Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-68/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1276/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarından məhkum X2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum X6 xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 22 noyabr 2021-ci il tarixli ittiham aktına görə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 02 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X6 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərə findən müəyyən edilmiş işin faktiki hallarına görə, X6 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 sentyabr 2021-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvan 2 ünvanının giriş qapısının açarını dəhlizdə olan sayğac qutusunun içərisindən götürməklə açarla mənzilin qapısını açaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 mülkiyyətində olmaqla ona məxsus bir ədəd dəyəri 700 manat ağ rəngli «Zimmer» markalı, «ZM-HS3210» modelli televizoru, bir ədəd dəyəri 10 manat qara rəngli pul kisəsini və həmin pul kisəsinin içərisində olan 45 manat pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 755 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talam a məqsədi ilə 05 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrindən 06 sentyabr 2021-ci il tarixdə saat 06 radələrinə kimi olan müddətdə, ayrı-ayrı vaxtlarda, üç dəfəyə, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanının giriş qapısının açarını dəhlizdə olan sayğac qutusunun içindən götürüb açarla həmin mənzilin qapısını açaraq və yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 mülkiyyətində olan ona məxsus bir ədəd dəyəri 1599 manat «Samsung» markalı kondisioneri, bir ədəd dəyəri 350 manat «Bosch» markalı, «PBY6C6B60O» modeli qara rəngli 01 hissəsi elektriklə və 03 hissəsi qazla işləyən qaz plitəsini, mənzilin hamam, dəhliz və mətbəxinin divarlarına çəkilmiş 100 metrlik, bir metri 40 qəpik olmaqla cəmi 40 manat dəyərində elektrik naqillərini və hə min ünvanda usta işləyən Zərərçəkmiş şəxs3 mülkiyyətində olmaqla ona məxsus mənzilin dəhlizində bir ədəd dəyəri 300 manat olan divar deşici perforatoru və mənzilin uşaq otağında bir ədəd dəyəri 300 manat olan təmir üçün nəzərdə tutulan kompressoru gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1989 manat və Zərərçəkmiş şəxs3 ümumilikdə 600 manat olmaqla, ümumilikdə həmin zərərçəkmiş şəxslərə birlikdə 2.589 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir.
5. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-41/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi r ejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 07 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmış, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs X6 apellyasiya şikayəti verərək, zərərçəkmiş şəxslərlə barışdığını və vurulmuş maddi ziyanı tam şəkildə ödədiyni, himayəsində bir azyaşlı övladının olmasını, arvadının rəhmətə getdiyni və yaşlı anasının onun himayəsində olduğunu qeyd etməklə, hökmün ləğv olunmasını və barəsində alternativ cəza təyin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1276/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal rayon Məhkəməsini n 1(004)-41/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum X2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Məhkum X2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, müdafiəçi onları təkrarlamaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1276/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini, X4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəza növü ilə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələri nin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qə rarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçi2 verdiyi kassasiya şikayətində məhkum X4 təyin edilmiş cəza növünü mübahisələndirməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1276/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdak ıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarş ı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci i l tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şər aitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İstinad edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. Məhkəmə kollegiyası məhkum X4 cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi hüquq normalarına uyğundur. Məhkəmələr X4 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, onlarla barışıq əldə edildiyini və məhkuma qarşı şikayət və tələbinin olmamasını, məhkumun törətdiyi əməlini etiraf edib səmimi peşman olmasını, oğurluq hadisəsini törətdiyi dövrdə cinayətlərin anlaqlılığı istisna etməyən psixi pozuntuya düçar olduğunu onun cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin ən aşağı həddində, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Məhkəmə kollegiyası məhkum barəsində yüngü l cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün d əyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum X2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1276/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum X2 müdafi əçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1276/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarı məhkum X2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.