siqaret almaq üçün marketə getmiş, marketdən maşına doğru qayıdarkən X, Y və Şahid3 adlı polis əməkdaşları ona yaxınlaşmış, X və Y onu döyərək zorla öz maşınlarına mindirib polis şöbəsinə aparmışlar. Həmin vaxt qızı X8 maşından düşərək qışqırmışdır. Şöbədə polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuş və döyülm üşdür. Buna səbəb isə polis əməkdaşlarının az miqdarda narkotik vasitənin ona məxsu olmasını etiraf etməsini tələb etmələri olmuş və sonuncular bunu etiraf etməsə evindən də çoxlu narkotik çıxaracaqları, arvadını və uşağını da şöbəyə gətirəcəkləri ilə hədələmişlər. Bundan sonra, şöbədə polis əməkdaşları onun qarşısına kağız qoyaraq qol çəkməsini tələb etmişlər. Polis əməkdaşları tərəfindən döyüldüyündən və zorakılığa məruza qaldığına görə məcbur olub həmin kağızlara qol çəkmişdir. Saxlanılan zaman arvadının kömək üçün kiməsə zəng edib-etməməsindən xəbəri yoxdur. X2 həmçinin bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində və avtomobilində narkotik vasitə və tərəzi olmamış, barəsində həbs həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılmamış, Bakı şəhə rində, Kürdəxanıda yerləşən Təcridxanaya daxil olarkən bədənində çoxlu xəsarətlər olmuşdur. Axırıncı dəfə o, 2023-cü il mart ayında sənədlərlə tanış olmaq üçün Cəlilabad RPŞ-yə aparılmış, sənədə imza etmək istəmədikdə həmin vaxt X17 əməkdaşları X və Şahid4 adında polis əməkdaşları tərəfindən yenə də döyülmüşdür. Müvəqqəti saxlama yerindən çıxan zaman polis əməkdaşları tərəfindən verilən kağıza qol çəkmişdir. Bundan başqa X2 qeyd etmişdir ki, saxlanılmamışdan bir müddət əvvəl, 2022-ci ilin may ayında polis əməkdaşları tərəfindən incidilmiş, avtomobilinin qarşısı kəsilmiş, sonradan isə onlar yaxınlarına xəbər göndərərək “bizə pul versə onunla işimiz olmayacaq” demişlər. 30 sentyabr 2022-ci il tarixdə isə o, Polis şöbəsində ona qarşı edilən hədə-qorxulardan, müxtəlif fiziki təzyiqlərdən - qab ırğasının sındırılmasından, ağır formada döyülməyindən sonra məcburiyyət qarşısında qalıb polis əməkdaşları ilə razılaşaraq narkotik vasitənin və elektron tərəzinin özünə məxsus olmasını yalandan bildirmişdir. Həmçinin verilən suallara cavab olaraq X2 əlavə olaraq bildirmişdir ki, şəxsi axtarış zamanı videoçəkiliş aparılmazdan əvvəl əməliyyatçılar onu döyərək, işgəncə verərək çəkiliş zamanı onların istədikləri kimi ifadə verməsini tapşırmış, buna görə də o, məcbur olub videoçəkiliş zamanı həmin etirafedici ifadəni vermişdir. Ona təyin olunmuş müdafiəçi isə polis əməkdaşlarının tanışı olduğu üçün qorxusundan ona döyülməsi barədə heç nə deməmiş, narkotik vasitəni və elektron tərəzini Cəlilabad rayonunun Fərzili kəndindən tapdığını yalandan demişdir. İlkin araşdırma zamanı X19 adlı ekspert tə rəfindən polis şöbəsinin müvəqqəti saxlama yerində müayinə olunarkən soyunmuş, ekspert bədəninə baxmış, o, da sonuncuya polis əməkdaşları tərəfindən tərəfindən döyüldüyünü və ağrıdığını demiş, saxlanılmamışdan əvvəl isə onun bədənində hər hansı bir xəsarət olmamış, həmin xəsarətlər şöbədə döyüldükdən sonra əmələ gəlmiş, onu X və Şahid4 adında polis əməkdaşları döymüşlər. İstintaq vaxtı atası onun döyülməsi ilə bağlı müxtəlif orqanlara müraciət etmiş, bunun əsasında yoxlama aparılmışdır. Məhkəmədə elan olunmuş izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə bağlı onu qeyd etmişdir ki, üzərində və avtomobilində heroin və elektron tərəzi olmamış, döyülmə faktı ilə bağlı prokurorluğa atası müraciət etmiş və prokurorluq əməkdaşı tərəfindən izahatı alınmışd ır. Döyülməsi ilə bağlı 3 aydan sonra da əlavə məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. İstintaq Təcridxanasında saxlanıldarkən, o, qabırğasının sınması ilə əlaqədar tibb xidmətinə müraciət etmiş, aldığı bu xəsarət nəticəsində onda ağrılardan 3-4 gün nəfəs ala bilməmiş, xəstəxanaya müayinəyə aparılmış, rentgendən keçirilmiş, sınıq aşkar olunmuş, xəstəxanada polis əməliyyatçıları tərəfindən döyüldüyünü bildirmişdir. İbtidai istintaq vaxtı narkoloji ekspertizadan keçərkən narkotikdən istifadə edibetməməyi soruşulmuş və narkotikdən istifadə etdiyini bildirmişdir. Bu ifadələrin fövqündə məhkəmə kollegiyası hesab edir ki, bütün şübhələri X2in xeyrinə həll edən məhkəmələr tamamilə haqlı olaraq toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdır ılmış, həmin ifadələrlə uzlaşan digər sübutlara əsaslanıb onların həqiqətə uyğun olması barədə nəticəyə gəlmiş və kassasiya protestində inkar edilsə də, X2in ibtidai istintaq zamanı deyil, məhz məhkəmə iclasında verdiyi ifadələrini yekun məhkəmə aktlarının əsasına qoymuşlar. Kassasiya protestində X2in ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirinin onun ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrlə təsdiq olunması iddia olunsa da, məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri bilir ki, CPM-nin 126.6-cı maddəsinin müddəaları təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ittihamın əsası kimi qəbul edilməsini o, halda mümkün bilir ki, belə etiraf yalnız iş üzrə bütün qanuni üsullarla toplanmış sübutların məcmusu ilə təsdiq edilmiş olsun. “Məhkəmə h ökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən X2ə qarşı irəli sürülmüş ittihamın əsası olmamış, məhkəmə iclasında isə o, bütün sübutların əsasını təşkil edən etirafedici ifadəsini işgəncələr və zorakılıq təsiri altında verməsini, ona qarşı edilmiş bu hərəkətlərdən sonra üstünə baxış keçirilməsi zamanı narkotik vasitənin ona məxsus olmasını etiraf etməyə məcbur edilməsini və üstündən aşkar edilmiş narkotik vasitənin guya özünə məxsus olmasını bildirmişdir. Qeyd olunan xüsusatların həqiqətə uyğun olub-olmamasını yoxlayan birinci i nstansiya məhkəməsi məhkəmə istintaqı zamanı iş üzrə toplanmış sübutları bir daha tədqiq edərək X2in qeyd olunan cinayəti törətməkdə təqsirli olmaması və onun cinayətin törədilməsinə aidiyyətinin olmaması əsası ilə irəli sürülmüş ittiham üzrə ona CM-in 234.4.3-cü maddəsi ilə bərəat vermişdir. Belə ki, iş materiallarında görünür ki, X2 30 sentyabr 2022-ci il tarixdə saat 19:10da şübhəli şəxs qismində tutulmuş, 02 oktyabr 2022-ci ildə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmçinin ona həmin maddə ilə ittiham elan edilməklə barəsində eyni tarixdə Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həmin tarixdən sonra Cəlilabad RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul edilmiş, barəsində daha bir sıra başqa prosessual tədbirlər və istintaq hərəkətləri aparılmış, 08 oktyabr 2022-ci il tarixdə isə uzun müddətli saxlama üçün Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Daha sonra 10 oktyabr 2022-ci il tarixdə X2in müraciəti əsasında Bakı İstintaq Təcridxanasının tibb xidməti tərəfindən müayinə olunmuş və iş materiallarında olan Bakı İstintaq Təcridxanasının 10 oktyabr 2022-ci il tarixli 17/387130 saylı məktubuna görə, o, 08 oktyabr 2022-ci il tarixdə saat 15:30-da Cəlilabad RPŞ-nin X17 əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilərkən sağ diz nahiyəsində sol baldırın ön tərəfində, sağ ayağının baş barmaq nahiyəsində qərtməkli yara xəsarətləri, sağ dirsək büküşü nahiyəsində tünd bənövşəyi rəngli qançır izləri aşkar olunmuş, sonrakı rentgen müayinəsi zamanı isə sağ 9-cu qabırğasında sınıq xəsarətləri aşkar olunmuşdur. X2 bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. Bundan başqa Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli rəsmi məlumatda qeyd edilmişdir ki, X2 13 mart 2023-cü il tarixdə tibbi sanitar hissədə müayinə olunmuş, müayinə zamanı sol göz ətrafı nahiyədə tünd bənövşəyi rəngli qançır, döş qəfəsinin sağ yuxarı hissəsində yaşımtıl rəngli qançır, sol dirsək nahiyəsində üzəri qərtməkli yara müşahidə olunmuşdur. Həmçinin birinci instansiya məhkəməsindəki icraat zamanı müdafiə tərəfin vəsatəti əsasında təkrar məhkəmə-tibb ekspertizası keçirilmiş, həmin ekspertizanın 22 may 2023cü il tarixli T 303/2023 saylı rəyi ilə müəyyən edilmişdir ki, X2də sağ 9-cu qabırğanın yerinidəyişməyən sınığı, sağ diz oynağının, sol baldır nahiyəsinin və sağ ayağının 1-ci barmağının əzilmiş yarası, sağ dirsək büküşündə qançır olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti istintaq təcridxanasına daxil olduğu vaxtdan 2-4 gün əvvələ uyğun gəlir, dərəcəsinə görə sağ 9-cu qabırğanın yerinidəyişməyən sınığı, sağ diz oynağı, sol baldır nahiyəsinin və sağ ayağının 1-ci barmağının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir, sağ dirsək oynağındakı qançır isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Xəsarətlərin sayını, yerləşmə nahiyələrini və xüsusiyyətlərini nəzərə alaraq onların şəxsin özü, istərsə də öz boyu hündürlüyündən yıxılması zamanı əmələ gəlməsi inandırıcı deyil və kənar şəxs tərəfindən yetirilən zərb ələr nəticəsində yaranmasını inkar etmək olmaz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq X2in Cəlilabad RPŞ-də saxlanıldığı vaxt polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması, işgəncənin təsiri altında etirafedici ifadələr verməsi, habelə üzərində şəxsi axtarış və avtomobilinə baxış zamanı aşkar edilən narkotik vasitələrin guya özünə məxsus olduğunu deməsi, halbuki, istər üzərindən, istərsə də avtomobilindən aşkar edilən narkotik vasitə ona məxsus olmaması ilə bağlı verdiyi ifadələrin həqiqəti əks etdirməsi ilə bağlı nəticəyə gəlmiş və sonuncunun ibtidai istintaq zamanı deyil, birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrini həqiqətə uyğun hesab etmiş, apellyasiya instansiyası məhkəməsi də əsaslı olaraq bu qənaətlə razılaşmışdır. İşə baxan aşağı instansiya məhkəməsinin bu haqda gəldikləri nəticə ilə razılaşaraq məhkəmə kollegiyası daha sonra qeyd edir ki, X2in tutulması zamanı polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə verdiyi ifadəsi heç də əsassız olmamış və onun bu bəyanatı birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əldə edilmiş mötəbər sübutlarla təsdiq olunmuşdur. Həmçinin X2in təqsirinin sübuta yetirilməməsini təsdiq edən hallardan biri də sonuncunun tutularkən ailə üzvlərinin onun yanında olması və hadisənin necə baş verdiyini bilavasitə görmələri olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, X2 onun doğma atasıdır. 29 sentyabr 2022-ci il tarixdə axşam saat 17-18 radələrində o, ana sı X13lə birlikdə atası X2nin maşını ilə Kövüzbulaq kəndinə babasının vəfatı ilə bağlı ildönümünə gedərkən onlar marketin qarşısında dayanmış, atası maşından düşüb marketə getmişdir. Bir qədər sonra atası marketdən çıxıb maşına yaxınlaşan zaman tanımadığı polis əməkdaşları onu döyərək əl ayağını bağlayıb zorla öz maşınlarına mindirmiş və harasa aparmışlar. Qorxduqları üçün anası qışqırmağa başlamış, polis əməkdaşlarından biri onların üstünə qışqıraraq maşından düşmələrini tələb etmiş, sonra isə arxa oturacağa tərəzi və qolundan nəsə çıxarıb atmışdır. Bundan sonra o, anası ilə birlikdə avtomaşından düşüb taksiy ilə evlərinə gntmiş, atasını isə polis əməkdaşları özləri ilə aparmışlar. Eyni ifadələri həmçinin məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2in arvadı X13 da vermişdir. A dları göstərilən şahidlərin ifadələrindən göründüyü kimi, X2in saxlanılması tarixi də ona qarşı irəli sürülmüş ittihamda göstərilən və iş materiallarına əlavə edilmiş digər materiallarda əksini tapmış tarixlə üst-üstə düşmür. Araşdırdığı bu hallar əsasən, birinci instansiya məhkəməsi tamamilə qanuni və əsaslı olaraq belə qənaətə gəlmişdir ki, X2 polis şöbəsinə gətirilənə qədər onun bədənində xəsarətlər olmamış o, həmin xəsarətləri azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasına dair “etirafedici” izahat və ifadələrin verməsi, həmin sözləri “şəxsi axtarış və götürmə”, “baxış və götürmə ” aparılması haqqında istintaq hərəkəti icra edilərkən videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşla rı tərəfindən döyülməsi və işgəncələrə məruz qalması nəticəsində almış və buna görə də məhkəmə kollegiyası hesab edir ki, bütün bu sübutlar qanunsuz, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə əldə edildiyindən həmin sübutlar ittihamın əsası kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu nəticəsi ilə də razılaşır və ilk növbədə qeyd edir ki, Konstitusiyanın 46-cı maddəsinin III hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-nin 13.1-ci ma ddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-nin 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-nin 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər q əddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğul amışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə h əmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətl ərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanla r barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-nin 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə s übut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işinin materiallarıda olan sənədlərdən, o cümlədən X2in saxlanılması, tutulması, onun üzərində və avtomobilinə müvafiq olaraq axtarış aparılması və baxış keçirilməsi barədə tərtib edilmiş protokollardan sonuncunun polis şöbəsinə gətirilməsindən əvvəl üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olunması görünmür, hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları da X2i saxlayarkən sonuncuda xəsarətlərin olmasını müşahidə etdiklərini bildirməmişlər. Bundan başqa, məhkəmə kollegiyası kassasiya protestində də sübut kimi istinad olunan polis əməkdaşlarının ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin hazırki iş üzrə sübut növü qəbul edilməsinin mümkünlüyünə də nəzər yet irilməsi və təhlil olunmasını zəruri hеsab еdir. Bеlə ki, iş materiallarından göründüyü kimi, X2ə CM-nin 234.4.3-cü maddəsi ilə ittihamın elan olunmasına əsas kimi ibtidai araşdırma orqanı şahid qismində dindirilmiş polis əməkdaşları – Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrinə əsaslanmışdır. Bu şəxslərin ifadələrinin sübüt kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli qərarında, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Hazırki işin materiallarına nəzər yetirildikdə müəyyən olunur ki, adları çəkilən polis əməkdaşları X2in saxlanılaraq polis şöbəsinə gətirilməsinə, onun üzərində və avtomobilində axtarışın və baxışın aparılması barədə şahid kimi ifadələr vеrmişlər və ibtidai araşdırma orqanı X2in təqsirlilik məsələsini bu ifadələrə əsaslanmaqla müəyyən edərkən nəzərindən qaçırmışdır ki, onların bu ifadələri cinayətin törədilməsini deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdi rən ifadələr olmuş, X2in isə satış məqsədilə narkotik vasitəni nə vaxt, kimdən əldə etməsi, hansı müddətdə saxlaması və daşımasını, habelə onun əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan halların müəyyən edilməsi məqsədilə ibtidai araşdırma orqanı heç bir sübut əldə etməmişlər. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda birinci instansiya məhkəməsinin polis əməkdaşlarının ifadələrinin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə şübhə ilə yanaşmasını haqlı hesab edir və qeyd edir ki, X2in ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tam qanuni və əsaslı olaraq X2ə elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə onun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmiş, apellyasiya instansiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Həmçinin kassasiya protestinin birinci instansiya məhkəməsi tərəfindən X2ə bəraət verilərkən CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulmuş 4 əsasdan ikisinə eyni vaxtda istinad edilməsi ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr ittihamın əsasını təşkil edən və ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş sübutların təqsirləndirilən şəxsin təqsirli bilinməsi üçün kifayət etməməsi qənaətinə gəlmişlər. Belə ki, şəxsin təqsirliliyinin müəyyən edilməsi üçün bütün sübutlar CPM-nin tələblərinə əməl edilməklə əldə edilməlidir. Əks hal, yəni sübutun CPM-nin tələblərinin pozulmaqla əldə edilməsi onun mötəbərliyini şübhə altına alır. Hazırkı iş üzrə məhkəmələrin gəldiyi qənaətə əsasən, məhkəməyədək icraat zamanı sübutlar bazası formalaşdırılarkən CPM-nin normaları pozulmaqla, həmçinin ifadələrin qanunsu z təsir və təzyiqlər yolu ilə əldə edilməsi faktları aşkar edildiyindən birinci instansiya məhkəməsi X2in cinayətin törədilməsinə aidiyyəti olmaması və onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsi qənaətinə gəlmişdir. Lakin, həmin məhkəmənin bəraət hökmündən görünür ki, hökmün əsaslandırıcı hissəsi daha çox X2ə təqsirliliyin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi istiqamətində əsaslandırılmışdır. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin qeyd edilən dəlilini formal dəlil kimi qiymətləndirir və hesab edir ki, bu əsasla bəraət hökmünün ləğv edilməsi qanuna müvafiq deyil. CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə edilmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X2ə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin bütün dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası hesab edir k, X2in CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalı, bu haqda məhkəmələrin iş üzrə gəldikləri nəticə isə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovu və həmin protestin təmin edilməməsi barədə bəraət almış X2in və onun müdafiəçisi M.Z.Ağayevin çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X2ə CM-nin 234.4.3-cü maddəsi ilə cinayətin törədilməsinə aidiyyəti olmadığın a və təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-
Məhkəmə qərarları › İş №1(102)-679/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-679/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver