Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-68/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Zərərçəkmiş şəxs2 nümayəndəsi, Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 17 7.2.4-cü maddələri, Təqsirləndirilən şəxs5 CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs6 CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli ilkin baxış qərarından Zərərçəkmiş şəxs2 nümayəndəsi, Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1 -ci maddələri ilə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə, Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə, Təqsirləndirilən şəxs5 CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 2.950 (iki min doqquz yüz əlli) manat məbləğində cərimə, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə, Təqsirləndirilən şəxs6 CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə, Təqsirləndirilən şəxs2 isə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına mə hkum olunmuşlar. Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 1(006)-11/2019 saylı qərarı ilə (hakim X5) Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Məhkəmənin həmin qərarından Zərərçəkmiş şəxs2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli ilkin baxış qərarı ilə (sədrlik edən: N.E.Məmmədov, hakimlər: Ə.N.Bayramov və Ə.İ.Qasımov) zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı ş əhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs2 nümayəndəsi, Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli ilkin baxış qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsi N.Ələsgərovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kas sasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətində verilə bilər. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş m ateriallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Kassasiya şikayətində zərərçəkmiş səxs Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün surətinin xx xxxx 2019-cu il tarixdə ona təqdim olunduğunu, onun təqsiri olmadan həmin hökmdən vaxtında apellyasiya şikayəti vermədiyini göstərmişdir. Cinayət işi materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında apellyasiya şikayət i verilmə qaydası və müddəti izah olunmuş, lakin buna baxmayaraq o, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməklə vermişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(006)-11/2019 saylı hökmü proses tərəflərinin iştirakı ilə həmin tarixdə elan olunmuş, hökmdən şikayət verilmə müddəti və qaydası proses iştirakçılarına izah olunmuş və eyni zamanda hökmdə həmin xüsusatlar əks olunmuşdur. İş materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)11/2019 saylı iş üzrə hökmü xx xxxxxx 2019-cu il tarixdə elan olunmuş və hökmün surəti poçt göndərişi vasitəsilə proses iştirakçılarına, o cümlədən Zərərçəkmiş şəxs2 ünvan ına göndərilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən həmin zərərçəkmiş şəxsə münasibətdə hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı həmin hökmün elan olunduğu xx xxxxxx 2019-cu il tarixdən başlamış və xx xxxxxx 2019-cu il tarixdə başa çatmışdır. İş materiallarından isə görünür ki, Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti və müddətin bərpasına dair ərizəsi xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olaraq qeydə alınmışdır. Beləliklə də müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində verilməmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinə mün asibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs5 CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs6 CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-68/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-68/2020
04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver