Məhkəmə qərarları › İş №1(102)-68/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-68/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-68/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun Məhkum iştirakları ilə xx xxxx 1998-ci ildə Şəki rayonu Küdürlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin (bundan sonra CM-in) 150.2.1, 150.2.3 və 145.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: R.İ.Hüseynov (sədrlik edən), X.H.Səmədov və C.C.Ramazanov) Məhkum Azərbaycan Respublikası CM-nin 150.2.1, 150.2.3 və 145.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 145.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsa sən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2017-ci ildən hesablanması hökm edilmişdir. Həmin hökmlə X4 da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum özü və təqsirləndirilən şəxs X3 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İ.H.Şükürov (sədrlik edən), M.M.Hüseynov və R.Ə.Əliyev) xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə Məhkum apelyasiya şikayəti təmin edilməmiş və ona aid hissədə hökm dəyişdirilmədən saxlanmış, təqsirləndirilən şəxs X3 müdafiəçisi tər əfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilə endirilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tanışı X4 ilə birlikdə, xx.xx.2001-ci ildə anadan olmaqla onlar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşmışlar. Razılaşdıqları kimi Şəki şəhəri, M.F.Axundov parkında görüşüb Zərərçəkmiş şəxs gəzmək adı ilə aldadaraq Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən bağ sahəsinə aparmışlar. Orada zz əvvəlcədən olan razılaşmaya əsasən əlləri ilə Zərərçəkmiş şəxs zor tətbiq edərək arxasının yan nahiyəsindən tutub özünə tərəf dartmaqla şalvarını aşağı salmağa çalışmışdır. Zərərçəkmiş şəxs müqavimət göstərdiyindən zz hərəkətlərini davam etdirməmişdir. Bir az sonra Məhkum isə Zərərçəkmiş şəxs zor tətbiq etməklə qollarından tutub yaxında olan kolluğa aparmış, onun etirazlarına baxmayaraq müqavimətini qırmaq və niyyətinə nail olmaq üçün Zərərçəkmiş şəxs ağzını əli ilə bağlamış, sonra qəsdən sillə və yumruqla onun üzünə, başına və bədəninin müxtəlif nahiyələrinə zərbə vurub, eyni zamanda hədə-qorxu gələrək, Zərərçəkmiş şəxs sağ döş vəzinin qançırı, sağ aşağı ətrafın bud nahiyəsinin sıyrığı xəsarətləri ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döyüb müqavimət göstərmək imkanından mərhum edərək Zərərçəkmiş şəxs zor tətbiq edərək zərərçəkmiş şəxsin əynində olan şalvarını və alt paltar ını aşağı salıb özü də soyunaraq cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyindən anus dəliyinə yeridərək, qeyri-təbii yolla cinsi əlaqədə olmuş, arxa keçəcək dəliyi nahiyəsində qırışlar arasında boylama istiqamətdə yerləşmiş qanayan yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Daha sonra, birgə razılaşmaya uyğun olaraq zz xx xxxxxx 2017-ci ildə saat 06:00 radələrində törətdikləri cinayət əməli ilə kifayətlənməyərək yenidən Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən bağ sahəsində Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla arxa keçəcək vasitəsilə cinsi əlaqədə olmaqla digər seksual xarakterli hərəkətlər etmək məqsədilə fiziki zor tətbiq edərək əvvəlcə Zərərçəkmiş şəxs şalvarını aşağ ı çəkib onun arxa tərəfinə keçərək öz şalvarını aşağı saldıqdan sonra əlləri ilə döşlərini sıxaraq onun başından aşağı əyib öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa tərəfinə toxundurub və sürtməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etdikdə Zərərçəkmiş şəxs göstərdiyi müqavimət nəticəsində etdiyi hərəkətləri davam etdirməmişdir. Bundan başqa, Məhkum Zərərçəkmiş şəxs onun hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edəcəyindən qorxaraq, bunun qarşısını alıb cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə cinayət əlaqəsində olduğu zzla əvvəlcədən olan cinayət razılaşmasının ümumi niyyətdən kənara çıxmaqla, zzun qəsdi ilə əhatə olunmayan hərəkətlər edərək onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs dəfələrlə bağ sahəsindən yaşadığı evə q açıb getmək istədikdə onu fiziki zor tətbiq edib qolundan tutub saxlamış, həmçinin hədə-qorxu gəlib öldürəcəyi ilə hədələməklə onun iradəsinə zidd olaraq sərbəst hərəkət etməkdən məhrum etməklə, Zərərçəkmiş şəxs zorla xx xxxx 2017-ci il saat 23:00 radələrindən xx xxxxxx 2017-ci il saat 08:00 radələrinədək həmin bağ sahəsində qanunsuz saxlayaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan mərhum etmişdir. xx xxxxxx 2017-ci il saat 08.00 radələrində birgə olduqları sahənin yaxınlığında istintaqa məlum olmayan şəxslərin gəlmələrindən istifadə edən Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan mərhum edilmiş bağ sahəsini tərk edə bilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərar ının ləğv edilməsi və işə yenidən baxılmaqla ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, Zərərçəkmiş şəxs öz razılığı ilə onunla parkda tanış olmuş və bağ sahəsinə getmişdir. X23 Cinayətlər Məhkəməsi bütün bunları nəzərə almadan onun məhkum edilməsinə dair hökm çıxarmış, Şəki Apellyasiya Məhkəməsi də heç bir araşdırma aparmadan, onun verdiyi vəsatətlərə məhəl qoymadan birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Məhkum həmçinin qeyd edir ki, anadangəlmə talassemiya xəstəsidir, həmin xəstəliklə əlaqədar 2-ci qrup əlildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövl ət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyin in və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulması na gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmi ş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarl amağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum CM-nin 150.2.1, 150.2.3 və 145.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ifadələri, şahidlər X10, X5, X16, X6, X7 və X1 ifadələri, məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 514 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 524 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 847 nömrəli rəyi, xx xxxxxx 2018-ci il tarixli 74 saylı ekspert rəyi və xx xxxxxx 2018-ci il tarixli 4193/4370 saylı ekspert rəyi, məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxxx 2017-ci il tar ixli, 415 nömrəli rəyi, məhkəmə-psixoloji ekspertizasının xx xxxxxxx 2017-ci il tarixli, 181 nömrəli rəyi, məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxx 2017-ci il tarixli, 482 saylı rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətl ərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunma qla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar