Məhkəmə qərarları › İş №1(102)-679/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-679/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-679/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, xx.xx.1992-ci ildə Tərtər rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Tərtər rayonunun Poladlı kəndində qeydiyyatda olub Bərdə şəhəri, Meşəçilik İnstitutunda yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 204.1-ci maddəsi ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İmişli Rayon Məhkəməsinin (sədrlik edən hakim Ülvi Qənbərov) 1(036)-25/2024 nömrəli 2 may 2024-cü il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən Az ərbaycan Respublikası CM-nın 204.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-583/2024 nömrəli 22 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), P.V.Hacıyev və H.X.Bəhmənov) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X2 Azərbaycan Respublikası CM-nın 204.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 24 iyul 2023-cü il tarixdə saat 15 radələrində Bərdə şəhəri, Meşəçilik institutu adlanan ünvanda yerləşən evində beş ədəd A seriyalı 00547024 nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinasının təsvir olunduğu pul əskinasına oxşar obyektin üzərində qeyd olunmuş “Etibarsızdır” yazısını mətbəx bıçağı ilə pozub satış məqsədilə fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələri ilə təchiz olunmamış, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış eyni nominallı pul əskinası ilə eynilik təşkil etməyən beş ədəd A seriyalı 00547024 nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı saxta pul hazırlayaraq, 25 iyul 2023-cü il tarixdə saat 02:30 radələrində İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən “Mal bazarı”nda həmin saxta pulları Şahid3 verib sonuncudan 500 (beş yüz) manat dəyərində iki baş quzu almışdır. Aşağı isntansiya məhkəmələri tərəfindən X1 əməli dələduzluq kimi qiymətləndirilmiş, lakin zərər çəkmiş şəxsə vurulmuş zərər 500 manatdan çox olmadığından CPM-nin 42.1.2-ci maddəs inə əsasən əməlində dələduzluq əməlinin cinayət tərkibi olmadığına görə ona bəraət verilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması xahiş olunur. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində qeyd etmişdir ki, məhkəmələr CM-nin 204.1-ci maddəsi ilə bəraət verərkən yalnız təqsirləndirilən şəxs Nicat Kərimlinin məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, həmçinin natamam əlavə ekspertiza rəyinə, eləcə də ış üzrə toplanmış mötəbər sübutlarl a təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya X1 əməlində cinayət tərkibi olmaması kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymış, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. İşin hallarından göründüyü kimi, X1 beş ədəd A seriyalı 00547024 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasının təsvir olunduğu pul əskinasına oxşar obyektin üzərində qeyd olunmuş “Etibarsızdır” yazısını mətbəx bıçağı ilə pozub satış məqsədilə Azərbaycan Respu blikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış eyni nominallı pul əskinası ilə eynilik təşkil etməyən saxta pul hazırlayaraq, 25 iyul 2023-cü il tarixdə saat 02:30 radələrində İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən “Mal bazarı”nda həmin saxta pulları Şahid3 verib sonuncudan 500 manat dəyərində iki baş quzu alması iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi isə Nicat Kərimlinin iki baş quzu almaqdan ötrü Şahid3 verdiyi həmin 100 Azərbaycan manatı nominallı pul nişanının təsvir olunduğu beş ədəd nümunələr ofset çap üsulu ilə hazırlandığına görə aşkar formada əsl pul nişanlarından fərqləndiyindən onun əməlində həmin cinayətin tərkibinin olmaması qənaətinə gəlməklə X2 CM-nin 204.1-ci maddəsi ilə b əraət verərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. X1 24 iyul 2023-cü il tarixdə saat 15 radələrində Bərdə şəhəri, Meşəçilik institutu adlanan ünvanda yerləşən evində beş ədəd A seriyalı 00547024 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasının təsvir olunduğu pul əskinasına oxşar obyektin üzərində qeyd olunmuş “Etibarsızdır” yazısını mətbəx bıçağı ilə pozub satış məqsədilə 100 Azərbaycan manatı nominallı saxta pul hazırladığını və 25 iyul 2023-cü il tarixdə saat 02:30 radələrində İmişli rayonunun Otuziki kəndi ərazisində yerləşən “Mal bazarfnda həmin saxta pulları Şahid3 verib sonuncudan 500 manat dəyərində iki baş quzu aldığını təsdiq edən iş üzrə kifayət qədər sübutlar toplanmışdır. Məhkəmə bəraət hökmünü çıxararkən mövqeyini onunla əsaslandırmışdır ki, X3 tərəfindən iki baş quzu almaqdan ötrü Şahid3 verilən 100 Azərbaycan manatı nominallı pul nişanının təsvir olunduğu beş ədəd A seriyalı 00547024 nömrəli nümunələrdə Azərbaycan Respublikasnın Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış pul nişanlarını imitasiya edən (oxşadan, bənzədən) heç bir əlamət (ekspert rəyində qeyd olunan yeddi əlamətin heç biri) olmamışdır. Həmin nümunələr 100 Azərbaycan manatı nominallı pul nişanı təsvirində ofset çap üsulu ilə hazırlandığına görə aşkar formada əsl pul nişanlarından fərqlənmiş, lakin hər hansı səbəbdən (havanın qaranlıq olması və yaxud əlverişli ticarətin təsirindən yaranan həyəcan və sair) alqı-satqı anında bilinməsə də, dərhal sonra aşkar edilmişdir. Halbuki, məhkəmənin həmin mövqeyi iş üzrə dindirilmiş şahidlərin ifadələri, təqsirləndirilən şəxsin özünün ifadələri, məhkəmə-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 5/1113 nömrəli rəyi, tanınmaya təqdim etmə, ifadənin yerində yoxlanması protokolları və digər sübutlarla təkzib edilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Şahid3 ibtidai istintaq zamanı ifadə versə də, o, birinci instansiya məhkəməsinə dəvət olunub ifadəsi alınmamış, onun iş üzrə əsas şahid olmasına və məhkəmədə verəcəyi ifadəsində həmin saxta pulların aşkar formada əslindən fərqlənməsini necə və hansı əlamətə görə bilməsini və ya dərk etməsini bildirəcəyindən, nəticədə məhkəmənin bununla bağlı gəldiyi qənaətin onun ifadəsindən də asılı olmasına baxmayaraq, məhkəmə istintaqı onun ifadəsi alınmadan yekunlaşdırılmış və bəraət hökmü çıxarılmışdır. İşin tam, hərtərəfli və obyektiv araşdırlması məqsədilə qeyd olunan şahidin ifadəsinin alınması və ona veriləcək suallar əsasında ziddiyyətli məqamları aydınlaşdırmaq üçün Şahid3 məhkəməyə dəvət edilməsi barədə apellyasiya məhkəmə baxışında vəsatətlər verilsə də, apellyasiya instansiyası məhkəməsi bu vəsatətləri təmin etməyərək həmin halı araşdırmaq istəməmişdir. Hüquqi məsələlər: Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Məmmədli Rəşad Təvəkkül oğlu kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından protestin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ X2 Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə bəraət verilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsinə əsasən “satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma” əməlinə görə məsuliyyət nəzərdə tutulur və həmin əməl üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin mü əyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş ş əkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngü lləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi X2 Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. Apellyasiya məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, apellyasiya baxışı zamanı iş üzrə əlavə ekspertiza təyin edilmiş dir. Ekspertiza rəyinin nəticə hsissəsində göstərilmişdir ki, təqdim olunmuş 5 ədəd A seriyalı 00547024 nömrəli 100 nominallı Azərbaycan manatı Mərkəzi Bankın tədavülə buraxdıqı 100 nominal “Azərbaycan manatı” pul əskinasına oxşar tədiqiqat obyektlərində pul əskinasları üçün müəyyən olunan İ dərəcəli mühafizə elementləri və ya onların imitasiyası mövcud deyildir. Həmin tədiqiqat obyektləri Mərkəzi Bank tərəfindən tədavülə buraxılan eyni nominallı pul əskinasından orqanolektik (vizual) əlamətlərə görə fərqlənir. Bu rəy bir daha o nəticəyə gəlməyə əsas verir ki, X1 əməlində Azərbaycan Respublikası CM-nin 204-cü maddəsinin tərkibi olmamışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 15 nömr əli Qərarının 9cu bəndində göstərilir ki, satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, əldə etmə və ya satma zahiri cəhətdən dələduzluq cinayətinin əlamətlərinə oxşar olsa da, belə əməllər xüsusi norma kimi çıxış edən CM-nin 204-cü maddəsi ilə tövsif olunmalıdır. Saxta pulun, xarici valyutanın və ya qiymətli kağızların satılması o zaman dələduzluq kimi qiymətləndirilə bilər ki, onlar aşkar formada əslindən fərqlənsinlər və həmin pulun, valyutanın və qiymətli kağızların dövriyyədə istifadə edilməsi istisna edilsin. Bu zaman təqsirləndirilən şəxsin qəsdinin aşkar surətdə məhdud şəxslər dairəsinin aldadılmasına yönəlməsi sübut edilməlidir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası mə hkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, X1 bıçaqla 5 əzginaz üzrində etibarsızdır yazısını silməsi iş materialları ilə sübut olunmuşdur. Plenum qərarında da qeyd edildiyi kimi saxta pul o zaman dələduzluq kimi qiymətləndirilə bilər ki, bu pul aşkar sürətdə əslindən fərqlənsin. Məhkəmə qərarlarından görünür ki, aşağı instansiya məhkəmələrində ifadə verərkən X3 ona qarşı AR CM-nin 204.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Meşəçilik İnstitutunda yaşayır və işləmir. 24 iyul 2023-cü il tarixdə, saat 15-00 radələrində Bərdə şəhəri, “Köhnə bazarın yanı” adlanan yerdə yerləşən şirniyyat mağazasından hər biri 10 qəpiyə 100 (yüz) Azərbaycan manatı nominallı pul nişanın ın təsvir olunduğu və üzərində “etibarsızdır” sözü yazılmış beş ədəd A seriyalı 00547024 nömrəli pul numunələri almış və evə qayıdaraq həmin nümunələrdən pul kimi istifadə etmək məqsədilə üzərlərindəki “etibarsızdır” yazısını mətbəx bıçağı ilə pozmuşdur. Bərdə rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan Şahid2 adlı şəxsə zəng edib onu heyvan almaq məqsədilə İmişli mal bazarına aparmağı sifariş etmiş və Turalın idarə etdiyi **-BU-*** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz 190” markalı maşınla yola düşərək xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində İmişli rayonu Otuziki kəndi ərazisində fəaliyyət göstərən mal bazarına gəlmişdir. Tural bazarın həyətində maşında gözləmiş, o isə bazarı gəzib orta yaşlı bir nəfərlə iki baş qoyunu 500 manatdan razılaşaraq özü ilə gətirdiyi 100 (yüz) Azərbaycan manatı nominallı pul nişanının təsvir olunduğu beş ədəd A seriyalı 00547024 nömrəli nümunələri ona verib iki baş qoyun almış və heyvanları əlində gətirib Turalın maşınının arxa salonuna qoyaraq Turala çıxış qapısının qarşısında növbə olduğunu və yavaş-yavaş gəlməsini deyərək çölə çıxmışdır. Təxminən 20 dəqiqədən sonra Turalın istifadəsində olan telefona zəng edib harda olduğunu soruşarkən qoyunların sahibinin Turalın yanına gəlib onu axtardığını öyrənmiş və həmin şəxsin pulların saxta olmasını başa düşdüyünü bilərək telefonu söndürüb yolun kənarında dayanmış tanımadığı bir nəfərin idarə etdiyi “Qazel” markalı maşınla Bərdə rayonuna qayıtmışdır. Bundan əlavə Şahid3 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Fizuli rayonu, Qayıdış qəsəbəsi, ev 1 75-də yaşayır və tanışı Şahid1 ilə birlikdə heyvan alveri ilə məşğul olur. 25 iyul 2023-cü il tarixdə saat 02 radələrində onlar İmişli rayonunun Otuziki kəndində təşkil edilən heyvan bazarına dörd baş quzu gətirmiş və hər biri iki baş quzunu satmaqdan ötrü bazarın ayrı-ayrı yerlərində dayanmışlar. Saat 02:30 radələrində 30-31 yaşlarında hündür boylu, arıq, saqqallı bir nəfər ona yaxınlaşıb quzuları almaq istədiyini bildirərək qiymətini soruşmuş və deyilən qiymətlə dərhal razılaşaraq ona 500 manat (beş ədəd 100 manatlıq əskinaslar) verib iki baş quzunu alıb getmişdir. O, həmin an fərqinə varmamış, lakin pullara baxanda saxta olduğundan şübhələnərək dərhal Rəhimin istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edib yanına çağırmışdır. Rəhim pullara baxaraq hamısının saxta olduğunu demiş və birlikdə bazarın çıxış qapısına gəlib növbədə olan maşınlara bir-bir baxaraq satdığı iki baş quzunu “Mercedec Benz190” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə tapıb dərhal bazarda xidmət aparan polis əməkdaşlarına bu barədə məlumat vermişlər. Maşının sürücüsü taksi kimi fəaliyyət göstərdiyini bildirərək heyvanları maşına qoyan şəxsin nömrəsinə zəng etmiş, lakin həmin şəxs telefona cavab verməmişdir. Sürücü həmin şəxsin adının Nicat olduğunu və Bərdə rayonunda dəmir yolunun kənarında qaldığını onlara bildirərərək polis əməkdaşları ilə birlikdə İmişli rayon polis şöbəsinə gəlib iki baş quzunu onlara qaytarmış, o da quzulara görə aldığı beş ədəd saxta yüz manatlıq əskinasları polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazi rliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5/1113 nömrəli ekspert rəyində müstəntiqin ekspertə ünvanlandığı “Tədqiqata təqdim edilmiş beş ədəd, A00547024, A00547024, A00547024, A00547024 və A00547024 nömrəli əskinaslar saxtadırmı və hansı üsulla hazırlanmışdır?” sualını ekspert “Təqdim edilmiş A seriyalı A00547024 nömrəli 100 nominal Azərbaycan manatı əskinasına oxşar tədqiqat obyektləri Mərkəzi Bank tərəfindən tədavülə buraxdığı nominal pul əskinası ilə eynilik təşkil edirmi və hansı üsulla hazırlanmışdır?” kimi başa düşüldüyü qeyd edilmişdir. Ekspert rəyində metodik tövsiyyə olaraq bildirmişdir ki, əskinaslarının, o cümlədən sənədlərin saxta olubolmamasını və ya onu aydınlaşdırmaq məsələsini ekspertiza həll etmir. Ekspertiza həmin obyektlərin hazırlanma üsulunu, Mərkəzi Bankın tədavülə buraxdığı əskinazlarla uyğunluğunu müəyyən edir. Hər-hansı obyektin saxta olub-olmamasını aydınlaşdırılması hüquqi qiymət verilməsinə aid olduğu üçün həmin məsələ təhqiqat-istintaq orqanları və məhkəmə tərəfindən həll edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5/852 nömrəli ekspert rəyində hakimin ekspertə ünvanlandığı “Tədqiqata təqdim edilmiş beş ədəd eyni A00547024 nömrəli 100 manatlıq əskinaslar Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış eyni nominallı pul əskinaslarından aşkar formada fərqlənirmi?” sualını ekspert “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın”ın 3.4.9-cu bəndinə əsaslanaraq “Təqdim edilmiş A seriyalı A00547024 nömrəli 100 nominal Azərbaycan manatı əskinasına oxşar tədqiqat obyektlərində Mərkəzi Bankın tədavülə buraxdığı 100 nominallı Azərbaycan manatı pul əskinasları üçün müəyyən olunan İ dərəcəli mühafizə elementində və ya onların imitasiyası mövcuddurmu?” kimi başa düşüldüyü qeyd edilmişdir və müvafiq olaraq bu sual cavablandırmışdır. Göründüyü kimi hər iki ekspert rəyində apellyasiya məhkəməsinin qənaətə gəldiyi kimi ekspertizaya təqdim olunan pul əskinazlarının həqiqi əskinazlardan açıq-aydın şəkildə fərqləndiyi göstərilməmiş, bu məsələnin hüquqi məsələ olaraq ekspert tərəfindən deyil, məhkəmə tərəfindən həll edilməli olması qeyd olunmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 15 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, əməlin dələduzluq kimi qiymətləndirilməsi üçün bu zaman təqsirləndirilən şəxsin qəsdinin aşkar surətdə məhdud şəxslər dairəsinin aldadılmasına yönəlməsi sübut edilməlidir. Cinayət işinin materiallarından və aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış hallardan göründüyü kimi, Kərimli Nicatın saxta pul hazırlamaqda niyyətinin məhz məhdud şəxslərin aldadılması olması öz təsdiqini tapmamışdır. Belə ki, o, saxta pul hazırlamaqda satış məqsədi güdərək, bu niyyətini həyata keçirərkən qəsdini istənilən şəxsə yönəldə bilməsi ehtimalı istisna olunmur. Yəni işin hallarından N.Kərimlinin qəsdinin məhz məhdud şəxslər dairəsinin aldadılmasına yönəldilməsi müəyyən olunmur. Əməlin tövsi fi üçün əhəmiyyətli olan bu hallara isə aşağı instansiya məhkəmələri tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası iş üzrə Şahid3 dindirilməməsi ilə bağlı kassasiya protestinin dəlilini əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Şahid3 məhkəməyə dəvət edilib ifadəsi alınmalı və həmin saxta pulların aşkar formada əslindən fərqlənməsini necə və hansı əlamətə görə bilməsini araşdırmaq üşün tədbirlər görməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə N.Kərimlinini əməlinin tövsif edilməsi üçün əsas olan hallar aşağı instansiya məhkəmələri tərəfindən düzgün qiymətləndirilməmiş və bu istiqamətdə ətraflı araşdırma aparılmamışdır. Belə ki, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il ta rixli 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedik də, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, X2 Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə bəraət verən aşağı instansiya məhkəmələri cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşlar. Belə ki, göstərilən məhkəmələr tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmamış, nəticədə göstərilən sübutlar əsasında X2 bəraət vermişdir. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmən in gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslanmalı olduğunu qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, Nicat Kərimliyə CM-in 204.1-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmişdir. Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə sübutların məhkum Kərimli Nicatın təqsirliliyinin müəyyən edilməsinə münasibətdə CPM-nin 143-146-cı maddələ rinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və məhkum X2 əsassız bəraət verilməsi haqda kassasiya protestinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nə ticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara alır: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X3 barəsində 22 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar